20 mart - Beynəlxalq Ağız Boşluğunun Sağlamlığı Günü kimi qeyd olunacaq
19.03.2013 [10:15]
ATU-nun kafedra müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva SİA-ya müsahibə verib:
- Rəna xanım, bildiyimiz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaradılmış bir çox təşkilatlar müxtəlif beynəlxalq qurumlarda təmsil olunur, ölkənin nüfuzunu daim yüksəklərə qaldırır. Söz yox ki, Azərbaycanda inkişaf edən sahələrdən biri də məhz səhiyyə sahəsidir ki, bu sahə üzrə müvafiq assosiasiyalar uğurla fəaliyyət göstərirlər. Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) da onlardan biridir. Bildiyimiz kimi, siz, elmi və ictimai fəaliyyətinizlə yanaşı, artıq 15-ci ildönümünü qeyd edən ASA-nın prezidenti vəzifəsini icra edirsiniz. İstərdik, ilk olaraq, assosiasiyanın yaradılması və iş funksiyanız haqqında söhbət açasınız...
- Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın bir çox sahəsinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Bizim əsas məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyanın stomatoloji yeniliklərini, texnologiyalarını əldə etmək, bu sahədəki praktikanı genişləndirmək, Azərbaycan stomatologiyasına yeniliklər gətirməyə imkan verir. Düşünürəm ki, biz buna nail olmuşuq. Məhz dünyanın 133 daimi, 9 assosiativ, 25 korporativ üzvünü birləşdirən Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) qəbul olunmağımız da apardığımız işlərin uğurlu nəticəsidir. Dünya stomatoloqlarını birləşdirən bir təşkilata üzv olmaq həm də SSRİ dağıldıqdan sonra bizim üçün ən əsas vəzifə borcu idi. Daha bir maraqlı fakta toxunaraq bildirmək istərdim ki, ASA-nın FDİ-yə qəbul olunmasından öncə, MDB ölkələrindən yalnız Rusiya həmin təşkilata üzv seçilmişdi. Azərbaycan isə bu sırada ikincidir.
- ASA dünya stomatoloqlarının federasiyasına necə üzv oldu, çünki bildiyimiz qədər FDİ-yə qəbul olunmaq elə də asan iş deyil?
- Bilirsiniz, ASA FDİ-yə üzv olunmamışdan bir il öncə federasiyaya paket sənədlər təqdim etdi. Həmin sənədləri Federasiyanın Baş Assambleyası nəzərdən keçirdi və gizlin səsvermə prosedurlarından sonra Azərbaycanın da beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması yekdilliklə bəyənildi. 1998-ci ildə İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarları ilə birlikdə daimi üzvlüyə seçildi və bu günə qədər federasiyanın keçirdiyi bütün beynəlxalq tədbirlərdə iştirak edir.
- Rəna xanım, ASA-nın ölkədəki fəaliyyət istiqamətləri hansılardır?
- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusilə, xalqımızın Ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrlərdən başlayaraq, ölkədə bütün sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurlu islahatlar aparılmağa başlandı. Məhz stomatologiya sahəsində görülən davamlı işlərin nəticəsidir ki, bu gün təşkilatımız mütəmadi şəkildə yeni-yeni layihələr həyata keçirir, uğurlar əldə edir.
Təbii ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də səhiyyəyə göstərdiyi diqqət və qayğı bizim apardığımız məqsədyönlü işlərimizə kifayət qədər stimul, təkan verir. Mən burada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyətinə də toxunmaq istərdim. Çünki Onun rəhbərlik etdiyi fond nəinki Azərbaycanda, eləcə də, dünyanın ən ucqar nöqtələrində belə, bir çox nəhəng layihələr həyata keçirmişdir. Bir səhiyyə işçisi kimi Mehriban xanım Əliyevanın bu sahə üzrə də göstərdiyi fəaliyyəti yüksək dəyərləndirməklə yanaşı, həm də Onun bir Azərbaycan qadını, Azərbaycan xanımı kimi nə qədər alicənab şəxsiyyət olmasını da vurğulamaq istərdim.
ASA-nın fəaliyyətinə gəlincə, assosiasiyamızın iş istiqaməti bir neçə yerə bölünüb. İlk istiqamət yuxarıda vurğuladığım kimi, beynəlxalq fəaliyyətlə bağlıdır. Qeyd edim ki, FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşmüşdür. Həmçinin, ASA Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçirib. Bununla yanaşı, ASA-nın rəsmi nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak etmişdir. Artıq növbəti konqresin keçiriləcəyi şəhər də müəyyən olunub. Bu, qardaş ölkə Türkiyənin İstanbul şəhərində 28-31 avqustda baş tutacaq.
İkinci istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini təşkil edir. Belə ki, ASA Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələrdə də çox uğurlu layihələr reallaşdırıb. Gəncədə, Şəkidə, cənub və şimal regionlarımızda müxtəlif adda simpoziumlar həyata keçirilib, həkimlər üçün maarifləndirici işlər təşkil olunub. Bu işlər artıq ənənə halını almışdır. Qeyd edək ki, bütün tədbirlər pulsuz olaraq assosiasiyamızın daxili hesabları sayəsində gerçəkləşdirilməkdədir. Bu faktor isə onu deməyə əsas verir ki, Azərbaycanda səhiyyə sahəsinə göstərilən dövlət qayğısı olmasa idi, əlbəttə ki, bizlər bu kimi uğurla yekunlaşan layihələrimizi həyata keçirə bilməzdik.
ASA-nın fəaliyyətinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövrü mətbuat orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji Yenilikləri” adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda dayanan məqsəd və məramlarımızı oxucuların diqqətinə çatdırır. Dərginin redaksiya heyətinə MDB-nin, eləcə də, xarici ölkələrin görkəmli alimləri daxildir.
- Rəna xanım, ASA başqa hansı layihələri həyata keçirir və qarşıdakı planlarınız nədən ibarətdir?
- ASA yalnız stomatoloji xəstəliklərlə deyil, eləcə də, digər sahələr üzrə də fəaliyyət proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu ildən başlayaraq, assosiasiyamız şəkərli diabet xəstəsi olan uşaqlar üçün ağız boşluğunu sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir. ASA-nın üzvləri şəhər və respublika endokrinoloji dispanser nəzdində diabetli uşaqlarda ağız boşluğunun gigiyenasını yaxşılaşdırmaq məqsədi ilə dərslər keçir.
Uşaq yaşlarında stomatoloji xəstəliklərin azaldılmasının vahid və təsirli vasitəsi həm də profilaktik proqramlardır. Bununla əlaqədar rəhbərlik etdiyim assosiasiya müvafiq tanınmış şirkətlərlə Azərbaycanda məktəb-təhsil proqramını reallaşdırmışdır. Bu proqram ağız boşluğu gigiyenasının yaxşılaşdırılmasına xidmət edir. Qeyd edim ki, mövcud proqram çox uğurla həyata keçirilmiş və 10 il ərzində Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Şirvanda 300 min uşaq həmin proqrama cəlb edilmişdir. Onu da bildirim ki, bizim dərs vəsaitlərimiz Təhsil Nazirliyi tərəfindən də təsdiqlənmişdir. Qarşıda dayanan planlara gəlincə, bildirmək istərdim ki, ASA ölkədə növbəti elmi-praktiki konfranslarını keçirmək niyyətindədir. Çünki bu konfransların keçirilməsi nəticəsində həkim stomatoloqların bilik, ixtisas səviyyələri artırılır, aparılan fikir mübadilələri işimizi uğurlu şəkildə qurmağa kömək edir.
Digər bir məsələyə də aydınlıq gətirmək istərdim. Belə ki, hər il sentyabr ayının 12-i FDİ tərəfindən elan olunmuş Beynəlxalq Ağız Boşluğunun Sağlamlığı Günü (WOHD) kimi qeyd edilməkdə idi. Artıq bu tarix 2013-cü ildən başlayaraq martın 20-də qeyd olunacaq. ASA da, öz növbəsində, bu qərarı dəstəkləyərək, əvvəlki illərdə olduğu kimi, bu il də bu günlə bağlı müxtəlif istiqamətlərdə öz təbliğati işlərini aparıb və bundan sonra da insanlar arasında bu istiqamətdəki işlərini uğurla quracaq.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

