Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Fərq etməz Cıdır düzü ya Rizə...

Fərq etməz Cıdır düzü ya Rizə...

18.05.2022 [10:36]

Alqiş Musayev

Ləyaqət əsas prinsipdirsə!

Baş redaktor yazır...

Alqış HƏSƏNOĞLU

Mayın 12-si Cıdır düzündə yaşanan təntənənin dadı və xatirəsi bir başqaydı. 

Həmin tarixdə - “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirildiyi gün, Səməd Vurğunun diliylə desək, Şuşanın yağışı “xırda- xırda yağırdı”.

Təbiətlə, torpaqla, daşla, ağacla birlikdə bütün  tədbir iştirakçıları - əsgərlərdən tutmuş Ali Baş Komandana qədər  hamı islanmışdı. O anlarda 2 il əvvəl işğaldan azad edilmiş müqəddəs  şəhərin görkəmi hərbi-siyasi tariximizin  yuyunub durulmuş  və ən möhtəşəm abidəsi kimi canlanırdı. Şuşa göy üzündən üzərinə nur səpələnmiş Müzəffər heykəl kimi dayanmışdı.

İndi bunları təsvir etmək, danışmaq, dinləmək, pafosla  yazmaq  çox asandır. İndi çox xoş olduğu qədər də çox asandır, Prezidentin əhatəsində, Cıdır düzündə incəsənət  nümayəndələrinin konsert proqramını izləyib alqışlamaq,  əl çalmaq, əhsən demək.

Nə var ki, çox asandır!

Münaqişənin həllinə, Qarabağın azadlığına bir ömür sərf etmiş Liderin Şuşada “Vətəndən pay olmayır” mahnısını dinləyərkən kövrəlməsi təbiidir.

Və indi çox rahatdır, Prezidentin duyğusal halını müşahidə etmək, ondan söz açmaq, reportajlar vermək. Amma bu günə qədər İlham Əliyev hansı çətinliklərlə üzləşdi, dövlətini hansı regional geosiyasi tufanlardan adlada bildi? Kimsənin xəbəri oldumu?

Biz onların yalnız  çox cüzi hissəsini bilirik. Mində birini bilmirik.

Və yəqin ki, heç vaxt  bilməyəcəyik də.

Xalq diplomatiyasının işlək vaxtlarıydı. Azərbaycan ziyalılarının Şuşaya səfərləri təşkil olunurdu. Xalq şairi Bəxtiyar Vahabzadəyə müraciət edilmişdi. Şuşaya getmək istərdinizmi? Bəxtiyar müəllim “yox” cavabını vermişdi. “Şuşanı işğal altında, o vəziyyətdə gedib görsəm, dözə bilmərəm”. Xalq şairi haqlıydı. Dözə bilməzdi.

Əlbəttə, tab gətirmək çox çətindir. İlham Əliyev isə hər şeyə rəğmən təmkinini pozmurdu. Hətta uşaq qatili, əli, vicdanı qanlı sarkisyanlarla üz-üzə gələndə, bir masa ətrafında əyləşəndə belə heç nəyi büruzə vermədən təmkinlə dözürdü. İçərisində isə hansı iztirabları, mənəvi təlatümləri yaşayırdı, bir Allah bilir.

Bütün bu illər ərzində fövqəladə alicənablıq, müstəsna bir təvazö İlham Əliyevi bir an belə tərk etməyib. Və tarix bu təvazöyə görə onu ən ali mükafata layiq görüb. 50 yaşını qaçqınlar arasında qeyd edən İlham Əliyev  60 yaşını Şuşada ailəsi ilə,  gənc Heydər Əliyevlə birlikdə Müzəffər Ali Baş Komandan kimi qarşıladı. Tariximizdə  hər dövlət adamına nəsib olmayan bir şərəfə nail oldu. Əlahəzrət zaman hər liderə belə şərəfi və məsuliyyəti nəsib etmir.

Ötən il dekabrın 24-də Şuşaya səfər edən Prezident Cıdır düzündə bəyan edirdi: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq.

Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm.

Bu iki tarix arasında bir canlı bağlantı var.

Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin  açılışında iştirak edirdim.  Bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.

Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm.

Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır.

Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq.

O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir”.

Şuşa hərbi-siyasi tariximizin ləyaqət simvoludur. Azərbaycan Lideri üçün ləyaqət anlayışı bütün dəyərlərin, prinsiplərin, istəklərin fövqündə dayanır. Münaqişə dövründə, 44 günlük Vətən müharibəsi zamanı və postmünaqişə mərhələsində İlham Əliyev eyni amala sadiq qalıb və qalır; Dostuyla, rəqibiylə, müttəfiqiylə, hətta düşməniylə də ləyaqətlə davranmaq.

Qələbə vacibdir. Amma İlham Əliyev üçün ləyaqət qələbədən də vacib anlayışdır.

 “Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.

Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir.  Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür...”

Təbii ki, bu əxlaq Azərbaycan xalqının mənəvi keyfiyyətlərindən, Azərbaycan dövlətinin fəlsəfəsindən qaynaqlanır. Eyni zamanda, Azərbaycan Prezidentinin ləyaqət anlayışına münasibətinin daha ciddi bir mənbəyi var...

Heydər Əliyev.

O, Sovetlər sisteminin yetirməsiydi. Dünyanın üçdəbirinə nəzarət edən bir imperiyanın üç-beş idarəçisindən biriydi. Kommunist lider idi. Siyasi Büronun üzvü idi.

Sovet hökumətinin mövcud olduğu illər ərzində Siyasi Büronun 229 üzvü olub. İndi onlardan neçəsi xatırlanır, neçəsi  ehtiramla anılır?

Sovetlərin çöküşündən sonra 229 nəfərdən sağ qalanların fiziki varlıqları, dünyasını dəyişənlərin xatirələri imperiya xarabalıqları altında itib batdı. Tək Heydər Əliyev istisnadır.

Heydər Əliyev həmkarlarından fərqli olaraq yeni dövrün liderinə, milli şüur faktoruna  çevrildi. Müstəqil Azərbaycanın banisi kimi tarix yazdı. Dövlət müstəqilliyinin dönməzliyini təmin etdi.

Heydər Əliyev XX əsrin yeganə SSRİ lideridir ki, öz keçmişiylə ləyaqətlə davrandı, öz keçmişinə sahib durdu və gərəkirsə, öz keçmişindən ləyaqətlə  ayrılmağı bacardı.

Ulu Öndərimizin Kommunist partiyasının sıralarından çıxmaq barədə istefa ərizəsi var. Həmin mətndə o, xidmət etdiyi sistemin qüsurlarını izah edir, istefa qərarının səbəblərini açıqlayır. Amma kimsəni aşağılamadan, sayğıyla, nəzakətlə və ehtiramla.

Yeri gəlmişkən, bir məqama toxunmaq istərdim. Ulu Öndərimizin həmin ərizəsi ictimai-siyasi fikir tariximizdə yeni bir mərhələnin əsasını qoyur. Çox düzgün və faydalı olardı ki, həmin mətn dərsliklərə salınsın, tədris olunsun.

Ümumiyyətlə, Heydər Əliyevin siyasi irsinin tədrisiylə bağlı ciddi düşünməyin zamanıdır. Buna Azərbaycan dövlətçiliyinin əşhədü ehtiyacı var. Təəssüf ki, orta məktəbin tarix dərslikləri bu ehtiyacı ödəmək imkanında deyil. Həm də təkcə onun istefa ərizəsi yox, bir çox mətnlər var ki, onlardan orta məktəb şagirdlərinin məlumatı olmalıdır. (Təbii ki, bu, xüsusi bir yazının predmetidir. Yaxın günlərdə mütləq bu mövzuya qayıdacağam).

İndi çox asandır Zəfər yolunu tərənnüm etmək. İndi çox rahatdır Zəfər yolunun döngələrində  sürücüyə  “bir az ehtiyatlı sür” deyə xəbərdarlıq etmək.

İndi “İlham Əliyev Zəfər yoluyla getdi və bizi Şuşaya qovuşdurdu” yazmaq çox asandır.

Hansı yolu?Axı o yol mövcud deyildi. İlham Əliyev o yolu getmədi, o yolu yaratdı. Sözün bütün siyasi, diplomatik, coğrafi, regional, geosiyasi anlamında.

Açılış törəninin sonuna az qalmış “Səs” qəzetinin redaktoru məndən soruşdu ki, cənab Prezidentin çıxışı gözlənilir? Cavab verməyə macal tapmamış “Ömürdən pay verərlər, Vətəndən pay olmayır” mahnısının sədası Cıdır düzünə yayılır. Cabir Novruzun misraları həm də Qarabağın azadlığına bir ömür həsr etmiş  Liderin həyat kredosu, yekun nitqi kimi səslənir...

Və Prezidentin nitqi davam edir.

Rizə-Artvin hava limanının açılışında Azərbaycan Prezidentinin nitqi onun Cıdır düzündəki çıxışının (və çıxışlarının) ardına çevrilir.

“Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Ümumiyyətlə, Azərbaycan Prezidenti bütün tribunalarda, hər yerdə özünü Şuşada, Cıdır düzündə olduğu kimi hiss edir. Eyni inamla, ərklə, vüqarla və səmimiyyətlə çıxış edir.

Fərq etməz Cıdır düzü, ya Rizə.

Ləyaqət əsas prinsipdirsə.

Paylaş:
Baxılıb: 472 dəfə

Müəllifin digər məqalələri:

100 il sonra... 5 il əvvəl

Mehriban Əliyeva hansı siyasi...

22.02.2022 [21:45]

İlham Əliyevin bir cümləsi

Bir cümləyə sığan...

02.02.2022 [13:59]

Səbəbkar cənab Prezidentdir!

Tanıyıb bilən hər kəs məni İlham...

24.12.2021 [10:02]

Brüssel görüşü haqqında Soçi təəssüratları...

Sanki Paşinyanı bu...

21.12.2021 [09:50]

Saakaşvili rüsvay edir...

Qərbi, Amerikanı,...

29.11.2021 [22:56]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30