Heç bir ölkə Azərbaycana təzyiq edə bilməz
06.04.2010 [09:49]
- Siyavuş müəllim, bu il parlament seçkiləri ilidir. YAP hakim partiya olaraq seçkilərə necə hazırlaşır?
- Partiyanın parlament seçkiləri ilə əlaqədar hazırlıqları seçki proqramına uyğun olaraq həyata keçirilir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən qəbul olunan seçki proqramı var və seçkiyəqədərki dövr ərzində işlər məhz o proqram əsasında yerinə yetirilir. Hazırda partiyada seçkilərlə bağlı müəyyən tədqiqat işləri aparılır. Tədqiqat işlərinin əsasında partiya üzvlərinin keçmişdə hansı dairələrdə namizədliyini irəli sürməsi, hansılarından seçilib-seçilməməsi səbəblərini araşdırması və seçkilərdən sonrakı göstəricilər durur. Artıq bu işlər yekunlaşmaq üzrədir.
- Partiyada namizədlərin müəyyənləşməsi prosesi hansı mərhələdədir?
- Partiyada namizədlərin müəyyənləşməsi ikinci mərhələdə durur. İndi partiyada YAP-a üzv olan, hazırda millət vəkili kimi çalışan şəxslərin fəaliyyətləri ilə bağlı tədqiqat işləri aparılır. Araşdırmalarımız başa çatdıqdan sonra nəticələr partiyanın Sədrinə təqdim olunacaq. Partiyanın Sədri və müvafiq orqanı bununla bağlı qərar qəbul edəcək. Daha sonra isə namizədlərin müəyyənləşməsi ilə bağlı addımlar atılacaq. Burada seçicilərin etimadının qorunması, indiyə kimi seçilənlərin necə qiymətləndirilməsi, namizədin ictimai-siyasi həyatda olan fəaliyyəti, partiya təmsilçiliyi və digər məsələlər nəzərə alınacaq.
- Hakim partiya hansı dairələr üzrə öz namizədlərini müəyyənləşdirəcək?
- Praktikada belədir ki, bütün dairələrin hər birinə namizədlər müəyyənləşdirilir. Lakin elə olur ki, müəyyən dairələrdən Azərbaycanın görkəmli, tanınan ziyalılarından biri öz namizədliyini irəli sürdüyü zaman biz orada həmin insanların namizədliyini müdafiə edirik. Belə bir hal indiyə kimi praktikada baş verib. Məsələn, 125 dairənin 115-nə namizəd irəli sürülüb, 10 dairədə isə bizə yaxın olan siyasi partiyaların namizədlərini və ya Azərbaycanın tanınan simalarını müdafiə etmişik.
- YAP-ın parlament seçkilərindəki namizədlik potensialını necə qiymətləndirirsiniz?
- YAP-ın potensialı çox böyük və geniş olduğundan namizədlik potensialı da güclüdür. Partiya maksimum dərəcədə çalışır ki, müəyyənləşmə prosesini ədalətli şəkildə həyata keçirsin. Belə olduqda digər namizədlər namizədliyi irəli sürüləni avtomatik olaraq qəbul edib, öz namizədliyini irəli sürmür. Belə hallara bələdiyyə seçkilərində də rast gəlinib. Bir neçə rayonu çıxmaq şərtilə yerdə qalan rayonlarda bizim bələdiyyələrə irəli sürdüyümüz namizədlərdən başqa heç bir partiya öz namizədliyini irəli sürməyib.
- Seçki zamanı partiyanın müəyyənləşdirdiyi namizədlərdən başqa digər YAP üzvləri namizədliyini irəli sürə bilərmi?
- Burada bir məsələ var, parlament seçkiləri bələdiyyə seçkilərindən fərqlənir. Bilirik ki, bələdiyyə seçkiləri daha çox yerli xarakter daşıyır. Yəni, namizədliyini irəli sürən adam həmin rayonda yaşayan, həm də partiya təşkilatının üzvlərindən biri olur. Amma parlament seçkilərində Bakının hansısa bir rayonunda YAP-ın üzvü gedib regionların hansısa birində namizədliyini irəli sürə bilər. Bununla əlaqədar olaraq, biz namizədlərlə bağlı fikrimizi söyləmişik. Partiyanın vahid siyahısı ilə namizədliyini irəli sürənlərdən başqa kim namizədliyini irəli sürərsə, o adam artıq partiya əleyhinə gedir və həmin namizədə partiya tərəfindən heç bir dəstək göstərilmir. İmzatoplama kampaniyası, təbliğat-təşviqat işinin təşkilində həmin namizəd nəzərə alınmır. Bizim rayon təşkilatlarımız var ki, o təşkilatlarda min nəfərdən başlayaraq 23 minə qədər üzvümüz var. Partiya üzvü olaraq, hər bir kəs öz namizədliyini irəli sürə bilər. Onların bu hüququnu məhdudlaşdıra bilmərik. Lakin onlar partiyanın gücündən istifadə etmək hüququndan məhrum olur və gələcəkdə onların partiya sıralarında qalıb-qalmaması məsələsi ortaya çıxır. Bu barədə partiyanın bütün təşkilatlarına da xüsusi tapşırıq verilir.
- Maraqlıdır, siz namizədliyinizi hansı dairədən irəli sürəcəksiz?
- Mən partiya funksioneriyəm. Ona görə də, partiya Sədri, rəhbərlik haradan məsləhət görərsə, oradan da namizədliyimi irəli sürəcəyəm.
- ölkədə keçirilən seçkilərlə bağlı beynəlxalq təşkilatların Azərbaycana təzyiq etməsi nə dərəcədə düzgündür?
- Seçki Azərbaycanın daxili işidir. Azərbaycan xalqı Konstitusiyada göstərildiyi kimi, öz müqəddəratını təyin etmək hüququna malikdir. Hakimiyyətin mənbəyi xalqdır və xalq da öz hakimiyyətini seçir. Bir sıra ölkələrdə seçkilər həyata keçirilir, Azərbaycan heç bir ölkənin seçki prosesinə müdaxilə etmir. Ona görə də, heç bir ölkə Azərbaycana təzyiq edə bilməz. Biz seçkilərə Mərkəzi Seçki Komissiyası, ayrı-ayrı QHT-lər vasitəsilə müşahidəçilər dəvət edirik. Seçki ilə məşğul olan müəyyən qurumlar seçkilərə dəvət olunur ki, onların təcrübəsindən bəhrələnək və bundan sonra da tətbiq edək. Biz öz üzərimizə nəzarət funksiyasını daşıyan xüsusi orqan dəvət etmirik. Azərbaycanın geniş seçki təcrübəsi var. Respublikamız artıq 20 ilə yaxındır ki, müstəqildir. Müstəqillik dövründə bir çox ədalətli, demokratik seçkilər keçirilib. ölkəmizin bunun üçün qanunvericilik bazası mövcuddur və bunun əsasında seçkilər həyata keçirilir.
SİA
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

