“Kənar müdaxilələrə açıq çağırış edənlər var”
11.04.2013 [17:12]
Bahar Muradova: Kənar müdaxilələrin olmasını, ölkədə sabitliyin pozulmasını istəyirlər
Azərbaycan ətrafında müxtəlif beynəlxalq güclərin, xarici qüvvələrin daim müəyyən maraqları olub. Bəzən toqquşan maraqlarda hər bir cəbhə müxtəlif yollarla Azərbaycana təsir etməklə öz maraqlarının təmin edilməsinə cəhd edirlər. Son hadisələr isə bu proseslərin daha da intensivləşdiyini göstərir ki, bu da daha çox seçki ili ilə əlaqləndirilir. Baş verən prosesləri Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Bahar Muradova “Publika.Az”-a müsahibəsində şərh edib.
“Sərhəd toxunulmazlığını yaddan çıxarmamalıdırlar”
- Son günlər İranda bəzi şəxslər Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirirlər. Belə bir məqamda İran parlamentinin bəzi üzvləri Azərbaycanın İrana birləşdirilməsini gündəmə gətirdilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu cür fikirlər rəsmi və qeyri-rəsmi dairələrdə olan münasibətlərə uyğun deyil. Ona görə də bu cür fikirləri səsləndirən şəxslər BMT-nin, beynəlxalq qanunvericiliyin müvafiq prinsiplərini, ölkələrin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını yaddan çıxarmamalıdırlar və bu cür fikirlər səsləndirməklə münasibətlərə mənfi təsir göstərə biləcəklərini düşünməlidirlər.
“Hakimiyyətə gəlmək perspektivi onlar üçün həddən artıq çətindir”
- Ümumiyyətlə, son dövrlər Azərbaycana kənar dairələrin təzyiq cəhdləri daha da intensivləşib. Sizcə, seçki ilində belə cəhdlərlə hansı məqsədlər güdülür?
- Azərbaycanda bu kimi əhəmiyyətli hadisələr həyata keçirildikdə kənar qüvvələrin ölkəmizə təsir göstərən addımlar atmasını istəyən dairələrin olduğunu bilirik. Bəziləri var ki, onlar Azərbaycana bu və ya digər istiqamətdə müəyyən ölkələr, beynəlxalq təşkilatlar tərəfindən təsirlər, təzyiqlər göstərilməsini istəyirlər. Hətta buna açıq çağırışlar da edirlər. Bu çağırışlar, istəklər Azərbaycandakı məhdud sosial bazaya malik və heç bir perspektivi olmayan bəzi dairələr tərəfindən edilir. Lakin istər bu çağırışların, istərsə də buna kənardan cavab verən və qoşulmaq istəyən xarici dairələrin olmasına baxmayaraq, Azərbaycan ölkə daxilində qarşısına qoyduğu hədəflərə addım-addım çatır. Çox ardıcıllıqla da öz xarici siyasət kursunu yürüdür. Azərbaycan bu gün getdikcə inkişaf edir və müasir dünyanın həlledici geosiyasi aktorlarından birinə çevrilir.
Kənar müdaxilələri istəyənlər var, amma bunun necə, hansı səviyyədə olacağı məlum deyil və bunu indidən proqnozlaşdırmaq da mümkün deyil. Amma Azərbaycanda marağı olan və daxildəki ictimai-siyasi proseslərə təsir göstərməklə hansısa bir hərəkətləri stimullaşdıraraq öz maraqlarına çatmaq istəyən dairələrin mövcud olması məlumdur. Bu dairələr müxtəlif formalarda fəaliyyət göstərirlər. Azərbaycan bütün bunları yaxşı bilir və müvafiq addımlarını zamanında atır, bu cür hərəkətləri neytrallaşdırır. Bildirmək istəyirəm ki, Azərbaycanı yolundan döndərməyi və ölkədə sabitliyi pozmağı bacarmayacaqlar.
- Kənar qüvvələrin müdaxiləsinə çağırış edənlər nə üçün bunu istəyirlər?
- Bu qruplar məhdud sosial bazaya malikdir və siyasi hədəfləri var. Amma bu hədəflərə çatmağın yollarını bilmirlər, həmçinin, buna imkanları yetərincə deyil. Onlar ümidlərini bu və ya digər xarici faktora, başqa ölkələrdəki müəyyən məsələlərə, ayrı-ayrı beynəlxalq dairələrin Azərbaycandakı maraqlarına və bu maraqların reallaşması prosesində onlar üçün yarana biləcək münbit imkanlara bel bağlayaraq kənardan Azərbaycana təsirlərin olmasını istəyirlər. Yalnız bu zəmində yarana biləcək şəraitə istinad edərək nələrsə əldə edə biləcəklərinə özlərini inandırmağa çalışırlar. Çünki bu qrupların başqa perspektivləri yoxdur. Seçicilər, vətəndaşlar arasında geniş nüfuza malik deyillər, sosial bazaları yoxdur. İnsanlara siyasi cəhətdən yenilik göstərə, Azərbaycan dövlətinin daha yaxşı inkişafa gətirib çıxara biləcək siyasi proqramları ortaya çıxara bilmirlər. Buna görə də, kənar faktorlardan yararlanmaq istəyirlər. Azərbaycanda başqa cür perspektivlərini görmürlər. Hakimiyyətə gəlmək, bu və ya digər müddət hakimiyyətdə olmaq perspektivi onlar üçün həddən artıq çətindir. Ona görə də, bu kimi faktorlara bel bağlayırlar və kənar müdaxilələrin olmasını, ölkədə sabitliyin pozulmasını istəyirlər.
“İlham Əliyevin namizəd olduğu müddətdə onların qələbə qazanmaq ümidləri sıfıra bərabərdir”
- Builki seçkilərin nəticələrini necə görürsünüz?
- Hər şeydən əvvəl seçki prosesində bu və ya digər namizədin taleyini konkret olaraq həll edən xalqın mövqeyidir, seçicilərin istəyidir, Azərbaycan insanının iradəsidir. Kənar dairələrin, kənar amillərin bu proseslərə təsiri cüzi ola bilər. Siyasi fəaliyyəti geniş əhali kütləsi tərəfindən dəstəklənməyən, müxtəlif qrup və təbəqələrin etimadını qazanmayanlar hansısa kənar qüvvələrin əli ilə Azərbaycanda hakimiyyətə gələ bilməzlər. Hətta bu və ya digər formada təsadüf baş versə belə, hakimiyyəti əllərində saxlaya bilməzlər. Halbuki Azərbaycanda belə təsadüflərin olmasını, ümumiyyətlə, ehtimal etmirəm.
- Prezident İlham Əliyevin imkanlarını necə qiymətləndirirsiniz?
- Cənab İlham Əliyevin imkanlarını geniş qiymətləndirirəm. Çünki əhalinin mütləq əksəriyyəti İlham Əliyevi, Onun yeritdiyi siyasəti, vaxtilə Heydər Əliyev tərəfindən müəyyən olunmuş, zamanın, dövrün ictimai-siyasi proseslərin tələblərinə cavab verən, çox dinamik və çevik bir siyasəti dəstəkləyirlər və buna da öz münasibətlərini bildirirlər. Builki prezident seçkilərində çoxsaylı namizədlər olacaq, artıq bir sıra şəxslər namizədliklərini irəli sürdüklərini bəyan ediblər. Bu, təbii və normal haldır. Azərbaycan qanunvericiliyi imkan verir ki, hər kəs imkanından asılı olmayaraq hüququndan istifadə etsin. Ya öz namizədliyini irəli sürsün, ya da digər şəxsin namizədliyinə dəstək versin. Bu proseslər artıq başlayır. Lakin bütün bunlara rəğmən hesab edirəm ki, namizədlərin sayı nə qədər çox olsa belə, İlham Əliyevin siyasi gücünə, Onun imkanlarına, xalq arasında nüfuzuna bərabər ola biləcək, Onu üstələyə biləcək namizəd və yaxud da namizədlər, hətta bütövlükdə bir yerdə olsalar da, alternativ ola bilməzlər. İlham Əliyevin namizəd olduğu müddətdə onların qələbə qazanmaq ümidləri sıfıra bərabərdir.
“Eldar Namazov rəqib ola biləcək fiqur deyil”
- Bu yaxınlarda “El” hərəkatı yaradıldı və hərəkatın rəhbəri Eldar Namazov öz namizədliyini irəli sürəcəyini açıqladı. Onların perspektivini necə görürsünüz?
- Azərbaycanda seçki qanunvericiliyi çox demokratikdir. Ölkəmiz demokratiya yolunda olan ölkədir və getdikcə də proseslər dərinləşir. Hər bir Azərbaycan vətəndaşı qanun çərçivəsində öz namizədliyini irəli sürə və ya digərlərini dəstəkləyə bilərlər. O cümlədən dediyiniz şəxsin öz namizədliyini bəyan etməyə və sona qədər getməyə hüququ var. Bunu heç kim ona qadağan etmir. Amma imkanları ölçüyəgəlməz dərəcədə fərqlidir. Mən əminəm ki, Eldar Namazov İlham Əliyevə rəqib ola biləcək siyasi fiqur deyil.
“Son dövrlərə qədər hansısa siyasi dairələr əngəllər yaratmağa çalışırdı”
- Davos Forumunun Bakıda keçirilməsi dünyanın nəzərlərini bir daha Azərbaycana yönəltdi. Bunun Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu forumun Azərbaycanda keçirilməsinin özü ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən buna imkanlarının olmasının sübutudur. Bu gün hər ölkə belə bir tədbiri keçirməyə qadir deyil. Digər tərəfdən Davos Forumu bu günə qədər fəaliyyət göstərdiyi yerdən kənarda keçirilməmişdi. Bu, bir ilk olaraq Azərbaycanda baş tutdu. Buna səbəbsə Azərbaycanın hazırkı durumu, iqtisadi vəziyyəti, siyasi sabitliyi və əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə qazandığı uğurlardır. Həmçinin, dünyada gedən iqtisadi proseslərə rəğmən özünün daxili sabitliyini, həm siyasi, həm iqtisadi inkişaf tempini qoruyub saxlamağı bacarmasıdır. Bu amillər belə tədbirlərin Azərbaycanda keçirilməsinə imkan verir. Bunun özünün siyasi əhəmiyyəti böyükdür. Bunu tədbir çərçivəsində Azərbaycana gələn qonaqların tədbirin təşkilatçılığı ilə bağlı rəyləri də sübut edir. Eyni zamanda, dünya mətbuatında və siyasi çevrələrdə münasibət bunun göstəricisidir.
Bu, bir daha sübut edir ki, Azərbaycan artıq o dərəcədə inkişaf səviyyəsinə çatıb ki, bu cür beynəlxalq tədbirlərin təşkilatçısı, təşəbbüskarı kimi yüksək səviyyədə çıxış edir. Başqalarına da, beynəlxalq tədbirlərin, forumların necə təşkil edilməsini, daha yaxşı həyata keçirilməsinin nümunəsini göstərir. Bəlkə də əvvəllər belə tədbirlərin necə keçirilməsini, öhdəsindən gəlib-gəlməyəcəyimizi düşünürdük. Yaxud da son dövrlərə qədər hansısa siyasi dairələr əngəllər yaratmağa çalışırdı. Lakin bu gün belə məsələlər Azərbaycan üçün çətinlik törətmir. Əksinə olaraq Azərbaycan bu sahədə öz standartlarını müəyyənləşdirir. Əminəm ki, forumun bundan sonra necə təşkil edilməsinə Azərbaycan müəyyən ştrixlər əlavə etdi. Hesab edirəm ki, Azərbaycanın müəyyən standartlarından istifadə edəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

