Ölkəmizdə seçkilərin taleyini Azərbaycan xalqı müəyyən edir
31.08.2013 [09:24]
Mübariz Qurbanlı: Hansısa xarici, erməni lobbisi ilə bağlı qruplarla - anti-Azərbaycan dairələrlə əlaqə yaradıb siyasətdə uğur qazanmağa çalışanlar məhvə məhkum olacaqlar
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, Asiyanın nüfuzlu “BizNewsAsia” jurnalı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev “İlin adamı” elan olunub. Başlıca olaraq bunu şərtləndirən amillər nədən ibarətdir?
- Ümumiyyətlə, beynəlxalq aləmdə tanınmış jurnallar “İlin adamı” nominasiyası üzrə müəyyən tədbirlər keçirirlər. Bundan sonra isə onlar ümumiləşdirmələr apararaq, “İlin adamı”nı bəyan edirlər. Asiyanın nüfuzlu “BizNewsAsia” jurnalının keçirdiyi tədbir də buna nümunə olaraq göstərilə bilər. Respondentlər arasında keçirilən rəy sorğusu nəticəsində cənab İlham Əliyev “İlin adamı” elan olunub. Öncədən qeyd edim ki, bu jurnal üçün Azərbaycan yeni deyil. Bundan əvvəl də həmin jurnalda Azərbaycan haqqında, ölkəmizdə həyata keçirilən siyasət, Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi barəsində və s. yazılar dərc olunub. Belə ki, bu jurnalın oxucuları Azərbaycan haqqında müxtəlif vaxtlarda dərc olunmuş yazıları oxuduqlarına görə, ölkəmiz haqqında kifayət qədər məlumata malikdirlər. İndi də həmin jurnal öz səhifələrinin böyük hissəsini Azərbaycana həsr edib. Təbii ki, burada da ölkəmiz haqqında müxtəlif məqalələr öz əksini tapıb. Bu məqalələr içərisində “İlin adamı” adlı məqaləyə xüsusi ilə toxunmaq istəyirəm. Həmin məqalənin müəllifi Nepalın keçmiş baş naziri Madhav Kumardır. Cənab Kumarın yazmış olduğu məqalədə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət oxuculara ətraflı şəkildə çatdırılır. O, Asiyada tanınmış siyasətçidir. Bununla belə o, Asiya ölkələrinin siyasi partiyaları konfransının daimi komitəsinin üzvüdür. Nepalın keçmiş baş naziri Azərbaycanda bir neçə dəfə səfərdə olub. Həmçinin, onun rəhbərlik etdiyi partiya ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında geniş əlaqələr mövcuddur. Həmin şəxsin özünün bilavasitə Azərbaycanda olması, ölkəmizdə gedən prosesləri müşahidə etməsi və dövlətimiz haqqında məlumatlara malik olması məhz bu məqalənin yazılmasına gətirib çıxarıb. Eyni zamanda, “BizNewsAsia” jurnalında Azərbaycanın sosial-iqtisadi inkişafını, bütövlükdə isə ölkəmizdə gedən inkişafı göstərən bir sıra məqalələr də öz əksini tapıb. Məhz həmin məqalələrin müəllifləri də sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ümumi daxili məhsulun (ÜDM) və dövlət büdcəsinin artımı, eləcə də, yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən siyasət, ölkəmizin Cənubi Qafqaz bölgəsində lider dövlət olması, neft və qaz ixracında oynadığı rol barədə ətraflı şərhlər veriblər. Həmin jurnal artıq Azərbaycanda oxucuların diqqətinə çatdırılıb. Oxucularımız jurnala diqqət yetirsələr görərlər ki, burada Azərbaycanla bağlı verilən cədvəllər, diaqramlar ölkəmizin sosial-iqtisadi həyatı haqqında geniş təsəvvür yaratmağa imkan verir. Prezident İlham Əliyevin gördüyü işlər tək ölkə daxilində deyil, beynəlxalq aləmdə, dünya miqyasında da əhəmiyyətli şəkildə təhlil olunur və öyrənilir. Beynəlxalq maliyyə qurumları, o cümlədən, ölkələrin iqtisadi inkişafını müəyyən edən reytinq təşkilatları Azərbaycanın mövqeyinin ildən-ilə möhkəmləndiyini qeyd edir və bununla bağlı məlumatlar yayır. Bu jurnalda gedən məqalələr içərisində, həmçinin, Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün yaratdığı problemlər, fəsadlar, aparılan danışıqlar, ölkə baçısı İlham Əliyevin sülhə nail olmaq istiqamətində gördüyü işlər ətraflı şəkildə oxuculara çatdırılıb. Asiya qitəsi böyükdür. Həmin jurnal Asiyanın elə bir ölkəsi yoxdur ki, orada yayımlanmasın. İngilis dilində nəşr olunan bu jurnalın oxucularının sayı milyonlarladır. Əlbəttə, bütün bunlar, Azərbaycanın uğurlarının göstəricisidir. Qeyd edim ki, bu jurnal özünün nüfuzuna görə, heç də digər beynəlxalq aləmdə tanınan jurnallardan geri qalmır. Həmin jurnalda gedən yazılar bütövlükdə Azərbaycan həqiqətlərini əks etdirir. Hesab edirəm ki, ölkəmiz və onun inkişafı haqqında bu tipli məlumatların dünya miqyasında yayılması ümummilli maraqlarımız baxımından çox əhəmiyyətlidir.
- Müxalifət “qospodinləri” “misterlərə” dəyişdi, Sizcə, bu, yeni sahib axtarışıdır, yoxsa cəmiyyəti aldatmağa hesablanıb?
- Ümumiyyətlə, oktyabrda keçiriləcək prezident seçkilərinə qatılan hər bir namizəd bizim üçün müxalifətdir. Beləcə, müxalifəti də bir neçə istiqamətə bölmək olar: Konstruktiv mövqedə dayanan müxalifət partiyaları və onların namizədləri, o cümlədən, radikal qanada məxsus olan dairələrin namizədləri. Nədənsə, müxalifət dedikdə radikal qanadı və onun namizədi daha çox qabardılır. Amma bu, doğru yanaşma deyil. Azərbaycanın siyasi palitrasında müxtəlif qruplar, siyasi yönlər arasında həm ideoloji, həm siyasi, həm də hakimiyyət uğrunda mübarizə gedir. Biz hakim partiyayıq, namizədimiz də cənab Prezident İlham Əliyevdir. Bizimlə yarışda konstruktiv dairələrin, radikalların namizədləri də var. Bütövlükdə radikalların Azərbaycan cəmiyyətində nüfuzu kifayət qədər aşağıdır. Məhz buna görə də, biz seçki prosesindən narahat deyilik. Azərbaycanın bütün dünya ölkələri ilə təbii ki, Ermənistan istisna olmaqla, çox gözəl münasibətləri mövcuddur. Azərbaycanda seçkinin, hakimiyyətin taleyini Azərbaycan xalqı müəyyən edir. Bu mənada hesab edirəm ki, özünün fəaliyyətində xalqa söykənənlər daim uğur qazanacaq. Əks təqdirdə hansısa xarici, erməni lobbisi ilə bağlı qruplarla - anti-Azərbaycan dairələrlə əlaqə yaradıb siyasətdə uğur qazanmağa çalışanlar məhvə məhkum olacaqlar. Bu mənada radikal qanadın seçkilərdə müəyyən hay-küy qaldırmasının arxasında heç nə dayanmır. Beləcə, radikal qanadın namizədləri, istər İbrahimbəyov olsun, istərsə də onların namizədi Cəmil Həsənli, hesab etmirəm ki, Azərbaycan cəmiyyəti tərəfindən hansısa bir dəstəyə malik olsun. Bütövlükdə Azərbaycanda radikal qanada qarşı münasibət birmənalı olaraq pisdir.
- “Milli şura”da hələ də “vahid namizəd” məsələsində tərəddüdlər mövcuddur. Cəmil Həsənlinin namizədliyi Mərkəzi Seçki Komissiyasında (MSK) təsdiqlənsə də, Rüstəm İbrahimbəyov hələ də “vahid namizəd” olduğunu israr edir.
- Kim namizəd olur, olmur bunun bizə heç bir aidiyyəti yoxdur və bu məsələ heç bizim maraq dairəmizdə də deyil. “Milli şura”dan kim namizəd olacaqsa və qeydiyyatdan keçəcəksə, siyasi müstəvidə də biz onunla yarışa hazırıq. Qoy, bu məsələlərə müstəqil ekspertlər rəy versinlər. Biz tərəfik və siyasətlə məşğul oluruq. Mən öz enerjimi “Milli şura”nın daxilindəki intriqalara sərf etmək istəmirəm.
- Bəzi siyasətçilər iddia edir ki, “Milli şura”nın vahid namizəd məsələsində ortaq məxrəcə gəlməməsi əslində bir oyundur. Sizcə, bu iddialar nə dərəcədə reallığa uyğundur?
- Bizim öz yolumuz, seçimimiz, siyasətimiz, taktikamız və strategiyamız var. Bizim seçki ilə əlaqədar proqramımız mövcuddur. Təbii ki, biz bunu ardıcıl surətdə həyata keçiririk. “Milli şura” deyilən qurum da Azərbaycanda radikalyönümlü müxalifəti birləşdirən qurumdur. Onların daxilində də müəyyən söz-söhbətlər var ki, bunlar da mətbuatda daimi olaraq işıqlandırılır. “Milli şura”dan seçkilərə iki-üç namizəd də gedə bilər. Bu heç də məsələni dəyişmir. Bir sözlə, “toplananların yerini dəyişdikdə, cəm dəyişmir”. Radikal qanadın namizədi kim olursa-olsun, həmin elektoratdan kənara çıxa bilməz.
- Son olaraq, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda seçki mühitinin normal olmadığı haqda bəyanatlar verirlər. Bu iddialarla bağlı nə demək olar?
- Bu təşkilatların yaydıqları sənədlər, bəyanatlar bizim siyasətimizə, inkişafımıza, fəaliyyətimizə heç bir təsir göstərə bilməz. Çünki biz o təşkilatların, qeyri-hökumət təşkilatlarının (QHT) üzvü deyilik. Bunlar bu və ya digər ölkələrdə, ərazilərdə siyasi, iqtisadi maraqlar naminə bəyanatlar verir və həmin bəyanatlardan da sui-istifadə edərək özlərinin məhdud maraqlarını həyata keçirmək istəyirlər. Onlar hansısa dövləti təmsil etmir. Həmin qurumlar öz ölkələrində də bu və ya digər siyasətçiləri tənqid atəşinə tutaraq yenə də öz maraqlarını qoruyurlar. “Human Right Watch”, “Freedom House” və digərləri QHT olaraq heç bir beynəlxalq statusa malik deyil. Bunların yaydıqları açıqlamalar, bəyanatlar da bizim QHT-lərin yaydığı bəyanatlardan heç nə ilə fərqlənmir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

