"Park Bulvar" alış-veriş mərkəzi paytaxtımızın simasına xüsusi yaraşıq verir
06.08.2010 [09:52]
Günü-gündən gözəlləşən paytaxtımızda vaxtaşırı yeni-yeni sosial obyektlərin istifadəyə verilməsi artıq bakılıları, eləcə də, şəhərimizin qonaqlarını heç də təəccübləndirmir. Bu günlərdə paytaxtın simasına daha da yaraşıq verən belə obyektlərdən biri dənizkənarı Milli Parkın ərazisində istifadəyə verilib. “Park Bulvar” alış-veriş mərkəzinin açılış mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib. Mərkəzin direktoru Kadır özbəyin sözlərinə görə, bu, hər şeydən əvvəl, Prezidentin respublikamızda özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
- Kadır bəy, paytaxt sakinlərinin, eləcə də, şəhərimizin qonaqlarının ən sevimli istirahət yerlərindən olan bir məkanda belə nəhəng kompleksin tikintisinə zərurət haradan yarandı?
- özünüzün də qeyd etdiyiniz kimi, Dənizkənarı Milli Park bakılıların, eləcə də, şəhərimizin qonaqlarının ən sevimli istirahət yeridir. Buraya, ilin fəsillərindən asılı olmayaraq, hər gün on millərlə insan dincəlmək üçün gəlir. Paytaxt sakinləri, eləcə də, xarici turistlər daha çox günün sonunda, axşam saatlarında dəniz kənarında dincəlməyə üstünlük verirlər. Bir anlıq təsəvvür edin ki, kimisi istirahətini alış-veriş etməklə, kimisi rahat kafe və restoranlarda oturub Bakı buxtasının möhtəşəm axşam panoramına baxmaqla, kimisi dəniz ləpələrinin həzin səsinə qulaq asaraq, kimisi kinoteatrda filmə tamaşa etmək, bir başqası isə uşaqları ilə birlikdə ən müasir üslubda qurulan atraksionda əylənərək keçirmək istəyir. Əgər bunun üçün, əvvəllər bütün sahil boyu gəzmək tələb olunurdusa, indi heç uzağa getmək lazım gəlmir. Bütün bunlar “Park Bulvar”da cəmlənib. üstəlik, “Park Bulvar” alış-veriş mərkəzi müasir dizaynda inşa olunmaqla yanaşı, Şərqin ənənəvi memarlıq elementlərini özündə cəmləşdirən bir tikili kimi, öz unikallığı ilə paytaxtın digər analoji binalarından seçilir. Mərkəzə daxil olan hər kəs tikilinin həm daxili tərtibatından zövq alır, həm də burada istirahət edərək xoş anlar keçirir. Bir sözlə, “Park Bulvar” alış-veriş mərkəzini açmaqda əsas məqsəd, ziyarətçilərin alış-verişini, istirahətini, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizi ziyarət edən turistlərə unudulmaz təəssüratlar bəxş etməkdir.
- Maraqlıdır, mərkəzdə qonaqlara hansı xidmətlər göstərilir?
- Əvvəla, qeyd edim ki, “Park Bulvar” alış-veriş mərkəzinin sahibi “Bakı Plaza Turizm İşlətmələri MMC” şirkətidir. Və bunu respublikanın qeyri-neft sektoruna yatırılan ən böyük investisiyalardan biri hesab etmək olar. Mərkəzin inşasına 2006-cı ildə başlanılıb və tikinti işləri 3 ilə tamamlanıb. 2010-cu ilin ilk aylarında artıq mərkəz ayrı-ayrı icarəçilərə öz sahələrini tamamlamaq üçün təhvil verilib. Mərkəzdə 700-ə yaxın daimi iş yeri yaradılıb ki, bu da respublikada işsizlik probleminin aradan qaldırılmasına şirkətimizin verdiyi töhfədir. ötən ay mərkəzin rəsmi açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyevin öz ailəsi ilə iştirak etməsi bizim üçün unudulmaz və xoş xatirəyə çevrildi. Mərkəzlə tanış olan dövlət başçısı, burada yaradılan şəraitdən çox məmnun qaldı və əməkdaşlarımıza uğurlar arzuladı.
Yeri gəlmişkən qeyd edim ki, mərkəz maddi, mənəvi və əyləncə baxımından bütün yaş həddindən olan insanlar üçün nəzərdə tutulub. Buradakı 4 yerüstü və 2 yeraltı mərtəbələrdə geyim mağazaları, aksessuarlar, dəniz mənzərəsi ilə terraslı VİP restoranlar, kafe və fast-food, 6 kinozal (3D sistemi daxil olmaqla), “Tusi-Bohm Planetarium”, “Happy Land” uşaq əyləncə və oyun məkanı (valideynlər alış-veriş edərkən balacaları bir neçə saatlığa xüsusi təlim keçmiş personalın yanında, uşaq otağına qoya bilərlər), 7 zolaqlı boulinq meydançası, gözəllik salonu, supermarket, 500 avtomobillik iki mərtəbədən ibarət avto dayanacaq, dərzi, quru təmizləmə, ayaqqabı və saat təmiri və digər xidmətlər göstərilir. Mərkəzdə, həmçinin, 101 alış-veriş mərkəzi, 11 ATM, 16-dan artıq beynəlxalq brend yerləşir. Əlavə “Mezonin” mərtəbəsində qalereya və kafe yer alır. “Park Bulvar” AVM-in eskalator və şəhərimizin gözəlliyini seyr etmək imkanı yaradan 2 panoramlı liftlə təchiz olunub. Mərkəzin xidmətindən istifadə edən gündəlik ziyarətçilərin sayı 6-15 min, aylıq ziyarətçilərin sayı isə təqribən 250 min nəfər təşkil edir.
- Amma, sadalananlardan belə aydın olur ki, mərkəz daha çox gənclərin mənəvi ehtiyaclarının ödənilməsinə hesablanıb, onların istirahəti üçün nəzərdə tutulub?
- Paytaxtımızın günü-gündən gözəlləşməsi, müasirləşməsi, yeni tikililər göz önündədir. Etiraf etməliyik ki, gənclərin marağı və əyləncələri üçün günü-gündən daha müasir məkanlara rast gəlirik. Bu məkanlardan bəziləri isə gənclərin tez-tez baş çəkdiyi və əyləndiyi - bar və klublardır. Lakin bu məkanların eksteryeri nə qədər gözəl olsa belə, oraya daxil olmağı hər bir qız arzulamır. Bax, bu baxımdan, bizim mərkəz gənclərimizin dadına çatır. Alış-veriş mərkəzi axşam saat 22-00-dək açıq olur. Gənclər burada istədikləri kimi asudə vaxtlarını keçirə bilərlər, əylənə, eyvandan Bakının axşam mənzərəsini seyr edə-edə birlikdə yemək yeyə bilərlər. Bir anlığa təsəvvür edin ki, gənc cütlüyün olduğu kafe və yaxud restoranlarımızda, eyni zamanda, digər yaş kateqoriyasından olan insanlar nahar edirlər, yaxud axşam yeməyi yeyirlər. Bu, gənclərimizi bir növ tərbiyələndirir, onları özlərini daha sayğılı, məsuliyyətli aparmağa sövq edir. Bunun nəyi pisdir ki? Əvvəlki fikrimə təkrar qayıdaraq bildirirəm ki, “Park Bulvar” alış-veriş mərkəzi, paytaxta son illərdə istifadəyə verilmiş sosial obyektlərdən ən müasir və yeganə məkandır ki, burada bütün yaş kateqoriyalarından olan insanların birlikdə mədəni istirahət edirlər.
- Mərkəz daha hansı özəlliyi ilə ziyarətçiləri heyrətləndirə bilər?
- “Park Bulvar” alış-veriş mərkəzinin ən unikal məkanı “Tusi-Bohm Planetarium”dur. Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə, bilik vermə funksiyasını daşıyır. Planetariumun proqram təminatı səmanın istənilən yerinə, istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunacaq. Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı, aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunacaq. Qeyd edim ki, “Tusi-Bohm Planetarium”da texniki avadanlıqların quraşdırılması prosesi artıq başa çatmaq üzrədir və yaxın zamanda o ziyarətçilərin istifadəsinə veriləcək. Planetarium 60 tamaşaçı üçün nəzərdə tutulub. Burada şou-proqramlar, Azərbaycan dilindən əlavə, bir neçə xarici dildə də keçiriləcək. Hesab edirəm ki, Planetarium, həm paytaxt sakinlərimizin, həm də əcnəbi turistlərin böyük marağına səbəb olacaq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

