/ / YAP uzun illər Azərbaycanı uğurlu gələcəyə aparmağa və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır
YAP uzun illər Azərbaycanı uğurlu gələcəyə aparmağa və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır
03.11.2012 [04:26]
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ərəfəsində istərdik ki, partiyamızın yaranmasını zəruri edən səbəblər və tarixi şəraitlə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz.
- Azərbaycanın ən mütəşəkkil partiyası, ümumxalq partiyası olan YAP 1992-ci ilin noyabrın 22-də yaranıb. Partiyanın yaranması tarixi zərurətdən doğan bir hadisəydi. Həmin dövr ölkəmizin ən ağır, ən çətin, taleyüklü bir dövrüydü. 1988-89-cu illərdə başlanan Dağlıq Qarabağ məsələsi, ardından Sovet İttifaqının dağılması ölkədə müəyyən qarışıqlığın yaranmasına səbəb olmuşdu. Bundan başqa müstəqillik əldə olunan ilk illərdə ölkədə siyasi hakimiyyətsizlik hökm sürürdü. İstər Mütəllibov, istərsə də AXC-Müsavat cütlüyünün səriştəsizliyi, hakimiyyət davası Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına, ardından Qarabağ ətrafında olan rayonların da işğal olunmasına yol açdı. İşğal nəticəsində vətəndaşlarımızın öz dədə-baba yurdunu tərk edərək paytaxta, ölkənin digər bölgələrinə üz tutması, insan itkiləri, ölkənin iqtisadi cəhətdən tamamilə çökməsi, sosial siyasətin işləməməsi, əhalinin güzəranının gündən-günə pisləşməsi, sabaha inamın itməsi, ölkə daxilində ayrı-ayrı şəxslərə qulluq edən silahlı qruplaşmaların yaranması, ictimai asayişin pozulması, sabitliyin olmaması ölkə vətəndaşlarını bir qüvvə, bir xilaskar ətrafında birləşməyə sövq etdi. Azərbaycan xalqı birmənalı olaraq öz xilasını Ümummilli lider Heydər Əliyevdə, Onun hakimiyyətə qayıdışında və respublikaya rəhbərliyində görürdü. Çünki istər 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə seçildikdən sonra, istərsə də SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Ulu öndərin ölkəmizin inkişafı üçün etdiyi işlər xalqın yaddaşındaydı və xalqımız yeni yaranan müstəqil dövləti bu keşməkeşlərdən, çətinlikldərdən məhz müdrik siyasətçinin, böyük ictimai-siyasi xadimin xilas edəcəyinə inanırdı. Düzdür, Ulu öndər Heydər Əliyev Sov.İKP-nin Siyasi Bürosundan çıxdıqdan sonra hər hansı bir vəzifə tutmaq istəmədiyini dəfələrlə bəyan etmişdi, lakin həmin zamanlarda Naxçıvanın blokadaya alınması, orada vəziyyətin gündən-günə pisləşməsi və Naxçıvan əhalisinin birmənalı şəkildə Ulu öndər Heydər Əliyevi Muxtar Respublikanın rəhbərliyinə gəlməsini tələb etməsi Ümummilli liderimizi Azərbaycana qayıtmağa və Naxçıvan MR-in Ali Məclisinə rəhbərlik etməyə sövq etmişdi. Məhz Ulu öndər Heydər Əliyevin dərin siyasi dühası, apardığı siyasət Naxçıvanın qorunmasına, yaşamasına səbəb oldu. Həmin zamanlarda proseslər olduqca dinamik inkişafa malik idi və demək olar ki, proseslərin istiqaməti gündəlik dəyişirdi. Bu mənada Azərbaycanda, paytaxt Bakıda sözün əsl mənasında hərc-mərclik, hakimiyyətsizlik yaranmışdı. Ayrı-ayrı fərdlərə qulluq göstərən silahlı qruplaşmalar istədikləri vaxt Qarabağdan geri çəkilirdi və bu da torpaqlarımızın işğalına yol açırdı. Belə bir zamanda ölkə əhalisi, xüsusilə 91-lər Ulu öndər Heydər Əliyevə müraciət etdilər və Heydər Əliyev Yeni Azərbaycan Partiyasının rəhbəri oldu. YAP yeni zamanın sivil mübarizə üsullarına əsaslanan xalqın parityası idi. Partiyanın proqramında və nizamnaməsində də qeyd olunur ki, YAP hakimiyyətə yalnız sivil seçkilər, xalqın iradəsi əsasında gəlməyi qarşısına məqsəd qoyur. YAP Ümummilli liderimizin siyasi iradəsi əsasında yaranan bir partiya olmaqla yanaşı, Azərbaycanın sabahını, xilasını, uzun illər müstəqllik arzularını yaşadan və bu müstəqilliyi qoruyub-yaşatmaq istəyində, arzusunda olan insanların əzmkarlığından yaranmışdı. Bu gün özünə yalandan “demokrat” adı qoyan, həmin dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyü yeni yaranan bir partiyanı nəinki qeydiyyata almadı, hətta təsis konfransının keçirilməsinə belə imkan yaratmadı. Belə olan halda partiyanın təsis konfransında iştirak edəcək nümayəndələr Naxçıvana getdilər və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Artıq təsis konfransından bir gün sonra bu barədə xəbərlər yayıldıqda ölkənin dörd bir yanından bu ideyanı dəstəkləmək, bu partiyaya üzv olmaq, ideyalarını yaymaq üçün insanlar axışıb gəlirdilər. Həmin insanlar partyanın təsis konfransında iştirak edən ziyalılara, Ulu öndər Heydər Əliyevə müraciətlər edir, mətbuat, xüsusilə də “Səs” qəzeti vasitəsilə bu partiyanın genişlənməsi yönündə işlər görürdülər. Qısa müddət ərzində partiyada təşkilatlanma işləri başlandı, baxmayaraq ki, bu işlər olduqca çətin, təhlükəli bir şəraitdə gedirdi. Çünki həmin dövrün iqtidarı belə bir partiyanın yaranmasının əleyhinə idi. Həmin dövrdə insanların bir yerə toplaşmasına, hər hansı bir etirazı səsləndirməsinə belə imkan verilmirdi. Bu bir yaşanmış tarixdir və deyilməlidir. Amma bütün çətinliklərə baxmayaraq partiya güclü təşkilatlanma yolu keçdi və 1993-cü ilin iyununda ölkəmiz məlum təhlükə qarşısında qaldı, dağılmaq ərəfəsinə yetişdi. Həmin vaxt xalqın bütün təbəqələrindən olan insanların təkidi və tələbi ilə, dövlət başçısı Əbülfəz Elçibəyin xahişi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəldi. Daha sonra Ulu öndərimz Gəncəyə getdi, qardaş qırğınının qarşısı alındı, vətəndaş müharibəsi dayandırıldı. Beləliklə də, iyunun 15-i tariximizə Qurtuluş Günü kimi yazıldı. Sonrakı dövrdə artıq addım-addım dövlətimizin quruculq prosesi başlandı. Bundan sonrakı dövrdə artıq insanlarımız kütləvi şəkildə partiyamıza gəlirdi və partiyamız günü-gündən güclənirdi.
- Yeni Azərbaycan Partiyası təsis olunduqdan bir neçə ay sonra hakimiyyətə gəldi. Qısa bir zamanda YAP-ın hakimiyyətə gəlişini necə dəyərləndirirsiniz, bu nə ilə əlaqədar idi?
- Ulu öndər Heydər Əliyev 1993-cü ildə məhz xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bunu Ümummilli liderimiz partiyamızın qurultaylarında da dəfələrlə bildirmişdi. Yəni, ilk olaraq partiyamızın Sədri xalqımız tərəfindən hakimiyyətə gətirildi və sonradan YAP iqtidar partiyasına çevrildi. Ulu öndər Heydər Əliyev hər zaman ölkədə vətəndaş həmrəyliyinin bərqərar olması istiqamətində fəaliyyət göstərib. Amma o dövrdə hakimiyyətdə təmsil olunan bəziləri vardı ki, öz fəaliyyətini “dondurduğunu” elan edir və başqa yollara əl atmağa cəhd göstərirdi. Dünya praktikasında bu cür analogiyalar mövcud deyil. Nazir və ya başqa dövlət məmuru ya öz işində fəaliyyət göstərər, ya da istefa verib gedər. Bu cür cəhdlər isə həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyündə təmsil olunan komandanın siyasi savadsızlığı ilə yanaşı, siyasi mədəniyyətə malik olmamasının göstəricisi idi. 1993-cü ilin oktyabr ayında Ulu öndərimiz, YAP-ın Sədri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və dövlətimiz yenidən inkişaf yoluna qədəm qoydu. Sonrakı quruculuq dövründə, dövlətimizin inkişafında təbii ki, YAP-ın da özünəməxsus şəkildə fəaliyyəti var və bu fəaliyyət hər zaman dövlətimizin güclənməsinə, milli maraqlarımızın qorunmasına xidmət edib. Elə bu səbəblər də sonrakı dövrdə xalqımızın partiyamıza inamının daha da möhkəmlənməsinə, keçirilən seçkilərdə partiyamızın üzvlərinə göstərilən etimadlarda özünü doğrultdu. YAP öz siyasətini hər zaman Azərbaycan dövlətçiliyinin inkişafına, milli mənafeyimizin müdafiəsinə yönəldib. Bu qarşılıqlı etimad YAP-ın ildən-ilə böyüməsinə, güclənməsinə imkan verdi.
- Partiyamızın qarşısına qoyduğu məqsədlər var və bunlardan biri də sosial sahə ilə bağlı məqsədlərdir. Siz, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini və YAP Siyasi Şurasının üzvü kimi partiyanın apardığı sosial siyasət xəttini necə dəyərləndirirsiniz?
- Partiyamızın əsas məqsədlərindən biri Azərbaycanda sosial dövlətin qurulmasıdır. Yəni, sosial ədalətin bərqərar olması, sosial bərabərlik üçün şərait yaradılması, Azərbaycanın bütün təbəqələrindən olan insanların ölkənin maddi nemətlərindən istifadə etmək və ona sahib olmaq imkanının yaradılması partiyanın əsas məqsədlərindən biridir. Bu amil həm Ulu öndərimizin Prezidentliyi dövründə səslənən çağırışlarda, Fərman və sərəncamlarda, qəbul olunan qanunlarda, həm də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qəbul olunan Fərman və sərəncamlarda, edilən çıxışlarda öz əksini tapır. Möhtərəm Prezidentimizin bütün çıxışlarında bu ideya öz əksini tapır ki, Azərbaycanın iqtisadi yüksəlişi Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılmasına xidmət etməsi üçündür. Bizim bütün fəaliyyətimiz bu istiqamətdə köklənib ki, Azərbaycan xalqı xoşbəxt, sosial rifah içində yaşasın, ölkəmizdə yoxsul insanlar olmasın və Azərbaycan insanı dünyanın ən qabaqcıl ölkələrinin insanları səviyyəsində yaşasın. Bu istiqamətdə kifayət qədər işlər görülüb. Tək bir faktı qeyd etmək lazımdır ki, əgər 2001-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idisə, bu gün həmin göstərici 7 faizə enib. 11 il ərzində yoxsulluq səviyyəsinin 42 faiz aşağı düşməsi faktı ölkəmizdən savayı dünyanın heç bir ölkəsində qeydə alınmayıb. Azərbaycanın büdcəsi bu gün 30 milyard dollara yaxınlaşır. Bu o deməkdir ki, Azərbaycanın rifah halı geridə qalan illərdən 100 dəfə yüksəlib. Pensiyaların, müavinətlərin, əmək haqqlarının ilbəil artması və xalqın güzəranının yaxşılaşması Yeni Azərbaycan Partiyasının öz nizamnamə və proqramında qarşıya qoyduğu niyyətlərin həyata keçməsinin əyani sübutudur. Biz iqtidar partiyası olaraq əldə edilən bu nailiyyətlərlə də kifayətlənmək fikrində deyilik. Partiyamızın Sədri, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin ölkəmizin 2020-ci ilə qədərki strateji inkişafı konsepsiyası ilə bağlı ötən il Sərəncamı olub. Bu konsepsiyaya görə, Azərbaycan qarşısına məqsəd qoyub ki, 2023-cü ildə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmalıdır. Onu da deyim ki, 1949-cü ildə dünyanın 13 inkişaf etmiş dövləti elan olunubdur və ötən müddət ərzində bu sıraya 14-cü dövlət əlavə oluna bilməyib. Bu standarta çatmağa ən iddialı dövlət bu gün Azərbaycan dövlətidir. Biz öz məqsədimizə çatacağıq.
- Artıq Yeni Azərbaycan Partiyası öz sıralarında 600 minə yaxın üzvü birləşdirən böyük bir siyasi təşkilata çevrilib və istərdik ki, partiyanın bugünki fəaliyyəti, qarşıya qoyulan məqsədlərlə bağlı fikirlərinizi bilək.
- Qeyd etmək vacibdir ki, YAP dünyanın əksər ölkələrinin tarixində az-az rast gəlinən bir uğura imza atıb. Partiyamız yarandığı dövrdən sonra keçirilən heç bir seçkini uduzmayıb. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində YAP hər zaman Azərbaycan xalqının yüksək səviyyədə etimad göstərdiyi bir siyasi qüvvə olduğunu sübut edib. Bu o deməkdir ki, YAP xalqın böyük hissəsinin dəstəyini qazanan, onun inamını öz siyasətində ifadə edən və 20 ilə qədər hakimiyyətdə olduğu dövrdə bu inamı qoruyub saxlamaq qüdrətində olan bir partiyadır. Bu, hər partiyaya nəsib olan uğur deyil. Digər bir tərəfdən, partiyamızın bu gün 600 minə qədər üzvü var ki, bu da böyük bir göstəricidir. Mən deyərdim ki, Azərbaycanda fəaliyyət göstərən digər yerdə qalan partiyaların ümumi elektoratının sayı YAP-ın 10 faizi qədər olar, ya olmaz. Bu, bizim partiyamızın möhtəşəmliyinin və mütəşəkilliyinin göstəricisidir. İldən ilə həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə üzvlərimizin sayının artması partiyamızın fəaliyyətinə yüksək stimul verir. 90-cı illərin əvvəlində müraciət edən hər bir kəsi partiyaya qəbul edirdiksə, bu gün partiyamız üçün, dövlətimiz üçün sədaqəti ilə yanaşı peşəkarlığını da nümayiş etdirən və dəfələrlə bunu sübut edən insanlar seçilir, partiyaya üzv qəbul olunur. Partiyanın idarəçiliyi demokratik prinsiplər əsasında tənzimlənir. Bundan başqa rayon təşkilatları ilə ilk ərazi təşkilatları arasında səmimi, nizamnamə və proqramlara əsaslanan münasibətlər mövcuddur ki, bu da partiyanın fəaliyyətinin səmərəliliyini artırır. Bütün bunlar göstərir ki, YAP artıq yetkin bir partiyadır. Partiyamızın beynəlxalq əlaqələrinin ildən-ilə genişlənməsi, istər Asiyada, istərsə də Avropada aparıcı, tarixi ənənələri olan partiyalarla yaxın münasibətlərin qurulması, əməkdaşlıq edilməsi özü böyük uğurdur. Yaxın günlərdə partiyamızın ev sahibliyi ilə böyük bir beynəlxalq konfrans keçiriləcək. Bütün bunlar YAP-ın beynəlxalq nüfuzunun ildən ilə artmasından xəbər verir. Artıq YAP-ın ənənələrinin və iş metodunun başqa ölkələrin partiyaları tərəfindən öyrənilməsi də bizi sevindirən hallardır. Partiyanın proqramında, nizamnaməsində nəzərdə tutulan prinsiplər bütünlüklə həyatda öz təsdiqini tapıbdır. Düşünürəm ki, YAP uzun illər Azərbaycanı uğurlu gələcəyə aparmağa və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

