/ / NATO-nun baş katibi: Əfqanıstandakı sülhməramlı əməliyyatlardakı töhfələrə görə Azərbaycana minnətdarlığımızı bildiririk
NATO-nun baş katibi: Əfqanıstandakı sülhməramlı əməliyyatlardakı töhfələrə görə Azərbaycana minnətdarlığımızı bildiririk
07.09.2012 [23:04]
- Cənab baş katib, Bakıya səfərinizin məqsədi nədir?
- Səfərimin məqsədi Azərbaycan ilə NATO arasında yüksək səviyyədə olan tərəfdaşlığı daha da inkişaf etdirməkdir. Bu gün Prezident İlham Əliyevlə birgə bu tərəfdaşlığın daha da gücləndirilməsini və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik.
- Prezidentlə görüşünüz necə keçdi, ümumilikdə Bakıya səfərinizdən razısınızmı?
- Bakıya səfərimdən çox razıyam. Prezidentlə çox müsbət və konstruktiv görüşümüz oldu. Tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini və Əfqanıstan əməliyyatlarını müzakirə etdik. Biz NATO-nun 2014-cü ildə yekunlaşacaq beynəlxalq təhlükəsizliyə yardım qüvvələri (İSAF) çərçivəsində təlim missiyasının hazırda və 2014-cü ildən sonra da davam etdirilməsini qərara aldıq. çox şadam Prezident bildirdi ki, Azərbaycan 2014-cü ildən sonra da NATO-nun təlim missiyasına töhfə verəcəkdir. Biz Əfqanıstandakı İSAF missiyasına töhfəsinə görə Azərbaycana minnətdarlığımızı bildiririk. Mən Azərbaycanın 2014-cü ildən sonra da NATO-nun təlim missiyasına töhfəsini davam etdirmək əzmində olmasını yüksək qiymətləndirirəm.
- ümumiyyətlə, Azərbaycan ilə NATO arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan ilə NATO arasında yüksək səviyyədə münasibətlər mövcuddur. Biz NATO-nun Əfqanıstandakı əməliyyatlarında faydalı əməkdaşlıq edirik. Azərbaycan hərbi qüvvələri vasitəsilə Əfqanıstan əməliyyatlarına töhfələr verir. Azərbaycan əsgərləri öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər, siz onlarla fəxr edə bilərsiniz. Bundan əlavə, Azərbaycan tranzit marşrutu rolunu oynayır. Bu da bizim Əfqanıstanda həyata keçirdiyimiz missiyaya öz təsirini göstərir. Azərbaycan, həmçinin Əfqanıstan təhlükəsizlik qüvvələrinin saxlanılmasına maddi cəhətdən də dəstək verir. Əməliyyatlardakı əməkdaşlığımıza gəlincə biz Azərbaycana verdiyi töhfələrə görə minnətdarlığımızı bildiririk. Biz digər sahələrdə də faydalı əməkdaşlıq edirik. Azərbaycan ilə NATO-nun ekspertləri partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində əməkdaşlıq edir. Hektarlarla ərazi partlayıcı maddələrdən təmizlənərək təsərrüfat məqsədləri üçün yararlı vəziyyətə gətirilib. Bu, Azərbaycanın xeyrinədir, mükəmməl əməkdaşlıqdır.
- Cənubi Qafqaz Avropadan Əfqanıstana, ümumilikdə bütün Şərqə gedən yolda mühüm məntəqədir. Dağlıq Qarabağ münaqişəsi bu regionda daim gərginliyə səbəb olur, Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın Avratlantik məkana inteqrasiyasında əsas maneədir. Sizcə NATO-nun Ermənistana regionda oynadığı qeyri-konstruktiv rola görə ciddi mesaj göndərməsinin vaxtı çatmayıbmı?
- İcazə verin vurğulayım ki, NATO təşkilat olaraq Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılması səylərində iştirak etmir. Lakin biz prosesi yaxından izləyirik, münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Ona görə də biz NATO-nun çikaqodakı sammitində bununla bağlı açıq bəyanat verdik. Biz münaqişənin sülh yolu ilə həll olunması üçün Minsk qrupunun səylərini dəstəkləyirik. Regionda gərginliyin azaldılmasına, əməkdaşlıq və barışığın təşviq olunmasına böyük ehtiyac vardır. Regionun böyük iqtisadi potensialı vardır. Lakin həmin potensialı lazımınca dəyərləndirmək üçün bu münaqişələrə son qoyaraq, ölkələr arasında əməkdaşlığa nail olmaq zəruridir.
- Azərbaycan terrora qarşı beynəlxalq koalisiyanın fəal üzvüdür. Avropadakı azərbaycanlı diplomat və tələbələr erməni terror təşkilatı ASALA tərəfindən öldürülməklə hədələnir. Bu məsələdə Azərbaycan NATO-nun dəstəyinə arxalana bilərmi?
- Mən terrorizmin bütün formalarını qətiyyətlə pisləyirəm. NATO-nun terrorizmlə bağlı mövqeyi məlumdur. Biz terrorizmin qarşısını almağa yönəlmiş bütün səyləri dəstəkləyirik.
- Suriyadakı hərbi-siyasi böhrandan çıxış yolunu nədə görürsünüz?
- Suriya məsələsinə gəlincə, hesab edirəm ki, bunun ən doğru yolu siyasi həlldir. Qeyd etməliyəm ki, NATO bu məsələyə hərbi müdaxilə etmək niyyətində deyildir. Mülki şəxslərin qətlə yetirilməsi tamamilə yolverilməzdir. Mən Suriya rəhbərliyini demokratik keçid prosesini və Suriya xalqının legitim hüquqlarını təmin etməyə çağırıram. Hesab edirəm ki, ən doğru yol Annan planının elementlərinə əsaslanan siyasi həll yolunun tapılmasıdır. ümid edirəm ki, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası vasitəsilə öz güclü və vahid mövqeyini nümayiş etdirəcəkdir. Suriya rəhbərliyi yaxşı başa düşür ki, onlar xalqın iradəsinə zidd gedə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

