Bu gün Azərbaycan dünyaya daha geniş şəkildə təqdim olunmaqdadır
12.02.2013 [02:14]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, bu günlərdə İtaliyanın Roma şəhərində keçirilən “Azərbaycanın dünyada mövqeyi: Çağırışlar və imkanlar” adlı konfransda iştirak etmisiniz. Bu tədbirin əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar, eləcə də, dövlətlərlə əməkdaşlığı daha da güclənir. Müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan daha geniş şəkildə təqdim olunmaqdadır. Bu baxımdan, İtaliyanın paytaxtı Roma şəhərində keçirilən konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın daxili və xarici siyasəti, regional təhlükəsizlik məsələləri, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıların müxtəlif sualları cavablandırılıb.
Konfransda mən də çıxış etdim və ölkəmizin keçdiyi inkişaf yolu, qazanılan nailiyyətlər barədə iştirakçılara məlum verdim. Bildirdim ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub. 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Daxili siyasətin davamı kimi, xarici siyasətdə də mühüm nailiyyətlər əldə olundu.
Çıxışımda onu da qeyd etdim ki, Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət xəttini daha da təkmilləşdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
- İtaliyanın Avropa məkanında nüfuzunu nəzərə alsaq, bu ölkə ilə əlaqələrimizin hazırki səviyyəsini necə dəyərləndirirsiniz?
- Son illər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu proses bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı rolda da özünü açıq şəkildə göstərməkdədir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan siyasət dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan diqqətini artırmaqdadır. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyada obyektiv şəkildə qarşılanmasına, Ermənistanın işğalçılıq siyasətinin də düzgün qiymətləndirilməsinə böyük imkanlar yaradır.
Bu baxımdan, Avropanın aparıcı dövlətlərindən, bütövlükdə dünyanın ən böyük 8 ölkəsindən biri olan İtaliyanın mövqeyi xüsusilə diqqəti cəlb edir. Ümumiyyətlə, İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlər inkişaf etməkdədir. Diqqət çəkən məqam ondan ibarətdir ki, qərbi Avropa ölkələri arasında İtaliya Dağlıq Qarabağ probleminə dair dövlət səviyyəsində xüsusi olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair xeyli sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan verib. Hər iki ölkənin əlaqələri baxımından mühüm hadisə olan bu səfərlər əlaqələrimizin inkişafının bütün istiqamətlərinin konturlarını cızaraq bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməlinə çevrilib.
- Sevinc xanım, hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlər hansı səviyyədədir?
- Ümumiyyətlə, hazırda Azərbaycanla İtaliyanın qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın elementlərinin şahidi oluruq. Azərbaycan parlamentində İtaliya üzrə işçi qrup fəaliyyət göstərir. 2010-cu ildə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub. Eləcə də, ötən müddət ərzində bir sıra qarşılıqlı səfərlər baş tutub ki, bütün bunlar əməkdaşlığımızın güclənməsinə xidmət edir.
Bilirsiniz ki, 2010-cu ilin fevral ayının 16-da İtaliya Senatı Cənubi Qafqazla vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı-faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğundur.
- Dağlıq Qarabağ münaqişəsinə toxundunuz. Romada keçirilən konfransda bu problemlə bağlı nə kimi fikirlər səsləndirildi?
- Yuxarıda qeyd etdiyim kimi, İtaliya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Sözügedən konfransda da bu mövqe ifadə olundu. Mən tədbirdə çıxışım zamanı bu məsələyə daha geniş toxundum və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri haqqında məlumat verdim. Qeyd etdim ki, hazırda Azərbaycan qazandığı uğurlara çox ağır şəraitdə, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı şəraitində nail olub. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni, Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Bu işğalçılıq nəticəsində Azərbaycanda öz doğma torpağından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkün var.
Diqqətə çatdırdım ki, münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən böyük humanitar fəlakətə səbəb olub. Öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər ağır və dözülməz şəraitdə yaşamağa məcbur olublar. Əlavə etdim ki, Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görüb və görməkdə davam edir. Lakin bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təmini baxımından kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulub. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Erməni qəsbkarları bu gün də günahsız insanların hüquqlarını pozur, körpə uşaqları snayperlər vasitəsi ilə qətlə yetirir. Buna baxmayaraq, Azərbaycanın iqtisadi potensialı hər gün artır, inkişaf edir. Bu, Ermənistan iqtisadiyyatı ilə müqayisəedilməz dərəcədə böyükdür. Artıq dünya ölkələri də bilir ki, biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Ona görə də, nə qədər gec deyil beynəlxalq ictimaiyyəti Ermənistana öz işğalçı siyasətinə son qoymaq üçün təzyiqlər göstərməyə, münaqişənin sülh yolu ilə həlli ilə bağlı səylərin gücləndirilməsinə çağırırıq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

