Yaradılan mühit siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar açır
29.04.2020 [10:39]
Fəzail Ağamalı: Əgər dövlət, hakimiyyət müxalifətə doğru addım atırsa, onlar bundan nəticə çıxarmalı, inkarçılıq mövqeyindən kənarda durmalı və milli maraqlara öz töhfələrini verməlidirlər
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.
Ötən həftə Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsidə ekspertlər tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndilir.
Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə söhbətimiz bu haqdadır:
- Fəzail müəllim, Ali Məhkəmənin qərarı ilə Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini necə qiymətləndirirsiniz?
- Ali Məhkəmənin Plenumunda Real Patiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların və siyasi münasibətlərin inkişafının təzahürü kimi qiymətləndirirəm. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə yaratdığı normal, sivil mühitin ifadəsidir. Başqa sözlə, hüquqi islahatların ifadəsi kimi,Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Onlar artıq bundan sonra nəticə çıxararaq dövlətin etimadını düzgün qiymətləndirməlidirlər. Və fərqli siyasi baxışlarla dövlətçiliyimizin yanında olub, siyasi fəaliyyətlərini daha geniş şəkildə qura bilərlər.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində yaranan yeni mühit dövlətçilik maraqlarına uyğun fəaliyyət göstərən siyasi partiyalar üçün geniş imkanlar yaradır. Onlar fəaliyyətlərini müstəqil şəkildə qururlar və bu məsələdə hər hansı məhdudiyyət yoxdur. Buna nümunə kimi parlament seçkilərini göstərmək olar. Çoxlu sayda partiyalar hər zaman parlament seçkilərində iştirak edir, qanunverici orqanda təmsil olunmaq üçün bərabərhüquqlu siyasi mübarizə aparırlar. Bunun nəticəsində hər dəfə parlamentdə hakim Yeni Azərbaycan Partiyasından başqa 8-9 siyasi partiya təmsil olunur.
- Bəs Real Partiyasının nümayəndələri barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini ölkəmizin hüquq sistemində aparılan islahatlar kontekstində necə şərh edərdiniz?
- Bəli, Ali Məhkəmənin məlum qərarı həm də hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əslində, bu, birmənalı şəkildə belədir. Çünki dövlətçiliyin daha da gücləndirilməsi üçün hüquq sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Bu təkmilləşmə də islahatlardan keçir. Məsələ ilə bağlı cənab Prezidentin Fərman və sərəncamları ortadadır. Bu yaxınlarda Milli Məclis tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrində 200-dən çox dəyişikliyi özündə ehtiva edən qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Bütün bunlar onu göstərir ki, ölkəmizdə hüquqi islahatların geniş miqyas alması üçün işlər davam edir. İlqar Məmmədov və Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi də, əslində, cinayətin humanistləşməsi və dekriminallaşmasının tərkib hissəsi kimi özünü ifadə etməkdədir.
- Fəzail müəllim radikal düşərgə təmsilçilərinin ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlara yanaşmasını necə dəyərləndirmək olar?
- Öncə onu deyim ki, ümumiyyətlə, ölkəmizdə islahatlar 2018-ci il prezident seçkilərindən sonra daha geniş vüsət almağa başladı. 2019-cu ildə də geniş sosial-iqtisadi, hüquqi, struktur və kadr islahatları həyata keçirildi. 2020-ci ilin parlament seçkiləri isə siyasi islahatların və siyasi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 2020-ci ilin birinci rübünün yekunlarına dair videokonfrans şəklində keçirilən müşavirədə cənab Prezident bir daha qeyd etdi ki, siyasi islahatlar daha da dərinləşəcək, siyasi sistemdə partiyaların yeri və rolu artırılacaq.
Əlbəttə, yaradılmış bu mühit siyasi partiyaların üzərinə ciddi məsuliyyət də qoyur. Bu məsuliyyəti bölüşərək hər kəs öz imkanları daxilində dövlətçiliyimizə, onun siyasi sisteminə özünün töhfəsini verəcəkdir. Bu, son dərəcədə unikal yanaşmadır ki, ölkə Prezidenti Öz siyasətində davam etdirir. Azərbaycan Prezidentinin ölkədə yaratmış olduğu demokratik mühit bütün mənalarda özünü ifadə etməkdədir. İslahatlar çərçivəsində Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Cənab Prezidentin tapşırığı ilə şöbənin müdiri Ədalət Vəliyev siyasi partiyaların rəhbərləri ilə görüşdü. Bu da genişmiqyaslı iqtidar-müxalifət dialoqunun ciddi göstəricisidir. Amma özünü bu prosesdən kənarda qoyan dairələr də oldu. Daha çox radikal, anarxist, inkarçı mövqedə dayanan, əslində, “beşinci kolon” rolunu oynayan AXCP, onun himayəsində olan “Milli şura” və “Müsavat” bu prosesdən kənarda qaldılar. Beləliklə, onlar istisna olmaqla bütün partiyalarla görüş keçirildi. Əminəm ki, proses davam edəcək, normal, sivil, Azərbaycan dövlətçiliyinə və milli maraqlara söykənən iqtidar-müxalifət münasibətləri daha yüksək səviyyədə olacaq. Müxalifətin bütün qolları da prosesə hazır olmalıdır. Əgər dövlət, hakimiyyət onlara doğru addım atırsa, bundan nəticə çıxarmalı və inkarçılıq mövqeyindən kənarda durmalı, milli maraqlara öz töhfələrini verməlidirlər.
- Müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Əhməd Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Buna münasibətiniz necədir?
- Həmişə müxalifət mövqeyində olan Azadlıq Partiyasının sədri Əhməd Oruc xəstədir, səhhətində ciddi problem var. Belə bir zamanda dövlət onun və ailəsinin yanında oldu. Onlara dəstək verildi. Göstərilən dəstəyə, qayğıya görə Əhməd Orucun ailəsindən Prezident İlham Əliyevə təşəkkür məktubu göndərildi. Bu da dövlət-vətəndaş münasibətlərinin konkret olaraq çox xoşməramlı ifadəsi və nümunəsidir. Bu nümunəni də yaradan ölkə Prezidentidir. Əslində, bu cür faktlar kifayət qədər çoxdur. Vaxtilə Əbülfəz Elçibəyə və onun aləsinə olan son dərəcədə səmimi münasibəti xatırlaya bilərik. Bu xeyirxah əməlləri həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva davam etdirir. Mərhum Əbülfəz Elçibəyin evinin təmirindən başlamış onun İstanbulda dünyasını dəyişən həyat yoldaşının nəşinin Azərbaycana gətirilməsi, Ordubada aparılaraq dəfninin bütün xərclərini Heydər Əliyev Fondunun öz üzərinə götürməsi dediyimiz həmin ciddi faktlardan biridir. Nəzərə alsaq ki, indiki müxalifətin əksəriyyəti Əbülfəz Elçibəyin şinelindən çıxıb, Elçibəyin ailəsinə qayğı Prezident İlham Əliyevin fərqli siyasi baxışları olan insanlara son dərəcədə təmkinli yanaşmasının göstəricisidir. Bir faktı da xatırladım. İqtidara qarşı qatı müxalifət mövqeyində dayanan Oqtay Güləliyev qəza keçirdikdən sonra onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Bütün bu faktlar göstərir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi dövlətçiliyimizə, xalqımıza xidmət edir.
Düşünürəm ki, bu nümunə, bu addımlarla Azərbaycanın siyasi mühitində radikallaşma deyil, vətəndaş həmrəyliyinə söykənən, milli maraqlara xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edən bütün siyasi qüvvələrin dövlətçiliyimiz naminə vahid bir mövqeyi formalaşacaq. Artıq bu formalaşma prosesi gedir. Əlbəttə, bu, bizim üçün son dərəcədə önəmlidir. Dövlətin gücü həm də onun daxilindəki bütün siyasi qüvvələrin dövlətçilik ətrafında birləşməsindən keçir. Baxın, xaricdən ölkəmizdəki proseslərə müdaxilə etmək mümkün deyil. Antiazərbaycançı mərkəzlər və onun içində olan ermənilər, “beşinci kolon”un, daxildəki anarxistlərin vasitəsilə problem yaratmağa çalışırlar. Bunun da qarşısının alınmasında ən mühüm yol vətəndaş həmrəyliyindən, siyasi qüvvələrin dövlətçilik ətrafında birləşməsindən və ona xidmət etməsindən keçir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

