Əli Əhmədov: Tariximizin ən əlamətdar günlərindən birini yaşayırıq
09.02.2013 [03:25]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun jurnalistlərə müsahibəsi. SƏS TV həmin müsahibəni təqdim edir:
- Əli müəllim, artıq Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla əlaqədar sizin də təəssüratlarınızı bilmək bizə xoş olardı. Bu süni peykin orbitə çıxarılması Azərbaycana, eləcə də, ölkəmizin inkişaf edən iqtisadiyyatına hansı uğurları əlavə edəcək?
- Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması kimi əlamətdar hadisə baş verib. Belə ki, Azərbaycan tarixində ilk süni peyk orbitə çıxarılıb. Hesab edirəm ki, bu Azərbaycanın bütövlükdə inkişafının bariz ifadəsidir. Eləcə də, bu ölkəmizin çox sağlam ideyalarını ortaya qoyan dövlət olduğundan, dövlətimizin müasirliyindən və müasirləşməyə meyilli olduğundan xəbər verir. Bu bütövlükdə Azərbaycanın gücünün ifadəsi kimi də qəbul oluna bilər. Ölkəmizin iqtisadi, texnoloji gücünün ifadəsindən biri də ondan ibarətdir ki, o qədər də çox sayda olmayan kosmik dövlətlər sırasına artıq Azərbaycan da qoşulub. Hesab edirəm ki, bu layihə çox uğurlu olacaq. Güman edirəm ki, bu layihə çərçivəsində ölkəmiz xeyli faydalar əldə edəcək. İnanıram ki, Azərbaycanın növbəti illərdə ikinci və üçüncü süni peykləri orbitə çıxarılacaq. Mən bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, eləcə də, bütün Azərbaycan xalqını təbrik edirəm. Həyatımızın, tariximizin ən əlamətdar günlərindən birini biz bu gün yaşayırıq.
- Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin belə bir bəyanatla çıxış edib ki, yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olmaq olmaz. Axı necə ola bilər ki, Rusiya həm prosesin həllində, nizamlanmasında vasitəçi rolu oynasın, həm də bu ölkədə yüksək posta sahib olan bir şəxs belə bir açıqlama ilə çıxış etsin? Bununla bağlı sizin də mövqeyinizi bilmək istərdik?
- Sergey Narışkin bu fikirləri söyləməklə həm də ciddi unutqanlığa yol verib. O, ən azından Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü unutmamalıydı. Çünki bu missiyanı öz üzərinə götürmüş dövlətin ən mühüm vəzifəsi üzərinə götürdüyü missiyanı tezliklə uğurla yerinə yetirməkdən ibarətdir. Biz çox təəssüf edirik ki, Minsk qrupu 20 ildən artıqdır ki, fəaliyyət göstərsə də, münaqişənin nizamlanması istiqamətində həlledici addım atılmayıb. Əlbəttə ki, mən Minsk qrupunun bu vaxta qədər olan fəaliyyətini heçə endirmək istəmirəm. Amma görünən odur ki, Minsk qrupu bu günə qədər üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilməyib. Təəssüf edirəm ki, həmsədrlərdən biri olan Rusiyada kifayət qədər yüksək siyasi posta sahib olan bir şəxs belə bir bəyanat səsləndirdi. Bu ondan xəbər verir ki, Rusiyada münaqişənin həll olunması üçün lazımi qədər səy göstərmək niyyətində olmayan insanlar da var. Hesab edirəm ki, Rusiya həmsədrlərdən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına ciddi təsir göstərmək imkanlarına malik olan bir ölkə kimi bu münaqişənin həll olmasına öz töhfəsini verməyə çalışacaq. Ən azından biz buna inanırıq. İnanmasaydıq Azərbaycan Rusiyanın həmsədr kimi fəaliyyət göstərməsinə etiraz edərdi. Rusiyanın vəzifəsi isə bu inamı doğrultmaqdan ibarət olmalıdır.
- AŞ PA həmməruzəçiləri İlqar Məmmədovla Tofiq Yaqublunun, müxalifət nümayəndələrinin həbsi ilə bağlı narahatçılıq ifadə edən bəyanatlarla çıxış ediblər. Bəs, siz bu hadisələri necə qiymətləndirirsiniz?
- Azərbaycan həqiqətən sürətlə inkişaf edən bir dövlətdir. Bu inkişaf da öz növbəsində çox müxtəlif parametrlərdə özünü ifadə edir. Bu istər-istəməz ya qısqanclıq yaradır, ya da hansısa rəqabət məqamlarının meydana gəlməsinə gətirib çıxarır. Amma nə rəqabət, nə qısqanclıq Azərbaycanın öz milli maraqlarının reallaşması istiqamətində hərəkətinin qarşısını ala bilməz. Bu inkişaf Azərbaycan xalqının maraqlarına cavab verir. Eləcə də, bu inkişaf ölkəmizin bu günə qədər də həll olunmayan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması məqsədini güdür. Bu mənada biz inkişafımızı davam etdirəcəyik. Güman edirəm ki, bu istiqamətdə bizim böyük layihələrimiz bundan sonra da uğur qazanacaq. Biz istəməzdik ki, Azərbaycanın daxilində də hansısa qüvvələr ölkəmizdən kənarda dövlətimizin inkişafına maneçilik törətmək istəyən qüvvələrlə əməkdaşlıq etsinlər. Biz bunu qəti şəkildə istəməzdik. Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Şurası ilə əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Eyni zamanda, biz arzu etməzdik ki, ölkəmizin daxili problemlərinə beynəlxalq təşkilatlar kobud şəkildə müdaxilə etsinlər. Məlumdur ki, Azərbaycanın bir bölgəsində iğtişaş törədilib. Təbii ki, bu iğtişaşlarla əlaqədar ölkə qanunvericiliyi, Azərbaycanın qanunları çərçivəsində araşdırmalar aparılır. Beləcə, bu araşdırmalar nəticəsində iğtişaşların törədilməsində günahkar bilinən iki nəfər də həbs edilib. Hər şey araşdırmalar nəticəsində ayırd ediləcək. Əgər bu öz təsdiqini taparsa, təbii ki, qanun çərçivəsində onların bu əməllərinə hüquqi qiymət veriləcək. Əks təqdirdə, yəni təsdiq olunmasa başqa bir reallıq ortaya çıxacaq. Düşünürəm ki, Avropa Şurasının tələsik bəyanat verməsi bəlkə də yerinə düşmür.
- Əli müəllim, son günlərdə prezident seçkiləri öncəsi bəzi qüvvələr yerlərdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edən addımlar atırlar və yaxud hər hansı bir narazıçlıqdan istifadə edərək həmin hadisələrin şişirdilməsinə nail olmağa çalışırlar. Bu barədə nə deyə bilərsiniz?
- Seçki ərəfəsi sanki cəmiyyətdə ictimai-siyasi qabarma dövrünü xatırladır. Təbii ki, bu 2008-ci ildə də, ondan əvvəlki dövrlərdə də belə olub. Eləcə də, bu il də həmin vəziyyət olacaq. Tək Azərbaycanda deyil, dünyanın hər bir ölkəsində prezident seçkiləri keçirilərkən buna oxşar ictimai-siyasi xarakterli qabarmalar müşahidə olunur. Buna, müəyyən mənada, bəlkə də normal baxmaq olardı. Amma anormal olan budur ki, Azərbaycan müxalifəti özünün bütün fəaliyyətini hansısa iğtişaşlar üzərində qurmağa çalışır. Beləcə, ölkə müxalifətinin Azərbaycan vətəndaşları tərəfindən dəstək qazanması ilə əlaqədar inamları yoxdur. Əgər belə bir dəstək olsa idi müxalifət seçki kampaniyasını ictimai iğtişaşlar strategiyası əsasında qurmağa cəhdlər göstərməzdi. Hər hansı konkret siyasi platforması və proqramı olmadan yalnız bu və ya digər yerdə iğtişaşlar yaratmaq və yaxud narazılıqlar zəminində öz seçki proqramını həyata keçirmək cəhdləri heç zaman müsbət nəticəyə gətirib çıxarmayıb. Hesab edirəm ki, ölkə müxalifətinin ən zəif cəhətlərindən biri də məhz bundan ibarətdir.
- İranda prezidentliyə namizəd Ayətullah Səid Məhəmməd Bokiri Xərrozi qalib gələcəyi təqdirdə Tacikistanı, Azərbaycanı və Ermənistanı İrana birləşdirəcəyi iddiası ilə çıxış edib. Buna sizin münasibətiniz necədir?
- İranda prezidentliyə namizəd olan Ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir. İranın özünün bu gün beynəlxalq aləmdə çox ciddi problemləri var. İran, əslində bu gün malik olduğu sərhədləri çərçivəsində qalıb-qalmayacağı barədə düşünməlidir. Belə olan halda özünü İranda prezidentliyə real namizəd sayan birinin regionun siyasi xəritəsini dəyişmək iddiasına düşməsini ən yumşaq formada sərsəmlik adlandırmaq olar. Biz bunu ciddi bəyanat hesab etmirik.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

