Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının qurtuluşu oldu
11.06.2020 [09:26]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, bu günlərdə xalqımız 15 İyun-Milli Qurtuluş Gününü qeyd edir. Sizcə, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti nədən ibarətdir?
- Alman filosofu Karleyl Tomas deyib ki, “Yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib və belə oğulların sayı çox deyil”. Dünyada sayı çox olmayan oğullardan birini - Ulu Öndər Heydər Əliyevi də Allah məhz Azərbaycan xalqına bəxş etdi.
Müstəqillik, azadlıq - hər bir ölkənin var olması üçün çox əhəmiyyətli bir amildir. Müstəqillik, azadlıq- istər fərd olaraq hər bir vətəndaş üçün, istərsə də bütöv bir xalq, bir millət üçün müqəddəs, əvəzolunmaz nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar. Azərbaycan xalqı da əsrlərdən bəri arzusunda olduğu, uğrunda mübarizə apardığı istiqlalı bundan bir əsr əvvəl əldə etsə də, təəssüf ki, ilk demokratik respublikanın ömrü uzun sürmədi. Xarici təzyiqlər, daxili çəkişmələr Demokratik Respublikanı yavaş-yavaş tənəzzülə uğratdı və 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası süqut etdi. Xalq tam 70 il tarixi şəraitin yetişməsini gözləməli oldu. Nə 70 illik siyasi quruluş, nə ideoloji sistem, nə rejim qadağaları Azərbaycan xalqının müstəqil olmaq arzusunu azalda bilmədi, öz ölkəsinə sahib çıxmaq əzmini qıra bilmədi. Sovetlər İttifaqında gedən proseslər və ittifaqın dağılması ilə əlaqədar cərəyan edən ictimai-siyasi vəziyyət xalqın öz müstəqillik istəyini əldə etməsinə şərait yaratdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra siyasi mübarizənin yeni dövrü başladı. Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə etməli idi. Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək onu qazanmaqdan daha çətindir. Və təəssüf ki, müstəqilliyini yenicə qazanmış millət elə ilk günlərdən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyin elanı ilə Azərbaycan böyük bəlalara sürükləndi. Ölkənin parçalanmaq, xalqın yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı o günləri indi hətta sadəcə olaraq xatırlamaq belə insanı vahimələndirir. Hər birimizin canlı şahidi olduğumuz, hər birimizin müasirinə çevrilən və yaxın tariximizin ağrılı, təhlükəli səhifəsi olan, ölkəmizin və xalqımızın “olum-ölüm” dilemması ilə qarşılaşdığı, Azərbaycanın bir dövlət kimi faktiki olaraq dünya xəritəsindən silinmək təhlükəsinin yaşandığı bir zamanda Ulu Öndər Heydər Əliyev olmasaydı, Azərbaycanın nə 102 illik müstəqillik tarixi, nə 27 illik qurtuluş tarixi, nə də bu günə qədər yaşadığımız və bundan sonra yaşayacağımız çox əlamətdar, bizim üçün müqəddəs olan günlər bizə nəsib olmayacaq, bütün təntənələrdən çox-çox uzaq olacaqdıq. Bu, inkaredilməz bir həqiqətdir və biz bu günümüz üçün, təbii ki, Ulu Öndərə borcluyuq.
- Sizcə, Milli Qurtuluş Günü Azərbaycan xalqına nə verdi?
- Bundan 27 il əvvəl - o müdhiş günlərdə, xalqa hava və su kimi lazım olan o böyük şəxsiyyət, o dahi insan xalqının Ona ünvanlanan həyəcanlı səsinə səs verdi, xalqının Ona uzanan titrək əllərini Öz güclü əlləri ilə sıxdı, xalqının Ona bəslənən sonsuz ümidlərinə arxa durdu. Və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyin sübutuna çevrildi. Bu qayıdış Azərbaycan xalqının qurtuluşu - Qurtuluş günü oldu.
Dövlətin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, azadlığımızın, müstəqilliyimizin bərqərar olması böyük qurtuluşun başlanğıcı idi.
Bu gün başucalığı ilə, böyük bir iftixar hissi ilə qeyd etdiyimiz və Qurtuluş adını daşıyan 1993-cü ilin məhz 15 iyunundan sonra, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin günə qədər ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Gəncədəki hadisələr Heydər Əliyevin müdrikliyi ilə dinc yolla nizamlandı. Qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgədə yaşayan insanların təkidi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət daşıyan atəşkəsə nail olundu. İnflyasiya dayandırıldı. Aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi, beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə, investisiya qoymağa başladılar. Azərbaycanda yaranmış sabitlik, ölkəmizə beynəlxalq aləmdə artan inam və etimad nəticəsində Bakıda “Əsrin müqaviləsi” adlı ilk neft kontraktı imzalandı. Elə bu zaman, sanki, tətikdə oturub gözləyən, Azərbaycanın uğurları gözlərinə tikan olub batan, bu ölkənin gələcək potensialını özlərinə təhlükə mənbəyi kimi görən bəzi xarici qüvvələr hərəkətə keçdilər. Hakimiyyəti devirmək üçün ölkənin daxilində belə deyək ki, “narazı” birləşmələrin əliylə dövlət çevrilişi etmək eşqinə düşdülər. Yenə də Ulu Öndərin qətiyyəti və xalqın köməyi ilə bu cəhdin qarşısı məharətlə alındı. Çox keçmədən, 1995-ci ilin martında yeni bir çevriliş cəhdi göstərildi və bir daha Heydər Əliyevin yenilməz iradəsi bu niyyətin gerçəkləşməsinə imkan vermədi. Azərbaycanda sabitlik və əmin-amanlıq yarandı. Milli-mənəvi dəyərlərimiz bərpa edildi. Ölkə xaosdan, hərc-mərclikdən xilas oldu. Böyük uğurlara imza atdı. Dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxmağa başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, zorakılıqdan istifadə etmək ənənəsinə son qoyuldu. Ölkəmiz dinc və sakit bir şəraitdə öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Ölkə demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar dövrünə qədəm qoydu. Qeyd etdiyim fikri bir daha təkrarlamaq istəyirəm. Ulu Öndər qısa bir zaman kəsiyində Azərbaycanı bir dünya dövlətinə çevirdi. Dövləti olmayan xalq ölümə məhkumdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönələn bütün məkrli əməllərin öhdəsindən uğurla gəldi. Məhz Heydər Əliyev xalqımızın inamını, gələcəyə olan ümidlərini özünə qaytardı. Azərbaycanın müstəqilliyini əbədi və dönməz, Azərbaycan dövlətçiliyini möhkəm və sarsılmaz etdi.
- Bu gün müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir...
- Mən bütün bu hadisələri, bu xronologiyanı, hamımıza yaxşı məlum olan və yaxşı xatırladığımız o günləri sadəcə bir yazının tezisləri olaraq xatırlamıram və heç kəsə yaxın tariximizi yenidən anlatmaq fikrində də deyiləm. Məncə, ürəyində zərrə qədər də olsa, vətən sevgisi daşıyan, xalq, millət təəssübü çəkən heç bir insan bu günlərin acı həqiqətlərini inkar edə bilməz. Mənim bütün bu sadaladıqlarımla demək istədiyim fikir qısaca olaraq bundan ibarətdir ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır. Çünki Tanrı Heydər Əliyev kimi bir rəhbəri, alman filosofu Karleyl Tomasa istinadən qeyd etdiyim kimi, dünyada sayı çox olmayan oğullardan birini bizim taleyimizə yazıb. Qısa bir zaman kəsiyində bütün bu uğurlara imza atmaq, bu gün demokratiyanın beşiyi sayılan, 200 ildən çox dövlətçilik təcrübəsi olan ölkələrin qət etdiyi məsafəni cəmi 10 ildə keçə bilmək nə qədər ağıl, qətiyyət, cəsarət, enerji, fiziki sağlamlıq tələb edirdi?! Və bütün bunlara adı hər zaman böyük hərflərlə yazılası olan böyük şəxsiyyət - məğrur və əzəmətli Heydər Əliyev sinə gərirdi.
Heydər Əliyev məğrurluğunu, əzəmətini heç zaman itirmədi. Mən bu bayram günündə ağrılı, kədərli anları xatırlatmaq istəməsəm də, - çünki o anı xatırlayarkən məndən asılı olmadan məni qəhər boğur,- ancaq bu da bir tarixdir. Yəqin ki, nədən söhbət getdiyini anladınız. 2003-cü ilin aprel ayının 19-u... İndi onun adını daşıyan Respublika sarayında müdavimlərlə görüş və... səhhətdə yaranan problem. Mən xırdalığa varmayacağam. Ölümü belə göz önünə alaraq xalqı qarşısında iki dəfə ayağa qalxması ilə həmin gün bizlərə, bütün Azərbaycan xalqına, bütün dünyaya ən böyük mesajını göndərdi, ən əvəzsiz nümunəni göstərdi. Həmin gün Ulu Öndər Azərbaycan tarixində məğrurluq, əzəmət və yenilməzlik səhifəsi açdı.
Ulu Öndər deyirdi ki, “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bizlər də fəxr edirik ki, Heydər Əliyevin əmanəti olan, Onun ideyalarının yaşadığı, inkişaf etdiyi, gündən-günə müasirləşən və ən əsası, güclü dövlətçilik təməlləri olan bir ölkənin - Azərbaycanın vətəndaşlarıyıq. Vətən və vətəndaşlıq, dövlət və dövlətçilik, Azərbaycan və azərbaycançılıq ən böyük amalımız olmalıdır. Gəlin unutmayaq ki, öz dövlətinə, öz vətəninə, öz millətinə, öz bayrağına, öz himninə, öz Prezidentinə hörmətlə yanaşmağı bacaran, onu ürəkdən sevən, ona sadiq olan xalqlar tarix qarşısında hər zaman qalib gəliblər. Azərbaycan xalqı da öz Prezidentinə, möhtərəm İlham Əliyevə hər zaman sadiqdir və sadiq olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının qalibiyyət bayrağına çevrilən, yaşından, kimliyindən, mövqeyindən asılı olmadan hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevə xalqın ehtiramı, məhəbbəti və sədaqəti sonsuzdur. Əminik ki, bu ehtiram, bu məhəbbət və sədaqətlə Prezidentimizə arxa duran xalqımıza Ulu Öndərin ruhu həmişə yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi, bundan sonra da doğru yolu göstərəcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

