Ermənilər azərbaycanlı deputatların faktları qarşısında aciz qaldılar
27.11.2009 [09:28]
Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, bu günlərdə Milli Məclisin nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak edib. İstərdik ki, öncə bu tədbir haqqında məlumat verəsiniz...
- Qeyd etdiyiniz kimi, noyabrın 23-24-də Rusiyanın paytaxtı Moskva şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 34-cü plenar iclası keçirilib. İclasın gündəliyində bir sıra məsələlər dayanırdı. Belə ki, QDİƏT ölkələrində təbii sərvətlərin səmərəli istifadəsi, ölkələrin ekoloji şüurunun daha geniş formalaşdırılması və təşviqi, həmçinin, bu ölkələrdə su hövzələrinin qorunması və s. məsələlər müzakirə edilib.
Qeyd etmək lazımdır ki, bu müzakirələrdən əvvəl məsələlər QDİƏT-in komitə iclaslarında geniş müzakirə edilir, qərarlar qəbul olunur, bundan sonra isə Baş Məclisə çıxarılır. Məclisdə həmin məsələlər üzrə yenidən müzakirələr aparılır və tövsiyələr qəbul olunur. Bu tövsiyələr təşkilata üzv ölkələrin Xarici İşlər nazirliklərinə və parlamentlərinə göndərilir. Təşkilata daxil olan 12 dövlət bu tövsiyələrdən yararlanırlar.
- Asəf müəllim, budəfəki toplantıda Azərbaycan nümayəndə heyətinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- QDİƏT-in Parlament Məclisinin 34-cü plenar iclasına Azərbaycan nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə qatılmışdı. Bu plenar iclas digərlərindən fərqli olaraq spikerlərin çıxışları ilə başlandı. İclasda 4 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə və Ermənistanın parlament sədrləri çıxış etdilər. Bu iclasda Milli Məclisin sədri Oqtay Əsədovun çıxış etdiyi mövzu enerjidaşıyıcıları sahəsində təhlükəsizlik məsələləri ilə bağlı idi. Təbii ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində böyük rol oynayır. O.Əsədov Azərbaycanda bu yöndə həyata keçirilən siyasət haqqında geniş məlumat verdi və Azərbaycanın Avropa üçün nə qədər önəmli olduğunu qeyd etdi. O, vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən aktiv rolu olan ölkələrdən biridir.
Bundan əlavə, bildirmək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti iclasın gündəliyində olan məsələlərin müzakirəsində fəal iştirak etdilər. Eləcə də, bəzi ölkələrin nümayəndələri ilə görüşlərimiz oldu.
- Qeyd etdiniz ki, qurumun toplantısında ekoloji məsələlər də müzakirə olunub. Ermənistanın bölgənin ekologiyasına vurduğu ziyan barədə məlumat verildimi?
- Bəli, Azərbaycan nümayəndə heyətinin üzvləri bu problemlə əlaqədar çıxış etdilər. Bütün çıxışlarda qeyd olundu ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında törədilən yanğınlar bölgənin ekologiyasına vurulan böyük zərbədir. Eyni zamanda, Azərbaycanda olan çayların bəziləri Ermənistandan gəlir. Ermənistandan həmin çaylara ağır maddələr atılır. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən monitorinqlər göstərir ki, Azərbaycana Ermənistandan gələn sularda ağır maddələrin normaları qat-qat çoxdur. Bütün bunlar haqqında toplantıda ətraflı məlumat verildi.
Milli Məclisin deputatı Mübariz Qurbanlının çıxışında bir neçə dəfə səsləndi ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini məhv edir, təbiət məhv edilir, yanğınlar törədilir. Ermənistan tərəfi isə bu fikirlərə etiraz etdi. Belə olan təqdirdə, nümayəndə heyətimizin üzvləri tərəfindən təklif olundu ki, vəziyyəti araşdırmaq üçün təşkilat tərəfindən komissiya yaradılsın, işğal olunmuş torpaqlarda-Ağdam və Füzuli bölgəsində monitorinq aparılsın. Bu bölgələrdə olan yanğınlar nəticəsində dəyən ziyan 200 milyon dollar həcmində qiymətləndirilir.
- Azərbaycan nümayəndələrinin bu təklifi necə qarşılandı?
- Erməni deputatlar əvvəlcə bu təklifi qəbul etdilər. Təşkilatın Baş katibi çıxış edərək Azərbaycanın təklifini səsləndirdi. O, dedi ki, təklif olunan komissiyanın yaradılması məsələsi qurumun Daimi Komitəsinin iclasında müzakirə olunacaq. Bundan sonra özlərini itirən erməni deputatları məsələdən qaçmağa çalışdılar. Ermənilər bu komissiyanın yaradılmaması haqqında müxtəlif bəhanələr gətirdilər. Onların iddiasına görə, bunun üçün qondarma “Dağlıq Qarabağın rəhbərliyindən” icazə almaq lazımdır. Amma tərəfimizdən bildirildi ki, əslində, Ağdam və Füzulinin Dağlıq Qarabağın ərazisi hesab olunmur. Digər tərəfdən, “Dağlıq Qarabağ” adlı qurum dünyanın heç bir yerində tanınmır. Bir sözlə, bu təklif təşkilatın Daimi Komitəsinin Belqradda keçiriləcək iclasında müzakirə olunacaq. Sonra məsələ Parlament Məclisində müzakirəyə çıxarılacaq və əgər qəbul olunsa belə komissiya yaradılacaq. Yəqin ki, Ermənistan bu komissiyanın yaradılmamasına çox çalışacaq. Biz isə öz arqumentlərimizlə təklifin reallaşmasına səy göstərəcəyik. ümumiyyətlə, QDİƏT-in Parlament Məclisinin toplantısında Ermənistanın təcavüzkarlığı növbəti dəfə ifşa olundu. Ermənistanın eko sistemə, mənəvi irsimizə vurduğu ziyan Azərbaycan deputatları tərəfindən gündəlikdə müzakirə obyekti kimi qaldırıldı. Ermənistan tərəfi bu dəfə də diplomatik baxımdan ifşa olundu. Onlar Azərbaycan deputatlarının ortaya qoyduğu faktlar qarşısında aciz qaldılar.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

