/ / Qarabağda yaşayan ermənilər bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur, onlar barışığın tərəfdarıdırlar
Qarabağda yaşayan ermənilər bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur, onlar barışığın tərəfdarıdırlar
03.12.2016 [12:39]
Milli Məclisin deputatı Flora Qasımova www.yap.org.az saytına müsahibə verib:
- Flora xanım, bildiyimiz kimi, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində bu soyqırımı ilə əlaqədar qanun layihəsi hazırlanır. Sizcə, belə bir qanunun əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, soyqırımı - genosid beynəlxalq cinayət hesab olunur. Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən edilir. Soyqırımı hər hansı bir milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən düşünülmüş şəkildə bilərəkdən məhv edilməsidir.
Xocalıda törədilən cinayət hərbi cinayətdir: odlu silahdan, hərbi texnikadan istifadə edildiyindən, insanlar məhz azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla öldürüldülər, öz ata-baba torpaqlarından qovuldular. Bu, onların tarixi torpaqlarını işğal etmək, mənimsəmək məqsədilə heç bir çıxış yolu qoymadan, mühasirəyə alınaraq keçirildiyindən həmin hadisələr soyqırımı kimi qiymətləndirilir.
Ona görə də soyqırımı törədənlər beynəlxalq məhkəməyə verilməli, bu cinayəti törədənlər və onlara havadarlıq edənlər ciddi surətdə cəzalandırılmalıdırlar. Hətta bu tipli cinayətlərin törədildiyi ölkənin bu barədə qanunu olmasa belə. Misal olaraq Yuqoslaviyanı, Ruandanı göstərə bilərəm.
Son illər Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə əlaqədar dövlət qurumları ilə bərabər ictimai təşkilatlar tərəfindən də çox işlər görülmüşdür. “Xocalıya ədalət!” kampaniyası nəticəsində artıq 10-dək ölkədə, ABŞ-ın 25 ştatında bu cinayət soyqırımı və ya qətliam kimi tanınaraq qətnamələr qəbul edilmişdir.
“Qüdrətli Azərbaycan naminə” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar yeni qanun layihəsi hazırlanacaq. Yəqin ki, bu, “etnik təmizləmə” ilə bağlı olacaq. Çünki soyqırımı haqda Konvensiyadan da göründüyü kimi, orada etnik təmizləmə termini yoxdur. Bilirsiniz ki, erməni millətçiləri işğal etdikləri ərazilərdə qətllər, dağıntılar törətməklə yanaşı, bütün azərbaycanlıları o torpaqlardan qovmuşlar. Bu qanun heç bir ölkədə yoxdur və bu qanunun qəbulu bir presedent ola bilər.
Mən hesab edirəm ki, Xocalı soyqırımını törədən qatillərin cəzalandırılması yalnız beynəlxalq məhkəmələr tərəfindən aparılmalıdır. Çünki soyqırımı beynəlxalq cinayətdir. Bu, bir tək azərbaycanlılara qarşı deyil, insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətdir.
- Ermənistan dövləti işğalçılıq siyasətini hələ də davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqe haqqında fikirlərinizi bilmək istərdik...
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqeni dövlət başçımız, hörmətli Prezidentimiz cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirmişdir. Biz bu münaqişənin sülh yolu ilə həllinə çalışırıq, insanların qanının tökülməsini, azərbaycanlı və erməni analarının gözüyaşlı qalmasını istəmirik. Lakin əgər Ermənistan rəhbərliyi status-kvonun saxlanılmasını davam etdirsə, konstruktiv danışıqları pozsa, istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Biz imkan vermərik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Artıq xalqımızın səbri tükənib. Mən əminəm ki, cənab Prezidentin qətiyyəti və cəsarəti, həmçinin dünyadakı nüfuzu sayəsində biz o torpaqları işğaldan azad edəcəyik.
- Beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bütövlükdə, danışıqlar prosesinin hazırkı mərhələsi barədə düşüncələriniz nədən ibarətdir?
- Bu illər ərzində ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmadı. Əksinə, onlar ermənilərə vaxt qazandırdılar ki, işğal etdikləri torpaqlarda möhkəmlənsinlər. Qeyri-qanuni məskunlaşdırma, azərbaycanlılara məxsus tarixi, mədəni abidələri məhv etmək, saxtalaşdırmaq, təbii sərvətlərimizi talan etmək, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini, eyni zamanda, Dağlıq Qarabağla Ermənistanı birləşdirən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının adlarını dəyişdirməklə, o torpaqları özününküləşdirməklə gələcəkdə Ermənistana qatmaq siyasəti aparmaqdadırlar. Minsk qrupunun məqsədi Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinin qarşısını almaqdır. Təəssüf ki, Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya işğalçı dövləti silahlandırır. Bir növ Ermənistan Rusiyanın quberniyasıdır artıq; silahla da təmin olunur, ordusunu da onun ordusuna qatır.
- Flora xanım, zaman-zaman Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü barədə fikirlər səsləndirilir. Bu görüşün baş tutmasına Ermənistan hakimiyyəti mane olur. Sizcə, burada məqsəd nədir?
- Görüşün baş tutmamasının səbəbi Ermənistanın torpaq iddialarından əl çəkməməsidir. Sarkisyan belə bir ifadə işlətmişdir: “Vətən doğulduğun yer deyil, qazandığın yerdir”. Bununla işğal etdikləri ərazini gənc nəsillərə vətən kimi təqdim edirlər. Biz də başa düşməliyik ki, Ermənistan müstəqil deyil və birbaşa Rusiyanın diktəsi ilə hərəkət edir. Sarkisyanlar, köçəryanlar Azərbaycan xalqının qisas hissindən qorxurlar və gec-tez törətdikləri cinayətlərə görə cavab verəcəklərini bilirlər.
- Bütövlükdə icmaların görüşü, sadə insanların təmasları münaqişənin həllinə nə dərəcədə töhfə verə bilər?
- Nə qədər ki, azərbaycanlılarla birlikdə dinc şəraitdə yaşayan yaşlı insanlar sağdır, bu görüşün töhfəsi ola bilər. Azərbaycanda yaşayan ermənilər qorxusuz, ürküsüz ölkənin istənilən yerinə gedib-gəlirdilər, onlarla erməni qızları azərbaycanlılarla ailə qurmuşdular. Qarabağ erməniləri bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur və biz tezliklə öz ata-baba yurdumuza qayıdacağıq. Onlar barışığın tərəfdarıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

