Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
02.10.2026 [21:27]
ABŞ-də mayeləşdirilmiş təbii qaz (LNG) ixracının artmasına, Asiyada tələbatın zəifləməsinə və təchizatla bağlı narahatlıqların azalmasına baxmayaraq, Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekspertlər qitədə qaz anbarlarının doluluq nisbətinin aşağı olmasının və Hörmüz boğazı ilə bağlı risklərin qiymətin artmasına birbaşa təsir etdiyini bildirirlər. Belə ki, anbarların doluluq nisbətinin aşağı olması Avropanı təchizat fasilələrinə qarşı daha həssas edir, ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyat ehtimalı isə vacib dəniz yolları vasitəsilə LNG axınları ilə bağlı narahatlıqları artırır.
Analitiklər hesab edirlər ki, Çində LNG tələbatının zəifləməsi əlavə yüklərin Avropaya yönləndirilməsi üçün yol aça bilər və bu da mayeləşdirilmiş təbii qaz təchizatı üçün rəqabəti azalda bilər.
Gəmi izləmə məlumatlarına görə, ABŞ-nin LNG ixracı avqustdakı 10,7 milyon tonla müqayisədə sentyabrda 10,9 milyon tona yüksəlib. Avropa bazarı ABŞ-nin ümumi LNG ixracının 54 faizi (5,91 milyon ton) təşkil etməklə ən böyük paya malik olub.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına əsasən isə Birləşmiş Ştatların LNG ixracı bu ilin birinci yarısında gündəlik orta hesabla 17,4 milyard kubfuta yüksəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir.
“Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropa İttifaqı ölkələrində təbii qaz anbarlarının doluluq nisbəti 71,5 faizdir. Bu nisbət ötən ilin eyni dövründə 82,6 faiz təşkil edib.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Xəbər lenti
Hamısına baxİdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37

