Xarici təzyiqlərə boyun əyməməyin qüruru və düsturu…
26.09.2024 [16:17]
Alqiş Musayev
Vətəndaş öhdəliyindən irəli gələn həssaslıqla ölkə Prezidentinin bütün çıxışlarını bir-bir izləyirəm.
Və hər dəfə də onun yeni çıxışıyla, müsahibəsiylə bağlı – “bu, onun ən mükəmməl nitqidir”, deyirəm.
Amma mənim qənaətim Prezidentin yalnız növbəti çıxışına (və ya müsahibəsinə) kimi qüvvədə qala qalır.
Prezidentin növbəti çıxışından, müsahibəsindən sonra da eyni qənaətə gəlirəm: Bu, onun bizimlə, cəmiyyətlə və digər auditoriyalarla bölüşdüyü ən parlaq mətnidir…
İlham Əliyevin yerli parlamentdəki (7-ci cağırışın ilk iclası) çıxışında diqqəti çəkən bir məqam, əslində, milli dövlətçilik konsepti, müstəqil mövcudluq modelidir.
“Heç bir xarici təzyiqə boyun əymədən” Milli qüruru, mili namusu hifz etmək!
Bu xətt yalnız parlament çıxışında deyil, bir qayda olaraq İlham Əliyevin bütün fəaliyyətində əsas leytmotiv kimi səslənib və səslənir:
Ölkə və vətəndaş olaraq hürr yaşamaq.
Başı dik, alnı açıq azərbaycanlı obrazını qorumağı bir nömrəli vəzifə kimi dərk etmək!
Prezident bu fikri sadəcə çağırış kimi səsləndirmir. Həm də təzyiqlər qarşısında duruş gətirməyin reseptini təqdim edir.
Xarici təzyiqlərə boyun əyməmək üçün…
İlk növbədə “daim diqqətli olmalıyıq”.
2. Hərbi gücümüzü artırmalıyıq. Hərbi gücümüz olmasa, heç bir müstəvidə uğur qazana bilmərik.
2-ci Dünya Müharibəsindən sonra formalaşmış təhlükəsizliyin arxitekturası artıq mövcud deyil.
Kim güclüdürsə, o da haqlıdır prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu gizlətmirlər.
Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq gələcəkdə bizi problemlər gözləyə bilər.
3. Yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Yəqin ki, növbəti 1-2 il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə xüsusi ilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək.
4.Sərhədlərimizin qorunması…
Ermənistanı bizə qarşı yönləndirmək üçün bəzi Qərb dövlətlərinin planı göz qabağındadır. Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir. Bugünkü, geosiyasi vəziyyət də hamının gözü qarşısındadır. Daxili təhlükəsizliyi təmin etmək üçün bu yeganə və düzgün addımdır.
5. İdeoloji təhlükəsizliklə bağlı. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb. Çünkü bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada köç salması qeyri mümkündür. Ancaq bununla bərabər bu bizi sakitləşdirməməlidir. Ona görə də bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki edirik.
6. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Təbii ki, cəmiyyətdə hökm sürən ümumi abu-hava gənc nəslin şüuruna ciddi təsir göstərir. Bu məsələ də daim diqqət mərkəzində olmalıdır.
7. Qarabağın və Şərqi Zəngəzurun bərpası, təbii olaraq hər birimizin önəmli vəzifəsidir.
8. Daxili immuniteti gücləndirmək üçün “vətandaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir”.
Təxribatlar isə davam edir, özü də səngimədən.
Növbəti belə bir təxribat bir neçə gün əvvəl okeanın o tayından pərvazlanmışdı.
Azərbaycan xalqı 19-20 Sentyabr günlərini özünün suverenlik bayramı kimi qeyd edir.
Və həmin tarixdə ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələr keçirilir. Əlbəttə ki, bu, təsadüf deyil.
Ardınca ABŞ-dan daha bir təxribat.
Konqres kiriməmiş vitse-prezidentin dilindən başqa bir təxribat səslənir.
Prezidentliyə namizəd xanım Kamala Harris erməni hərisliyini büruzə verərək, separatizmin bölgədəki son qalığı kimi çıxdaş edilmiş “Dağlıq Qarabağ” istilahına süni nəfəs verməyə çalışır, ermənilərin qayıdış hüququndan söz açır və s.
Ümumiyyətlə, Qərbin və ABŞ-nin Cənubi Qafqazda sülh prosesinə vermək istədikləri “töhfənin” ciddi təftişə ehtiyacı var…
Bu yerdə dahi Azərbaycan şairi Səməd Vurğunun həyatından bir ibrətamiz hadisə yada düşür.
Ötən əsrin 30-40-cı illərində ali təhsil müəssisələrində “Potologiya” adlı bir fənn tədris edilərdi.
Gənc Səməd Vurğun o illərdə Moskva Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alırmış.
Bir neçə mühazirədən sonra S.Vurğun sıxılır.
Bu fənnin mətləbə heç bir dəxli və aidiyyəti olmadığının fərqinə varır və mühazirə oxuyan professora deyir: “Müəllim, 4 rəqəminin nə olduğunu uşağa başa salmaq üçün orta məktəbin sinif otağına 4 əmcəkli inəyi dartıb gətirməyə heç bir lüzum yoxdur.
Məsələnin mahiyyətini 4 ədəd çubuqla və yaxud 4 ədəd kibrit çöpü ilə izah etmək mümkündür”.
İndi Qərbin ABŞ-ın bölgəyə münasibətində də “oxşar potologiya” yaranıbdır.
ABŞ və Qərb Ermənistana “4” və “44” rəqəminin nə oluğunu, 44 günlük Vətən müharibəsinin Cənubi Qafqazda hansı reallıqlar yaratdığını izah etmək əvəzinə, mətləbə dəxli olmayan “fənnlər” tədris edir.
Silahlar göndərir, müşahidəçilər yollayır və s.
Azərbaycan Prezidenti Azərbaycan xalqına həm də öz şəxsində xarici təzyiqlərə boyun əymədən yaşamağın nümunəsini təqdim edir, qürurunu yaşadır.
Çünki, Ermənistandan fərqli olaraq, Azərbaycan sözçü dövlət deyil. Kiminsə iradəsinə uyğun qərarlar qəbul etmir.
Qeyri hökümət təşkilatların funksiyasını yerinə yetirmir.
Azərbaycan söz sahibi olan dövlətdir!
Onun lideri öz sözü və söz sahibi olan liderdir.
Söz sahibi olan liderlər isə həmişə hədəf seçilir!
Ara-sıra xarici mediada, “Vaşinqton Post” kimi qəzetlərdə Azərbaycan Prezidentinin ünvanına “diktator” kimi ifadələr işlədirlər.
İlham Əliyev adətən belə yazıları özünəməxsus təmkinlə və məşhur ifadədə deyildiyi kimi, bığaltı təbəssüm ilə qarşılayır:
“Bu çirkli söhbətlərin, mənə və Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur”!
Alqış Həsənoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Müəllifin digər məqalələri:
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

