Siyavuş Novruzov: Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər
08.07.2014 [10:28]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, bu gün (dünən) Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi öz işinə başlayıb. Həmin müşavirənin ölkəmiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Diplomatik xidmət orqanlarının rəhbərlərinin iki ildən bir toplanıb belə bir tədbir keçirməsi və cənab Prezidentin, eləcə də ayrı-ayrı struktur rəhbərlərinin onlarla görüşü, çıxışları, sual-cavablar, Azərbaycanın daxili siyasəti, ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən dövlətimizdə həyata keçirilən islahatlar barəsində aparılan müzakirələr təqdirəlayiq haldır. Ölkəmizdə aparılan islahatlar barəsində diplomatik korpusun nümayəndələrinin məlumatlandırılması vacib şərtlərdən biridir. Məsələn, bir neçə il bundan öncə belə bir görüş Naxçıvan Muxtar Respublikasında keçirildi. Blokadada olan tarixi Azərbaycan ərazisində belə bir tədbirin keçirilməsi əlbəttə, mühüm bir mesaj idi. Azərbaycanın xarici ölkələrdəki səfirləri həmin tədbirdə iştirak etdilər. Onlar Naxçıvanda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oldular, eləcə də Naxçıvanla bağlı tarixi mənbələr, digər məsələlər barəsində kifayət qədər həm nəzəri, həm də praktik məlumatlara sahib oldular. Təbii ki, onlar getdikləri ölkələrdə keçirəcəkləri görüşlərdə Bakıda və Azərbaycanın regionlarında aparılan geniş quruculuq işləri barədə kifayət qədər məlumat verə biləcəklər. Bununla belə onlar ölkəmizdə gedən proseslərlə birbaşa tanış olur, görür və hadisələrin şahidi olurlar.
Hesab edirəm ki, bu təqdirəlayiq bir haldır. Düşünürəm ki, gələcəkdə səfirliyin əməkdaşlarına bu praktikanı daha geniş şəkildə tətbiq etmək lazımdır. Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər. Elə insan var 5 il orada qalır, işləyir, amma Azərbaycanın daxilində gedən proseslərdən heç bir xəbəri olmur. Bu baxımdan da onlar hər bir şeyi bilməlidirlər ki, ölkəmizi təmsil edəndə, Azərbaycanın haqq işinin müdafiəsində kifayət qədər hazırlıqlı olsunlar.
- Artıq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ənənəvi “Yay məktəbi”nə start verilib. Ümumiyyətlə, hakim partiya gənclərin asudə vaxtının daha səmərəli təşkili üçün müxtəlif tədbirlər reallaşdırır. Amma bəzi siyasi təşkilatlar var ki, gənclərin etimadından sui-istifadə edərək onlardan öz çirkin əməllərində alət kimi istifadə edirlər. Bu barədə siz nə düşünürsünüz?
- YAP mütəmadi olaraq gənclərə diqqət və qayğı göstərir. Məsələn, ötən bələdiyyə seçkilərində hakim partiya tərəfindən təşəbbüs irəli sürüldü. Bununla da seçkilərdə partiya tərəfindən irəli sürülən namizədlərin təxminən 30 faizə yaxınını gənclər, 30 faizini isə qadınlar təşkil etdi. Təbii ki, bu il də biz həmin təşəbbüsü davam etdirəcəyik. Çalışacağıq ki, gənclərin seçkili orqanlarda təmsilçiliyini daha artıq təmin edək. Çünki onlar gənc nəsildir və onların əksəriyyəti müstəqil Azərbaycanda doğulub. Bu baxımdan da biz gənclər üçün çox ciddi proqramlar hazırlayırıq və bunu həyata keçiririk. Hətta deyərdim ki, gənclərin özləri bu proqramların böyük əksəriyyətini həyata keçirirlər. YAP GB-nın Baş ofisinə gün ərzinə yüzlərlə gənc gələrək burada ünsiyyət qurur, informasiya-kommunikasiya texnologiyalarını öyrənirlər. Bir sözlə ora həddindən artıq tələbat var. Bildiyiniz kimi, biz hər il ənənəyə uyğun olaraq həm yay, həm də qış məktəbləri təşkil edirik. Bir ay davam edən “Yay məktəbi”ndə gənclər qruplara bölünür və hər qrup bir həftə ərzində həm istirahət edir, həm də müxtəlif sahələrdə məruzələrə, fikir mübadiləsinə, intellektual oyunlara, idman yarışlarına qatılırlar. Bu il nəzərdə tutmuşuq ki, 800-dən artıq Azərbaycan gənci “Yay məktəbi”ndə iştirak etsin. Bura həm Azərbaycanın regionlarından, həm də paytaxt Bakıdan, Abşeron rayonundan, Sumqayıt şəhərindən gənclər cəlb olunub. Artıq iki qrup olmaqla 150-yə yaxın gənc ötən gündən etibarən onlar üçün müəyyən olunmuş “Yay məktəbləri”nə yola düşüblər. Gənclər üçün hazırlanan proqramın bu dəfəki özəlliyi ondan ibarətdir ki, burada həm moderatorluq, həm də müxtəlif mövzuların müzakirəsi gənclərin özlərinə həvalə olunub. Bura müxtəlif sahələr daxildir. Misal olaraq, Azərbaycan cəmiyyətini narahat edən dini baxışlar, gənclərin vətənpərvəlik mövzusu ilə bağlı və s. məsələləri göstərə bilərik. Bununla belə hakim partiyanın tanınmış üzvlərinin, Milli Məclisdə təmsil olunan deputatlarının, ayrı-ayrı dövlət strukturunda çalışan insanların gənclər qarşısında çıxışları, fikir mübadiləsi, sual-cavabları, görüşləri və s. nəzərdə tutulub. Təbii ki, bu da dövlətimiz, xalqımız üçün güclü, siyasi cəhətdən yetkin, əqidə cəhətdən möhkəm gənclərin yetişdirilməsi məqsədindən irəli gəlir.
Lakin biz siyasi arenanın digər qütbünə nəzər salsaq görərik ki, onlar gəncləri təxribata sövq edir, dövlət strukturlarına, eləcə də vətəninə, Azərbaycançılığa qarşı nifrət aşılayırlar. Onlar bundan da sui-istifadə edərək gənclərə müxtəlif vədlər verməklə, onları şirinlikləşdirməklə qanunsuz hərəkətlərə yönəldirlər. Təbii ki, burada erməni lobbisinin, eləcə də ayrı-ayrı kəşfiyyat orqanlarının, dövlətlərin əli var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bəzi gənclər isə Dağlıq Qarabağın azad olunması uğrunda mübarizə aparmaq əvəzinə, gedib yad ölkələrdə mənasız müharibələrdə iştirak edirlər və bunu dinlə pərdələməyə çalışırlar. Belə insanlara deyə bilərəm ki, onlar sadəcə, özlərini aldadırlar. Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, onlar xaricə hansı məqsədlərlə gedib müharibəyə qoşulurlar. Bu gün onların ailələri Azərbaycanda gözü yaşlı qalıb. Hətta elələri də var ki, ailəsini də götürüb ora gedib. Hesab edirəm ki, bunlara cəmiyyət tərəfindən ciddi təpki olmalıdır. Təbii ki, Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanları məsələ ilə bağlı ciddi iş aparırlar. Hamı qanun qarşısında bərabərdir. İlk növbədə həmin insanları bu yola sürükləyənlər məsuliyyətə cəlb olunmalıdır. Onların valideyinləri dövlətdən, hüquq-mühafizə orqanlarından, məhkəmələrdən deyil, onları bu yola sövq edənlərin yaxasından yapışmalıdır. Məhz bu baxımdan biz hakim partiya olaraq onlara nümunə göstəririk.
- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının sessiyası keçirildi. Həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyevin məlum çıxışı oldu. Təəssüf ki, bəzi dairələr bu iclasın işinə mane olmağa çalışırdılar. Siz bu məsələləri necə xarakterizə edərdiniz?
- Ümumiyyətlə, Prezident İlham Əliyev tək bu tədbirdə deyil, eləcə də digər beynəlxalq tədbirlərdə Azərbaycanı çox yüksək səviyyədə təmsil edib və bu gün də edir. Dövlət başçısı Azərbaycanın maraqlarını, xalqın, cəmiyyətin mövqeyini bütün dünya dövlətlərinə və dünya ictimaiyyətinə çatdırır. Azərbaycanda gedən iqtisadi islahatlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, bu gün inkişaf edən Azərbaycanın tolerantlıqda, eləcə də digər məsələlərdə dünyanın mərkəzinə çevrilməsi buna bariz nümunədir. Bu gün dünyanın ən mötəbər tədbirlərinin əksəriyyətinin Azərbaycanda keçirilməsi və s. ölkəmizdə olan ictimai-siyasi sabitlikdən, inkişafdan, tərəqqidən xəbər verir. Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentinin Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışını sərt şəkildə tənqid etdi. Dövlət başçısı dedi: “Bilirsiniz ki, Türkiyə burda təmsil olunmur, bundan istifadə edirsiniz. Amma mən burdayam sizə cavab verirəm”.
Bütün bunlar erməni lobbisini və Azərbaycanı istəməyən qüvvələri narahat edir. Hesab edirəm ki, Dağlıq Qarabağ probleminin müzakirəsi aparılanda, ölkəmizə qarşı ikili standartlar tənqid olunanda, azərbaycanlılara qarşı soyqırımı məsələsi ortaya qoyulanda xoşagəlməz hadisələrin, məsələn, bir qrup gəncin AŞPA-nın iclasında ağzını-gözünü bağlayıb müxtəlif oyunlar çıxarması kimi hadisələrin baş verməsi bilavasitə erməni lobbisinə xidmət edir. Təbii ki, digərləri də Azərbaycan Xalq Cəbhəsində və ayrı-ayrı müxalifət partiyalarında təmsil olunan, dövlət əleyhinə ermənilərlə birgə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Onlar üçün milli və dövlətçilik marağı deyilən bir məfhum yoxdur.
- Rusiyalı bəzi siyasətçilər bildirirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə imkan Rusiyanın Krımı və cənub-şərqi Ukraynanı öz nəzarətinə keçirməsindən sonra reallaşa bilər. Siz bu barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi ilə Krımda baş verən hadisələri eyniləşdirmək olmaz. Bunlar tamam başqa məsələlərdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və qədim torpağıdır. Çox təəssüf ki, burada ermənilər yaşayır. Təbii ki, biz ermənilərin də öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlı fikirlərimizi dəfələrlə demişik. Dünyada 2 mindən artıq xalq var. Lakin həmin xalqların cəmi 200-ə yaxını özünə dövlət qura bilib. Məsələn, elə xalq var onun dövləti yoxdur, amma çalışır ki, öz dövlətini qursun və müqəddəratını təyin etsin. Bu başqa bir məsələ. Amma erməni xalqı öz müqəddəratını artıq bir dəfə, həm də Azərbaycan torpaqlarında - İrəvan xanlığının coğrafi ərazisində təyin edib. Bu gün Kaliforniyada kompakt şəkildə Dağlıq Qarabağdakı ermənilərin sayından 10 dəfə çox erməni yaşayır. Gərək kaliforniyalı ermənilər də elan etsinlər ki, biz burada özümüzə dövlət yaradırıq. Bununla belə Rusiyanın ərazisində - Şimali Qafqazda kifayət qədər erməni var. Fransada bir milyondan artıq erməni yaşayır. Bu xalq elədir ki, harada günü yaxşı keçirsə oranı da özünə vətən hesab edir. Bu gün siz Ermənistan dövlətinə nəzər salsanız görərsiniz ki, xarici ölkə səfirliklərinin önündə uzun növbələr var. Təbii ki, işğalçı ölkənin əhalisi oranı tərk edir. Ümumiyyətlə, onlarda vətən, millət anlayışı deyilən bir şey yoxdur. Bu baxımdan hesab edirəm ki, Dağlıq Qarabağ məsələsini Krımla eyniləşdirmək olmaz.
Bildiyiniz kimi, 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. ABŞ, Rusiya və Fransa eyni dərəcədə bu məsələyə məsuliyyət daşıyırlar. Bunlar 20 il ərzində hələ heç bir uğurlu addım atmayıblar. Biz də beynəlxalq hüququn prinsiplərini əlimizdə rəhbər tutaraq ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi istənilən formada azad edə bilərik. Çünki beynəlxalq hüquq və BMT-nin 4 qətnaməsi bizim tərəfimizdədir.
- Ötən gün Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib. Həmin qurultayda Sülhədddin Əkbər partiyanın sədri seçilib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Hər bir siyasi partiya yaradılanda onun məqsədi, vəzifələri eləcə də o ideya, ideologiyanı dəstəkləyən sosial baza və elektoratı olmalıdır. İstənilən partiyanın sosial bazası və elektoratı olmadığı təqdirdə onun adını nə qoyursan qoy və hansı vəzifəni seçirsən seç, bunun heç bir əhəmiyyəti yoxdur. Təbii ki, Sülhəddin Əkbər də fəaliyyəti dövründə bir neçə partiya dəyişib. Onun təmsil olunduğu partiyaların çeşidi nə qədər çox olsa da, mahiyyəti dəyişməyib. Mahiyyət dəyişmirsə və insanların bu partiyaya etimadı yoxdursa, ona hansı adı qoyursan qoy, kim rəhbərlik edir etsin, heç bir ictimai fikri formalaşdırmaq imkanına malik olmayacaq. Azərbaycanın müstəqillik əldə etməsindən bu yana siyasi partiya sədrlərinin kim olduğu, necə fəaliyyət göstərdiyi hər kəsə bəllidir. Eləcə də onların cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu, cəmiyyətin maraqlarını hansı səviyyədə təmsil edə bildiklərini görüblər. Təbii ki, insanlar bundan sonra hansı partiyaya üz tutduqlarını özləri müəyyənləşdirirlər.
- Yəqin YAP-ın fəaliyyəti, cəmiyyətdəki mövqeyi əksəriyyətin maraqlarını təmin etdiyindən hər kəs hakim partiyada təmsil olunmaq istəyir.
- Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq insan təmsil olunur. Qeyd edim ki, sıralarımız getdikcə genişlənir. YAP-a üzv olmaq üçün müraciət edənlərin sayı günbəgün artır. İl ərzində təxminən 35-40 minə yaxın insan hakim partiyaya üzv olur. Ona görə də biz tədricən qəbul qaydalarını sərtləşdiririk. Çünki insanlar görür ki, burada hər bir insan üçün perspektiv və siyasi meydan mövcuddur. Eləcə də burada siyasi fikirləri bölüşmək, insanlarla ünsiyyət qurmaq və cəmiyyət həyatında aktiv iştirak etmək üçün hər bir şərait var. Əgər biz digər partiyalara nəzər salsaq görərik ki, rəhbərlik etdikləri siyasi təşkilatı bir-iki nəfər özlərinin manapoliyasına çeviriblər. Belə ki, həmin partiya sadəcə olaraq 3-5 şəxsin təsiri altındadır. Təbii ki, onlar bu təsir dairəsindən də kənara çıxa bilmirlər. Orada nə gənclər üçün fəaliyyət meydanı var, nə partiyadaxili islahatlar həyata keçirilir, nə də partiyanın ayrı-ayrı strukturları fəaliyyət göstərir. Sadəcə 3-5 nəfər təmsil etdikləri partiyanın adından mətbuat orqanlarında çıxış etməklə işlərini yekunlaşmış kimi göstərirlər. Azərbaycanda siyasi partiyaların əksəriyyəti bu vəziyyətdədir. O baxımdan da hesab edirəm ki, Sülhəddin Əkbərin hansı partiyanı yaratmasından asılı olmayaraq o partiya heç bir sosial bazaya və elektorata malik olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

