Azərbaycanda seçki üzrə ixtisaslaşmış qurumlar qanunvericiliyə uyğun fəaliyyət göstərirlər
22.03.2018 [09:42]
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sechki-2018.az saytına müsahibəsi:
- Rafael müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Bu günə qədər Azərbaycanda keçirilən prezident seçkilərini yaxından izləmişəm. Parlament seçkilərində iştirakçı, prezident seçkilərində isə müşahidəçi kimi təmsil olunmuşam. Ölkədə keçirilən bütün seçkilərin təfərrüatları ilə yaxından tanışam. Azərbaycan hər seçkidən seçkiyə öz təcrübəsini təkmilləşdirir. Təsadüfi deyil ki, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də seçki təcrübəsinin irəliləməsini qeyd edirlər. Müşahidələr göstərir ki, Azərbaycanda demokratik, şəffaf, insanların öz iradələrini tam ifadə edə biləcəyi normal seçki mühiti var.
Hesab edirəm ki, Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərdindən anlayır, öz hüquqlarını dərk edir. Hər şey göz qarşısındadır. Bu baxımdan, aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçəcəyini düşünürəm. Seçkilərin müşahidəsi üzrə beynəlxalq səviyyədə ən peşəkar qrup hesab olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq Azərbaycandadır. AŞPA-nın uzunmüddətli və qısamüddətli müşahidəçiləri ölkəmizə gəlirlər. Digər təşkilatlardan və ölkələrdən olan müşahidəçilər də seçki prosesini izləyəcək. Fikrimcə, beynəlxalq müşahidəçilər də seçki mühitinin yetərincə qənaətbəxş olduğunu təsdiqləyəcəklər.
- Mövcud seçki qanunvericiliyi ədalətli və demokratik seçki keçirməyə imkan verirmi?
- Bu məsələyə iki rakursdan baxmaq lazımdır. İlk növbədə hər bir ölkə təkcə seçkilərlə bağlı yox, ümumilikdə bütün qanunverici bazanın beynəlxalq normalara uyğun olmasına çalışır. Çünki qəbul edilən sənədlərdə beynəlxalq prinsiplər nəzərə alınmalıdır. Azərbaycanın seçki qanunvericiliyində kifayət qədər baza formalaşıb. Əlbəttə, gələcəkdə müzakirələr üçün hansısa məqam ola bilər. Azərbaycan dövləti beynəlxalq ictimaiyyət qarşısında daim bəyan edib ki, qanunvericilik bazasının təkmilləşməsi ilə bağlı istənilən müzakirəyə hazırdır. Nəticə etibarilə deyə bilərik ki, Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı qanunvericilikdə heç bir maneə yoxdur.
Azərbaycan demokratiya xətti tutmuş dövlətdir və qanunların icrasında qüsurlara yol verilməməsi üçün əlindən gələni edir. Seçki üzrə ixtisaslaşmış qurumlar da qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər.
- Namizədlərin qeydə alınması prosesi başa çatdı, artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Prosesi necə qiymətləndirirsiniz?
- Namizədlərin qeydə alınması prosesi qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Hər şey normal şəraitdə davam edir. Seçki ideyaların, platformaların cəmiyyətə çatdırılması üçün ideal fürsətdir. Kim bu fürsətdən istifadə etməyibsə, deməli başlanğıcdan məğlub olub. Kim istifadə edirsə, onlar həm qələbə uğrunda mübarizə apara, həm də öz platformalarını cəmiyyətə çatdıra biləcəklər. Bütün namizədlərin hüquqları bərabər şəkildə təmin edilir.
- Seçki administrasiyasının işini necə qiymətləndirirsiniz?
- Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və əməkdaşları məsuliyyətli və peşəkar fəaliyyətləri ilə daim seçilirlər. Komissiyanın peşəkar komandası var. AŞPA-dakı fəaliyyətimlə bağlı bu qurumun təmsilçisi olaraq, dünyanın müxtəlif ölkələrində seçkiləri müşahidə etmişəm. AŞPA-nın üzvü olan digər ölkələrin nümayəndələri ilə Azərbaycanda MSK-nın fəaliyyəti haqqında müzakirələr aparmışam. Onlar da MSK-da yüksək peşəkarların fəaliyyət göstərdiklərini bildirirlər.
MSK qanun çərçivəsində cəmiyyətin maraqlarının təmin olunmasına çalışır. Bunu sübut edən ən bariz nümunələrdən biri də seçki məntəqələrində veb-kameraların quraşdırılmasıdır. Dünyanın ən ucqar yerindən belə seçki prosesini canlı izləmək imkanı var. Bu, şəffaflığın yüksək göstəricisidir.
Hesab edirəm ki, MSK-nın fəaliyyəti təqdirəlayiqdir. Komissiya işini qanun çərçivəsində və obyektiv şəkildə həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

