Milli Məclis ötən dövrdə dövlətimizin inkişafı istiqamətində önəmli qanunlar qəbul edib
04.08.2010 [01:53]
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov www.yap.org.az saytına müsahibə verib:
- Mirkazım müəllim, bildiyimiz kimi üçüncü çağırış Milli Məclisin beşillik fəaliyyəti başa çatmaq üzrədir. Milli Məclisin deputatı olaraq istərdik ki, parlamentin ötən müddət ərzindəki fəaliyyəti haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycan Respublikasının Milli Məclisinin son beş illik fəaliyyəti fikrimcə, çox uğurlu olub. Bu dövr ərzində biz olduqca gərəkli, vacib qanunların qəbuluna, bəzi qanunvericilik aktlara əlavə və dəyişikliklərin edilməsinə nail olmuşuq. İlk olaraq qeyd etmək istəyirəm ki, parlament öz fəaliyyətini cəmiyyətin sosial sifarişi əsasında tənzimləyir. Yəni, bu orqanın üzvləri olan millət vəkilləri məhz seçicilərini narahat edən problemlərin həllinə çalışır, bu istiqamətdə qanunların qəbuluna nail olmaq istəyir. Bu isə nəticədə seçiciyə gərəkli olan qanun layihəsinin meydana çıxmasına şərait yaradır. ümumiyyətlə, son illər ərzində Azərbaycanın inkişafı göz önündədir. Yüksək templə artan iqtisadiyyat, yeni iş yerlərinin açılması, ölkədə gedən tikinti-quruculuq, abadlıq işləri seçicilərlə millət vəkilləri arasındakı münasibətlərin də yüksək səviyyədə qurulmasına imkan verir. çünki dövlətinin onun qayğısına qaldığını görən seçicinin öz deputatına inamı da artır. Bu vəhdətin inkişafı isə son anda Azərbaycanın inkişafında öz sözünü deyir. Birmənalı olaraq qeyd etməliyəm ki, ötən dövr ərzində qəbul olunan qanunlarımız vətəndaşların sosial rifahının yüksəldilməsinə, onların yaşayış səviyyəsinin artmasına istiqamətlənib. Təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı siyasət Azərbaycanı yerləşdiyimiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevirib. Dövlətimiz günü-gündən güclənir. Bu isə o deməkdir ki, dövlətlə bərabər onun vətəndaşı da varlanır, güclənir, vətəndaşlarımızda özünəinam artır. Təkcə Milli Məclisin 2010-cu il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərə diqqət yetirsək, Milli Məclisin gərgin fəaliyyəti ilə tanış olmaq mümkündür. Bu dövr ərzində ümumilikdə parlamentin 14 iclası keçirilib, 120 qanun və qərar qəbul olunub. Parlamentin yaz sessiyasında 18 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunub. 36 qanuna isə əlavə və dəyişikliklər edilib. Növbədənkənar sessiya dövründə isə 3 iclas keçirilib və qəbul olunan qanun və qərarların sayı 39 olub. Qeyd etdiyim kimi, bu qanunlar, əlavə və dəyişikliklər vətəndaşların, dövlətin hüquqi bazasının daha da möhkəmlənməsinə şərait yaradıb. Uzun müddətdən bəri müzakirə olunan Hərbi Doktrinanın qəbulu olduqca mühüm hadisədir. Azərbaycan dövləti bu sənədi qəbul etməklə təhlükəsizliyi ilə bağlı mühüm bir addımı atmış oldu. Artıq biz öz hərbi prioritetlərimizi bir sənəd çərçivəsində rəsmiləşdiririk. Bu isə o deməkdir ki, gələcəkdə atılacaq hər hansı bir addımın arxasında hüquqi məqam dayanacaq. çünki Azərbaycanın Hərbi Doktrinasında ölkənin ərazi bütövlüyünə qarşı yönələn təhdidlər, onların aradan qaldırılması məsələləri öz əksini tapıb. Bundan başqa, “Məişət zorakılığı haqqında” qanun layihəsinin qəbulu ölkəmizdə gender bərabərliyinin təminatında mühüm rola malik olacaq. Artıq ailələrdə qarşılıqlı münasibətlərin tənzimlənməsi, qurulması məsələsi qanunlara əsaslanacaq. Bu isə hər iki tərəfin qarşılıqlı hörmət əsasında davranmasına şərait yaradacaq. ümumilikdə mən ötən müddət ərzində parlamentin fəaliyyətini yüksək dəyərləndirirəm.
- Milli Məclis Azərbaycan həqiqətlərinin, Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində hansı fəaliyyəti ilə yadda qaldı?
- Azərbaycanın ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində başda möhtərəm Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin apardığı siyasətin uğurları göz önündədir. Bir faktı qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi bu problemin həlli müstəvisində danışıqlarda önə çıxarıb. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bir sıra dövlətlərin məsələyə baxış rakursunda dəyişikliklər etdi. Bir müqayisə aparaq. 1990-cı illərin ortalarında Azərbaycanın öz haqq səsini dünyaya çatdırmasında böyük problemlər mövcud idi. Erməni lobbisinin yaratdığı bu süni manelər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində darmadağın edildi. Bu gün Azərbaycan 15-20 il öncəki Azərbaycan deyil. Bu gün ölkəmiz istər Avropa məkanının, istərsə də Qərbin enerji siyasətində mühüm yerə malikdir. Azərbaycan dövləti təbii olaraq bu üstünlüyündən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində istifadə edir. İqtisadi inkişaf ölkənin hərbi potensialının artırılmasına yardım göstərir. Qeyd edək ki, parlamentimiz də bu mənada üzərinə düşən məsuliyyətli vəzifəni hər zaman yerinə yetirir. Bütün görüşlərimizdə, səfərlərimizdə Dağlıq Qarabağ münaqişəsinin detalları, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın insanın ev-eşiklərindən didərgin düşməsi ilə bağlı informasiyaları yayırıq. O cümlədən, bu istiqamətdə görülən işlərə öz dəstəyimizi veririk. Bu il ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Milli Məclis tərəfindən etirazla qarşılandı və Azərbaycan parlamenti adından komitəyə müraciət ünvanlandı. Bundan başqa, Milli Məclisin üzvləri Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malik “Xocalıya ədalət kampaniyası”nda fəal iştirak etdilər.
- ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan danışdınız. Bu yüksəliş regionlarımızın da inkişafında müstəsna rol oynayır...
- Bəli, bu gün Azərbaycanın regionlarının inkişafı olduqca sürətli şəkildə həyata keçirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində kənd rayonlarımızda vəziyyət olduqca yaxşıdır. Məhz bu dövlət proqramının uğurlu icrası bölgələrdə işsizlik probleminin əsaslı şəkildə həllinə imkan verib. Digər tərəfdən, yerlərdə problemlərin aradan qaldırılması istiqamətində atılan effektiv addımlar, kommunikasiya problemlərinin həlli, aparılan abadlıq-quruculuq işləri insanların da rayonlarda qalıb işləməsinə stimul verir. Bu gün rayonlarda kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradılıb. Dövlət bu sahənin inkişaf etdirilməsi üçün subsidiyalar verir, əkinlə, maldarlıqla məşğul olan insanlara qayğı göstərilir, uzunmüddətli kreditlər ayrılır. Bütün bunlar bölgələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının icrası prosesində yerdə qalan digər problemlər də həllini tapacaq. Bu gün bölgələrimizdə sənayenin inkişafına böyük diqqət göstərilir. Artıq rayonlarımızda fərqli təmayüllü zavodların, fabriklərin açılması adi hala çevrilib. Bu isə bölgələrin də paytaxtla bərabər inkişafına imkan verir.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50

