YAP-ın mükəmməl seçki kampaniyası parlament seçkilərində növbəti böyük qələbənin təminatıdır
14.09.2015 [15:12]
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov
- Rövşən müəllim, Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
- Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiyamız ötən illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 650 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir.
- Hazırda ölkəmizdə parlament seçkiləri kampaniyası başlayıb. Partiyamızın seçkilərə yüksək səviyyədə hazırlaşıb. Sizcə, bu uğurun əsasında hansı amillər dayanır?
- Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin əsasları kontekstində aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq olar. Birincisi, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 650 mindən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. İkincisi, Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Bütövlükdə, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir.
Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, YAP-ın ideoloji prinsipləri milli həmrəylik və bütövlüyü təmin edən mexanizm kimi çıxış edir.
Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın ideoloji siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Bu ideoloji prinsiplər cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir.
Hesab edirəm ki, bütün bu amillər hazırki seçki kampaniyasında da öz sözünü deyəcək. Mükəmməl seçki praktikası, uğurlu seçki kampaniyasının aparılması qarşıdan gələn parlament seçkilərində partiyamız üçün növbəti böyük nailiyyət kimi tarixdə qalacaq.
- Rövşən müəllim, YAP Ağcabədi təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirir?
- Partiyamızın Ağcabədi rayon təşkilatı hər zaman üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Təşkilatımız hər ilin əvvəlində təsdiq etdiyi tədbirlər planına uyğun olaraq fəaliyyətini qurur. YAP Ağcabədi rayon təşkilatı 98 ərazi ilk təşkilatından ibarətdir. Təşkilatımız öz sıralarında 12 min 34 nəfər YAP üzvünü birləşdirir. Onlardan 5 min 534 nəfərini (46.0%) nəfərini qadınlar, 4 min 738 (39.4%) nəfərini isə gənclər təşkil edir. Cari ildə YAP sıralarına 847 nəfər qəbul edilib ki, onların 455 nəfərini (53.7%) qadınlar, 516 nəfərini (61.0%) isə gənclər təşkil edir.
Hazırda qarşıdan parlament seçkiləri gəlir. Biz təşkilat olaraq partiyamızın seçki kampaniyasının uğurlu olmasını təmin etmək üçün üzərimizə düşən işlərlə məşğuluq. Çalışırıq ki, partiya rəhbərliyinin etimadını doğruldaq.
- Bəs rayon təşkilatı parlament seçkilərinə necə hazırlaşır?
- YAP Ağcabədi rayon təşkilatı iyul ayından başlayaraq cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinə başlayıb. Bir müddət öncə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsi yaradılıb, Qərargahın fəaliyyət proqramı müzakirə edilərək təsdiq edilib.
Seçki Qərargahının tərkibinə 17 nəfər seçilib, seçki qərargahının nəzdində fəaliyyət göstərəcək 35 nəfərdən ibarət təşviqat qrupu yaradılıb. Biz, həmçinin, YAP ərazi ilk təşkilatlarının nəzdində rayonun bütün yaşayış məntəqəsinin hər birində seçki qərargahı yaradılması barədə qərar qəbul etmişik. Qəbul edilmiş qərar əsasında rayonun 41 yaşayış məntəqəsində seçki qərargahı yaradılıb.
Hər bir seçki qərargahının tərkibinə seçicilərlə fərdi işin təşkili, təbliğat və təşviqat aparmaq üçün ərazidə yaşayan nüfuzlu şəxslərdən ibarət qruplar yaradılıb. Qərargah üzvlərini təlimatlandırmaq üçün treninqlər keçirilib.
Ümumilikdə rayon üzrə seçki qərargahlarının tərkibinə 4000 nəfərdən artıq YAP fəalı, gənclər, qadınlar və nüfuzlu şəxslər cəlb edilib. Eyni zamanda, YAP fəalları tərəfindən seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısı dəqiqləşdirilmiş və hazırda proses mütəmadi olaraq davam etdirilir. Siyahılar dəqiqləşdirildikdən sonra 10 sentyabr 2015-ci il tarixə 82 saylı Ağcabədi seçki dairəsi üzrə 46 seçki məntəqəsində 45287 nəfər, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin Ağcabədi rayonuna aid olan ərazisində 27 məntəqədə 20621 nəfər seçici olduğu müəyyən edilib. Hazırda Ağcabədi rayonu üzrə 2 seçki dairəsini əhatə edən 73 seçki məntəqəsi üzrə 65 min 908 nəfər seçici vardır.
Bundan əlavə, YAP ərazi ilk təşkilatlarının təqdimatı əsasında hər birində 10 nəfər olmaqla hər 2 seçki dairəsi üzrə 20 nəfər imza toplayan YAP fəalı, seçki dairələrində və seçki məntəqələrində müşahidəçilər və məşvərəçilər təyin olunub. Onu da qeyd edim ki, təbliğat və təşviqat materiallarının müəyyən edilmiş yerlərdə asılması, yapışdırılması, əhalinin gur yerlərində bukletlər və təşviqat mareriallarının paylanması üçün 45 nəfər gənc YAP fəalı müəyyən edilib, seçki qərargahlarında telefon mərkəzləri yaradılmış, seçki ərəfəsində seçicilərə telefon müraciətləri və mobil telefon mesajları göndərilməsini təmin edən, həmçinin sosial şəbəkələr vasitəsilə məlumat ötürmək üçün YAP Gənclər Birliyinin rəhbərliyi ilə 30 nəfərdən ibarət qrup yaradılmışdır. Eləcə də, müəyyən edilmiş yerlərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş deputatlığa namizədlərin seçicilərlə görüşünü təşkil etmək üçün qrafik tərtib edilmişdir.
Əvvəlki illərin seçki təcrübəsi və respublikamızın dinamik inkişafı nəticəsində əhalinin sosial-iqtisadi rifahının yüksəlməsi nəticəsində seçicilər arasında yaranmış yüksək əhval-ruhiyyəyə əsasən inamla deyə bilərik ki, qarşıdan gələn parlament seçkiləri də uğurla başa çatacaqdır.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

