Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf salnaməsinin müəllifidir
12.10.2019 [10:27]
Milli Məclisin deputatı Malik Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Malik müəllim, müstəqil Azərbaycan dövlətinin qurucusu - banisi olan Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bölüşməyinizi istərdik.
- Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Biz haqlı qürur hissi və fəxarətlə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Bilirsiniz ki, 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan ciddi siyasi və iqtisadi problemlərlə qarşı-qarşıya idi. Xüsusilə də, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı xaos meydanına çevirmiş, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən - faciə və fəlakətlərdən xilas edəcək güclü siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev idi. Xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Həmin il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider andiçmə mərasimində söylədiyi nitqində xalqın Ona olan etimadını yüksək dəyərləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli maraqların yüksək səviyyədə təmin olunması naminə çalışacağını bildirmişdi. O, xalqın ümidlərini tam doğrultdu. Qısa müddət ərzində Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Azərbaycanın iqtisadi dirçəlişi təmin olundu, nizami ordu quruculuğuna başlandı, uğurlu hüquqi, demokratik islahatlar həyata keçirildi. Xalqımızın və dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrildi, ölkəmiz beynəlxalq arenada söz və nüfuz sahibi kimi çıxış etməyə başladı, etibarlı tərəfdaş kimi tanındı. Bütün bunların məntiqi nəticəsi kimi, Ulu Öndər 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz növbəti 5 illik fəaliyyəti dönəmində də Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan parlaq nailiyyətlər qazandı, inkişaf yolunda əmin addımlarla irəlilədi.
- Yeri gəlmişkən, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində hansı addımlar atıldı, əldə olunan nəticələr nədən ibarət idi?
- Əvvəla qeyd edim ki, Ulu Öndərin gərgin əməyi və qətiyyətli səyləri nəticəsində 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”nin imzalanması ölkə iqtisadiyyatının inkişafı üçün güclü təkan oldu, bu prosesə müstəsna töhfələr verdi. Heydər Əliyev bəhs olunan müqavilə və ondan sonra imzalanan yeni sazişlərlə ölkəmizə böyük həcmlərdə investisiyalar yönəltməyə nail oldu. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycana gələn böyük həcmlərdə maliyyə vəsaiti sonrakı mərhələdə məqsədyönlü şəkildə sosial-iqtisadi layihələrin reallaşdırılmasına yönəldildi və iqtisadiyyatın şaxələndirilməsi təmin edildi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ümummilli Liderin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixində imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatı həyata keçirildi.
Beləliklə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı. Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
- Malik müəllim, bu gün müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inamla və uğurla inkişaf edir. Hazırkı inkişaf və perspektivlərlə bağlı fikirləriniz nədən ibarətdir?
- Bəli, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər də bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Digər faktlara da nəzər salaq: ölkədə qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub. Əlbəttə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.
Bütün bu nailiyyətlərin əsasında duran amil, qeyd etdiyim kimi, Heydər Əliyev siyasətinin Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

