Davos Forumunun Azərbaycanda keçirilməsinin böyük tarixi və beynəlxalq əhəmiyyəti vardır
06.04.2013 [16:55]
Aprelin 7-8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcəkdir. Forumun proqramı çox zəngindir. Ekspertlər hesab edirlər ki, regionun gələcək inkişaf perspektivləri aspektində bu tədbirin əhəmiyyəti böyükdür. 1000-dən çox şirkət və təşkilatın üzv olduğu Forum haqqında fikirlərini “Newtimes.az” portalının oxucuları ilə bölüşməyi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan xahiş etdik.
- Novruz müəllim, Davos Forumu dünyanın mötəbər tədbirlərindən biri sayılır. Bu forumun tarixi və əhəmiyyəti haqqında fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.
- Davos Forumu 1971-ci ildə yaradılıb. Onun əsasını professor Klaus Şvab qoyub. İndiyə qədər də Foruma rəhbərlik edir. Əvvəlcə, bu təşkilat menecment məsələləri ilə məşğul olurdu. Sonra isə daha geniş sahədə fəaliyyət göstərməyə başladı. 1974-cü ildən isə Davosa siyasi liderləri də dəvət etməyə başladılar. 1987-ci ildən başlayaraq Davos Forumu Dünya İqtisadi Forumu adlandırılır. Onun mənzil-qərargahı Cenevrədə yerləşir.
Demək lazımdır ki, Davosda qeyri-formal şəraitdə seminarlar, plenar iclaslar, “dəyirmi masa”lar və görüşlər keçirilir. Tədbir protokollaşdırılmır, qətnamələr qəbul edilmir. Davosda dövlət başçıları, siyasətçilər, alimlər, tanınmış iqtisadçılar və nəhəng şirkətlərin rəhbərləri müxtəlif problemləri müzakirə edirlər. Bu Forum qeyri-hökumət təşkilatı olsa da, çox məşhurdur və orada mühüm qərarlar qəbul oluna bilir. Dünyanın müxtəlif regionlarından Foruma toplaşan siyasətçilər, iqtisadçılar və alimlər bəşəriyyət üçün aktual olan məsələləri müzakirə edirlər. Şübhə yoxdur ki, bu Forum hələ uzun müddət fəaliyyət göstərəcək və diqqət mərkəzində olan tədbirlərdən biri olacaq. Ətraf mühitin qorunması, siyasət, təhlükəsizlik, sağlamlıq, iqtisadiyyata aid aktual problemlərin həll edilməsində Dünya İqtisadi Forumunun rolu məncə, getdikcə daha da artacaq. Çünki dünyanın inkişaf trendi belədir ki, qeyri-hökumət təşkilatlarının qarşıya çıxan müxtəlif xarakterli məsələlərin həll edilməsində məsuliyyəti yüksələcək. Eyni zamanda, Davos Forumu kimi mötəbər təşkilatların müzakirə əsasında ortaya çıxardığı məsələlərə dövlətlərin daha çox diqqət yetirməsi mümkün ola bilər.
- Sizin dediklərinizdən Davos Forumunun Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti olduğu nəticəsini çıxara bilərikmi?
- Şübhəsiz ki, bu tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Onu deyim ki, tədbirin burada keçirilməsi ilə bağlı Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan Prezidentinə müraciət edib. Bilirsiniz ki, tədbiri Forumun özü təşkil edir. Bu, Azərbaycana verilən böyük önəmin göstəricisidir. O, tarixi və beynəlxalq əhəmiyyət kəsb edən tədbirdir. Forumun mövzusu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq”dur. Hesab edirəm ki, məhz bu məsələnin Bakıda müzakirə edilməsinin qərara alınması da təsadüfi deyildir. Artıq dünyada gedən geosiyasi, siyasi, iqtisadi, təhlükəsizlik proseslərinin ağırlıq mərkəzi Avrasiya məkanına keçir. Azərbaycan bu məkanda mühüm mövqeyi olan ölkədir. O, Cənubi Qafqaz və Mərkəzi Asiyada proseslərə böyük töhfə verən regionun lider dövlətidir. Eyni zamanda, Azərbaycan son illər atdığı addımlarla böyük güclərin maraqlarına müdaxilə edərək özünə pay götürə bilmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük tarixi qələbədir. Bu prosesdə ölkəmiz dünyanın ən qüdrətli dövlətləri ilə mübarizə aparmalı oldu və qalib gəldi. Tarixdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı BMT TŞ-nin iclasına sədrlik etdi. Təbii ki, burada ölkə rəhbərliyinin düşünülmüş xarici siyasət kursunu qətiyyətlə həyata keçirməsi əsas rol oynadı.
Bundan başqa, Azərbaycanda hər il onlarla beynəlxalq tədbir keçirilir və bu, bütün dünyanın diqqətini çəkir. Məsələn, “Eurovision” beynəlxalq mahnı müsabiqəsi Bakıda uğurla keçirildi. İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi qərar qəbul etdi. Necə deyərlər, biz bütün bunlara alışmışıq. Ola bilsin ki, bizim üçün bu, adiləşib. Amma tarix keçirilən həmin tədbirlərin qiymətini verəcək.
Bütün bunlarla yanaşı, məsələyə qlobal səviyyədə gedən proseslər prizmasından da baxmaq lazımdır. Bilirsiniz ki, hazırda dünya miqyasında mürəkkəb geosiyasi proseslər cərəyan edir. Böyük dövlətlər öz maraqlarını təmin etmək üçün yeni addımlar atırlar. Bundan başqa, bir sıra müsəlman ölkəsində - İraqda, Əfqanıstanda, Misirdə, Malidə gedən proseslər narahatlıq doğurur. Ayrıca, Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən proseslər daha mühüm əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi daxili və xarici siyasətində bütün bu məqamları nəzərə alır. Bakı fəal siyasət yeritməklə proseslərə təsir göstərir. Artıq bunu ən yüksək səviyyələrdə etiraf edirlər.
Bütün bunlara görə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqun Bakıda keçirilməsi təbiidir. Bunun Davos Forumu çərçivəsində edilməsi isə Azərbaycana verilən önəmin göstəricisidir.
- Novruz müəllim, maraqlı və dərin təhlilinizə görə çox sağ olun. Bəs bu Forumun regionun gələcək inkişafı üçün əhəmiyyəti varmı?
- Şübhəsiz ki, var. Özü də bir neçə aspektdə bu haqda danışa bilərik. Birincisi, dünyada geosiyasi, iqtisadi, siyasi və təhlükəsizlik proseslərinin ağırlıq mərkəzinin Şərqə doğru dəyişdiyi bir mərhələdə Cənubi Qafqaz ölkəsində Davos Forumunun keçirilməsi strateji mənası olan hadisədir. Görünür, artıq regionda ilk növbədə hansı dövlətlə dialoq aparmaqla bağlı beynəlxalq birliyin prioriteti müəyyənləşib. Eyni zamanda, regionun digər dövlətləri də qlobal miqyasda gedən geosiyasi, siyasi, iqtisadi və təhlükəsizlik proseslərindən kənarda qalmır. Məsələnin digər tərəfi Forumun Mərkəzi Asiyanı da əhatə etməsinə bağlıdır. Bu da Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-birinə sıx bağlı olan regionlar kimi qəbul edilməsini göstərir.
İkincisi, strateji dialoqun məhz Bakıda keçirilməsi regionun sülhpərvər dövlətinin hansı ölkə olduğuna işarədir. Belə bir tədbiri Ermənistanda reallaşdırmaq heç kəsin ağlına gəlməz. Çünki bu dövlət qonşusunun ərazisinin 20 faizini işğal edib. Bu səbəbdən Azərbaycanın strateji dialoqa ev sahibliyi etməsinin yalnız rəmzi məna daşımadığını düşünürük. Hesab edirik ki, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində belə tədbirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcək.
Üçüncüsü, Davos Forumu Cənubi Qafqazda regional inteqrasiyada yeni səhifə aça bilər. Bu baxımdan Forumda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin kompleks müzakirə edilməsi müsbət haldır. Region dövlətlərinə sərmayə qoyuluşunda hissediləcək irəliləyişlər ola bilər. Forumda gedən müzakirələr zamanı gəlinən nəticələr bütövlükdə regionun təhlükəsizliyinin təmini məsələsində dünyanın böyük dövlətlərini öz mövqelərində hansısa məqamlara yenidən baxmağa sövq edər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

