İlham Əliyev təbii fəlakət zamanı da sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir
17.06.2010 [11:54]
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Qərib müəllim, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Sovetlər İttifaqında mövcud olan asılı iqtisadiyyat sisteminin parçalanması digər respublikalar kimi Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolunu Ulu öndərimiz Heydər Əliyev, ilk növbədə, məhz ölkədə torpaq islahatlarının aparılmasında gördü. Sizcə, bu hansı səbəbdən irəli gəlirdi?
- Məlumdur ki, torpaq ən qədim dövrlərdən bəri insanlığın yaşam amillərindən biri kimi müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biridir. Torpaq amili heç bir zaman öz tarixi vacibliyini itirməmiş, əksinə, onun insan həyatındakı rolu və qiyməti daha da artmışdır. Hətta ilkin baxışda torpaq amili ilə bilavasitə əlaqəsi olmayan sənaye istehsalı da bu və ya digər dərəcədə torpaqla bağlıdır.
Yuxarıda göstərilənləri nəzərə aldıqda məlum olur ki, nəyə görə Ulu öndərimiz Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də məhz torpaq amili olmuşdur.
Əvvəla, onu mütləq demək yerinə düşər ki, ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq amilinə yüksək qiymət vermiş, Azərbaycan Respublikasının başçısı kimi xalq təsərrüfatının bütün sahələrini, o cümlədən, kənd təsərrüfatında yaranmış geriliyin səbəblərini avqust plenumunda geniş təhlil etmiş, 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” qərar qəbul etdirmişdir. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi. Nəhayət, 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərlik edən Ulu öndər yenə də torpaq amilinə üstünlük verərək əhalinin etibarlı ərzaq təminatını düşündü və bu problemin birdəfəlik həllini ölkədə köklü torpaq islahatının aparılmasında gördü.
Beləliklə, 1993-cü ildən 2003-cü ilədək keçən 10 il müddətində Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə, hələ böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.
Ulu öndərin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan Respublikası qanunvericiliyinin qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkəmizin vahid torpaq fondunun üç mülkiyyət formasına (dövlət, bələdiyyə və xüsusi) ayrılması işi biri digərini tamamlayan struktur vahidləri tərəfindən aparılan irihəcmli dövlət torpaq kadastrı və yerquruluşu tədbirləri əsasında təmin edilmiş və mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının rəsmiləşdirilməsinə dair sənədləşmə işləri aparılmağa başlanmışdır.
Beləliklə, Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə torpaq payı almaq hüququna malik olan 873.618 ailədən 869.268-nə pulsuz olaraq torpaq payı verilməsini təmin etdi. 3.442.778 subyektə verilən torpaq sahələri onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilmiş qaydada naturada sahiblərinə tanıdıldı.
Azərbaycanda həyata keçirilən torpaq islahatlarından danışarkən qeyd etmək lazımdır ki, Heydər Əliyevin torpaq islahatları MDB məkanında analoqu olmayan bir proses kimi qiymətləndirildi.
2003-cü ilin prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz İlham Əliyev əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatları uğurla davam etdirməyə başladı. Sənayenin, kənd təsərrüfatının, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar torpaq islahatlarının uğurlu nəticələrindən də asılı idi. Bütün bunları gözəl bilən möhtərəm Prezidentimiz hər sahədə olduğu kimi, torpaq və aqrar sahədə aparılan islahatları da ön plana çəkməyi unutmadı. Torpaq qanunvericiliyinin müasir beynəlxalq standartlara cavab verən istiqamətdə daha da təkmilləşdirilməsi üçün bir sıra qanunvericilik aktlarına dəyişikliklər edildi ki, bunlar da öz növbəsində torpaqlardan daha səmərəli istifadə edilməsinə, torpaq-hüquq münasibətlərinin daha sivil, ölkə qanunvericiliyinin tələblərinə uyğun tənzimlənməsinə şərait yaratdı.
- Qərib müəllim, belə qənaətə gəlmək olarmı ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı bir çox, o cümlədən, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” bu uğurlu siyasətin davamı idi?
- Əslində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” imzaladığı Fərman demək olar ki, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)” Dövlət Proqramının qəbul olunmasının başlanğıc nöqtəsi idi. Bunu hər kəs yaxşı bilir ki, adıçəkilən bu Dövlət Proqramı ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli oldu. Regionların inkişafı məsələsi iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Nəticədə regionların kompleks inkişafı təmin edildi, kommunal xidmətlər yaxşılaşdırıldı, məktəblər tikildi, səhiyyə ocaqları açıldı, yeni yollar salındı, yeni iş yerləri açıldı və sevindirici haldır ki, bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında uğurla yerinə yetirildi və bu tədbirlər davam etməkdədir.
- Sizcə, ölkə Prezidentinin 28 oktyabr 2008-ci il tarixdə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” imzaladığı Fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsində təşkilatçı səlahiyyət verilməsi hansı zərurətdən irəli gəlmiş oldu?
- Əvvəla, fərmanda bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsindən sonra gələn “tənzimlənməsi” sözünə xüsusi fikir vermək lazımdır. Baxmayaraq ki, istər “Torpaq icarəsi haqqında” və istərsə də “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulmuşdur, yerli icra hakimiyyəti və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə bu kimi hallar torpaqların istər alqı-satqısı və istərsə də icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını tənzimləməmişdir.
- Qərib müəllim, belə çıxmırmı ki, artıq bələdiyyələr torpaq mülkiyyətçisi kimi öz hüquqlarını itirmişlər?
- Əksinə, həmişə olduğu kimi, bələdiyyələr yenə də torpağın mülkiyyətçisidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, söz yox ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanını imzalayarkən, əsas məqsədi Azərbaycan Respublikasında torpaqların və eləcə də, onların üzərindəki istifadə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını təmin etməklə, nəticədə torpaq bazarının inkişafı vasitəsilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməklə yanaşı, hüquqi və fiziki şəxslər arasında torpaq əldə etməklə bağlı sağlam rəqabəti təmin etməkdən ibarət olmuşdur. Qanunda göstərildiyi kimi bələdiyyələr mülkiyyətçi kimi hərrac və müsabiqələrdə iştirak edir və torpağın satışından, eləcə də, icarəyə verilməsindən əldə edilən maliyyə vəsaiti onun bank hesabına köçürülür. Beləliklə, həm bələdiyyələr müvafiq qaydada mənfəətlənir və həm də nəhayət ki, səmərəli şəkildə istifadə olunmayan torpaqlar onu həqiqətən səmərəli şəkildə və düzgün istifadə edə bilən sahibinə verilmiş olur.
- Yeni qanunda birbaşa göstərilir ki, torpaq bazarının təşkilində təşkilatçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Bilmək olarmı, təşkilatçı olaraq rəhbərlik etdiyiniz Komitəyə hansı səlahiyyətlər verilmişdir?
- Torpaq bazarının təşkili sahəsində dövlət aqrar siyasətinin həyata keçirilməsi, torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair sənəd nümunələrinin işlənməsi və təsdiq edilməsi, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin əhali arasında geniş formada təbliğ olunması, torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələrilə aşkarlanması, torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət uçotu - bütün bunlar Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilən digər səlahiyyətlər təşkilatçı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin öhdəsinə düşən vəzifələrdən ibarətdir.
- Qərib müəllim, heç kimə sirr deyil ki, 2008-ci ildə dünyanı bürüyən iqtisadi böhran ölkəmizdən yan keçməkdədir. Hansı ki, müxtəlif inkişaf etmiş ölkələrdə iqtisadiyyatın tənəzzülə uğraması nəticəsində işsizlik artır, Azərbaycanda isə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorların fəaliyyətləri ilə böyük infrastruktur layihələri icra olunmuşdur. Sizcə, bütün bu uğurların torpaq amilinə bağlılığı varmı?
- Torpaq elə bir tarixi təbii cismdir ki, o istehsal olunmur. Dünyanın bütün istehsal sahələri torpaq üzərində bərqərar olur. Ulu öndərimizin siyasi-iqtisadi kursunun layiqli davamçısı kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də daim torpaq amilinə üz tutması bu məqsədlərdən irəli gəlir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”ndan sonra bir çox, o cümlədən, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı bir daha onu sübut etdi ki, cənab İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini ehtimal etdiyindən, zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının sosial və maddi rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir böhrandan əzmlə çıxmaları məqsədilə bu sənədləri imzalamışdır. Bu Dövlət Proqramları bir daha təsdiq etdi ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən başlıca və əvəzedilməz amil məhz torpaqdır.
Ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının 2015-ci il üçün əsas hədəfləri dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi məhsul istehsalını 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 204 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə, kartof istehsalının həcmini 1,12 milyon tona, tərəvəz və bostan bitkiləri məhsulunun istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara və yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmaqdan ibarətdir.
- Zaman göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin siyasi-iqtisadi kursunun layiqli davamçısı olaraq ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsində çox mühüm nailiyyət əldə etmişdir...
- Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində, biz bu gün ölkəmizi, demək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyimizi təmin edirik. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır.
Bütün bunlar Ulu öndərin siyasətidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən güclü iqtisadiyyat, güclü sosial-iqtisadi siyasət və Azərbaycan xalqının xoşbəxt rifah halının gündən-günə yaxşılaşdırılması üçün konkret atılan addımlardır.
Bizim işimiz isə vətənimizin ildən-ilə çiçəklənməsi, xalqımızın əbədi xoşbəxtliyinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir göstərişinin, qanun və sərəncamlarının icrasını ləyaqətlə yerinə yetirməkdən ibarət olmalıdır.
- Qərib müəllim, Kür və Araz çaylarının Azərbaycan Respublikası ərazisində səviyyəsinin qalxması nəticəsində respublikanın Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Səlyan, Neftçala və s. rayonlarının ərazisində müəyyən sahələrin su basması ilə bağlı DTXK-nın qarşısında hansı təxirəsalınmaz vəzifələr durur?
- Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və onun qarşısının alınması məqsədilə yaradılmış komissiyada biz də iştirak edirik. Kür və Araz çaylarının daşması nəticəsində su altında qalmış ərazilərin öncə topoqrafik xəritələri hazırlanmış və suyun hərəkət dinamikasına müvafiq olaraq subasar ərazilərin yeni xəritələri tərtib edilmiş və həmin xəritələr aidiyyəti rəhbər təşkilatlarla yanaşı, yaradılmış dövlət komissiyasına da təqdim edilmişdir.
Kür və Araz çaylarının aktiv təsirinə məruz qalmış İmişli rayonu üzrə 14770 ha, Sabirabad rayonu üzrə 43726 ha, Hacıqabul rayonu üzrə 2470 ha, Biləsuvar rayonu üzrə 120 ha və Saatlı rayonu üzrə 8926 ha olmaqla, cəmi 70012 ha torpaq sahələrinin yeri və ölçüsü naturada dəqiqləşdirilmiş və ilkin variantda xəritələşdirilmişdir.
ümumiyyətlə, Kür və Araz çaylarının aktiv və passiv təsirinə məruz qalmış torpaq sahələrində aşağıdakı ardıcıllıqla zəruri tədbirlərin həyata keçirilməsi DTXK tərəfindən təklif olunmuşdur:
1. Subasmış ərazilərdə ilkin olaraq inventarizasiya işlərinin aparılması, hər üç mülkiyyət üzrə (dövlət, bələdiyyə, xüsusi) torpaq sahələrinin konfiqurasiyasının, ölçülərinin və sahələrinin müəyyənləşdirilməsi, dren, kollektor şəbəkəsinin suvarma sisteminin və (o cümlədən, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma arxlarının) yerinin dəqiqləşdirilməsi və nəticəsinin xəritələşdirilməsi.
2. Ərazidəki qrunt suyunun səviyyəsinin aşağı salınması üçün mövcud dren, kollektor şəbəkəsinin əsaslı şəkildə təmizlənməsi və magistral kollektorlara birləşdirilməsi, eləcə də, onların funksiyasının bərpa edilməsi.
3. Suvarma sisteminin bərpası üzrə tədbirlər həyata keçirilməsi (o cümlədən, təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma arxlarının təmizlənməsi, suvarma suyunun mənbəyi və mənsəbinin müəyyən edilməsi və ərazi üzrə ümumi sistemə qoşulması).
4. Ərazidə monitorinq və irimiqyaslı kompleks torpaq tədqiqatı işlərinin aparılması, sel suları nəticəsində deformasiyaya uğramış torpaq sahələrinin və eləcə də, sel sularının özü ilə gətirdiyi və çökərək müəyyən təbəqə yaratdığı lil basmış torpaq sahələrinin müəyyənləşdirilməsi, ərazinin relyefini özündə əks etdirən xəritə əsasında aparılacaq aqromeliorativ tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilməklə, torpaqlardan istifadənin aqroistehsalat qruplaşmasının aparılması.
5. Dövlət torpaq kadastrı fondunda saxlanılan “özəlləşdiriləcək torpaqların bölgü layihəsi” sənədi əsasında özəlləşdirilmiş pay torpaqlarının sərhədlərinin yerə (naturaya) yenidən köçürülməsi və hər bir mülkiyyətçinin 2010-cu il kənd təsərrüfatı məhsulu üçün əkdiyi bitkilərin sahəsinin və növünün müəyyən edilməsi və bundan sonra mülkiyyətçilərə dəymiş ziyan və əldən çıxmış gəlirin hesablanması ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq təkliflərin hazırlanması.
6. Geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işləri ilə təmin edilən dövlət torpaq kadastrı məlumatları əsasında ərazi üzrə hər üç mülkiyyətə (dövlət, bələdiyyə, xüsusi) aid torpaqların keyfiyyət göstəricilərinin yenidən aparılmış torpaq tədqiqatlarının materialları əsasında müqayisəli şəkildə təhlil edilməklə baş vermiş dəyişikliklərin müəyyənləşdirilməsi və baş vermiş dəyişikliyə uyğun olaraq kadastr material və məlumatlarında zəruri düzəlişlərin aparılması.
7. Kür və Araz çaylarının aktiv və passiv təsirlərinə məruz qalmış ərazilər üzrə mövcud torpaq fondunun keyfiyyət göstəriciləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq istifadəçilərinə müvafiq tövsiyələrin hazırlanması.
8. Araz çayının yeni qolunun açılması ilə bağlı həmin suvarma mənbəyi ilə müntəzəm şəkildə suvarılması mümkün olan ehtiyat (rezerv) torpaq sahələrinin (az yararlı və şərti yararsız) əkin dövriyəsinə daxil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi.
9. Kür və Araz çaylarının təsir zonasında yerləşən və təhlükəyə hər an məruz qala bilən aşağı relyef şəraitində yerləşmiş fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və digər sosial obyektlərin gələcəkdə mühafizəsinin təmin edilməsi üçün yerlərinin yuxarı relyef şəraiti olan təhlükəsiz ərazilərə köçürülməsi.
- Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticəsi olaraq Azərbaycanın bəzi rayonlarının əhalisinə, hüquqi şəxslərə, təsərrüfatlara ciddi ziyan dəymişdir. Həmin təbii fəlakətin qarşısının alınması tədbirlərindən biri də Araz çayının tarixi məcrası ilə yeni qolun açılması təklif olunmuşdur.
- Bəli, qeyd etdiyiniz kimi, son aylar Kür və Araz çayları ilə axan suyun həcmi digər illərlə müqayisədə 2-3 dəfə artaraq çox ağır fəsadlar vermişdir. Minlərlə insanlar suyun daşması nəticəsində məcburən öz evlərindən evakuasiya olunmuşdur. Təbii fəlakət zamanı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan 75856 hektar torpaq sahəsi su altında qalmışdır. Gələcəkdə həmin fəlakətin təkrar olunmaması üçün Araz çayı ilə axan suyun həcmini azaltmaq məqsədilə təklif olunmuşdur ki, Araz çayının tarixi məcrası ilə yeni qol açılsın.
- İlk olaraq bu təklif hansı təşkilat tərəfindən irəli sürülmüşdür?
- Araz çayının tarixi məcrası ilə yeni qolun açılması təklifi ilk olaraq DTXK tərəfindən irəli sürülmüşdür. Sonradan bu təklif digər təşkilatlar tərəfindən də dəstəklənmişdir.
- Araz çayının yeni qolu Azərbaycanın hansı rayonlarının ərazisi ilə axıdılır?
- Qeyd etdiyimiz kimi, Araz çayının su həcmi kəskin artdığından suyun bir hissəsinin tarixi məcrası ilə axıdılmasına dair müvafiq qərar verilmişdir və 2010-cu il mayın 31-dən xüsusi qurulmuş qurğu vasitəsilə Araz çayının suyu yeni qola axıdıldı. Yeni qol İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala və Lənkəran rayonlarının ərazisinin bir hissəsi ilə keçərək Xəzər dənizinə daxil olur. Keçən əsrin əvvəllərinə qədər Araz çayının bir hissəsi həmin qolla Xəzər dənizinə axırdı.
- Yeni qolun açılması nəticəsində axan su neçə hektar torpağı əhatə edəcək və yeni qolun Xəzər dənizinə qədər uzunluğu neçə kilometr təşkil edir?
- Araz çayının yeni qolunun uzunluğu 130 km təşkil edərək 500 kub metr/saniyədə suyun həcmi olarsa 76 min hektar ərazini əhatə edə bilər. Amma bu o demək deyil ki, gələcəkdə də çayın yeni qolu bu qədər ərazini əhatə edəcək. Nəzərdə tutulur ki, hal-hazırda su axan ərazilərdə müasir tələblərə cavab verən kanal qazılacaq. Suyun idarəolunması üçün xüsusi şlyuzlar, istiqamətverici bəndlər və digər hidrotexnik qurğular inşa ediləcəkdir.
- Araz çayının yeni qolunun çəkilməsi gələcəkdə Azərbaycana nə fayda verəcək?
- Qeyd etdiyimiz kimi, Arazın yeni qolu idarəolunan kanal vasitəsilə axıdılarsa yüzlərlə hektar torpaq sahələri normal şəkildə su ilə təmin olunacaq və bu da öz növbəsində həmin ərazilərdə kənd təsərrüfatının inkişafına kömək edəcəkdir. DTXK bu işlərdə fəal iştirak edir və gələcəkdə də yeni qolun idarəolunan şəkildə layihələşdirilməsi və qurulmasında yaxından iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2010-cu il 7 may tarixində Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edərkən “Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs məmur, bu işlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək” deməsi və möhtərəm Prezidentimizin özünün hadisə yerində olması, zərərçəkmiş vətəndaşlarla şəxsən görüşməsi onu göstərir ki, 2003-cü ildə cənab İlham Əliyev Prezident seçilərkən dediyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözünə bir daha sadiq qaldığını sübut edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32

