Azərbaycan regionda təhlükəsizliyin və inkişafın təmin olunmasında əsas aktordur
09.10.2018 [08:49]
Milli Məclisin deputatı Zahid Oruc www.yap.org.az saytına müsahibə verib:
- Zahid müəllim, son zamanlar regionda mühüm proseslər baş verməkdədir. Hazırda Azərbaycanın öz qonşuları, xüsusilə Rusiya ilə münasibətlərində yeni bir mərhələnin başlandığı vurğulanır. Bu barədə nə deyə bilərsiniz?
- Rusiya Prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən son səfərini Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də bunun Qafqazlarda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq. Daha böyük müstəvidən baxanda Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz.
Artıq iki dövlət başçısının bir ay ərzində iki dəfə görüşmələri ciddi məsələdir. Soçidə Vladimir Putinlə Prezident İlham Əliyev arasındakı yüksəksəviyyəli danışıqlar bölgəsəl informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir. Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib.
Bu gün, sözün həqiqi mənasında, Azərbaycan regionda təhlükəsizliyin və inkişafın təmin olunmasında əsas aktordur. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük “ADEX-2018 Müdafiə sərgisi” keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır. 90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi. TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görürlər ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından rəqibdirlər, burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər.
Diqqətlə baxanda görünür ki, Kremlin strateqləri 2005-ci ilə qədər tətbiq etdikləri anti-Bakı sanksiyalarından vaz keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər. Burada 100-dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli haubitsalar və tank əleyhinə komplekslər, məsələn, “Kornet-E” sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu S-300 zenit raket qurğuları, o cümlədən 18 ədəd “Smerç” reaktiv sistemi, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A “Solntsepek”dən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarə və M-17 hərbi vertolyotları alınmışdır. Xüsusilə də son 8 ildə müasir “İqla” raketləri, “Xrizantema-S” tank əleyhinə raket sistemləri ilə paralel şəkildə son hərbi nailiyyətlərin nəticəsi olan T-90S tankından 100 ədəd, BMP-3-dən 118 ədəd və onlarla digər çeşiddə texnika Azərbaycana daxil olub. Bütün bunlar sübut edir ki, Ermənistanla Rusiya arasındakı müttəfiqlik 30 il, yaxud bir əsr əvvəlki tarixlə müqayisədə qat-qat zəifləyib.
- Azərbaycan tərəfi sülh prosesinə sadiq qaldığını dəfələrlə bəyan edib. Amma Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirir. Bu prosesləri necə dəyərləndirirsiniz?
- Son illər ordu dövlət siyasətinin önünə çıxıb. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilələrlə keçən Dağlıq Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, iflasa uğrayıb. Əslində, hadisələrin belə gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir. İndi Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışıqlar prosesini boykot edərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub.
İndi Prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub. Təsəvvürə gətirirsizmi - İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb.
Ona görə də cənab İlham Əliyev ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdə İrəvana ciddi xəbərdarlıq etdi və Bakıda böyük milli coşquya səbəb olan, əsl səfərbərlik hadisəsinə çevrilən 15 sentyabrda keçirilən hərbi paradın da hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi.
Oradan çıxan nəticələrin hamısını bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə imkanları var. Ən başlıcası, dediyimiz kimi, Paşinyan siyasi vasitəçilərdən imtina edərək prosesi orduların üzərinə keçirib və son aylar ərzində cərəyan edən hadisələr işğalçı ölkənin məğlubiyyətinin qaçılmaz olduğunu işarə edir. Yəni, səngərdəki qüvvələr nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını təxmin etmək o qədər də çətin olmur.
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Paşinyanın mövqeyində geriçəkilmə müşahidə edildi. Fikrimcə, o artıq gerçəklikləri anlamağa başlayır.
- Zahid müəllim, sizcə, Düşənbə görüşündən sonra Ermənistanda daxili gərginliyin artması təsadüfdürmü?
- Məsələnin önəmli tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu formatında proses, əslində, Serj Sarkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil. Əgər Ermənistan Minsk qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür. Bu mənada son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir. Yəni Paşinyan onu hesablaya bilir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Bu səbəbdən Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır. Bu da ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır.
Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir. Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu, belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir. Hesab edirəm ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək. O cümlədən erməni xalqı, bəlkə də, bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 1990-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik. Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə sarkisyanlaşacaq və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

