Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev xalqımızın arzu və istəklərini reallaşdırdı

Ulu öndər Heydər Əliyev xalqımızın arzu və istəklərini reallaşdırdı

15.08.2009 [01:57]

Əlövsət Baxışov: ümummilli liderimiz respublikamızı inkişaf etdirmək üçün hərtərəfli iş apardı, mövcud çatışmazlıqları üzə çıxararaq həll etməyə başladı
- Əlövsət müəllim, ümummilli lider Heydər Əliyevi necə xatırlayırsınız? Onun ən çox hansı fəaliyyəti sizin yaddaşınızda qalıb?
- O zaman mən Masallı rayon Partiya Komitəsinin I katibi idim. Bizim hamımızı plenumun iclasına çağırdılar. Bu seçkili orqanda bir qayda idi ki, Respublika Partiya Komitəsinə yeni sədr seçiləndə bütün rayon komitələrinin sədrləri səs verirdi. Bir sözlə, keçirilmiş plenumda Ulu öndər Heydər Əliyev yekdilliklə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçildi. Biz düşünürdük ki, Onun üçün bu iş bir qədər çətin olacaq. çünki, kənd təsərrüfatı, sənaye sahələri Ulu öndər Heydər Əliyevin əvvəlki fəaliyyətindən çox uzaq sferalar idi. Amma O, işə elə başladı ki, öz fəaliyyətilə bütün insanları təəccübləndirdi. ümummilli liderimiz respublikamızı inkişaf etdirmək üçün hərtərəfli iş apardı, mövcud çatışmazlıqları üzə çıxararaq həll etməyə başladı...
Mən lap əvvələ qayıtmaq istəyirəm...ümummilli lider Heydər Əliyevlə birlikdə Azərbayan Dövlət Universitetində 1951-1957-ci illərdə bir yerdə təhsil almışıq. Tədris zamanı O, xüsusi istedadı, qabiliyyəti və güclü yaddaşı ilə fərqlənirdi. Xatırlayıram...Mühazirələrdə bizim hamımızın yazdığımız leksiyanı O, xüsusi qeydlərilə yadında saxlayırdı. Dərsə cavab verəndə isə müəllim deyirdi ki, bəlkə, sən ikinci dəfədir bu fakültədə oxuyursan. ümummilli lider isə cavab verirdi: “İstəyirəm ki, üçüncü dəfə də oxuyum”...
Mən özüm Quba rayonundanam... Ona öz rayonumuz haqqında təəssüratlarımı danışanda Ulu öndər Heydər Əliyev mənə dedi ki, Quba rayonunu, Abbasqulu ağa Bakıxanovu tanıyır, onun əsərlərini də oxuyub... Bizim kəndimizin adı Amsardır. Hətta O, dedi ki, Abbasqulu ağa Bakıxanovun Amsar kəndi haqqında yazdığı şeiri də bilir...
Bir dəfə Onunla Quba rayonuna səfər edərkən, Abbasqulu ağa Bakıxanov adına muzeyin yaradılması haqqında danışmışdıq. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı dağılmaqdan xilas etdikdən sonra bu məsələ ilə maraqlanmışdı. O, məndən soruşdu ki, Qubada Abbasqulu ağa Bakıxanov adına muzey yaradıldı? Mən isə dedim ki, yox. O, bildirdi ki, Abbasqulu ağa Bakıxanov dahi insandır və onun muzeyi yaradılmalıdır. Sonradan ümummilli lider Heydər Əliyevin göstərişi ilə belə bir muzey yaradıldı...
Bir sözlə, Ulu öndər xalqımızın arzu və istəklərini reallaşdırırdı.
- 1969-cu ilədək Azərbaycan ittifaq səviyyəsində geri qalmış aqrar ölkə kimi qiymətləndirilirdi. Amma Ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra vəziyyət müsbətə doğru dəyişdi...
- Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti Onun həyatının çox maraqlı bir dövrünü əks etdirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gəlişinə qədər bu orqan Azərbaycan xalqına qarşı repressiya aləti rolunu oynayırdı. Dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti rus və erməni millətindən olan adamlar idi ki, onların da böyük qismi azərbaycanlılara qarşı düşmənçilik ruhunda köklənmişdilər. Az da olsa, milli xüsusiyyətlərini büruzə vermək, yaxud fikrini azad şəkildə ifadə etmək istəyində olan vətəndaşlar təqib olunur, əzilir, həbs olunur, məhv edilirdi. Azərbaycanın nə qədər görkəmli ziyalıları, elm adamları bu terror maşınının qurbanı olmuşdular. Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gətirilməsi ilə hər şey dəyişdi. Təhlükəsizlik Komitəsinə milli kadrlar cəlb olundu, cəza aparatı öz funksiyasını dəyişdi. İnsanlarda daxili vahimə hissi aradan qalxdı.
1969-cu ilədək respublikada da ümumi vəziyyət yaxşı deyildi. Azərbaycanda həllini gözləyən xeyli problemlər mövcud idi. Azərbaycan milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. 1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3,6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki, ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə, əmək məhsuldarlığına görə 1,5 dəfə geri qalırdı. Kənd təsərrüfatında taxılın, pambığın, tərəvəzin, üzümün, çayın və başqa bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İstehsal qüvvələrinin yerləşdirilməsi işində kobud yanlışlıqlara yol verildiyindən əsas obyekt və müəssisələrin əksəriyyəti iri şəhərlərdə tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması imkanlarını azaldır, ölkə əhalisinin paytaxta axınına səbəb olur və burada yaşayış evləri və sosial obyektlərlə əlaqədar mövcud olan problemləri daha da mürəkkəbləşdirirdi. Beləliklə, iqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədə, əməkçilərin maddi rifah halının yaxşılaşdırılması işindəki problemlərin həllinə mənfi təsir göstərirdi.
ölkə üçün belə çətin bir dövrdə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbərliyinə gəlməsi tarixi bir hadisə oldu. Azərbaycan tarixinin 1969-cu il iyulun 14-dən sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi bir daha təsdiq edir ki, bu hadisə tənəzzül içərisində olan Azərbaycanın tərəqqiyə, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüşü mərhələsinin başlanğıcı olmuşdur.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqraryönümlü respublikadan daha çox sənayeyönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Respublikanın bütün şəhərlərində və rayon mərkəzlərində bir sıra sənaye istehsalı sahələri yarandı.
Həmin illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək istifadəyə verildi. Bunlardan ölkənin iqtisadi həyatında mühüm rol oynayan Bakı Kondisionerləri Zavodu, “Ozon” Elmi İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Dərin özüllər Zavodu, Azərbaycan DRES, Sumqayıt Kompressor Zavodu, üst trikotaj Fabriki, Bakı tikiş və ayaqqabı Fabriki, Gəncə Əlvan metallar emalı Zavodu, Naxçıvan Şüşə qablar Zavodu, Əli-Bayramlı Məişət cihazları Zavodu və s. istehsal müəssisələrinin adını çəkmək olar.
Bütün bunlar Heydər Əliyev iqtisadi siyasətinin əvəzsiz bəhrələridir. İri sənaye və kənd təsərrüfatı müəssisələrinin istifadəyə verilməsi, ilk növbədə, həm bu müəssisələrdə işləyənlərin, həm də respublikanın digər vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə səbəb oldu. Bu, həm də respublikada bolluğun bərqərar olmasını, iqtisadi vəziyyətin güclənməsini təmin etdi.
ümummilli lider Heydər Əliyevin rəhbərliyi illərində müasir texnologiya kənd təsərrüfatının ən geridə qalmış sahələrinə də müvəffəqiyyətlə tətbiq edilirdi. Azərbaycanın ənənəvi təsərrüfat sahələrinin - aqrar bölmənin sürətli inkişafı, respublikanın əlverişli üstünlüklərindən bacarıqla istifadə edilməsi 70-ci illərin iqtisadi strategiyasının mühüm tərkib hissələrindən biri oldu. Əsası 1969-cu ildə qoyulan strateji xətt çox qısa vaxtda öz bəhrəsini verməyə başladı. Azərbaycan keçmiş SSRİ - nin ən böyük üzümçülük respublikasına çevrildi. Pambıqçılıq, bağçılıq-bostançılıq, heyvandarlıq sahələrində böyük uğurlar qazanıldı. Respublikanın kənd təsərrüfatı məhsulları üzrə ixracatı və bu sahələrdən əldə edilən mənfəəti artdı. Bu illər ərzində milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sənaye istehsalı, həmçinin, əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Həmin 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər olmuşdu. Kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə, bu sahədə məhsuldarlıq, o cümlədən, əmək məhsuldarlığı iki dəfədən çox artmışdı.
Həmin illərdə xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki 50 illə müqayisədə 1,5 dəfədən artıq idi. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı.
1969 - 1982-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində həyatın bütün sahələrində əldə etdiyimiz nəhəng potensial qovuşduğumuz müstəqillik şəraitində respublikamız üçün çox gərəkli oldu.
Bir sözlə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri ölkəmizi ittifaqın qabaqcıl respublikasına çevirdi...
- Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bu inkişaf fəlsəfəsini genişləndirərək, dərinləşdirərək Azərbaycanı dünya birinciləri sırasına çıxarıb...
- Ulu öndər Heydər Əliyevin xalqı üçün miras qoyduğu müstəqil Azərbaycan dövlətində dinamik inkişaf və möhtəşəm quruculuq işləri proqramının həyata keçirilməsi yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məramı isə aydındır. O, vəd edib ki, Heydər Əliyevin müstəqil dövlətimizə böyük uğurlar gətirən düzgün siyasətinin davamçısı olacaq.
Prezident İlham Əliyevin dövlət başçısı kimi ən ali məqsədi millətinə layiqincə xidmət etməkdir. Azərbaycan artıq davamlı tərəqqi və yüksəliş mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev çalışır ki, xalqın inamını bundan sonra da doğrultsun, dinamik inkişaf və iqtisadi-siyasi modernləşmə modeli ilə Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirsin, onu müasir, güclü, qüdrətli ölkəyə çevirsin.
Qeyd etməliyəm ki, ümummilli lider Heydər Əliyev kimi, Prezident İlham Əliyev də biz veteranları unutmur. Azərbaycan veteranları hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir və Onun həyata keçirdiyi siyasi kursu dəstəkləyir.
Veteranların sosial məsələlərinin həllində, Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə göstərilən qayğı ilbəil artır. Prezidentimiz İlham Əliyevin Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirməsi bizə ruh, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə istiqamət verir.
- Müsahibəyə görə təşəkkür edirik!
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30