Bahar Muradova: Azərbaycanın təcrübəsi digər ölkələrdə də öyrənilir
07.02.2014 [09:16]
“Prezidentin siyasi iradəsi problemlərin çox qısa müddətdə faydalı üsullarla aradan qaldırılmasına yönəlib”
Milli Məclisin vitse-spikeri Bahar Muradovanın SİA-ya eksklüziv müsahibəsi:
- Bahar xanım, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına həsr olunan konfrasda Prezident İlham Əliyevin “Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” fkrini bildirməsi özündə hansı əhəmiyyətli məqamları əks etdirir?
- Son 10 ildə ölkənin müxtəlif sahələrində qazanılan uğurlar idarəetmənin təkmilləşdirilməsi, bu sahədə zamanın tələbi ilə struktur dəyişikliklərinin həyata keçirilməsi və onun səmərəliyinin artırılması istiqamətindəki inkişafla müşahidə olunur. Bu, həm ayrı-ayrı sahələrin inkişafını təmin edən struktur islahatlarının həyata keçirilməsində, həm də vətəndaş-məmur münasibətlərində özünü biruzə verib. Ölkə Prezidentini, dövlət rəsmilərini, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması istiqamətində xeyli dəyişikliklər olub. Amma müəyyən problemlər mövcuddur. Təbii ki, inkişaf olan yerdə problemlər də olur. Qısa müddət ərzində bütün problemləri aradan qaldırmaq mümkün deyil. İnsanlarla, vətəndaşlarla mütəmadi əlaqədə olan şəxslərin və qurumların işində bu və ya digər narazılıqlar olur. Əsas odur ki, Azərbaycan dövlətinin, ölkə Prezidentinin siyasi iradəsi bu problemlərin çox qısa müddətdə faydalı üsullarla aradan qaldırılmasına yönəlib. Ölkə Prezidentinin bu sahədəki mövqeyi aydındır, qətidir. Bu mövqe də dövlət rəsmilərinin, icra orqanlarının nümayəndələri üçün bir örnəkdir. Qanunlara uyğun olaraq müvafiq şəxslər, aidiyyatı qurumlar bu sahədə məsuliyyət daşımalıdırlar.
- Sosial bəla kimi qiymətləndirilən korrupsiyaya qarşı mübarizə bundan sonra necə aparılacaq?
- Hazırda korrupsiya ilə mübarizə çox ciddi şəkildə aparılır. Cənab Prezident hər zaman çıxışlarında təkcə Azərbaycan cəmiyyətində deyil, bütün inkişaf etmiş, inkişaf etməkdə olan cəmiyyətlərdə olan bu bəlanın aradan qaldırılması üçün ardıcıl iş aparmağın vacibliyini vurğulayır və onun yalnız adminstrativ üsullarla deyil, həm də sistem xarakterli islahatlar həyata keçirməklə daha effektiv şəkildə aradan qaldırılacağına inandığını bildirir. Bunun üçün də Azərbaycanın nümunəsi var. Belə ki, ayrı-ayrı şəxslərin məsuliyyətini artırmaqla, bu və ya digər formada onların fəaliyyətlərinə, hərəkətlərinə müvafiq qiymət verməklə yanaşı, bu halları törədə biləcək səbəbləri aradan qaldırmaq üçün sistemli mübarizə aparmalıyıq. Hər bir məmurun məsuliyyətli və vicdanlı yanaşmasını ortaya qoymağı tələb olunur. Azərbaycanın nümunəsi olan “ASAN” xidmət mərkəzlərinin yaradılması korrupsiyaya qarşı mübarizənin bir nümunəsidir. Bu, həm özündə hüquqi islahatların qanuna uyğun şəkildə aparılmasını, həm də praktiki fəaliyyət zamanı bu qanunların bütün tələblərinə əməl etmənin yeni, sivil yollarının tapılmasını ehtiva edir. Azərbaycan təcrübəsi əhəmiyyətli bir təcrübə olmaqla, digər ölkələrdə də öyrənilir.
- Prezidentin “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar” fikirlərini necə şərh edərdiniz?
- Cənab Prezident Azərbaycandakı mövcud müxalifətin fəaliyyətini hər zaman olduğu kimi, bu dəfə də çox dəqiq, düzgün ifadə etdi. Amma bu fikirlər özünü müxalifət adlandıran bütün dairələrə deyil, fəaliyyətində hər mənada Azərbaycanı qaralamaq məqsədi dayanan dairələrə yönəlib. Özlərinə ölkədən kənarda dayaq axtaran, xalqdan heç bir sosial dayağı olmayan bir qrup siyasətbazların mövqeyi bəllidir. Onlar öz siyasi ambisyalarını reallaşdırmaq üçün ölkənin milli maraqlarını bizi istəməyən xarici qurumlara belə qurban verməyə hazırdırlar. Bunun bariz nümunəsi ölkəmizdə keçirilən son prezident seçkilərində özünü göstərdi. Seçkilər ərəfəsində Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün bütün vasitələri səfərbər etmişdilər. Buna baxmayaraq, iflasa uğradılar. Bu günə qədər heç bir güc mərkəzi ölkəmizdə istədiklərini reallaşdıra bilməyib. Azərbaycan günbəgün güclənir, möhkəmlənir, vətəndaşlarımızın həyat səviyyəsi yaxşılaşdırılır. İqtisadi imkanların genişlənməsi ölkənin imicinin beynəlxalq arenada artmasına, möhkəmlənməsinə xidmət edir. Azərbaycan dünya siyasətinin aparıcı fiqurlarından birinə çevrilib. Bu baxımdan, heç bir qüvvə Azərbaycanda sabitliyi pozmağa cəhd edə bilməz.
- ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərində hər hansı bir ciddi yenilik ortaya qoya bilmədilər. Ümumiyyətlə, bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?
- ATƏT-in Minsk qrupunun fəaliyyəti bizi qane etmir və biz bunu açıq şəkildə tənqid edirik. Onlar təcavüzkarla, təcavüzə məruz qalan ölkə arasında balanslı münasibət qurmaq istəyirlər. Heç bir ölkənin xətrinə dəyməmək prinsipindən çıxış edirlər. Bu da bizi qane edə bilməz. Çünki haqq-ədalət Azərbaycan tərəfindədir. Bizim ərazilərimiz işğala məruz qalıb, bizim vətəndaşlar yurd-yuvalarından didərgin düşüblər. Bu faktı bir kənara qoyub Azərbaycanla Ermənistanı bir qələmə vermək düzgün deyil. Hər iki ölkəni bərabər tutmaq obyektivlikdən kənardır. Bütün bunlara baxmayaraq, biz hələ də ATƏT-in Minsk qrupundan münaqişənin sülh yolu ilə həll olunmasını gözləyirik.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

