Siyavuş Novruzov: İş mənim üçün bir vərdişə çevrilib
03.09.2016 [09:04]
“Siyasətçi olmaq üçün yaxşı təhsilin, mütaliən olmalı, dünya təcrübəsini izləməlisən”
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, yay tətilində istirahət edə bildinizmi?
- Bilirsiniz, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı ciddi işlər aparırıq. Bunun üçün dincəlməyə vaxt yoxdur. Ümumiyyətlə, siyasətdə istirahət yoxdur. Siyasətdə bir gün gecikdinsə, lazım olan informasiya məsələləri də gecikir. Ona görə də mütəmadi olaraq informasiyanın içində olmalısan, ölkədə gedən ictimai-siyasi proseslərdən xəbərin olmalıdır. Mənim 1990-cı ildən bu günə kimi istirahətim yoxdur. Bir həftəlik harasa getsəm, fikrim yenə də işimdə olur. Beynim işim üçün çalışır.
- Deyirsiniz ki, işləriniz çoxdur. Bəs ailənizə vaxt ayıra bilirsinizmi?
- Əlbəttə, imkan daxilində vaxt ayırıram. Ümumiyyətlə, siyasətlə məşğul olan şəxs öz zamanını, asudə vaxtını və iş rejimini düzgün tənzimləmək məcburiyyətindədir. Lakin reallıq ondan ibarətdir ki, işlərim çox olduğuna görə ailəyə, uşaqlarıma ayırdığım vaxtdan kəsmək məcburiyyətində qalıram.
- Siyasət sizi yormur?
- İnsanam, təbii ki, yoruluram. Amma iş mənim üçün bir vərdişə çevrilib. İxtisasca hüquqşünasam. Əgər işimi hüquqşünas kimi davam etdirsəydim, bu sahədə də müxtəlif nailiyyətlər əldə edə bilərdim. Bu, insanın özündən asılıdır. Hər bir insan qarşısına məqsəd qoyur və buna çatmaq üçün müxtəlif addımlar atır. Bizim gənclik dövrümüz digər nəsillərə nisbətən çox çətin dövrə təsadüf etdi. Hazırda vətəndaşlarımız üçün hər cür şərait yaradılıb. İctimai-siyasi sabitlik var. Övladlarımızın yaxşı təhsil almaları üçün yüksək səviyyədə maddi-texniki bazaya malik məktəblər var. Qloballaşmanın və müasir İKT-nin yaratdığı geniş informasiya şəbəkəsi mövcuddur. İstənilən kitabı, məlumatı internetdə tapıb oxuya bilirsən. Amma bizim dövrümüzdə bunların heç biri yox idi. 1980-ci illərdən 1993-cü ilə kimi milli azadlıq hərəkatı, sərhədlərimizin pozulması, ərazilərimizin işğalı, müharibə və digər problemlər bizi geriyə salırdı. Bu dövrdə çətin və şərəfli həyat var idi. Azadlıq meydanında gecədən səhərə qədər oyaq qalmaq, azadlıq tələb etmək bir məktəb idi. Hərbi və tələbə həyatı görməyən insan həyatda biraz büdrəyən kimi çox çətinliklərlə rastlaşır. Yataqxana həyatının özü belə bir məktəbdir.
Bizim dövrdə təhsil alan nəsilin əksəriyyəti bu gün ictimai-siyasi proseslərdə çox fəal iştirak edir. Çoxu öz peşəsi ilə məşğul olmur. Bunun da əsas səbəbi həmin zamanlarda gənclərin siyasi məsələlərə marağının daha çox olması ilə bağlıdır.
- Siyasətçi olmasaydınız, başqa hansı sahəni seçərdiniz?
- Hüququ seçmişdim. Siyasətçi olmasaydım, hüquqşünas olacaqdım. Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. O vaxt bizim dövrdə iki il stajı olmayan şəxs xüsusilə də hüquq fakültəsinə sənəd verə bilməzdi. Mən də iki illik hərbi xidmətdən sonra Rusiyadan Azərbaycana qayıdıb, sənədlərimi Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti-red.) verdim. Hüquq fakültəsinə qəbul olundum.
- Siyasətdə sizə qarşı paxıllıq edənlər varmı?
- Təbii ki, bu, istər-istəməz olmalıdır. Məsələn, siyasi dözümsüzlük və qısqanclıq səbəbindən başqa adlarla “Facebook”da haqqımda şərhlər yazırlar. Həm də konkret bir arqument ortaya qoymadan. Amma bilirəm ki, bu, sırf mənim siyasi mövqeyimə və peşəkar fəaliyyətimə olan qısqanclıqdan irəli gəlir. O adamı da təxmini bilirəm kimdir. 20 ildən artıqdır ki, mən siyasətdəyəm. Hər kəsin dəst-xəttini, istiqamətini gözəl bilirəm. Daşın haradan atıldığını görürəm. (Gülür).
- Deyirsiz ki, paxıllığınızı çəkəni tanıyırsınız. Bu, Əli Kərimli deyil ki?
- Əli Kərimli artıq deqradasiyaya uğrayıb. (Gülür). Onun hazırda siyasətdə yeri və rolu yoxdur. O, artıq marginal bir fiqura çevrilib. İnsanın, gərək, həm şəxsi həyatda və peşəkar fəaliyyətində prinsipləri olsun. İnsanın özünün özünə vurğunluğu çox pis cəhətdir. Bunun yanına kim gəlib, sonradan qaçıb. Ona görə yox ki, o, müxalifətdədir. Xeyr. Sadəcə olaraq, bu adamın nə yüksək insani, nə tutarlı siyasətçi keyfiyyətləri yoxdur. Halbuki vaxtilə onunla eyni düşərgədə təmsil olunan bir çox dostları hazırda Milli Məclisdə təmsil olunur və Azərbaycanın ictimai-siyasi həyatında uğurlu fəaliyyət göstərirlər.
- Bəs deyirlər, iqtidar onları yoldan çıxarıb?
- Xeyr. Belə deyil. Bunların biri, üçü, beşi pis olsun. Belə bir məsəl var: Dünyanı düzəldə bilmirsənsə, çalış, özünü düzəlt. Əli Kərimli çalışıb özünü düzəltməlidir.
Dünənə qədər Kərimlinin Əbülfəz Qurbanlı adlı müavini var idi. Bəyanat verdi, çıxıb getdi. Razi Nurullayev təhsilli bir insan idi. O da Əli Kərimlinin yanından bəyanat verib uzaqlaşdı. Bu insanları heç kim hansısa tərəfə çəkməyib. Görürlər ki, Əli Kərimli ancaq özünü düşünür. Bu gün Əli Kərimlinin yanında qalanlar ya məcburiyyətdən işləyib əməkhaqqı alan insanlardır, ya da bu və ya digər şəkildə qohumluq əlaqələri ilə ona bağlıdır.
Deyir, gəlin sosioloji sorğu keçirək. Əli Kərimli, gəl çıxaq küçəyə, görək, kimə neçə nəfər salam verir. Budur əsl sosioloji sorğu. Yoxsa hardasa hansısa sənədi yalandan doldurmaq sorğu deyil.
- Nə vaxtsa siyasətdən getməyi fikirləşirsinizmi?
- Onu tale göstərər. Bunu biz müəyyənləşdirmirik.
- Siyasətdə səhviniz olubmu?
- Səhvsiz insan yoxdur. Sadəcə, Allah səhv etmir. Lakin əsas odur ki, insan, gərək, çalışsın özünün və başqalarının səhvlərini təkrarlamasın. Əksinə, səhvlərdən nəticə çıxarmaq lazımdır.
- Bəs siyasətçi olmaq üçün insan hansı xarakterə malik olmalıdır?
- Siyasət də bir peşədir. Bu sahə üzrə fakültəni qurtarıb siyasətşünas olmaq mümkün deyil. Azərbaycanda televiziyalarda elə bir siyasətçi yoxdur ki, mən onunla canlı efirlərdə debatda olmayım. Debatda heç kəs sənin qarşına nəyisə yazıb qoya bilməz. Canlı debatda insanın bütün keyfiyyətləri üzə çıxır. Təbii ki, siyasətçi olmaq üçün yaxşı təhsilin, mütaliən olmalı, dünya təcrübəsini izləməlisən. Çevik düşünüb, reaksiya vermək bacarığın olmalıdır.
- Bəs, qarşı düşərgədən debatda özünüzə kimi rəqib görürsüz?
- Həzrəti Əlinin bir sözü var. Deyir, gözümlə gördüyüm, qarşımda duran heç kəsdən qorxmuram.(Gülür).
- Mütaliəyə zaman ayıra bilirsinizmi?
- Mütləq. Bu olmasa, danışmaq mümkün deyil. Gündəlik qəzetləri və internet saytlarını, mütəmadi olaraq keçmiş dövlət rəhbərlərinin taleyi, həyatı ilə bağlı kitablar oxuyuram. Oxuduğum kitablar sırasında Azərbaycan tarixinə aid olanlar da çoxdur. Həmçinin bədii ədəbiyyat da oxuyuram.
Şənbə günləri “525-ci”, “Ədalət” qəzetlərində gənc yazarların dərc olunan şeirlərini və hekayələrini izləyirəm. Yazıçı, şair üçün yazmaq indi daha rahatdır. Keçmişdə kolxoz, sovxoz və sosialist realizmindən yazmağa icazə verilirdisə, bu gün yazıçıların bütün mövzularda geniş yaradıcılıq imkanları var. Yazıçılar İttifaqının nəşrlərinə abunə yazılmışam. Rusiyada çap olunan kitab və jurnalları alıram.
- Gənc politoloqların çıxışlarını izləyirsinizmi?
- Eləsi var ki, reallığı danışmır. Bilirsiniz ki, politoloq reallığı dərk etməlidir. Abstrakt təfəkkürlə məsələ həll eləmək olmur. Məsələn, antik dövrdən bəri bir çox klassiklərin sevimli mövzusu ədalətli bir dünya ideyası üzərində qurulmuşdu. Bütün bəşər tarixi bu arzusuna qovuşa bilmədisə, inanmıram ki, hansısa gənc politoloq bunun axırına gəlib çata bilər. (Gülür).
- Siyavuş müəllim, bulvarda çox vaxt sizi tək gəzərkən görürük. Mühafizəçiniz varmı?
- Xeyr. Buna ehtiyac yoxdur. İnsanlar məni tanıyırlar. Bu vaxta qədər kiminsə malını, pulunu əlindən almamışam. Kiminsə haqqında təhqiredici ifadə işlətməmişəm. Ümumiyyətlə, çalışıram ki, başqa məsələləri siyasətə qatmayım.
- İdmanla məşğul olursunuz?
- Mən gənc yaşlarımdan idmanla məşğulam. Həmçinin sərbəst güləş üzrə idman ustasıyam. Hazırda güləşmirəm. Amma başqa idman növləri ilə də məşğul oluram. Bəzən mənə sataşmaq üçün yazırlar ki, Siyavuş Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. (Gülür). Bir nəfər mənə yaxınlaşıb görüşür, deyir ki, səni tanıyıram. Soruşuram, hardan tanıyırsan? Deyir, Bədən Tərbiyəsi İnstitutunda bir yerdə oxumuşuq. (Gülür).
- Yəqin ki, idmanda yaxşı nəticələriniz olub...
- Bəli, olub. Mən əsasən hərbi xidmətdə olanda güləşlə məşğul olmuşam. Oradakı çempionatlarda iştirak etmişəm. İlk dəfə Naxçıvanda güləşmişəm. Respublika çempionatında iştirak etmək üçün xeyli mərhələ keçməli idin. Məktəb, rayon, muxtar respublika çempionatında iştirak edəndən sonra respublika çempionatında iştirak edə bilərdin. Bu, çox çətin idi. Maneələr törədirdilər. Hər klub istəyirdi ki, öz idmançıları irəli getsin. Təkcə güləşmək deyil, psixoloji mübarizəyə də hazır olmalı idin. Gecikdirirdilər, yaddan çıxarırdılar, siyahıya salmırdılar. Amma mən bütün bunlara baxmayaraq, nəticələr qazanmışam.
- Təşəkkür edirəm.
- Çox sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

