/ / Ötən il Azərbaycanda sosial-iqtisadi sahədə əldə olunan inkişaf dinamikası 2018-ci ildə də uğurla davam etdiriləcək
Ötən il Azərbaycanda sosial-iqtisadi sahədə əldə olunan inkişaf dinamikası 2018-ci ildə də uğurla davam etdiriləcək
09.01.2018 [10:27]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, hazırda cəmiyyətimizdə 2017-ci ilin yekunları müzakirə olunur. Sizcə, ötən il ölkəmiz üçün hansı uğurlarla yadda qaldı?
- Dünyada davam edən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq, Azərbaycan ötən ili də uğurla başa vurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Ötən ilin əvvəlindən sosial-iqtisadi inkişaf üzrə nəzərdə tutulan bütün proqnoz göstəricilər yerinə yetirilmişdir. İqtisadi artım qeyri-neft sektoru üzrə 2,5 faiz təşkil etmişdir. Qeyri-neft sənayesi isə 3,1 faiz artmışdır. Bu, respublikada aparılan düzgün sosial-iqtisadi siyasətin və hərtərəfli düşünülmüş iqtisadi islahatların nəticəsində əldə olunmuşdur. Bu ilin 9 ayı ərzində 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Əsas infrastruktur layihələri uğurla icra olunur. Sosial infrastrukturla bağlı layihələr yerinə yetirilir. İlin əvvəlindən 700 kilometrdən çox su xətti çəkilmiş, qazlaşdırma 93 faiz səviyyəsindədir. Bu dövrdə 100-ə yaxın məktəb tikilib və təmir edilib, 27 tibb ocağı tikilib və təmir olunub.
2017-ci ildə respublikamızın ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrdən biri Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinin geniş miqyasda qeyd olunmasıdır. 25 il əvvəl Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir hadisə, Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Patriyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimindəki nitqində qeyd etmişdir: “Azərbaycan xalqı o vaxt bir daha böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir”.
Ötən il daha bir tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa olunmuşdur. Bu, böyük qayıdışın başlanğıcı deməkdir.
Başa vurduğumuz il ərzində həmçinin ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən iki istiqamət üzrə - energetika və nəqliyyat sahəsində böyük əhəmiyyətə malik tədbirlər həyata keçirilmişdir. “Azəri”-”Çıraq”-”Günəşli” yataqları üzrə kontraktın müddəti 2050-ci ilə kimi uzadılmışdır. Nəqliyyat sahəsində də tarixi bir uğura imza atıldı, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Bu, tarixi İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat lahiyəsidir. Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycana həm iqtisadi, həm də siyasi fayda gətirəcəkdir.
Onu da qeyd edim ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır.
- Ötən il Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Sizcə, bu tədbirlər ölkəmizə nə kimi dividendlər qazandırır?
- Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ötən ilin iyun ayında Bakıda 500 milyonluq aiditoriyası olan “Formula-1” yarışı çox yüksək səviyyədə keçirilmişdir.
2017-ci ildə ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdılar. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə etmişlər. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda, İslam dünyasında həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq fəaliyyəti nəticəsində “Bakı-2017” İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğura imza atdı.
Ötən il Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da keçirilmişdir. Bu Forumda dünyanın 120 ölkəsinin rəsmi, 39 beynəlxalq təşkilatın, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak etmişdir. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki, bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunmuşdur. Artıq “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilmişdir.
- Sizcə, 2017-ci il Azərbaycan idmanı üçün hansı hadisələrlə əlamətdar oldu?
- Ötən il Azərbaycan idmançıları üçün də uğurlu bir il olmuşdur. İlk növbədə idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı tarixi qələbəsini qeyd etmək lazımdır. 2017-ci il şahmatçılarımız üçün xüsusilə uğurlu olmuşdur. Azərbaycan şahmatçıları ötən il növbəti tarixi uğura imza atmışlar. Milli komandamız 3-cü dəfə Avropa çempionatının qalibi olmuşdu. Bu dəfə şahmatda, intellektual idman növündə qazanılmış bu qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.
2017-ci il futbolçularımız üçün də uğurlu olmuşdur. “Qarabağ” Futbol Klubu Avropa Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla tarixi uğura imza atdı. Ötən il, eyni zamanda, müxtəlif idman növləri üzrə Azərbaycan idmançılarının müxtəlif səviyyələrdə keçirilən çempionatlarda əldə etdikləri qələbələrlə yadda qalacaqdır. Bir sözlə, Azərbaycan idmançıları Azərbaycanın artıq bir idman dövlətinə çevrildiyini sübut ediblər.
- Rauf müəllim, bəs 2018-ci ildə gözləntilər nədən ibarətdir?
- 2017-ci ildə sosial-iqtisadi və digər sahələrdə əldə olunan müsbət inkişaf dinamikası 2018-ci ildə də davam etdiriləcək. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində büdcə gəlirləri 20,1 milyard manat, xərcləri isə 21,047 milyard məbləğində təsdiq edilmişdir.
2017-ci ilə nisbətən büdcə gəlirləri 20 faiz, xərcləri isə 17,3 faiz artımla nəzərdə tutulmuşdur. 2018-ci ilin büdcəsi sosialyönümlü büdcə olaraq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə bir çox sosial proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2018-ci ilin dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz olmaqla, 7004,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqyisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur. 2018-ci ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5371,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilə nisbətən 80,8 milyon manat və ya 1,5 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan inkişaf səviyyəsi imkan verəcək ki, 2018-ci ildə də Azərbaycan daha böyük nailiyyətlər əldə etsin.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

