Mübariz Qurbanlı: Həmsədrlər Ermənistana təzyiqlərini davam etdirməlidirlər
29.03.2013 [18:02]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. YAP seçkilərə necə hazırlaşır?
- Azərbaycanda seçki öncəsi mühit olduqca normaldır. Bu gün Azərbaycanda demokratik bir ölkə kimi azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün hər bir şərait yaradıb. Azərbaycanda müxtəlif siyasi partiyaların nümayəndələri bölgələrə gedirlər, görüşlər keçirirlər və mətbuatlarında seçki ilə əlaqədar təbliğatlarını aparırlar. Təbii ki, bu, seçki öncəsi hazırlığa hesablanıb. YAP-ın bununla bağlı proqramı vardır. Biz seçikilərə həmişə hazır partiyayıq. Eləcə də, bu hazırlıqla bağlı bizim müəyyən etdiyimiz strategiya mövcuddur. Biz bu strategiyaya uyğun fəaliyyət göstəririk. YAP təşkilati, o cümlədən, səfərbəredici xarakterli və s. işlər həyata keçirməkdədir. YAP-ın rəhbərliyi, İcra Katibliyi müxtəlif istiqamətli fəaliyyət göstərir, yerlərdə partiyamızın fəalları ilə görüşlər keçirilir və bu görüşlər davamlı olacaq. Bu görüşlərdə əsas məqsəd yerli təşkilatların seçkilərə hazırlıqla əlaqədar vəzifələrini konkretləşdirməkdir. Novruz bayramından öncə YAP rayon-şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Bu müşavirədə konkret tapşırıqlar, seçki qrafiki ilə bağlı qarşıda duran vəzifələr onlara bir daha çatdırılıb. Bizim yerlərdə təşkilatlarımız kifayət qədər güclüdür. Təşkilat sədrləri seçki təcrübəsinə malik şəxslərdir. Biz seçkilərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün əlimizdən gələni edəcəyik.
- ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin ilk həftəsində regiona növbəti səfərini reallaşdıracaqlar. Bu səfərdən gözləntilər nə olacaq?
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər etməsi və görüşlər keçirməsi müsbət hal kimi dəyərləndirilməlidir. Amma buna baxmayaraq, Azərbaycan həmsədrlərin fəaliyyətindən razı deyil və bununla bağlı ölkə rəsmilərinin açıqlamaları vardır. Azərbaycan tərəfinin əsas istəyi odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgədə sülhə nail olmaq üçün Ermənistana təzyiq etsin və konkret olaraq lazımi addımlar atsın. Ancaq çox təəssüflər olsun ki, həmsədrlər vasitəçi olaraq bu məsələdə ləngimələrə yol verirlər. Buna baxmayaraq, danışıqlar prosesi davam edir. Ermənistan tərəfi nə qədər fitnəkar addımlar atsa da, danışıqları pozmağa cəhdlər etsə də Azərbaycan səbrlə bu danışıqları davam etdirir. Hesab edirəm ki, indiki şəraitdə həmsədrlərin gəlişi də lazımi məsələdir. Çünki son illərdə danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Xocalı aeroportu ilə bağlı onu deyə bilərəm ki, Ermənistan tərəfinə bu hava limanı lazım deyil. Çünki bu hava reysi açılmış olarsa, nə İrəvandan kütləvi sürətdə insanların bura gəlişi gözlənilir, nə də ki, Xankəndi və Dağlıq Qarabağdan əks tərəfə bu uçuşların müsbət səmərə verəcəyi planlaşdırılır. Sadəcə, bu hava xəttinin açılması ilə bağlı iddianın ortaya qoyulması növbəti erməni fitnəkarlığından xəbər verir. Onlar bu məsələni gündəmə gətirməklə digər problemlərdən diqqəti yayındırmağa çalışırlar. Yəni işğalçı tərəf belə bir problemi ortaya qoymaqla həm beynəlxalq, həm də bizim diplomatların enerjisini bu məsələyə yönəltməyə, Azərbaycanı daha çox qıcıqlandırmağa çalışır. Bu, bir erməni hiyləgərliyidir. Beynəlxalq Aviasiya Agentliyi və digər beynəlxalq təşkilatlar İrəvan-Xocalı aeroportunun açılmasının əleyhinə bəyanatlar veriblər. Hesab edirəm ki, həmsədrlər bu məsələlərə konkret mövqe nümayiş etdirməlidirlər. Beləcə, Ermənistan tərəfi də bilməlidir ki, bu fitnəkarlıq onun özünə qarşı yönələcək.
- Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin ikinci üçtərəfli görüşü reallaşıb. Batumidə üç ölkənin nazirləri 2013-2015 illərdə idarələrarası əməkdaşlıq çərçivəsində iş planını qəbul ediblər. Bəs, Ermənistanın bu kimi əməkdaşlıqdan kənarda qalması nə ilə bağlıdır?
- Bu cür görüşlər mütəmadi olaraq keçirilir. Bölgədə bu üç ölkənin (Azərbaycan, Gürcüstan, Türkiyə) ortaq maraqları vardır. Bölgənin strateji əhəmiyyət kəsb edən iqtisadi və siyasi xarakterli layihələrini məhz bu üç ölkə birlikdə həll edir. Məhz buna görə də, bizim xarici işlər nazirləri, dövlət başçıları səviyyəsində görüşlərimiz daimi, ardıcıl xarakter daşıyır. Hesab edirəm ki, Batumi görüşü və burada aparılan müzakirələr bütövlükdə Cənubi Qafqaz, o cümlədən, Türkiyə ərazisi ilə bağlı bəzi iqtisadi xarakterli layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcək. Təbii ki, Ermənistan bu cür layihələrdə iştirak edə bilməz. Məlumdur ki, Ermənistan işğalçı ölkədir. Bu dövlətin bu kimi layihələrdə iştirakı o zaman mümkün ola bilər ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxsın və sülh sazişi imzalasın. Batumidə bundan əvvəl keçirilən görüşlərdə də, iqtisadi xarakterli forumlarda da Ermənistan heç dəvət belə olunmayıb. İşğalçı ölkəyə bunun ziyanı ilə bağlı məsələyə gəldikdə isə deyə bilərəm ki, bu məsələ açıq-aşkar ortalıqdadır. Bunu Ermənistan tərəfi artıq gizlədə də bilmir. Həmin layihələrdən kənarda qalmaq işğalçı ölkənin iqtisadiyyatına ağır zərbə vurub. Bu gün qondarma dövlətin iqtisadiyyatı faktiki olaraq çökmə həddinə çatıb. Hər il bu ölkədən 100 min nəfər Ermənistan vətəndaşı mühacirət edir. Bu dövlət işğalçı siyasətinə görə çox itkilər verib və verməkdədir də. Gələcəkdə də Ermənistan bu kimi layihələrdə heç bir zaman iştirak edə bilməz. Bildiyiniz kimi, Azərbaycan istənilən beynəlxalq sənədi imzaladıqda Ermənistanla əlaqədar orada “qeyd-şərtsiz” yazır.
- Mübariz müəllim, aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı məsələsi gündəmə gəlib. Türkiyə hökumətinin bu cür addımlara göz yumması iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?
- Türkiyə ilə Ermənistanın problemləri Dağlıq Qarabağ münaqişəsindən əvvəl də mövcud idi. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə Dağlıq Qarabağ məsələsi üç şərtdən biridir. Birinci şərt ondan ibarətdir ki, Ermənistan qondarma “soyqırımı” məsələsindən əl çəkməlidir. İkincisi, işğalçı ölkə Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir və bunu sübut etmək üçün özünün konstitusiyasındakı müddəalara əl gəzdirərək orada Türkiyənin torpaqlarına aid yazılan maddələri çıxarmalıdır. Üçüncüsü, Ermənistan Dağlıq Qarabağdan işğalçı qüvvələrini çıxarmalıdır. İndi bu üç şərtin yerinə yetirilmədiyi təqdirdə Türkiyənin Ermənistanla hansısa iqtisadi, siyasi əlaqələr qurması realdırmı? Hətta Türkiyədəki hansısa siyasi bir hakimiyyət belə addım atmış olarsa, Türkiyə Böyük Millət Məclisində (TBMM) və ictimai rəyində təpki ilə qarşılaşacaq. Çünki qardaş ölkə bu şərtlər çərçivəsində Ermənistanla münasibətlər qurmağın tərəfdarı idi. Məlumdur ki, Surix protokollarında Türkiyə bu kimi şərtlər ortalığa qoyurdu. İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı ilə bağlı məsələyə Türkiyə tərəfi açıqlamalar verib. Bu hansısa bir kommersiya təşkilatının Vana Ermənistandan turist gətirilməsi ilə əlaqədar təklifi idi. Bu təklif hələlik reallaşmayıb. Ermənistan və Türkiyə tərəfindən də yayılan məlumatlarda belə görünür ki, bu hava xəttinin açılması real görünmür. Amma bütövlükdə Azərbaycan ictimai rəyi ona tərəfdardır ki, nə qədər ki, üç şərt aradan qalxmayıb, Türkiyənin işğalçı ölkə ilə əməkdaşlıq etməsi bu ölkənin maraqlarına uyğun deyil.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37

