Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti

Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti

09.06.2021 [09:29]

Mübariz Abdullayev

Bu günlərdə ötən il 44 günlük müharibədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə dərin kədər doğuran xəbər aldıq. Onu da deyək ki, bu, müharibədən sonra ilk belə xəbər deyil. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çox sayda insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşüb, həlak olub və yaralanıb.
Kədər, təəssüf və əlbəttə ki, qınaq doğuran statistikadır. Bəs müharibədən sonrakı mərhələdə işğaldan azad olunmuş ərazilərdə insanların tez-tez minaya düşməsinin günahı təkcə Ermənistanınmı üzərinə düşür? İşğalçı dövlətin məsuliyyəti bəllidir. Minalanmış ərazilərin xəritələrini gizlətməsi mənfur düşmənin humanizmdən uzaq olan, terrorçu siyasətinin təzahürüdür. Müharibədə rüsvayçı məğlubiyyətə düçar olan işğalçı dövlət Azərbaycanafobiya siyasətindən əl çəkmir.
Bəs dünya birliyi, beynəlxalq təşkilatlar nə üçün Ermənistanın minalanmış ərazilərin xəritələrini gizlətməsinə, bu müharibə cinayətinə göz yumurlar? Biz müharibədən sonra işğalçı dövlətə açıq-aşkar havadarlıq edən bəzi ölkələrin və beynəlxalq təşkilatların tarixi ədalətin bərpasına nail olan Azərbaycana təzyiqlər göstərməyə uğursuz cəhdlər etmələrinin şahidi oluruq. Onlar üç onillik ərzində işğalçının yanında oldu, ədalətin, beynəlxalq hüququn müdafiəsinə qalxmadılar. Bu gün isə Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Yaxşı olardı ki, həmin dairələr öz enerjilərini müharibədən sonrakı mərhələdə narahatlıq doğuran və etimad mühitinin yaranmasına əngəllər yaradan problemlərin aradan qaldırılmasına yönəltsinlər. Ermənistanın minalanmış ərazilərin xəritələrini gizlətməsi belə aktual və həlli zəruri olan məsələlərdən biridir. Xatırladaq ki, Azərbaycan 44 günlük müharibədə işğaldan azad edilmiş ərazilərdə Ermənistanın çoxlu sayda mina basdırması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı dəfələrlə həyəcan təbili çalıb. Di gəl ki, beynəlxalq ictimaiyyət yetərli addımlar atmayıb. Nəticədə növbəti faciə baş verdi və qeyd etdiyimiz kimi, Ermənistanın müharibə cinayətləri davam edir. Görəsən, bu faciə-Kəlbəcərdə öz vəzifə borclarını yerinə yetirən jurnalistlərin mina partlaması nəticəsində həyatlarını itirmələri beynəlxalq təşkilatların təmsilçilərinin yatmış hisslərini oyadacaqmı?!
Bəli, ayrı-ayrı beynəlxalq təşkilatlar bəyanatlar yayaraq Azərbaycan jurnalistlərinin Kəlbəcərdə mina partlaması səbəbindən həyatlarını itirmələri faktından təəssüfləndiklərini, minalanmış ərazilərin partlayıcı qurğulardan təmizlənməsinin zəruriliyini bildirdilər. Lakin bu minaları kim və niyə basdırıb? Minalanmış ərazilərin xəritələrini gizlədən hansı dövlətdir? Həmin bəyanatlarda bu kimi suallara cavab tapmaq mümkün deyil. Çünki həmin bəyanatlarda torpaqlarımızda saysız-hesabsız minalar basdıran, indi də onların xəritələrini gizlədən Ermənistanın adı çəkilmir, təcavüzkarın cəzalandırılmasından söhbət açılmır. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur!

Paylaş:
Baxılıb: 570 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Qubad İbadoğlu öz ampluasında...

Ölkəmizin Vətən müharibəsində...

17.03.2021 [09:19]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30