/ / İtaliya Parlamenti yaxın zamanda Xocalı faciəsi ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq
İtaliya Parlamenti yaxın zamanda Xocalı faciəsi ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq
09.10.2012 [01:32]
- Azər müəllim, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkənin parlamentlərarası əlaqələrini necə qiymətləndirirsiniz?
-İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycanın ilk səfirliklərindən biri də İtaliyada açılıb. Ümummilli lider Heydər Əliyev İtaliyada səfərdə olub. Prezident İlham Əliyev 3 dəfə bu ölkəyə rəsmi səfər edib. İki ölkənin hökumətlərarası münasibətləri təbii ki, hazırda da yüksələn xəttlə inkişaf edir. Heydər Əliyev Fondunun da İtaliyada gördüyü işlər böyük və çoxşaxəlidir. Elə bu ilin aprelində Heydər Əliyev Fondunun, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirdiyi “Azərbaycan mədəniyyəti günləri” dediklərimin bariz nümunəsidir. İtaliyanın Venesiya, Milan, Türin kimi şəhərlərində Azərbaycanla bağlı böyük tədbirlər keçirildi. Tədbirin bağlanış mərasimi Romada oldu. İtaliyanın ən möhtəşəm parklarından hesab edilən Villa Borghese parkında Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Eyni gündə Leyla xanım Əliyeva “Bakı” jurnalının təqdimatını keçirdi. Və Azərbaycan mədəniyyət günləri möhtəşəm konsertlə başa çatdı. Bu tədbirlərin hər biri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə baş tutdu. Bütün bunları sadalamaqla onu demək istəyirəm ki, İtaliya ilə dostluq münasibətləri Azərbaycan dövlətinin xarici siyasətində önəmli yer tutur. Təbii ki, bu, sadalananlar həm də Azərbaycan-İtaliya münasibətlərinin dostluq səviyyəsində olduğunu göstərir. Parlamentlərarası əlaqələr də, dövlətlərarası münasibətlərin tərkib hissəsidir. Ona görə də, iki ölkə arasındakı parlamentlərarası əlaqələri yüksək qiymətləndirirəm. Mütəmadi olaraq, hər iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvlərinin qarşılıqlı səfərləri olur. Milli Məclisin sədri Oqtay Əsədov da rəsmi dəvətlə İtaliyada olub. Hər iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupları münasibətlərin daha da yaxınlaşmasında öz töhfəsini verir.
- Əgər belə münasibətlər varsa italiyalı həmkarlarınızın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqelərini bilmək çox maraqlıdır...
- Hələ 2010-cu ilin fevralında İtaliya Senatının “Cənubi Qafqazda vəziyyət”lə bağlı qəbul etdiyi qətnamənin müzakirəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də gündəmə gətirildi və geniş müzakirələrə səbəb oldu. O zaman Azərbaycanın ədalətli mövqeyi dəstəkləndi, ayrı-ayrı beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz olması ilə bağlı qəbul etdikləri sənədlərin, qərarlarının həyata keçirilməsi tələb edildi. Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacib sayıldı. Qeyd edim ki, 2010-ci ilin dekabrında eyni məzmunlu sənədi İtaliya parlamentinin xarici əlaqələr komitəsi də qəbul etdi. Hazırda, bu istiqamətdə səylər davam etdirilir. Bu ilin martında Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İtaliyaya səfər etmişdik. Orada xeyli vacib görüşlər keçirdik. İtaliyanın keçmiş baş naziri, PDL Partiyasının rəhbəri cənab Silvio Berluskoni ilə görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyasının gələcək əlaqələri geniş müzakirə edildi. Bu görüşdə Xocalı soyqırımı ilə bağlı da müzakirələr apardıq və İtaliya Parlamentinin PDL Partiyasından olan üzvü, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun ən aktiv üzvlərindən olan cənab Maurizio del Tenno Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsini parlamentə təqdim etmək qərarına gəldi.
Qeyd etmək istərdim, ki bu sənədə İtaliya Parlamentində olan əsas siyasi partiyaların nümayəndələri imza atıblar. Azərbaycanın yaxın dostu, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədr müavini cənab Provera Fiorello da bu qətnamənin müxtəlif siyasi partiyalar tərəfindən dəstəklənməsi istiqamətində çox mühüm islər görüb. Yaxın zamanda bu layihə müzakirəyə çıxarılacaq.
- Bəs indi bu haqda mətbuata məlumat vermək tez deyilmi? Bundan ermənilər xəbər tutaraq əks fəaliyyətə başlamazlarmı?
- Çox duzgün qoyulmuş sualdır. Bu qətnamə üzərində bu ilin əvvəllərindən çalışırıq. Amma indi bu məlumatı artıq mətbuatda əks etdirmək olar, çünki qətnamənin layihəsi artıq avqust ayının 8-dən İtaliya Parlamentinin rəsmi web səhifəsində yerləşdirilib, qətnaməni imzalayan 42 deputatın soyadları yazılıb. Bildiyim qədər Əli Əhmədov qətnamənin artıq parlamentə təqdim edildiyi haqda Maurizio Del Tennodan rəsmi məktub da alıb.
Artıq Ermənistanın İtaliyadakı səfiri əl-ayağa düşub və qətnamənin müəllifi Del Tenno və bir sıra başqa deputatlarla görüşmək istəyib. Del Tenno hədə-qorxu dolu anonim məktub da alıb.
Hətta sentyabr ayının 15-də LNP Partiyasının Pesaro şəhər şöbəsinin katibi, arvadı erməni olan (öz məktubunda bunu açıq-aydın qeyd edir) Danilo Fuligno öz partiyasının bir neçə üzvünün bu qətnaməni imzalamasına etiraz olaraq, partiya rəhbərlərinə və Avropa Parlamentinin bu partiyadan olan üzvlərinə yalan və Azərbaycana qarşı böhtan dolu bir məktub yazıb. Bu məktuba artıq cavab hazırlamışıq. Bir daha qeyd etmək istəyirəm ki, bu qətnamə ətrafında mübarizə artıq açıq müstəviyə keçib.
- Bir neçə ölkənin parlamentlərinin təcrübəsinə əsaslansaq, deyə bilərik ki, bu şəkildə müzakirələr olub. Ancaq sonda əcnəbi parlamentarilərin ədaləti müdafiə etmədiyinin şahidi olmuşuq. Bu mənada, eyni təcrübənin İtaliya parlamenti tərəfindən təkrarlanacağını gözləmirsiniz ki?
- Əvvəla onu deyim ki, İtaliya Senatı və parlamenti bundan əvvəl Azərbaycanla bağlı ədaləti müdafiə edən, beynəlxalq hüquq normalarına söykənən qətnamələr qəbul ediblər. Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni də nümunə göstərmək olar. Avropa Parlamenti isə, 2010-cu ilin may ayında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox tutarlı bir qətnamə qəbul edib. Deyərdim ki, bu qətnamə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ən mühüm beynəlxalq sənəddir və ermənilərin iç üzünün açılmasında bu sənəd xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar onu göstərir ki, artıq Avropa siyasətçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə ədalət prinsipi ilə yanaşmağa başlayıblar. Onu da deyim ki, İtaliya parlamentinin qəbul edəcəyi qətnamə layihəsini sonradan İtaliya Senatı da müzakirəyə çıxaracaq. İnanıram ki, İtaliya parlamentariləri bu dəfə də ədalət prinsiplərinə sadiq qalacaq, beynəlxalq hüquq normalarına söykənərək humanizmi, insanlığı müdafiə edəcəklər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18

