/ / Elnur Aslanov: İnkişaf Konsepsiyasını ictimai müzakirəyə çıxarmaqda məqsəd Azərbaycanın gələcək inkişaf prioritetlərinin, onlara nail olmaq uçun yeni vasitələrin təyin edilməsində hər bir vətəndaşın iştirakını təmin etməkdir
Elnur Aslanov: İnkişaf Konsepsiyasını ictimai müzakirəyə çıxarmaqda məqsəd Azərbaycanın gələcək inkişaf prioritetlərinin, onlara nail olmaq uçun yeni vasitələrin təyin edilməsində hər bir vətəndaşın iştirakını təmin etməkdir
21.07.2012 [09:33]
- Elnur müəllim, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının ictimai müzakirəyə çıxarılmasının əsas məqsədi nədir?
- Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması Azərbaycanın bugünkü inkişaf xüsusiyyətlərinin mahiyyətindən irəli gələn təşəbbüsdür. Bazar iqtisadiyyatına keçidin qısa müddət ərzində uğurla başa çatdırılması və liberal iqtisadi münasibətlərin təşəkkülü bir tərəfdən iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri etmiş, digər tərəfdən isə qloballaşan dünyaya inteqrasiya ilə bağlı çağırışların aradan qaldırılmasını təmin etməyə sövq etmişdir. Bu amilləri nəzərə alan yeni İnkişaf Konsepsiyasının layihəsi artıq hazırlanmışdır.
Konsepsiyanı ictimai müzakirəyə çıxarmaqda məqsəd Azərbaycanın gələcək inkişaf prioritetlərinin, onlara nail olmaq üçün yeni vasitələrin təyin edilməsində hər bir vətəndaşın iştirakını təmin etməkdir.
Demokratiyanın mahiyyəti də məhz ondan ibarətdir ki, vətəndaş azad şəkildə öz ölkəsinin idarə edilməsində birbaşa və ya dolayısı iştirak etsin. Digər bir məqam isə ondan ibarətdir ki, biz gənc nəslin fikir və mülahizələrinə həssas yanaşmalıyıq, çünki müasir dövrün tələblərinə uyğun yüksək təhsil, peşə hazırlığına malik olan gənclər İnkişaf Konsepsiyasının nəzərdə tutduğu biliklərə əsaslanan informasiya cəmiyyətinin əsas aparıcı qüvvəsidir. Onlar, eyni zamanda, Azərbaycanın kadr potensialıdır, gələcəkdə bu Konsepsiyanın həyata keçirilməsinə və yeni konsepsiyaların hazırlanmasına məsul olan insanlardır. Biz indidən onların bu potensialından istifadə etməliyik. Odur ki, gənclər İnkişaf Konsepsiyasının müzakirələrində fəal iştirak etməli, öz fikir və mülahizələrini paylaşmalıdırlar. Əlbəttə, bu məqsədlə tədbirlər keçiriləcək, diskussiyalar təşkil ediləcəkdir. Konsepsiyanın müzakirəsində iştirak edən hər bir vətəndaş öz mülahizələrini, fikir və təkliflərini ya elektron poçt (e-ünvan: concept2020@pa.gov.az) vasitəsilə, ya da birbaşa Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərə bilərlər.
Qarşımızda duran əsas məsələ ondan ibarətdir ki, biz gələcək inkişafımızın ilkin mərhələsini, yəni sonranı necə görürük. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz Azərbaycanın 30-40 ildən sonrakı inkişafı üzərində düşünməliyik, onun təməlini indidən hazırlamalıyıq. Bu gün atılan hər bir addım uzunmüddətli perspektivə hesablanmışdır, Azərbaycanın firavan gələcəyinin təmin edilməsinə yönəlmişdir. Sosial amil Azərbaycanın dövlət siyasətinin əsas elementidir.
Sovet İttifaqı dağılandan sonra yaşanan çətinliklərə baxmayaraq, son illər həyata keçirilən iqtisadi siyasət əhalinin həyat səviyyəsinin tədricən yaxşılaşmasına səbəb olmuşdur. Bu siyasət davam etdirilir, Azərbaycan yeni rifah dövləti quruculuğunda inamla irəliləyir.
Azərbaycanın enerji resurslarının yeni neft strategiyasına uyğun rasional istifadəsi ölkənin maliyyə imkanlarının genişlənməsinə səbəb olmuş, regionda aparıcı mövqeyə çıxmasını şərtləndirmişdir. Bu imkanların daha optimal istifadəsi üçün “qara qızıl”ın insan kapitalına çevrilməsi prosesi başlanmışdır. Bu, o deməkdir ki, Azərbaycan dövləti gələcəyini keyfiyyətli təhsilə bağlayır.
Heç kimə sirr deyildir ki, insan hər bir inkişafın əsasında duran mühüm amildir. Biz gəncləri dünyanın tanınmış ali təhsil ocaqlarına oxumağa göndərməklə yanaşı, eyni zamanda, yerli təhsil imkanlarını yenidən dəyərləndirib gənclərimizin müasir tələblərə cavab verən təhsilini davam etdirmələrini və müxtəlif sahələrdə peşə hazırlığına yiyələnmələrini təmin edirik. Hər bir gəncin düzgün ixtisas və peşə seçimi onun intellektual potensialını, bacarığını üzə çıxarmağa və fəaliyyətini daha səmərəli istiqamətə yönəltməyə imkan verir. İnnovasiya fəaliyyəti məhz buradan başlayır.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf konsepsiyası ümumi baxışımızın əsas mahiyyətini təşkil edir. Biz hazırkı nəslin çoxşaxəli inkişaf tendensiyalarını təmin etməklə yanaşı, gələcək nəsillərin bu inkişafdan tam bəhrələnməsini və daha innovativ imkanlara malik olmasını təmin etməliyik. Bu isə prosesin tam, sistemli şəkildə nəzərdən keçirilməsini şərtləndirir. Bu baxımdan ətraf mühitin qorunması təkcə iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin deyil, həmçinin hər bir insanın gündəlik fəaliyyətinin məqsədinə çevrilməlidir.
Göründüyü kimi, İnkişaf Konsepsiyası çox ambisiyalı və cəmiyyəti maraqlandıran bütün istiqamətləri özündə əks etdirən orta müddətə hesablanmış, lakin uzun müddəti əhatə edən strategiyadır.
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00

