/ / Ermənistan terroru dəstəkləyən, terrorun arxasında duran, onu maliyyələşdirən bir dövlətə çevrilib
Ermənistan terroru dəstəkləyən, terrorun arxasında duran, onu maliyyələşdirən bir dövlətə çevrilib
06.09.2012 [23:29]
Müsahibimiz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur:
- Novruz müəllim, Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərovun ölkəmizə ekstradisiyası və əfv olunmasından sonra erməni terror təşkilatları azərbaycanlı diplomatlara yönəlik şantaj və hədələrlə çıxış ediblər. Nə qədər təəccüblü də olsa, Ermənistan dövləti də beynəlxalq hüquqa zidd olaraq, bu terror çağırışlarına dəstək verməkdədir. İstərdik, ilk olaraq, bu məsələlərlə bağlı sizin mövqeyinizi öyrənək...
- Qeyd etdiyiniz kimi, ASALA təşkilatı açıq-aydın şəkildə azərbaycanlı diplomatları hədələyib və onların “layihəsi”nə görə, Ramil Səfərovun Azərbaycana verilməsində iştirak edən diplomatlarımızı “cəzalandırmağı” qərara alıblar. Bununla bağlı, bildiyiniz kimi, məkr, nifrətlə dolu mətnlə də çıxış ediblər. ümumiyyətlə, bunun özü artıq çox mühüm bir hadisədir. O mənada ki, dünya ictimaiyyəti çox təəssüflər olsun ki, Azərbaycanla Ermənistan arasında olan müəyyən məsələlərdə həmişə Ermənistanın tərəfində mövqe tutur. Bu isə Ermənistan tərəfini, onun indiki separatist rəhbərlərini ruhlandırır və onlar istədikləri addımları atmağa başlayırlar. Bu, eyni zamanda, müəyyən erməni təşkilatlarını da ruhlandırır, onların içərisində yüz ildən artıqdır ki, terrorçu təşkilat kimi fəaliyyət göstərən ASALA-nın da belə bir cəhd göstərməsinə gətirib çıxarır. Məsələ burasındadır ki, dünya ictimaiyyəti bununla da terrorçunun kim olduğunu, kimin terrorçu fəaliyyətlə məşğul olduğunu görməlidir. Ramil Səfərov haqqında biz hər şeyi açıq-aydın dedik. Ramil Səfərovun başına gələnlər, uşaq vaxtında bütün yaxınlarını itirməsi, doğmalarının onun gözünün qabağında qətlə yetirilməsi, öz ata-baba yurdundan məhrum olunması, yurd-yuvasının dağıdılması, Macarıstanda olduğu zaman isə bu adama qarşı psixoloji təzyiqlərin göstərilməsi və s. bunlar hamısı elə-belə hadisələr deyil. Əslində, bunlar bir müharibə deməkdir. Amma bununla belə, Ermənistan tərəfinin belə - açıq şəkildə terroru dəstəkləyən mövqe ortaya qoyması, həm bu ölkənin terroru dəstəklədiyini təsdiqləyir, həm də ASALA kimi terrorçu təşkilatları ruhlandırır. Elə bil ki, Ermənistan tərəfinə bir bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, danışıqlar, sülh yolu ilə həllini uzatsınlar, mane olsunlar. Ona görə də, bu məsələni əllərində bayraq edib hay-küy salırlar. Digər tərəfdən, çox təəssüflər olsun ki, hətta bəzi təşkilat rəhbərləri belə regionda baş verən hadisələrə düzgün yanaşmırlar, düzgün təhlil etmirlər, düzgün mövqe bildirmirlər. Ona görə də, yazırlar ki, guya bu hadisə regionda gərginliyin azalmasına mane olur. Amma hamı bilir ki, əsas məsələ bundan ibarət deyil. Bütün dünya da bilir ki, regionda gərginliyin azalmasına mane olan proses və hadisə Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlamasıdır. Əgər o dairələr ədalətlidirlərsə, qərəzli deyillərsə, buna mövqe bildirməlidirlər.
Digər tərəfdən, Ermənistan dövlətinin rəhbərlərinin özləri terror təşkilatında olublar, terror törədiblər. Xocalı soyqırımını da onlar törədiblər, Azərbaycan ərazisində onlarla qətl hadisələrini onlar törədiblər. çox təəssülər olsun ki, bütün bunlarla bağlı, Qərbdəki həmin dairələr, müxtəlif mətbuat orqanları heç bir mövqe bildirmirlər. Xatirinizdədirsə, Ermənistan prezidenti Serj Sarkisyan məktəblilərin qarşısında çıxış edərək demişdi ki, biz bu torpaqları aldıq, sizinsə qarşınızda gələcəkdə, Türkiyə, Azərbaycan və Gürcüstandan torpaqlar almaq missiyası durur. Amma buna heç kəs heç bir yerdə mövqe bildirmədi. Bütün bunların hamısı təəssüf doğurmaya bilməz. Bununla belə, Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir və Azərbaycan hansı addımları atdığını bilir. Ona görə də, Azərbaycana qarşı bütün bu dairələrin daha ədalətli olması ən yaxşı yoldur və Azərbaycanı öyrətmək, ona hansısa yol göstərmək də lazım deyil.
- Novruz müəllim, bayaq, beynəlxalq ictimaiyyətin erməni terror təşkilatlarının terrorçu fəaliyyətinə biganə, laqeyd münasibətindən danışdıq. Onda haqlı şübhələr ortaya çıxır. Bu gün ASALA-nın “dirildilməsində” sadəcə Ermənistan dövlətimi maraqlıdır?
- Ermənistan dövləti artıq öz fəaliyyəti ilə terrorçu xarakterini ortaya qoyub. Bu da təsadüfi deyil. Ermənistanın indiki rəhbərlərinin əksəriyyəti Dağlıq Qarabağda törədilmiş terror aktlarında, qətliamlarda birbaşa iştirak ediblər. Və bu gün onların hakimiyyətdə qalması üçün də bu proseslər olmalıdır. Ona görə də, Ermənistan terroru dəstəkləyən, terrorun arxasında duran, onu maliyyələşdirən bir dövlətə çevrilibdir. Bu məsələnin bir tərəfi. Digər məsələ isə onların fəaliyyətinə göz yumulması məsələsidir. Təəssüf ki, bu məsələ belədir və mən sizinlə bu məsələdə razılaşıram.
- Beynəlxalq ictimaiyyətin ermənilərin terror çağırışlarını və hədələrini susqunluqla müşahidə etməsi, bunlara göz yummasının səbəbləri nədir? Terrorçuluqla beynəlxalq mübarizənin genişləndiyi bir vaxtda açıq-aşkar terror çağırışları edən bir dövlətə belə böyük “güzəşt” nə ilə əlaqədardır?
- Əlbəttə ki, bu, bizi çox təəssüfləndirir, biz bunları qəbul edə bilmərik. Biz bir gənc dövlət kimi istəyirik ki, Azərbaycanla bağlı nəyi istəyirlər desinlər. Amma bu zaman ədalətli olsunlar, ədaləti ifadə etsinlər. Amma təəssüflər olsun ki, bunu müşahidə etmirik. Azərbaycanla bağlı bir şey eşidən kimi, bütün hamısı qalxır və başlayırlar bununla bağlı mövqe bildirməyə. Amma Ermənistanın Azərbaycan torpaqlarını 20 ildir işğal altında saxlaması, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkünə çevrilməsi ilə bağlı heç bir söz demirlər. Biz bunu qəbul edə bilmərik. Bu cür ədalətsiz mövqe strateji baxımdan onların özləri üçün ziyan gətirəcəkdir.
- Ermənistan parlamenti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin tanınması ilə bağlı sənəd hazırlayıb və yaxın zamanlarda bu layihənin müzakirə olunacağı gözlənilir. Beynəlxalq hüquqi nöqteyi - nəzərdən, Ermənistanın bu, növbəti təxribatını necə şərh edərdiniz?
- Bu, Ermənistan üçün beynəlxalq hüquq normalarının heç bir əhəmiyyət daşımadığını göstərir, bu, saymamazlıqdır. çünki ermənilər arxalarında bəzi qüvvələrin dayandığını görürlər. Bu qüvvələr ermənilərə hər şeyi etməyə, hər sözü deməyə şərait yaradır. Heç kim də onların bu hərəkətlərinə münasibət bildirmir. Bu kimi addımların atılması da buradan qaynaqlanır. Amma ermənilər o qədər də ağıllı deyillər. çünki bütün bunlar panika, isterika içərisində atılmış addımlardır. Hazırda, ermənilər isterika içərisindədirlər. Ağıllarına gələn addımları atmaları da bunu göstərir. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair fikirlər də bu addımlardan biridir. Bununla onlar indiyədək görülmüş işlərin hamısının üstündən xətt çəkərək özlərinin işğalçı olduqlarını və işğalçı siyasət həyata keçirdiklərini, başqa bir dövlətin ərazisinə artıq hüquq çərçivəsində deyil, birbaşa, zorla sahib olmaq istəklərini büruzə verərlər ki, bu da onlara baha başa gələr və onlara böyük zərbə olar.
- Novruz müəllim, məlum olduğu kimi, İranda həbs olunan iki azərbaycanlı şair iki gün öncə azad olunublar. Bundan sonra isə, İran rəsmiləri Azərbaycanla münasibətlərin gələcək perspektivləri ilə bağlı müsbət fikirlər səsləndirdilər. Belə demək mümkündürmü ki, bir müddət əvvəl İran-Azərbaycan münasibətlərində özünü göstərən narahatlıq aradan qaldırılıb?
- Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir və onun əsas fundamental prinsiplərindən biri qonşu dövlətlərlə dostluq və sıx əməkdaşlıq münasibətləri qurmaqdır. Bütün bunlardan əlavə, Azərbaycan və İran dövlətləri arasında, xalqlarımız arasında münasibətlər mehriban qonşuluq və sıx əməkdaşlıq prinsipləri üzərində qurulub və bu günə qədər də formalaşıb. Lakin çox təəssüflər olsun ki, son vaxtlarda İranın müəyyən dairələrində, hərbi dairələrdə, dini dairələrdə, özlərinin səlahiyyəti olmadan, dövlətin xarici siyasətinə müdaxilə olan müxtəlif bəyanatlar səsləndiriblər. Şübhəsiz ki, buna da reaksiya verilibdir. Ancaq mən düşünürəm ki, İran tərəfindən də başa düşülüb ki, münasibətlərin belə məcrada davam etməsi, hansısa kənar qüvvələrin maraqlarına uyğun gələ bilər. Yəni bu iki dövlət arasında dostluq və mehribanlıq bəzilərinin xoşlarına gəlməyə də bilər. Azərbaycan İranla bağlı siyasətdə özünün fundamental prinsiplərinə həmişə sadiq olubdur. Eyni zamanda, İran prezidentinin əlaqələrimiz haqqında müsbət fikirləri, İranda həbsdə olan gənc şairlərimizin azadlığa buraxılması və digər müsbət addımlar şübhəsiz ki, son zamanlar münasibətlərimizdə müşahidə olunan bəzi narahatçılığa son qoya bilər. Düşünürəm ki, belə addımları davam etdirməklə, münasibətlərimizi layiq olduğu ən yüksək səviyyəyə qaytarıb, onu daha da dərinləşdirə və inkişaf etdirə bilərik.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

