Mübariz Qurbanlı: Belə təxribatlar Azərbaycanda heç nəyi dəyişməyəcək
13.03.2013 [15:29]
“Hesab edirəm ki, bütün bunlar mənasız cəhdlərdir və bunun da qarşısını almağa qadirik”
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, bəzi mətbuat orqanlarında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məlumatlar yer alıb. Necə düşünürsünüz, əgər bu informasiya öz təsdiqini taparsa, Azərbaycan buna cavab olaraq hansı addımı ata bilər?
- Azərbaycanda heç kim sosial şəbəkələr vasitəsilə hansısa bir təxribat reallaşdıra bilməz. Azərbaycanın sosial şəbəkələrində olan ölkə vətəndaşları da hakimiyyəti sevən, müdafiə edən, eləcə də, dövlətinə sadiq insanlardır. Radikal dairələrin sosial şəbəkələrdə müəyyən qrupları vardır. Bu qruplar zaman-zaman təxribat xarakterli yazılar və s. verirlər. Biz bu cür sosial şəbəkələrdəki yazışmalardan çəkinmirik, ehtiyat etmirik. Bu şəbəkələrdə Yeni Azərbaycan Partiyasının (YAP) kifayət qədər gücü var. Minlərlə Azərbaycan gənci sosial şəbəkələrdə milli maraqlarımızı qoruyur və Prezident İlham Əliyevin apardığı siyasətin təbliğatçısına çevriliblər. Məhz buna görə də hesab edirəm ki, bəzi mətbuat orqanlarında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) nümayəndəsinin bu sosial şəbəkələrdə vəsait ayıraraq, gəncləri təxribata sövq etməsi və bununla da, Azərbaycanda qarşıdurma yaratmaq istəyi mənasızdır. Düşünürəm ki, bu cür təxribatlar Azərbaycanda heç nəyi dəyişməyəcək. Əgər kimlərsə Azərbaycanda sosial şəbəkələr vasitəsilə müəyyən məbləğ müqabilində gəncləri ələ alıb və hansısa bir şeyi reallaşdırmaq istəsələr, bu, mümkün olmayacaq. Azərbaycan bu gün inkişaf etmiş ölkələr sırasındadır. Bizim ölkə geridə qalmış ölkə deyil ki, burada kimlərsə sosial şəbəkələr vasitəsilə hansısa qarşıdurma yaratsın. Hesab edirəm ki, bütün bunlar mənasız cəhdlərdir və bunun da qarşısını almağa qadirik.
- Azərbaycan, Belarus və Qazaxıstan Rusiyanın Gömrük İttifaqına daxil olmaq niyyətində deyil. Amma rəsmi Moskva böyük israrla Azərbaycanın bura üzv olmasına çalışır. Bu haqda nə deyə bilərsiniz? Bunu ölkəmizə qarşı hər hansı təzyiq metodu kimi xarakterizə edə bilərikmi?
- Azərbaycan müstəqil dövlət olaraq hər zaman müstəqil siyasət aparıb və heç kimdən də asılı vəziyyətdə olmayıb. Azərbaycanın hanısa beynəlxalq təşkilata daxil olub-olmaması ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi siyasətlə həyata keçirilir. Avrasiya İttifaqı və yaxud Gömrük İttifaqı deyilən qurumda Azərbaycan təmsil olunması ilə bağlı qərarını qəti müəyyən etməyib. Prezident bununla bağlı Rusiya mətbuat orqanlarına verdiyi müsahibəsində bildirib ki, “biz hələ buna baxacağıq və bizim bununla bağlı seçimimiz, öz siyasətimizlə əlaqədardır”. Azərbaycan bütövlükdə o qurumlara daxil olmaq istəyir ki, həmin qurumların fəaliyyəti ölkəmizin milli maraqları ilə üst-üstə düşsün. Rusiyanın rəhbərliyi altında yaradılan qurumlar var ki, biz o qurumların bəzilərində iştirak edirik. Amma elə qurumlar var ki, Azərbaycan orada iştirak etmir. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Ona görə ki, bu müqaviləyə daxil olan ölkə Ermənistan bizə qarşı təcavüz siyasəti həyata keçirib. Hələ də torpaqlarımızın 20 faizi işğal altındadır. Belə olan şəraitdə işğalçı dövlətlə Azərbaycanın bir qurumda təmsil olunması düzgün deyil. Bununla belə biz Azərbaycanın Gömrük İttifaqında təmsilçiliyi məsələsində də seçimimizi özümüz müəyyən edirik. Rusiyaya gəldikdə isə deyə bilərəm ki, adıçəkilən bu ölkə böyük dövlətdir. Rusiya hər zaman çalışıb ki, bir çox dövlətləri öz siyasi, iqtisadi orbitinə daxil etsin. Təbii ki, hər bir dövlət bunu reallaşdırmaq istəyir. Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri isə çox yüksək səviyyədədir.
- Bu gün Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sarkisyanla Moskvada təkbətək görüşü reallaşdırılacaq. Sizin fikrnizcə, bu görüş özündə nəyi ehtiva edəcək? Axı necə ola bilər ki, hələ heç prezidentliyi təsdiqlənməyən S.Sarkisyan rusiyalı həmkarı ilə görüş keçirsin?
- Əgər Rusiya prezidenti V.Putin erməni həmkarı ilə görüşürsə, təbii ki, burada Ermənistan-Rusiya münasibətləri fonunda Dağlıq Qarabağ məsələsinə də toxunulacaq. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu problemin həlli ilə əlaqədar Rusiyanın mövqeyi açıq-aşkar ortadadır. S.Sarkisyanın seçkidən sonra ilk dəfə Rusiyaya səfər etməsi Ermənistan prezidentinin Rusiyayönümlü siyasət aparacağına dəlalət edir. Bizim istəyimiz ondan ibarətdir ki, bu müzakirələrdə Rusiya sülhpərvər siyasəti yerinə yetirsin və işğalçı ölkəyə təzyiq göstərsin.
- Ermənistanda seçkilərdən sonra siyasi sabitlik daha da gərginləşib. “İrs” partiyasının sədri Raffi Hovanisyan seçkilərin nəticələri ilə barışmayaraq Sarkisyan rejiminə qarşı müxtəlif addımlar atır. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Ermənistanda keçirilən seçkilərdə böyük saxtakarlıq baş verib. Hətta R.Ovansiyanın bu seçkilərdə böyük səs toplaması haqqında da fikirlər vardır. Bu isə öz növbəsində fasiləsiz mitinqlərin baş qaldırmasına yol açıb. R.Ovanisyan hətta çox sərt şəkildə bildirib ki, S.Sarkisyan “mənim meyitimin üzərindən keçərək and içə bilər”. Bilmirəm, indi bu insan öz sözünün üstündə duracaq, ya yox. Əgər o, öz sözünün üstündə durarsa, yəqin ki, S.Sarkisyanın onun meyitinin üzərindən keçidi reallaşdırılacaq. S.Sarkisyanın hakimiyyətdən imtina edəcəyi ehtimalı çox aşağıdır. Təbii ki, bu da Ermənistanın daxili məsələsidir. Bu, işğalçı ölkənin zəifliyini və onun asılı ölkə olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

