/ / Əli Həsənov: Prezident İlham Əliyevin İrana səfəri münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu
Əli Həsənov: Prezident İlham Əliyevin İrana səfəri münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu
11.04.2014 [09:25]
“Biz zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin şahidi olmuşuq”
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi:
- Əli müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı hansı məsələlər müzakirə mövzusu oldu?
- Bilirsiniz ki, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına artıq üçüncü rəsmi səfəridir. Azərbaycan və İranın dövlət başçıları bu ilin yanvarında Davos İqtisadi Forumu zamanı görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmişdilər. Aprelin 9-da Prezident İlham Əliyevin İrana rəsmi səfəri kifayət qədər yüksək səviyyədə keçdi, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə oldu və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti səfər çərçivəsində İran Prezidenti cənab Həsən Ruhani, İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei və digər rəsmi şəxslərlə görüşdü. Bu görüşlərdə İran-Azərbaycan münasibətlərinin faktiki olaraq bütün aspektləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə danışıqları zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edildi, mövcud potensialın daha da inkişafı ilə bağlı real imkanlar ətrafında fikir mübadiləsi aparıldı. Xüsusilə, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat, fövqəladə hallar, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət, gənclər-idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
Dövlət başçılarının təkbətək görüşündən sonra İranla Azərbaycan arasında müxtəlif sahələr üzrə sənədlərin imzalanması mərasimi keçirildi. Tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalandı. Şübhəsiz, imzalanmış sənədlər ölkələrimiz arasında bugünkü mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verəcək.
Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı müşahidə olunan ruh yüksəkliyi, səmimi şəraitdə keçən qarşılıqlı anlaşma dövlət başçımızın İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei ilə görüşü zamanı da davam etdi. Cənab Xamenei Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamaqla yanaşı, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Qeyd edim ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın bu prinsipial mövqeyi mətbuat üçün səsləndirdiyi bəyanatında İran Prezidenti Həsən Ruhani tərəfindən də xüsusi vurğulandı. İranın dövlət başçısı qeyd etdi ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalıdır, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir.
- İranla Azərbaycan arasında münasibətlərdə bəzi narahatedici məsələlərin olduğu barədə mediada zaman-zaman məlumatlar verilirdi. Bu məsələlər ətrafında da müzakirələr aparıldımı?
- Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İranla Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur. Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Ölkə başçılarının görüşləri zamanı bu məsələlərə də toxunuldu və ümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır.
Görüşdə o da qeyd olundu ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır. Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də, ölkə başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq, onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud neqativ halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.
- Səfərin ümumi nəticələrini necə qiymətləndirirsiniz? Fikrinizcə, Azərbaycan Prezidentinin səfəri İran-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?
- Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İranla Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək. Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regionda və dünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur. Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər. Azərbaycan Prezidenti İlham Əliyev İranla Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcək. İran Prezidenti Həsən Ruhani də xüsusi olaraq vurğuladı ki, ölkələr arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı-faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı-faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

