/ / Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşır
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşır
06.02.2019 [09:48]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, məlum olduğu kimi, fevralın 1-də Bakıda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev gənclər qarşısında dərin məzmunlu çıxış etdi. Bu baxımdan, tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
2 Fevral - Azərbaycan Gəncləri Günü də Ümummilli liderimiz Heydər Əliyevin gəncliyimizə böyük hədiyyəsidir, gənclərə dövlətin etimadının ifadəsidir. Hər il bu gün respublikamızda böyük coşqu ilə qeyd olunur. Fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbirin keçirilməsi də dövlətimizin gəncliyə olan diqqətinin bariz nümunəsidir.
Tədbirdə dövlətimizin başçısı parlaq çıxış etdi. İlk olaraq, Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı Dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi.
Çıxışının sonunda Prezident İlham Əliyev bir daha Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan etdi. Əlbəttə ki, cənab Prezidentin bu fikirləri biz gənclərdə fəxarət doğurur, bununla yanaşı, məsuliyyətimizi də artırır. Çünki Azərbaycan gəncliyi dövlətin inam və etimadını layiqincə doğrultmalıdır. Bu mənada həmin tədbir və tədbirdə səslənən fikirlər böyük önəm kəsb edir, gənclərimizin qarşısına yeni vəzifələr qoyur.
- Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyələr Azərbaycan gəncləri qarşısında hansı vəzifələri qoyur?
- Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq.
- Məlumdur ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, daha da güclənib. Amma Azərbaycanın güclənməsi müəyyən dairələri narahat edir. Bu dairələr müxtəlif vasitələrlə qazanılan uğurlara kölgə salmağa çalışırlar. Bu haqda nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Prezident İlham Əliyevə inamıdır. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Həqiqətən də, ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişaf bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, ölkəmiz regionda əsas söz sahibidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu və rolu artmaqdadır. Belə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir. Ötən il Cənub Qaz Dəhlizinin açılışı, TANAP layihəsinin istifadəyə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Eləcə də 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın nəinki regionda, bütövlükdə dünyada mövqeyini daha da gücləndirir. Nəzərə alsaq ki, bu layihələr Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi olaraq gerçəkləşir, onda ölkəmizin dünya üçün, region ölkələrinin inkişafı üçün nə qədər önəmli töhfələr verdiyini əminliklə söyləyə bilərik.
Təbii ki, Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Bu səbəbdən də, ölkəmizin nailiyyətləri artdıqca buna kölgə salmağa çalışan qüvvələr də müxtəlif tipli qərəzli kampaniyalarla Azərbaycanın beynəlxalq imicinə, uğurlarımıza ləkə yaxmağa çalışırlar. Dünyadakı anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və onların əlində alət olan sapı özümüzdən olan baltalar hər vəchlə ictimai rəyi çaşdırmağa çalışırlar. Həm xaricdəki dairələr, həm də daxildəki radikal müxalifət sosial şəbəkələr vasitəsilə xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma onlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Onların indiyə qədərki məkrli planları fiaskoya uğradığı kimi, bundan sonra da belə olacaq. Çünki Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, heç bir yalan kampaniya ilə onu doğru yoldan sapdırmaq mümkün deyil. Amma bununla belə, arxayınlaşmaq olmaz, vətəndaşlarımız, xüsusilə gənclər həmin dairələri ifşa etmək üçün fəaliyyətlərini daha da gücləndirməlidirlər.
- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmin dairələrə qarşı hansı addımlar atır?
- Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsidir. Partiyamızda gənclərin təmsilçiliyi 40 faizdən çoxdur və yeni üzv olanların da böyük əksəriyyəti gənclərdən ibarətdir. Yeni Azərbaycan Partiyasında yüksək bilik və bacarıqlı, intellektual gənclər ordusu birləşib.
Bu gün gənclərimiz sosial şəbəkələrdə çox fəaldırlar. Yeni Azərbaycan Partiyasının gənc üzvləri radikal müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı qara piarla məşğul olan dairələrə sosial şəbəkələrdə tutarlı cavab verirlər. Onlar bizim gənclərimizin əsaslı faktları, arqumentləri qarşısında acizdirlər. Sadəcə, onlar maddiyyat qarşılığında xaricdən aldıqları sifarişləri hələ də icra etməyə cəhd göstərirlər.
Amma Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Xalq arasında radikalların heç bir sosial dayaqları yoxdur. Buna görə də onların çirkin məqsədləri həmişə iflasa uğrayır.
İnsanlar müxaliflərin yalanlarına yox, ölkəmizdə həyata keçirilən inkişaf və quruculuq siyasətinə inanırlar. Yeni Azərbaycan Partiyası gənclərinin də əsas işi ondan ibarətdir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü möhtəşəm işləri əhaliyə, o cümlədən gənclərimizə çatdıraq. Bu yöndə təbliğat işlərini daha da gücləndirəcəyik. Biz hər zaman gənclərimizlə görüşlər zamanı onların dövlətimizin başçısına sonsuz inam və məhəbbətinin şahidi oluruq. YAP Gənclər Birliyi olaraq bundan sonra da sosial şəbəkələr və digər çoxsaylı layihələr vasitəsilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını daim ictimaiyyət arasında təbliğ edəcəyik. Eyni zamanda, anti-azərbaycançı mərkəzlərin, radikalların Azərbaycana qarşı məkrli niyyətlərinin ifşası istiqamətində fəaliyyətimiz daha geniş şəkildə davam olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

