Modelyer Mətanət Bayramova: “Geyimlərimizlə yanaşı, milli incəsənətimizi də tanıdırıq”
19.06.2025 [12:12]
Müasir Azərbaycan moda sənayesində özünəməxsus dəst-xətti ilə seçilən, klassik üslubu ilə yeniliyi ustalıqla birləşdirən modelyer Mətanət Bayramova illərdir ki, zərifliyi və estetikanı təşviq edir, tanıdır. Onun hazırladığı kolleksiyalar sadəcə geyimləri deyil, eyni zamanda milli mədəniyyətimizi özündə əks etdirir. Müsahibəmizdə onun yaradıcılıq yoluna, qarşıya qoyduğu məqsədlərə, Azərbaycan dəbinin gələcəyi ilə bağlı baxışlarına və bu sahədə gənc istedadlara verdiyi tövsiyələrə toxunacağıq.
- Mətanət xanım, ilk öncə özünüzü təqdim edərdiniz.
- İlk təhsilim modelyer konstruktur olub. Sonradan müxtəlif stilistika və digər kurslara gedərək müxtəlif sahələrdə özümü inkişaf etdirmişəm. Modelyer elə bir sənətdir ki, daim inkişaf istəyir və öz üzərində işləməlisən.
- Geyim sahəsində biznes qurmaq ideyası necə yarandı?
- Gözümü sənətkar ailəsində açmışam, anam dərzi, atam isə rəssam olub, bu sənətə istər-istəməz mən də yiyələnmişəm. Dizaynerliyə həvəsim olub və hər zaman fərqlənmək istəmişəm. Dəst-xəttim isə müəyyən təcrübədən sonra yaranmağa başladı.
- Onda belə çıxır ki, valideynləriniz bu sahə ilə məşğul olmasaydı, siz başqa sahəyə yiyələnərdiz?
- Düşünürəm ki, başqa bir sahəyə gedə bilməzdim, çünki sənəti sevmək böyük eşq tələb edir. Mənə elə gəlir ki, valideynlərim eyni sənətdə olmasa belə, mən yenə bu sahəyə yiyələnəcəkdim. Öz sənətimə böyük sevgi duyuram.
- İlk kolleksiyanız necə yarandı?
- İlk kolleksiyam “Autumn mood”, ikincisi “Sılk Way”, üçüncü “Milli Kino” “collection”, dördüncüsü isə “Şəbi Hicran” “collection” olub. Birinci kolleksiyada heç bir milli kolorit yox idi. Sadəcə, gözəl əl işlərinə fikir verilirdi. Bu kolleksiyada daha çox kəlağayılarla işləməyə başladım. Sonra milli kino kolleksiyasını yaratdıq. Milli filmləri sevdiyim kimi, milli musiqiləri də çox sevirəm. Milli kino kolleksiyasında ilk olaraq Üzeyir Hacıbəylinin musiqilərinə müraciət etməyim də məhz bu səsbəbdən oldu.
- Siz həm də gənclərlə çalışırsınız..
- Bəli, gənclərlə daha çox işləyirəm. Həm də onlara dəstək oluram. İş zamanı özüm də yeniliklərlə rastlaşıram, seyr etdiyim mənzərə budur ki, gənclərimiz milli filmlərdən çox uzaqdır. Milli kino kolleksiyasını yaratmaqla həm gəncləri marifləndirməyi, həm ürəyimdəki milli kino sevgisini ortaya çıxartmağı, eyni zamanda, heç bir yerdə olmayan bir kolleksiyanı yaradacağımı düşünürdüm. Onu da qeyd edim ki, kolleksiyamızdakı geyimlərin hər biri təkdir və eksklüzvdir. Bir məqamı da qeyd edim ki, dizaynerlərimizdən milli film mövzusunda işləyən yoxdur.
- Yerli dizaynerlərdən və ya markalardan kimləri izləyirsiniz?
- Azərbaycanda bu sahədə çalışan istedadlı gənclər çoxdur. Dizaynerlərimiz kifayət qədər var, lakin ad çəkmək istəmirəm. Xarici markalardan isə kumirim Şaneldir.
- Niyə məhz Şanel?
- Kolleksiyalarımda bir eleqantlıq tərzi var. Hər zaman dəst-xətti olaraq həm milli koloritliyi, həm də eleqantlığı qoruyub saxlayıram. Şaneldə də eleqantlıq olduğu üçün özümü ona yaxın görürəm.
- Geyimləri xarici ölkələrdə nümayiş etdirə bilirsinizmi?
- Hər bir dizayner dünyada moda həftələrində nələr baş verdiyindən məlumatlı olmalıdır. Xarici ölkələrdə moda həftələrinə yalnız Qazaxıstanda qatılmışam. Hal-hazırda bir çox ölkələrdən təkliflər alırıq və bunların üzərində işləyirik. Qeyd edim ki milli kino kolleksiyamız onların diqqətini cəlb edib və özləri bizə müraciət ediblər. Həmin ölkələrdən gələn sahibkarlar ölkəmizdə keçirilən moda həftələrində iştirak edirlər və bizim onlarla müəyyən əməkdaşlıqlarımız olur.
- Geyimlərinizdə əsasən hansı auditoriya yer alır?
- Gənclər gəlir, geyimlərə baxır, lakin alıcılıq hədəfimiz ən çox turistlərdir. Vaqif Mustafazadəyə həsr olunmuş bir geyimimiz var idi. Bu geyim satışa qoyulandan 3 gündən sonra Rusiyalı turist tərəfindən alındı.
- Gənclərdə alıcılıq qabiliyətinin zəif olmaması qiymətlərlə bağlı ola bilərmi?
- Bəli, geyimlərin hər birinin üstündə böyük əmək var və qiymətlər ona uyğun qoyulur. Geyimlərimizin heç biri təkrar deyil, üzərində böyük zəhmət, əl işi olduğu üçün maddi dəyəri də artır.
- Qiymətlər təxminən nə qədərdir?
- Ən ucuz geyimin qiyməti 500 manat, digər geyimlərin qiymətləri daha yüksəkdir. Geyimləri kolleksiya olaraq yaradanda qiyməti düşünmürəm, sadəcə, yaradıcılıqla məşğul oluram, qiymət sonra yaranır.
- Sənət adamları ilə əməkdaşlıq edirsiniz?
- Bəli, bəzi müğənnilərlə əməkdaşlıq edirik. Elə müğənni var ki, onda artıq dəst-xətt yaratmışıq. Həmin dəst-xətti sənətlə birləşdilərək gözəl bir obrazı ortaya qoyuruq. Məsləhət görərdim ki, klassik sənətlə məşğul olan sənət adamları modelyerlərlə işləsinlər.
- Brendinizi cəmiyyətdə hansı formalarda tanıdırsız?
- Moda həftələrində və tədbirlərdə iştirak edirik, lakin orada öz hədəf kütləmiz olur. Yaxınlarda baş tutan milli brendlərin pərakəndə zirvəsi forumunda iştrak etməyimizin əsas məqsədi brendimizi tanıtmaq idi. Düşünürəm ki, daha geniş forumlarda iştirak etməklə daha böyük kütlə qarşısına çıxa bilirik.
- Forumlarda geyimlərinizi nümayiş etdirmək üçün bir çox modelləri cəlb etmişdimiz, gəncləri hansı kriteriya əsasında seçirsiniz?
- Modellərlə işləyəndə çalışıram gənclərə dəstək olum. Modellərimiz iki qrupa bölünür: Peşəkar modellər və könüllü modellər. Könüllülər arasında bədən kriteriyaları heç də modellərə uyğun olmayan gənclər olur. Belə olduğu halda geyimlər həmin gənclərin üzərində reallığa daha uyğun görünür. Könüllü modellərlə işləmək xeyli vaxt aparan işdir. Həmin gənclərlə məşğul olan xüsusi xoreoqrafımız var ki, geyimlərin nümayişində bizə böyük dəstək olur.
- Sizcə, qadın sahibkarlar üçün ən böyük çağırış nədir?
- İlk növbədə istəyərdim ki, ölkəmizdə qadın sahibkarlar həmrəy, bir-birinə dəstək olsunlar. Belə olduğu halda moda həftələrində ölkəmizi layiqincə təmsil edə bilərik.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

