/ / İnanırıq ki, seçicilər ölkəmizdə islahatların davamlı olması üçün parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər
İnanırıq ki, seçicilər ölkəmizdə islahatların davamlı olması üçün parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər
04.02.2020 [09:34]
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Rəhimov www.yap.org.az saytına müsahibə verib:
- Elnur müəllim, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində namizədlər irəli sürərkən gənclərə də böyük önəm verib. Bu faktı necə şərh edərdiniz?
- İlk öncə qeyd etmək istəyirəm ki, ölkəmizdə fevralın 9-da keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin irəli sürülməsi mənim üçün böyük etimaddır. Bu etimada görə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, partiyanın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bir gənc namizəd kimi, bu, mənim üçün böyük qürur və məsuliyyətdir. Bu etimadı doğrultmaq və cənab Prezidentin gənclər siyasətini dəstəkləmək üçün bundan sonra da əlimdən gələni etməyə çalışacağam.
YAP-ın namizədlərinə baxdığımız zaman siyahıda bir çox gənc dostlarımızı görürük və bu, partiyamızın Sədrinin gənclərimizə nə qədər böyük inam və etimad göstərdiyinin təzahürüdür. Bu gün Azərbaycanda gənclərin inkişafı, yüksək bilik və bacarıq qazanması üçün bütün imkanlar yaradılıb. Minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alaraq, Vətənə qayıdır, qazandığı bilikləri ölkəmizin inkişafına sərf edirlər. Mən özüm də Türkiyənin İzmir şəhərindəki Dokuz Eylül Universitetinin maliyyə fakültəsini 2012-ci ildə bitirmişəm. 2012-2013-cü illər ərzində İsveçrənin Cenevrə şəhərində MBA (Master of Business Adminstration with major in Global Banking and Finance) dərəcəsini bitirmişəm. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olmuşam. Hazırda isə YAP Nəsimi rayon təşkilatının Şura üzvüyəm. Yəni demək istədiyim odur ki, bu gün ölkəmizdə intellektual gənclər ordusu formalaşıb və bu, Prezidentimiz İlham Əliyevin siyasətinin nəticəsidir.
Ümumiyyətlə, ölkəmizdə son illərdə aparılan bir çox islahatlarda görə bilərik ki, gənclər siyasəti ölkəmizin ictimai və siyasi həyatında nə qədər ciddi rol oynayır. Bir çox dövlət strukturlarında, hüquq-mühafizə orqanlarında, icra hakimiyyəti orqanlarında, yerli idarəetmə orqanlarında gəncləşməyə gedilib. Bildiyimiz kimi, 2020-ci il ölkəmizdə cənab Prezident tərəfindən “Könüllülər ili” elan edilib. “Avroviziya” mahnı müsabiqəsindən bu yana başlayan könüllülər dalğası ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi dünya miqyaslı tədbirlərdə davam edib. Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdə “Konüllülər ili” elan olunması könüllü gənclərimizin fəaliyyətinin cənab Prezident tərəfindən nə qədər yüksək qiymətləndirildiyini göstərir.
Xatırladım ki, bir neçə il öncə ölkəmizdə “Gənclər ili” elan olunmuşdu, gənclərin inkişafı ilə bağlı bir sıra Dövlət proqramları həyata keçirilib və bu gün də davam etməkdədir. Bir sözlə, hər zaman gənclərə olan diqqət və qayğı ön planda olub.
- Yeni Azərbaycan Partiyasının gəncləri həmişə seçki kampaniyalarında da fəal iştirak edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır.
Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərlə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər.
Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir.
Bu mənada qeyd edə bilərəm ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçkilərdə də aktiv iştirak edirlər. Partiyamızın rəhbərliyi fəal gəncləri parlament və bələdiyyə seçkilərində namizəd kimi irəli sürməklə yanaşı, seçki kampaniyalarının uğurla həyata keçirilməsində gənclərin potensialından səmərəli istifadə olunur. Belə ki, həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri kampaniyalarında partiyanın gəncləri müxtəlif layihələrlə çıxış edirlər. Və bu layihələr cəmiyyətimiz, seçicilərimiz tərəfindən böyük maraqla qarşılanır. Sevindirici haldır ki, gənclərin bu fəaliyyəti YAP rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilir.
- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Görüşlərlə bağlı təəssüratlarım çox yüksəkdir. Bu görüşlər zamanı bir daha müşahidə edirik ki, vətəndaşlarımız Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Əlbəttə ki, bunun üçün ciddi əsaslar var. Çünki dövlətimizin siyasətində hər zaman milli maraqlar əsas götürülür.
Dövlətimizin həm xarici, həm də daxili siyasəti ölkəmizdəki stabilliyin maksimum qorunduğunu göstərir. Mən xaricdə təhsil almış və illərlə xaricdə yaşamış biri olaraq dünyanın heç bir ölkəsində Azərbaycanda olduğum qədər özümü təhlükəsiz hiss etməmişəm. Xəbərlərə baxdığımız zaman dünyanın bir çox bölgələrində ziddiyyətli, gərgin hadisələrin yaşandığını görürük. Azərbaycan isə sabitlik məkanıdır. Bundan əlavə, insanlara qarşı münasibət, multikultural cəmiyyət, tolerantlıq Azərbaycanda ən yüksək səviyyədədir.
Ölkəmizdə sosial rifahın və ictimai xidmətin artırılması istiqamətində də çox effektiv işlər görülür. Bunlardan “ASAN xidmət” mərkəzi, DOST agentliyi, ABAD mərkəzini göstərmək olar.
Səhiyyə sahəsində də islahatlar davam edir. Bildiyiniz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu yöndə işlər davam edir və 2020-ci ildə icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunacaq. Bütün bu sadaladığım islahatları, görülən işləri nəzərə aldıqda cənab Prezidentimizin rəhbərliyi ilə dövlətimizin sırf xalqın sosial rifahının daha da yaxşılaşdırılması üçün praktiki işlər apardığını açıq-aydın görə bilirik.
Əlbəttə, vətəndaşlar bu siyasətin uğurlarını öz həyatlarında hiss edir və onun davamlı olması üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər. Bunu görüşlər zamanı seçicilər də qeyd edirlər.
Mən bir daha seçicilərimizə səslənərək hər kəsi 9 fevral günü seçkilərdə aktiv iştirak etməyə, partiyamızı və onun namizədlərini dəstəkləməyə çağırıram. Çünki Yeni Azərbaycan Partiyası inkişafın və yeniliyin partiyasıdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28

