Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetidir
24.02.2018 [09:23]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib
- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. 2003-cü ildən etibarən 1,9 milyon yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə edilir.
Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də pensiya islahatları nəticəsində təqaüdlər xeyli artıb. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi də artıb. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
- Azərbaycanın inkişafında vacib rol oynayan amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə ki, 2004-cü ildən bu yöndə görülən işlər nəticəsində çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır.
Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.
Ötən il ərzində də regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olub. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın tərəqqisinə xidmət edir.
- Hazırda əsas hədəflərdən biri qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə inkişafı, eləcə də ölkəmizin ixrac potensialının artırılmasıdır. Bu yöndə görülən işləri necə dəyərləndirirsiniz?
- Son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar.
Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən, respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda, meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Bütövlükdə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək.
- Sevinc xanım, təmsil etdiyiniz Gədəbəy rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Təbii ki, ölkəmizin bütün regionlarında baş verən inkişaf prosesləri Gədəbəy rayonunda da özünü aydın şəkildə göstərir. 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində rayonumuzun siması əhəmiyyətli dərəcədə dəyişib. Bu dövr ərzində yeni yollar, körpülər çəkilib, məktəblər, tibb ocaqları tikilib. Eləcə də rayonun kəndlərinin qazlaşdırılması prosesi davam etdirilir. Bu reallığı ötən ilin nəticələrində də görmək mümkündür.
Bütövlükdə, 2017-ci il Gədəbəy rayonu üçün uğurlu il olub, rayonun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam edib.
Onu da qeyd edim ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi-2 çərçivəsində rayonun 5 kəndində ümumi uzunluğu 37,5 km olan kəndarası yollar təmir edilib. 108 şagird yerlik Şınıx kənd tam orta məktəbi tikilərək istifadəyə verilib, Soyuqbulaq kənd orta məktəbi əsaslı təmir edilib. Köhnəkənd kəndində modul tipli məktəbin tikintisində son tamamlama işləri aparılır.
Həmçinin rayonun Xarxar və Düzyurd kəndlərində seçicilərlə keçirilən görüşlər zamanı insanlar həmin kəndlərin yüksəkkeyfiyyətli rabitə xidməti və sürətli internetlə təmin olunmasını xahiş etmişdilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qeyd olunan kəndlərdə müasir tipli EATS quraşdırılıb və əhalinin istifadəsinə verilib. Bu sahədə digər kəndlərdə də işlərin aparılması nəzərdə tutulur. Rayonun Dəyirmandağ kəndində isə seçicilərlə keçirilən görüşdə orada həkim məntəqəsi binasının olmadığı bildirilmişdi. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant yardım proqramı” çərçivəsində əhalisi 3495 nəfər olan Dəyirmandağ kəndində yeddi otaqdan ibarət, müasir tələblərə cavab verən həkim məntəqəsi tikilərək əhalinin istifadəsinə verilib. Quruculuq, sosial-iqtisadi inkişaf prosesləri Gədəbəy rayonunda bu il ərzində də uğurla davam etməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

