Yeni Daşkəsən – yeni uğurlar
02.02.2013 [02:23]
Əhəd Abıyev: “Yeni Daşkəsən” layihəsi bölgənin inkişafında mühüm rol oynayacaq
Müsahibimiz Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdir:
- Əhəd müəllim, son illər regionlarımızın sosial-iqtisadi inkişafı sahəsində böyük nailiyyətlər qazanılır. Bu baxımdan, rəhbərlik etdiyiniz Daşkəsən rayonunda vəziyyət necədir?
- Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial-iqtisadi sahədə çox böyük irəliləyişlərə nail olunub. Bu sosial-iqtisadi inkişaf ölkəmizin hər yerini əhatə edir. Hörmətli Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda ümumi daxili məhsulun artımında, sənaye istehsalının artımı prosesində əldə olunan irəliləyişlərdə də regionların payı getdikcə artmaqdadır. İstərdim, öncə bir məsələyə diqqət yetirim. 2004-cü ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramı qəbul olunmuşdu. 2004-2009-cu illəri əhatə edən həmin proqram çox uğurla həyata keçirildi. Növbəti Dövlət Proqramı isə 2009-2013-cü illəri əhatə edir. Hazırda, bu proqram həyata keçirilməkdədir. Həmin proqramlar çərçivəsində Daşkəsən rayonunda da mühüm işlər görülüb. Xüsusilə, ikinci, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında rayonun abadlaşdırılması, yol infrastrukturunun yeni tələblərə uyğun qurulması, eyni zamanda, Daşkəsənin təbii qaz, elektrik enerjisi ilə təchizatı, yeni müəssisələrin açılması və s. məsələlər öz əksini tapıb.
Son illər Daşkəsəndə aparılan geniş abadlıq və quruculuq işləri çərçivəsində mövcud olan problemlər qismən aradan qaldırılıb, rayonun sosial-iqtisadi inkişafının bütün sahələrini əhatə edən genişmiqyaslı yenidənqurma işləri görülüb. Dövlət Proqramına uyğun olaraq Daşkəsəndə xeyli sayda sosial obyektlər, məktəblər, xəstəxanalar tikilib, yeni iş yerləri açılıb. Əlbəttə ki, bu işlər davam edir. Bilirsiniz ki, Daşkəsən dağ-mədən sahəsində böyük zənginliyə malik bir ərazidir. Burada qızıl və filiz yataqları var, eyni zamanda, Daşkəsən təbii şəraitinə görə kurort ərazisidir.
Təbii ki, Dövlət Proqramı çərçivəsində irəliyə getmək, yeniliklər yaratmaq zərurəti var. Ona görə də, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə, Azərbaycan hökumətinin qərarı əsasında “Yeni Daşkəsən” layihəsi hazırlanıb və müvafiq qaydada təsdiq olunub. “Yeni Daşkəsən” layihəsi bu bölgəni, Daşkəsən şəhəri də daxil olmaqla, daha yüksək inkişaf səviyyəsinə çatdırılmasını nəzərdə tutur. Dövlət tərəfindən ayrılmış vəsait hesabına burada dağ-mədən sənayesinin inkişaf etdirilməsi, yeni yataqların istismar olunması, yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Həmçinin, bir sıra infrastruktur layihələr var ki, Daşkəsənlə Gəncə arasında şosse yolu əsaslı təmir olunub, yenidən qurulub. İndi Gəncədən Daşkəsənə gəlmək üçün daha az vaxt sərf olunur. Bütün bunları biz “Yeni Daşkəsən” layihəsində nəzərdə tuturuq. Bu layihə çox genişdir və onun əsasında rayonda böyük yeniliklər həyata keçiriləcək.
- “Yeni Daşkəsən” layihəsinin əhəmiyyətini vurğuladınız. Bu layihənin icrası ilə bağlı konkret hansı tədbirləri həyata keçirirsiniz?
- Mən Daşkəsənə gəldiyim vaxtdan burada çox böyük işlər görülməyə başlanıb. Əlbəttə, bütün bunlar cənab Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Daşkəsən Gəncəbasar bölgəsində çox strateji əhəmiyyətə malik olan bölgədir. Bilirsiniz ki, rayon işğalçı Ermənistanla həmsərhəddir. Buradakı əsgəri qüvvələrimizin də mənəvi-psixoloji durumunun yüksək səviyyədə olması üçün əlimizdən gələni edirik. Mən özüm tez-tez hərbi hissələrdə oluram, hərbçilərələ görüşürəm. Daşkəsən ziyalıları da hərbçilərlə görüşlər keçirirlər.
Görülən işlərlə bağlı faktları deyə bilərəm ki, dövlət qayğısı sayəsində rayonun kənd və qəsəbələrinin siması xeyli dəyişib, yeni məktəblər, uşaq bağçaları inşa edilib, kəndlərin infrastrukturunda yeniliklər edilib, 3 min nəfər əhalinin yaşadığı və 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılıb. Hazırda, 31 kilometrlik Xoşbulaq-Astaf, 25 kilometrlik Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının təmiri üçün hazırlıq işləri gedir.
Sualınıza konkret olaraq cavab verə bilərəm ki, bu gün Daşkəsən şəhəri tam yenidən qurulub. Daşkəsən yüksək səviyyədə qonaqlar qarşılamağa qadir olan şəhərə çevrilib. Daşkəsən şəhərinin yaxınlığında “Xoşbulaq” deyilən istirahət mərkəzi var və burada da insanların istirahəti üçün çox gözəl şərait yaradılıb. Yay aylarında buraya gələn turistlərin sayı rayonda yaşayan əhalinin sayından da çox olur. Bu, bizi çox sevindirir. Həmçinin, Daşkəsəndə yeni-yeni mədəniyyət, istirahət ocaqları tikmişik və bu işlər bundan sonra da davam etdiriləcək.
- Bəs hansı obyektlərin inşası nəzərdə tutulur?
- Rayon Sakinləri “Yeni Daşkəsən” layihəsini ölkə başçısının daşkəsənlilərə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirirlər. “Yeni Daşkəsən” layihəsinə uyğun olaraq rayonda genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, 26 kənddə orta məktəbin, rayon İcra Hakimiyyəti üçün 3 mərtəbəli inzibati binanın, yeni kitabxana və avtovağzal kompleksinin tikintisi, eləcə də, kənd və qəsəbələrdə infrastrukturun yeniləşdirilməsi, qaz, işıq və su problemlərinin həll edilməsi nəzərdə tutulur.
- Əhəd müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Son günlər Əkrəm Əylislinin “Daş yuxular” adlı yazdığı “əsər” cəmiyyətimizdə çox böyük narazılıqla qarşılanır. Siz də parlamentin üzvü olmusunuz və Əkrəm Əylisli ilə Milli Məclisdə fəaliyyət göstərmisiniz. Bu məsələ haqqında da fikirlərinizi bilmək maraqlı olardı...
- Bilirsiniz, Azərbaycanda çox gözəl, istedadlı yazıçı və şairlər var. Onlar xalqımızın vətənpərvər ruhda tərbiyə olunmasında böyük iz qoyublar. Bizim dahi Nizamidən Səməd Vurğuna qədər, Caviddən Müşfiqimizə qədər, o cümlədən, XX əsrin 60-cı illərində yaşayıb yaradan yazarlarımız və s. ədəbiyyatımızın inkişafında böyük rol oynayıblar. Mən Azərbaycan ədəbiyyatının klassiklərinin hamısının adını çəkə bilərdim, onların hər birinin ədəbiyyatımızda yeri və rolu var. Bizim Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi və digərləri kimi dahi yazarlarımız olub. Bu yazarlar milli inkişafımızla bağlı tənqidi yazılar da yazıblar. Məsələn, Sabirin “Hophopnamə”sində, Cəlil Məmmədquluzadənin əsərlərində millətin geriliyi ilə bağlı ciddi tənqidlər var. Yəni, burada özünütənqid mövcuddur. Əslində, bu, normaldır. Biz bundan heç vaxt inciməmişik. Lakin onlar bizə təcavüz edən milləti Azərbaycan xalqından üstün göstərməyiblər. Özünütənqid və düşmənin dəyirmanına su tökmək ayrı-ayrı şeylərdir. Biz ermənilərlə ideoloji-siyasi cəbhədə üz-üzəyik. Biz ermənilərlə müharibə aparırıq və bu müharibə başa çatmayıb. Belə olan şəraitdə, “Daş yuxular” adı altında ermənilərin dediklərini bədii obrazların dili ilə demək, “faktları” daxil etməklə belə bir kitab yazmaq doğru deyil. Bəziləri deyir ki, bu bədii əsərdir, amma bədii əsər şüurun formalaşmasına öz təsirini göstərir. Rusdilli auditoriyada belə bir əsərin ortada olması azərbaycanlılar haqqında mənfi rəy yarada bilər. Bədii əsərlər və filmlər nəticə etibarilə bu xalqla münasibətə təsir göstərə bilər. Ona görə də, mən bunu pisləyirəm.
Mən onu da demək istəyirəm ki, Əkrəm Əylisli Milli Məclisin üzvü olduğu dövrdə də onun milli maraqlarımızla bağlı hansısa çıxışına rast gəlməmişəm. Biz müxtəlif vaxtlarda Xocalı soyqırımı və digər məsələlərlə bağlı sənədlər qəbul etmişik. Əkrəm Əylislinin yazıçı kimi bir dəfə də olsun bunlar barədə çıxış etdiyi yadıma gəlmir.
Digər tərəfdən, mən öz həyatımla bağlı bir faktı danışmaq istəyirəm. 1980-ci illərin axırlarında bir məsələdə Əkrəm Əylisli ilə üz-üzə qalmışam. O vaxtlar Bakı şəhərində yaşadığım binada mənim erməni qonşum da yaşayırdı. Bizim həmin erməni ilə bağlı ev məsələsində mübahisəmiz yarandı və iş məhkəməyə qədər gedib çıxdı. Bu zaman Əkrəm Əylisli hardansa peyda olaraq erməni qonşumun müdafiəsinə qalxdı. Mən o zaman təəccüb etdim ki, hüquqi müstəvidə gedən məsələni Əkrəm Əylisli nədən milli müstəviyə yönəltmək istəyir və erməninin tərəfini saxlayır? Hərçənd məhkəməni mən uddum. Amma düşünürdüm ki, yəqin, Əkrəmin həmin erməni ilə qohumluğu var. Lakin indiki hadisələri görəndə, mən təsəvvür edirəm ki, onda erməni məhəbbəti haradan yaranıbmış? Əkrəm Əylisli birinci dəfə deyil ki, bu cür hərəkətlər edir. 1989-cu ildə Moskvada “Literaturnaya Qazeta”da bu cür yazılar çap etdirirdi və ictimai qınağa məruz qaldı. Bu gün də biz sübut etmişik ki, ermənilər işğalçıdırlar, xalqımıza qarşı böyük qətliamlar törədiblər, Ə.Əylisli isə bədii əsər adı altında ermənilərə dəstəvuz verən belə kitab yazır. Bütün bunlar onun yaramaz olduğunu təsdiqləyir.
Biz yuxarıda quruculuqdan danışdıq. Amma təəssüf edirəm ki, bu cür hadisələr də baş verir. Bu adam hansı haqla xalq yazıçısı adını daşıyır, hansı haqla dövlət ordenlərini sinəsində gəzdirir? Daşkəsən ictimaiyyəti də Ə.Əylislinin bu əsərini qətiyyətlə pisləyirlər. Düşünürəm ki, Ə.Əylisli haqlı olaraq ictimai qınağa məruz qalır və bu hərəkətinə görə cavab verməlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39

