2012-ci il Azərbaycan üçün kifayət qədər uğurlu olmuşdur
16.01.2013 [03:26]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov “www.yap.org.az” saytına müsahibə verib:
- Rasim müəllim, ilk olaraq başa vurduğumuz 2012-ci ildə Azərbaycanın xarici siyasət göstəriciləri və nəticələrini dəyərləndirmənizi istərdik.
- Ümumiyyətlə, 2012-ci il respublikamız üçün uğurlu oldu. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi dinamik inkişaf ötən il də davam etdi, həmçinin, ölkənin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu davamlı olaraq artmaqdadır. Bundan başqa, bizim diplomatik nümayəndəliklərimizin şəbəkəsi davamlı olaraq genişlənir. Bu gün Azərbaycana gələn ayrı-ayrı ölkələrdən olan prezidentlərin, hökumət başçılarının, eləcə də, müxtəlif nazirlərin səfərlərinin sayı Ermənistana və Gürcüstana edilən səfərlərin toplam sayından çoxdur. Həmçinin, ötən il Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin sayına nəzər yetirsək, qeyd edə bilərik ki, qonşu ölkələrdə keçirilən həmin tədbirlər bizimkilərlə müqayisəyə belə gəlməz. Digər tərəfdən, Azərbaycan ötən il BMT Təhlükəsizlik Şurasına sədrlik etdi, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim ədalətli mövqeyimizin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı sammiti və digər beynəlxalq tədbirlərdə müdafiə olunmasına nail olduq.
Bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada mədəni müstəvidə və idman sahəsində də kifayət qədər uğurlar əldə etdi. Ölkəmiz ötən il Avropanın ən nüfuzlu müsiqi yarışması olan “Eurovision-2012” mahnı musabiqəsini çox yüksək səviyyədə keçirdi, Şahmat Olimpiadasının və tarixdə ilk dəfə baş tutacaq Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi hüququnu əldə etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan 2012-ci ildə də regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verdi. Sirr deyil ki, bu gün Azərbaycan Avropanın enerji bazarında ən mühüm oyunçuya çevrilməkdədir. Düşünürəm ki, bütün bu uğurları əminliklə və qətiyyətlə ötən il üçün ölkəmizin aktivinə yazmaq olar .
- Bəs ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?
- Təəssüf ki, 2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olunmadı. Eyni zamanda, nəinki sülh danışıqlarını davam etdirməyə, həm də onu irəli aparmağa nail olunmadı, hətta deyərdim ki, mahiyyət etibarilə danışıqlar prosesi dayandı. Ötən ildə tərəflər arasında yüksək səviyyəli yalnız bir görüş keçirildi ki, bu da yanvar ayında Soçidə, Rusiya Prezidenti Dmitri Medvedyevin iştirakı ilə baş tutdu. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də təmasları oldu. Amma bu kontaktlar özünün konkret məhsuldarlığı ilə seçilmədi.
- Yeri gəlmişkən, başa vurduğumuz il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, ötən il bir neçə dəfə regiona səfər edən ATƏT-in Minsk qrupu həmsədrləri də danışıqlar prosesinin səmərəliliyini təmin edə bilmədilər. Başqa sözlə, danışıqlar prosesinə konstruktivlik və pozitiv dinamika verilməsi mümkün olmadı. Minsk qrupunun həmsədrləri yalnız cəbhə xəttindən snayperlərin geri çəkilməsi kimi bəsit bəyanatlar verməklə kifayətlənməli oldular.
Nəticə etibarilə aydın oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi dalana dirənib. Bu faktı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində də diqqətə çatdıraraq qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoyub.
Qeyd etmək lazımdır ki, danışıqlar prosesinin dalana dirənməsi və faktiki olaraq durğunluq mərhələsinə qədəm qoyması ermənilərin danışıqlar prosesində tutduqları qeyri-konstruktiv mövqe ilə bağlıdır. Ermənilər bu yolla işğal altında saxladıqları əraziləri leqallaşdırmağa, eləcə də, onlara sərf edən hazırkı status-kvo vəziyyətini saxlamağa çalışırlar.
- 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair hansı gözləntiləriniz var?
- Cari ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kifayət qədər intensiv danışıqların müşahidə olunacağını söyləyə bilmərəm. Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir müqavilə imzalanmalıdır ki, burada tərəflərin atacağı addımların bütün ardıcıllığı öz əksini tapsın. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar.
- Ötən il Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan prosesləri, xüsusilə də Qəbələ RLS məsələsini necə səciyyələndirmək olar?
- İlk öncə vurğulamaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətləri təkcə Qəbələ RLS məsələsindən asılı deyil. Belə ki, iki ölkə arasında bir sıra sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Fikrimcə, bu əməkdaşlıq öz qaydasında davam edəcək. Digər tərəfdən, əslində, Rusiyanın təhlükəsizlik baxımından bu stansiyaya elə də ehtiyacı yox idi. Ümumiyyətlə isə, Rusiyanın Qəbələ RLS-dən imtina etməsi haqqında qərara soyuqqanlılıqla yanaşmaq lazımdır. Rusiya Ukraynada da eynilə bu problemlə üzləşmişdi, oradakı RLS-lərdən də imtina etmişdi. Bu, o demək deyildi ki, Rusiya Ukrayna ilə düşmən oldu. Deyə bilərəm ki, Azərbaycan-Rusiya münasibətləri ikitərəfli maraqlar əsasında qurulub və tərəflər arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri perspektivdə də davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

