/ / Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində neft-kimya sənayesinin bugünkü inkişafının yüksək təməlini qoymuşdur
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində neft-kimya sənayesinin bugünkü inkişafının yüksək təməlini qoymuşdur
28.02.2013 [01:13]
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev www.yap.org.az saytına müsahibə verib:
- Muxtar müəllim, ölkəmizin neft-kimya kompleksinin yeniləşmə, rekonstruksiya işləri bu gün neft-kimya sənayesinin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə nə dərəcədə müsbət təsir göstərib? Ümumiyyətlə, son illərdə “Azərikimya”nın müasir tələblər səviyyəsində yenidən qurulması sahəsində hansı mühüm tədbirlər həyata keçirilib?
- Ölkəmizin neft-kimya sənayesinin qarşısında duran əsas vəzifələr perspektivi olan istehsalat sahələrinin innovativ texnologiyalar əsasında yenidən qurulmasını, tullantısız, ekoloji təmiz texnologiyaların tətbiqini, ağır əl əməyinin tətbiq edildiyi sahələrin avtomatlaşdırma və kompüter sistemləri tətbiq olunmaqla idarə olunmasını tələb edir.
Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığı və maddi-texniki dəstəyi ilə Birliyin əsas müəssisələrindən olan Etilen-polietilen zavodunun EP-300 kompleksinin texnoloji avadanlığının, sutəmizləyici və susoyuducu qurğularının əsaslı təmiri, Polimir-120 kompleksində müasir tipli, kompüter sistemi ilə idarə olunan qablaşdırma və paletləmə qurğularının istismara verilməsi və s. qarşıya qoyulmuş vəzifələrin reallaşdırılmasının ilkin və mühüm mərhələlərini təşkil edir. Birlik müəssisələrinin enerjidaşıyıcılar və avtomatika kompleksinin mütərəqqi texnologiyalar və avadanlıqlar, təhlükəsizlik və nəzarət sistemi tətbiq edilməklə yenidən, daha etibarlı şəkildə qurulması da bilavasitə neft-kimya kompleksinin innovativ texnologiyalar və yeniliklər üzərində inkişafının təmin edilməsi prinsipindən irəli gəlir.
“Azərikimya” perspektivdə kimya müəssisələrinin daha səmərəli fəaliyyətinin təmininə yönəlmiş bütün bu həlli vacib tədbirlərin uğurla yerinə yetirilməsinə nail olmaq üçün Birliyimiz Almaniya, Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Fransa və digər ölkələrin neft-kimya sahəsində zəngin təcrübəyə malik aparıcı elmi-tədqiqat institutları və maşınqayırma müəssisələri ilə texniki əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq ötən ilin sonlarında kompüter sistemi üzrə işləyən qablaşdırma və paletləmə qurğuları istismara verilib. Bu günlərdə isə Fransadakı tərəfdaşlarımızın layihəsi, texnologiyası və avadanlığı əsasında Etilen-polietilen zavodunda yeni susoyutma qurğusunun inşası başa çatdırılıb, Ukraynadakı tərəfdaşlarımızın layihəsi və avadanlığı əsasında yeni azot-oksigen qurğusunun inşasına başlanılıb. Rusiyanın VNİİOS elmi-tədqiqat İnstitutunun EP-300 kompleksinin rekonstruksiyası və texnologiyasının təkmilləşdirilməsi, optimallaşdırılması üzrə texniki konsepsiyası işləri də artıq tam yekunlaşıb. Layihə işlərini Ufanın “Başqiproneftexim” İnstitutu yerinə yetirir.
Birliyin daha bir mühüm istehsalat kompleksinin - Polimir-120 qurğusunun da istehsal gücünün artırılması və rekonstruksiyası üzərində iş aparılır. Bununla bağlı layihələndirmə işlərini Sankt-Peterburqun “Plastpolimer” İnstitutu yerinə yetirir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu gün “Azərikimya”nın mühüm istehsalat kompleksləri olan EP-300 və Polimir-120 qurğuları Sumqayıtda məhz Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri sayəsində, həm də böyük uzaqgörənliklə ötən əsrin 80-ci illərində inşa edilərək, istismara verilmişdir. Müdrik rəhbər Azərbaycanın gənc sənaye mərkəzi kimi Sumqayıtın sosial-mədəni inkişafına, onun sənaye potensialının gücləndirilməsinə daim diqqət və qayğı göstərmiş, ölkəmizin neft-kimya sənayesinin sabahını, onun perspektiv inkişafını düşünərək, dəfələrlə şəhərimizin müxtəlif kimya müəssisələrində olmuş, bu sahənin problem və qayğıları ilə yaxından maraqlanmış, onların təxirə salınmadan həllinə, yeni və müasir istehsalat sahələrinin yaradılmasına, yüksək məhsuldarlıqlı texnoloji qurğuların inşa edilməsinə nail olmuşdur. Kimyaçılarımız bu gün də böyük minnətdarlıq hissi ilə xatırlayırlar ki, Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində neft-kimya sənayesinin bugünkü inkişafının yüksək təməlini qoymuşdur. Bu gün yeni yaradılan hər nə varsa - bütün, kiçik və böyük layihələr məhz həmin möhkəm özül üzərində qurulur.
Yaxın dövr üçün böyük perspektivlər vəd edən belə layihələrdən biri də Azərbaycanda ilk dəfə olaraq qiymətli kimya məhsulu olan polipropilenin istehsalını təmin edəcək texnoloji qurğu ilə bağlıdır. Onun avadanlıqlarının alınması, həmçinin, aşağı təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulmuş qurğunun layihələndirilməsi və müvafiq avadanlığın istehsalı ilə bağlı artıq İtaliyanın “Tecnimont” şirkəti ilə müvafiq müqavilələr imzalanmışdır. Həmin qurğuların 2013-2015-ci illərdə planlaşdırılmış inşası ilə Azərbaycan daxili və dünya bazarında tələbatın yüksək olduğu daha iki kimyəvi məhsulun istehsalını təmin etmiş olacaq.
Təqdirəlayiqdir ki, müəssisələrimizdə aparılan genişmiqyaslı yeniləşmə və rekonstruksiya işlərinin əksəriyyəti - layihələr, təmir, quraşdırma, xüsusi texnika və sair sahələr üzrə işlər “Azərikimya”nın öz qüvvələri hesabına yerinə yetirilir.
- Bu gün Sumqayıtın neft-kimya müəssisələrinin həm xammal təminatı, həm də hazır məhsulun ixracı sahəsində vəziyyəti necədir?
- ARDNŞ-in sayəsində Birlik müəssisələrinin xammalla təchizatının diversifikasiyasına nail olunmuşdur və hazırda polietilen istehsalatında ənənəvi xammal olan nafta - ilkin emal benzini ilə yanaşı, Bakı Neft emalı zavodundan və Qaradağ Qaz Emalı zavodundan quru və maye qazlar, qaz benzini də alınır ki, bu da Birliyimizin xammal təminatında imkanlarımızı artırmışdır. Məhsullarımızın ixracına gəlincə isə, burada da çoxşaxəliliyə nail olunmuşdur. Ötən ildə ARDNŞ-in Qara dənizin sahilində fəaliyyət göstərən Kulevi terminalında yeni qaz boşaltma-doldurma terminalı istismara verildi. Bu terminal vasitəsi ilə istehsal etdiyimiz propilen və BBF qaz məhsullarını artıq Avropadakı alıcılarımıza çatdırmağa başlamışıq. İstehsal etdiyimiz məhsulların ixrac coğrafiyası genişlənir. MDB ölkələri, Türkiyə, Çin, Rumıniya, Avropa ölkələri məhsullarımızın daimi alıcıları sırasındadırlar.
- “Azərikimya” İB-nin istehsalat sahələrində aparılan yeniləşmə, müasirləşmə işlərinin tərkib hissəsi olan müasir texnoloji avadanlıqları idarə edə biləcək yüksək ixtisaslı mühəndis və fəhlə kadrların hazırlığı nə səviyyədədir? Bu mühüm, aktual məsələnin həlli “Azərikimya”da necə tənzimlənir?
- Təbii ki, “Azərikimya”da müəssisələrin yenidən qurulması, müasir və modern istehsalat sahələrinin yaradılması ilə paralel olaraq müasir texnoloji avadanlıqları idarə edə bilən gənc mütəxəssislərin - yüksək ixtisaslı mühəndis və fəhlə kadrların hazırlanması artıq üçüncü ildir ki, xüsusi diqqət mərkəzindədir. Bütün hallarda neft-kimya sənayesi üçün bu sahədə əsas meyar, əlbəttə ki, ixtisas üzrə bilik, təcrübə və peşəkarlıqdır.
2011-2012-ci illərdə gənc mühəndislərin Birlik müəssisələrinə işə qəbulu bu meyarlar əsasında, test-imtahan üsulu ilə aparılmış və 200-dən artıq istedadlı gənc işə qəbul edilmişdir. Həmin gənclərin və Birlikdə çalışan digər gənc mütəxəssislərin daha geniş təcrübə əldə etməsi, mütərəqqi texnologiyaların tətbiq olunduğu müasir qurğu və avadanlıqların iş prinsipinə dərindən yiyələnmələri məqsədilə artıq 60-dan artıq gənc işçimizin ayrı-ayrı qruplar halında Türkiyənin müasir neft-kimya şirkəti olan “Petkim”də, hər işçinin 50-60 gün ərzində işləmələri təmin edilmişdir.
İstedadlı gənc kadrlar axtarışında olan Birliyimiz respublikamızın nüfuzlu ali məktəbləri olan, neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrlar hazırlayan, Azərbaycan Dövlət Neft Akademiyası, “Qafqaz” Universiteti, Bakı Ali Neft Məktəbi və Sumqayıt Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı ilə qarşılıqlı əməkdaşlıq edir.
Daha yüksək bilik və bacarığa malik gənc kadrların hazırlanmasını, istehsalata istedadlı gənclərin cəlb olunmasını vacib sayan Birliyimiz üçtərəfli “Azərikimya” - “Qafqaz” Universiteti - “Petkim” əməkdaşlıq müqaviləsi çərçivəsində ARDNŞ-in təşkilati dəstəyi ilə “Qafqaz” Universitetinin bir qrup tələbəsinin ilk dəfə olaraq “Petkim”in müasir texnologiyalara, yüksək məhsuldarlıqlı unikal avadanlıqlara malik müəssisələrində çoxgünlük təcrübə keçməsinə nail olmuşdur. Ötən il isə adı çəkilən təhsil ocaqlarının tələbə və məzunları Birliyimizin müəssisələrində iki aylıq istehsalat təcrübəsi keçmişlər. Onların bir qisminə ilk əmək kitabçaları verilmişdir. Təcrübə müddətində istehsalat-əmək şəraitindən məmnun qalmış həmin gənclər ali təhsili başa vurduqdan sonra “Azərikimya”da işləmək arzusunda olduqlarını bildirmişlər.
Yüksək peşəkarlığa və texniki biliyə malik fəhlə kadrların hazırlanması və təkmilləşdirilməsi də “Azərikimya”nın diqqət mərkəzindədir. Bu baxımdan ARDNŞ-in tapşırığı və dəstəyi ilə Sumqayıtda ilk dəfə olaraq yaradılmış müasir tipli Təlim-Tədris Mərkəzi (TTM) xüsusi əhəmiyyətə malikdir. Orada hər il yüzlərlə ixtisaslı gənc fəhlə kadrlar hazırlanacaq, həmçinin, bu gün istehsalatda çalışan kimyaçılar öz ixtisas və peşəkarlıq səviyyələrini artıra biləcəklər. Ötən ilin sentyabrında TTM-də fəhlə ixtisasına yiyələnmək, peşəkar kadr kimi kimya müəssisələrində çalışmaq istəyi ilə 300-ə qədər gənc test imtahanı vermiş, onlardan 100 nəfəri daha yüksək bilik və bacarıq nümayiş etdirərək, TTM-ə qəbul olunmuşdur. Onların ilk qrupu - tornaçılar artıq ikinci aydır ki, Birliyin müəssisələrində istehsalat təcrübəsi keçirlər. Martın ortalarında buraxılış imtahanları verdikdən sonra onlar kimya müəssisələrində işə qəbul olunacaqlar.
- Bir zamanlar keçmiş SSRİ-nin ekoloji baxımdan ən çirkli və zəhərli şəhərlərindən sayılan Sumqayıtın ekologiyasının qorunması və ətraf mühitin mühafizə olunması baxımından “Azərikimya”nın həyata keçirdiyi tədbirlər bu gün nə dərəcədə qaneedicidir?
- Bu artıq danılmaz bir həqiqətdir ki, Sumqayıtın havası bu gün kifayət qədər təmizdir və əvvəlki illərdə olduğu kimi havanın çirklənməsi halları daha müşahidə olunmur.
ARDNŞ-in tapşırığı və hərtərəfli dəstəyi ilə Birlik müəssisələrində tətbiqi genişləndirilən mütərəqqi texnologiyaların sayəsində şəhərimizdə ekoloji gərginlik və narahatçılıq gözlənilmir. Bir zamanlar “Azərikimya”nın bəzi müəssisələrində fəaliyyət göstərən zərərli istehsalat sahələri - şəhərin ekologiyası və sağlamlıq üçün, xüsusilə, ziyanlı olan xlor istehsalatı və digər ekoloji cəhətdən təhlükəli istehsalatlar bağlanılmış və demontaj edilmişdir. Onların qalıqları və uzun illər ərzində müəssisələrin ərazilərində yığılıb qalmış külli miqdarda yararsız, həm də təhlükəli olan tullantılar Sumqayıtın zərərli tullantılar poliqonuna daşınılır və zərərsizləşdirilir. Ləğv olunmuş istehsalatların yerində geniş abadlıq işləri aparılır, yaşıllıq sahələri salınır.
Diqqətəlayiqdir ki, kimyaçılarımız tərəfindən son üç ilə yaxın müddətdə zavod və zavodətrafı ərazilərdə, həmçinin, Sumqayıt-Quba yolu boyunca 150 mindən artıq ağac əkilmişdir.
- Bu gün işçilərin əməyinin mühafizəsi qaydalarına riayət olunması bütün dünya üzrə bir nömrəli məsələ kimi qalmaqdadır. İstehsalatda baş verməsi mümkün olan xoşagəlməz halların, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində “Azərikimya”da hansı tədbirlər həyata keçirilir?
- Təbii ki, ARDNŞ-in bütün struktur sahələrində əməyin mühafizəsi, işçilərin təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanıldığı kimi, Birliyimizdə də bu mühüm məsələyə xüsusi məsuliyyətlə yanaşılır. Artıq üç ilə yaxındır ki, “Azərikimya”nın bütün müəssisə və idarələrində əməyin mühafizəsi, xüsusən də, yüksəklikdə işin təhlükəsiz görülməsi, bu sahədə mövcud qaydalara ciddi əməl edilməsi istiqamətində müvafiq tədbirlərin keçirilməsi və qarşıya çıxa bilən problemlərin həlli yolları ilə bağlı təqdimat xarakterli treninqlərin təşkili müntəzəm xarakter, ardıcıl bir sistem halını almışdır.
Müəssisə və idarə rəhbərlərinin, baş mühəndislərin, sahə və sex rəislərinin, tikinti sahəsi rəhbərlərinin və iş icraçılarının iştirak etdiyi bu cür tədbirlərdə adətən müəssisələrdə əməyin mühafizəsi qaydalarına əməl olunmasının vəziyyəti analiz olunur, müxtəlif istehsalat sahələrində keçirilmiş monitorinqlərin nəticəsi olaraq real vəziyyət, mümkün çatışmazlıqlar slaydlar, videosüjetlər vasitəsilə diqqətə çatdırılır və operativ tədbirlər görülür.
Son illərdə bütün istehsalat sahələrində təhlükə doğura biləcək mexanizmlərin, boru xətlərinin, xidmət meydançalarının əsaslı təmiri və yenilənməsi, eyni zamanda, işə başlamazdan əvvəl hər bir kimyaçının əməyin mühafizəsi ilə bağlı təlimatlandırılması bu sahədə uğurlu dönüşün yaranmasına, xətaların qarşısının kəskinliklə alınmasına səbəb olmuşdur.
- Kimyaçıların sağlamlığının qorunması, onların tibbi sığortaya cəlb olunma məsələləri ilə bağlı nə deyə bilərsiniz?
- İlk növbədə onu demək istərdim ki, Birliyimizdə çalışan bütün əməkçilər könüllü tibbi sığortaya cəlb edilmişdir ki, bu da onlara 20-dən artıq səhiyyə ocağında tibbi xidmət göstərilməsinə imkan verir.
Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, bütün əməkçilərimiz mütəmadi olaraq tibbi müayinə olunurlar. Birliyin əsas müəssisəsi olan Etilen-polietilen zavodunun ərazisində 2 il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığı və dəstəyi ilə müasir standartlar səviyyəsində yenidən qurulmuş, bütün müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Kimyaçı” poliklinikası əməkçilərimizin profilaktik tibbi müayinəsi və müalicəsində mühüm rol oynayır. Görmə, eşitmə və digər problemləri olanlar üçün vaxtaşırı təşkil olunan xüsusi müayinə və müalicə aksiyaları da Birliyin sağlamlıq proqramının tərkib hissəsinə daxildir. Birliyin dəvəti ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadaları ardıcıl olaraq bir neçə dəfə “Azərikimya”nın ayrı-ayrı müəssisələrində yüzlərlə kimyaçını müasir tibbi aparatlarla müayinədən keçirmişlər. Cərrahi müdaxiləyə ehtiyacı olan kimyaçılarımız Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli cərrahları tərəfindən “Kimyaçı” poliklinikasında cərrahi əməliyyat olunaraq müalicə edilmiş, sağlamlıqları bərpa olunmuşdur.
Kimyaçılarımıza operativ və yüksək səviyyədə tibbi xidmət göstərmək imkanına malik, müasir avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını və digər vasitələrlə gecə-gündüz əməkçilərin sağlamlığı keşiyində dayanan Təcili tibbi yardım Mərkəzinin istifadəyə verilməsi də bu sahəyə göstərilən diqqət və qayğıdan irəli gəlmişdir.
- Ötən üç il ərzində kimyaçıların əmək və məişət şəraitinin yaxşılaşdırılması, həmçinin, digər sosial məsələlərin həlli istiqamətində hansı mühüm tədbirlər həyata keçirilmişdir?
- ARDNŞ-in bütün müəssisələrində olduğu kimi, “Azərikimya”da da insan amili əsas götürülərək, kimyaçıların əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, həmçinin, digər sosial məsələlərin həllinə xüsusi diqqət yetirilir. Bu sahədə Birlik tərəfindən başlanılmış iş isə hələ ötən əsrin ortalarında - 50-60-il əvvəl inşa edilmiş kimya müəssisələrinin müasir tələblərə uyğun olmayan iş yerlərinin, xidmət və məişət otaqlarının əvəzində yenilərini yaratmaq olmuşdur. Etilen-polietilen zavodunun, Birliyin yeni strukturları kimi 2010-cu ildən fəaliyyətə başlamış Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələri, həmçinin, Anbar təsərrüfatı üçün yeni istifadəyə verilmiş müasir inzibati binalarda işçilər üçün mövcud standartlara uyğun iş və məişət şəraiti yaradılmış, mühəndis-texniki işçilər fərdi kompüter texnikası ilə təmin edilmişdir. Əsaslı təmir olunmuş və yeni yaradılaraq müvafiq avadanlıqlarla təmin edilmiş məişət otaqları, kimyaçılara yüksək xidmət göstərən müasir tipli yeməkxanalar, hər bir əməkçinin iş günü ərzində yemək xərclərinin Birlik tərəfindən ödənilməsi, bütün işçilərin vahid fərdi geyimlərlə təmin edilməsi də kimyaçılarımıza göstərilən sosial diqqət və qayğıdan irəli gəlir. Xüsusilə əhəmiyyətlidir ki, son üç il ərzində kimyaçılarımızın orta aylıq əməkhaqqı 206 manatdan 536 manata yüksəlmiş, kimyaçı ailələrinin maddi-rifah halı xeyli yaxşılaşmışdır.
Kimyaçılarımızın nəqliyyat sarıdan rahatlığını, səhər və axşam növbələrində işə vaxtında, problemsiz gediş-gəlişini təmin etmək məqsədi ilə onların istifadəsinə yeni avtobusların verilməsi də sosial qayğının bir nümunəsidir.
- “Azərikimya” həm də idmana, kimyaçılar arasında onun kütləviliyinə xüsusi diqqət yetirən bir struktur kimi tanınır. Bu sahədə kollektivin yaxın gələcək üçün planları necədir? Əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kimyaçıların və şəhər sakinlərinin gələcək idman həyatında rolu nə dərəcədə səmərəli olacaqdır?
- Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinin sağlamlığının möhkəmlənməsində xüsusi əhəmiyyətə malik olan idmana, onun kütləviliyinə xüsusi diqqət yetirir. “Azərikimya”da, onun müəssisələrində də idmanın populyar növlərinə maraq güclüdür və bu maraq artmaqdadır.
İdmançılarımız Sumqayıtın müəssisə, idarə və təşkilatlarının komandaları arasında müxtəlif idman növləri üzrə şəhər turnirlərində də fəal iştirak edirlər. Ötənilki “İdman ili” çərçivəsində “Azərikimya” İB-nin müəssisələri və şəhər təşkilatları arasında, sonra isə Xaçmaz rayonu Yalama qəsəbəsində keçirilmiş “səmti müəyyən etmə” üzrə Respublika çempionatında da kimyaçılarımız uğurlu nəticələrə nail olmuşlar. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aparılan geniş rekonstruksiya işlərinə gəlincə isə, onu demək istərdim ki, orada aparılan yenidənqurma işləri və əlavə idman meydançalarının inşası yalnız kimyaçılarımız üçün deyil, bütün Sumqayıt idmançıları üçün daha yaxşı məşq və yüksək idman nəticələri əldə etmək üçün yeni imkanlar açacaq. Ən başlıcası isə Sumqayıtın futbol həvəskarları yenidən qurulmuş stadionda daha yüksək səviyyəli futbol yarışlarını izləyə biləcək, sevimli komandaları “Sumqayıt”ın yeni qələbələrinin şahidi olacaqlar.
- Sizcə, Sumqayıtın sənaye mərkəzi kimi inkişafı Azərbaycan iqtisadiyyatı üçün hansı perspektivlər vəd edir?
- Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyev Sumqayıtın sənaye şəhəri kimi yüksək tərəqqisi üçün misilsiz işlər görmüş, geniş tədbirlər həyata keçirmişdir. Xüsusilə xoşdur ki, bu gün də - qədirbilən xalqımızın böyük bir təntənə ilə Ümummilli liderimizin 90 illik yubileyinə hazırlaşdığı dövrdə Ulu öndərin Sumqayıta göstərdiyi diqqət və qayğı uğurla davam etdirilməkdədir. Sumqayıtın yaxın zamanlarda güclü reqional sənaye mərkəzinə çevrilməsini qarşıya məqsəd qoymuş ölkə Prezidenti cənab İlham Əliyev, şəhərimizə səfərləri zamanı xüsusi olaraq vurğuladığı kimi, bu istəyin reallığa çevrilməsi üçün qabaqcıl standartlar səviyyəsində bir sıra yeni, müasir sənaye müəssisələrinin yaradılmasına Sərəncam vermiş və müvafiq tədbirlər görmüşdür. Bu gün uğurla fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı, “Azkompozit”, “Azgüntex” zavodu, inşası aparılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu, Yüksək Texnologiyalar Parkı və s. məhz həmin respublika əhəmiyyətli qərarların nəticəsidir. Bunlardan əlavə, qeyd etdiyim kimi, yaxın illərdə “Azərikimya”nın yeni istehsalat sahələri - polipropilen kompleksi, aşağı təzyiqli polietilen istehsalatı və s. istifadəyə veriləcək. Bütün bu müəssisələr və gələcəkdə inşa ediləcək digər obyektlər şəhərimizin sənaye potensialının xeyli artmasına səbəb olacaq və Sumqayıt həqiqətən tezliklə bütün regionunun ən güclü sənaye mərkəzinə çevriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25

