Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02.10.2026 [21:29]

Sankt-Peterburqda Azərbaycan dilini öyrənmək istəyən rusdilli oxucular üçün nəzərdə tutulmuş “Azərbaycan dili. Baza kursu” adlı yeni dərslik nəşr olunub.

AZƏRTAC xəbər verir ki, nəşrin müəllifi Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin Türk filologiyası kafedrasının müəllimi, filologiya elmləri namizədi Şahnaz Kamalovadır. Dərslik bu il “KARO” nəşriyyatında çapdan çıxıb.

Kurs 26 dərsdən ibarətdir, həm Azərbaycan dilini yeni öyrənməyə başlayanlar, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri ilə maraqlananlar üçün nəzərdə tutulub. Hər dərsdə ayrıca qrammatik mövzu, keçilən materialın möhkəmləndirilməsi üçün çalışmalar, eləcə də gündəlik ünsiyyət zamanı istifadə olunan sözlər və praktik ifadələr təqdim edilir.

Qrammatik material sadədən mürəkkəbə prinsipi əsasında hazırlanıb və Azərbaycan dilini müstəqil şəkildə öyrənmək istəyənlər üçün də nəzərdə tutulub. Dərslikdə Azərbaycan-rus və rus-Azərbaycan lüğətləri yer alır, daha mürəkkəb çalışmalar isə cavablarla təqdim olunub.

Azərbaycan dilində nitqi dinləyib anlama bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilib. Dərslik üçün ana dili Azərbaycan dili olan şəxslərin səsləndirdiyi audio əlavə hazırlanıb. Bu fayl nəşriyyatın saytından əlavə ödənişlə əldə edilir.

Ş.Kamalova ön sözdə qeyd edir ki, dərslikdə rusdilli tələbələrə onun Azərbaycan dilinin tədrisi sahəsindəki bilikləri və uzunillik təcrübəsi ümumiləşdirilib. Baza kursunu başa vuran oxucular Azərbaycan dilində mətnləri oxuya, danışa və həmsöhbətini başa düşə biləcəklər.

Nəşr 496 səhifədən ibarətdir.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31