Azərbaycan müasir iqtisadi inkişaf yolu ilə irəliləyir
13.10.2017 [10:15]
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, 2017-ci ilin üçüncü rübü də başa çatdı. Ötən dövrdə ölkə iqtisadiyyatının inkişafını necə səciyyələndirmək mümkündür?
- Cari ilin ötən 9 ayı ərzində milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitliyin təmin olunmasında müsbət trendlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsinə, sənayeləşmənin geniş vüsət almasına, iqtisadi sabitliyə öz töhfəsini verir. 2017-ci ilin üçüncü rübündə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan qlobal böhran şəraitində stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına gəlirlərimizin həcmi artıb. Həmin dövrdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
- Qeyri-neft sektorunun inkişaf etdirilməsi milli inkişafa hansı təsirlərini göstərməkdədir?
- Hazırda Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,5 faiz artıb. Bu tendensiya 2 il əvvəl Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edəcək” fikrinin tam özünü təsdiq etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və neftdənkənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyə balansında müsbət dinamikanın yaranmasına səbəb olub. Azərbaycanın ixrac potensialı güclənib, ixrac 40 faiz artıb, ixracda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu siyasətin mühüm nəticəsi olaraq idxal xeyli azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır. Ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
- Azərbaycanın maliyyə sabitliyinin təmin olunması sahəsində hansı təsirli tədbirlər görülməkdədir?
- 2017-ci ildə hökumətin başlıca vəzifəsi makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsini davam etdirməkdən ibarət olub. Ötən dövr ərzində ölkəmizin inkişafının ana sütununa çevrilən və makroiqtisadi tərəqqini səciyyələndirən əsas faktorlardan biri güclü maliyyə sabitliyi və dayanıqlılığının təmin edilməsi olub. Ötən dövr ərzində makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib, valyuta-maliyyə sektorunda dinamika davam edib, aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlamış, manatın məzənnəsinin ucuzlaşması dayanmış və hətta manat müəyyən qədər möhkəmlənmiş, iqtisadi artım bərpa olunmuşdur. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlayıb, ölkəmizin strateji valyuta ehtiyatları artıb. Doqquz ayda Azərbaycanın strateji valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsinə çatıb. Milli valyutanın məzənnəsinin sabitliyi və xarici valyutalarla nisbətdə məzənnəsinin möhkəmlənməsi ilə bağlı monetar siyasət müsbət təsirini göstərib, pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Hökumət tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb. Valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir. Mövcud situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə, idxal və ixracatçıəlar üçün əlverişli biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə güclü zəmin yaradır.
- Aydın müəllim, regionların inkişafı ilə əlaqədar yürüdülən siyasət hnası dəyişikliklərə səbəb olmaqdadır?
- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafın dayanıqlılığının təmin olunması, tarazlı və hərtərəfli inkişafı təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Ötən 9 ayda 226 min yeni iş yeri yaradılıb. Ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunub. Yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib, məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
- 2017-ci ildə Azərbaycanın beynəlxalq reytinqinin artırılması sahəsində hansı işlər görülüb?
- İlk növbədə onu qeyd etmək lazımdır ki, iqtisadiyyatın strukturunda müasir trendlərə əsaslanan innovativ islahatların aparılması son 2 ildə daha geniş xarakter alıb və 2017-ci ildə bu istiqamətdə işlər keyfiyyət baxımından bir qədər də irəliyə gedib. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq üçün son bir ildə zəruri işlər görülüb. Sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən olunub və həmin hədəflərə çatmaq üçün ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətləri göstərilməsi tədbirləri həyata keçirilib. Bu tədbirlərin nəticəsi kimi son bir ildə qanunvericilik və inzibatçılıq təkmilləşdirilib, biznes və rəqabət mühiti daha da yaxşılaşdırılıb. Yürüdülən iqtisadi siyasət bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verib. 2017-ci ildə sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyi təmin edilib, rəqabət prinsiplərinə əsaslanan biznes mühiti yaradılıb, ölkənin investisiya cəlbediciliyi artırılıb. Bu faktorlar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşmasına səbəb olub. Dünya İqtisadi Forumunun dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018” hesabatında Azərbaycanın 140 ölkə arasında 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşması məhz həmin islahatların mühüm nəticəsi hesab olunur. Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Onu da qeyd edim ki, rəqabət reytinqinin artması islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və investor, ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyinin fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək. Eyni zamanda, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq.
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

