/ / Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması prioritet istiqamətlərdəndir
Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması prioritet istiqamətlərdəndir
28.08.2010 [11:07]
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə verib:
- Hüseyn müəllim, məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il “Ekologiya ili” elan edilib və bu məsələdən irəli gələrək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə müəyyən vəzifələr qoyulub. Artıq ilin yarıdan çoxu arxada qalıb. Bu müddət ərzində “Ekologiya ili” çərçivəsində görülmüş işlər barədə məlumat verməyinizi xahiş edirik...
- Ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha da səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də, ölkəmizdə 2010-cu ilin dövlət rəhbəri tərəfindən “Ekologiya ili” elan edilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna, ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir. Buna görə də, bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə, ölkəmizdə infrastruktur layihələrinin icrası davam etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda durmuşdur.
Zaman keçdikcə yeni tələblər ortaya çıxır və onların həlli üçün yeni metodlardan istifadə olunmasına ehtiyac yaranır. Bu baxımdan, məhz cari ildən etibarən ölkəmizdə ilk dəfə olaraq irriqasiya məqsədilə dəniz suyunun duzsuzlaşdırılması, tullantı sularının təmizlənərək yaşıllıqların suvarılmasında təkrar istifadəsi istiqamətində pilot layihələrin icrasına start verilmişdir.
Bu ilin iyul ayının 1-dən etibarən avtomobillərdən atılan zərərli qazların miqdarının azaldılması məqsədilə, ölkəyə idxal olunan avtomobillərə “AVRO-2” ekoloji standartlarının tətbiq olunmasına başlanılmışdır. Eyni zamanda, ətraf mühitin sağlamlaşdırılması istiqamətində indiyə qədər görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün əlavə tədbirlər planı” hazırlanmışdır.
- “Ekologiya ili”ndə 5 iyun Dünya Ətraf Mühit Gününün əvvəlki illərdən fərqli qaydada təşkil edilməsi, onun ardınca isə 5-7 iyul tarixlərində Qəbələ şəhərində Beynəlxalq Konfransın keçirilməsini necə qiymətləndirirsiniz?
- 2010-cu il - “Ekologiya ili”ndə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Azərbaycanın Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. “Dünya Ətraf Mühit Günü-2010”a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir. ümumdünya Ətraf Mühit Günü bu il “çoxlu növlər, bir planet, bir gələcək” devizi altında keçirilmiş və tədbirlərdə iştirak etmək məqsədilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Bakıda olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və qeyri-hökumət təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, kütləvi informasiya vasitələrinin, ümumilikdə 2000 nəfərdən çox əməkdaşlarının iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kampaniyasında cənab Kristof Buvye də iştirak etmişdir. Ağacəkmə kampaniyasında, əsasən, zeytun, şam, sərv və tuya ağacları əkilmişdir.
Elə bu tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi-jurnalistlər arasında yazı müsabiqəsinin qaliblərini mükafatlandırmışdır. Eyni zamanda, respublikanın bütün şəhər və rayonlarında Ətraf Mühit Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilmişdir.
Bu ilin 5-7 iyul tarixlərində Qəbələdə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş Avropa Ətraf Mühit Nazirlərinin yüksək səviyyəli konfransı keçirilmişdir. Konfransda Avropa ölkələrinin ətraf mühit sahəsində çalışan qurumlarının başçıları, iştirakçı ölkələrdən gələn ekspertlər və qeyri-hökumət təşkilatları tərəfindən “Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması”, “Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və strateji planı: Avropa regionu üzrə prioritetlər” mövzularında keçirilən dəyirmi masalarda biomüxtəliflik üzrə beynəlxalq ekspertlərin çıxışları dinlənilmiş, müzakirələrin yekunu olaraq konfransın sonunda Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.
Konfransın məqsədi 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasının iclasına Avropa regionunun töhfəsinin verilməsi olmuşdur. Eyni zamanda, aparılan ciddi müzakirələri iştirakçı ölkələrin bioloji müxtəlifliyin qorunması sahəsində bütün səy və imkanlarının birləşdirilməsinə olunmuş növbəti cəhd kimi qiymətləndirmək olar.
- Hazırda hansı istiqamətlər daha çox diqqət mərkəzindədir (yenidən emal, havanın keyfiyyəti, su təmizlənməsi, tullantıların yenidən emalı, emissiyaya nəzarət və s.) və yaxın gələcəkdə vətəndaşlar ətraf mühitin qorunması və ekologiya məsələlərində nə kimi dəyişikliklər gözləyə bilər?
- Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflər aşağıdakılardan ibarətdir:
- su ehtiyatlarının çirklənməsinin qarşısının alınması,
- biomüxtəlifliyin qorunması,
- yaşıllıqların artırılması,
- atmosfer havasının mühafizəsi,
- torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi,
- bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi.
Bu sahələrdə ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülmüş və bu işlər öz nəticələrini artıq göstərir. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Meşələrin bərpa edilməsi və artırılmasına dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilmişdir.
Dövlət başçısının Sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilir.
ölkədə qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq müasir ekoloji monitorinq sistemi yaradılmış, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o cümlədən, ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi modernləşdirilmış, proqnoz sistemi müasir telekommunikasiya və informasiya texnologiyaları ilə təmin olunmuşdur.
Meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının yüksək dağlıq ərazisində “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmışdır. Kompleks Elm Mərkəzinin bazasında və Şahdağın zirvəsində avtomat meteoroloji stansiyalar quraşdırılmış, alternativ enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin edilmişdir.
Uzun illər Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan xlorun alınmasında əmələ gəlmiş 287 min ton civə tərkibli toksiki tullantılar Təhlükəli Tullantılar Poliqonuna daşınaraq tam şəkildə zərərsizləşdirilmişdir.
Bioloji müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 890 min hektaradək artırılmış və hazırda 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığından ibarət şəbəkə ölkə ərazisinin 10,3 faizini təşkil edir. 2003-2009-cu illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədi ilə bir sıra ciddi tədbirlər görülmüşdür. Belə ki, əgər 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7750 hektar sahədə aparılmışdırsa, 2009-cu ildə bu rəqəm artıq 10751 hektar olmuşdur. ümumilikdə isə 2003-2009-cu illər ərzində 69715 hektar sahədə meşəbərpa və yeni meşələrin salınması işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Təkcə 2009-cu ilin payız - 2010-cu ilin yaz ayları ərzində ölkə ərazisində 8 milyon 200 min ədəd müxtəlif cinslərdən ibarət ağac əkilmişdir ki, bunların 5 milyonu ETSN-nin payına düşür. Bakı və Abşeron yarımadasında isə bu dövr ərzində, ümumilikdə 1 milyon 540 min ağac əkilmişdir ki, bunlardan 1 milyon 5 mini ETSN tərəfindən yerinə yetirilib.
ölkə rəhbərinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində 2007-2009-cu illər ərzində 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 224 min insan ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Hazırda əlavə olaraq 18 rayonun 96 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində iş gedir ki, nəticədə 170 mindən çox əhali yüksək standartlara cavab verən su ilə təmin olunacaqdır.
Bundan əlavə, Xəzər sahili boyu mərkəzi kanalizasiya sistemlərinə qoşulmayan tullantı sularının idarə olunması üçün modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində 2007-2009-cu illər ərzində Abşeron yarımadasının 86 km-lik şimal sahilboyu ərazilərində, ümumilikdə sutkalıq gücü 6140 m3 olan 16 ədəd çirkab sutəmizləmə stansiyası istismara verilmişdir. Nəticədə Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılmışdır. Sistemin fəaliyyəti Abşeron yarımadasının qeyd olunan sahəsinin bundan sonra təmiz qalmasına şərait yaradır.
Nazirliyin qeyd olunan istiqamətlər üzrə fəaliyyəti gələcəkdə daha irimiqyaslı layihələr çərçivəsində davam etdiriləcəkdir.
- Bu dəyişikliklər nə dərəcədə uzunmüddətli olacaq və Azərbaycanda ekoloji vəziyyətin inkişafı cəhdi necə davam edəcək?
- ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər respublikamıza yalnız uğur gətirir. Bu baxımdan qeyd edilməlidir ki, ətraf mühit sahəsində həyata keçirilən tədbirlər də ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və davamlı inkişaf prinsiplərinə əsaslanan dövlət proqramları və tədbirlər planları vasitəsilə həyata keçirilir. ümumilikdə, ölkəmiz üzrə sosial-iqtisadi siyasətin düzgün və uğurla həyata keçirilməsi nəticəsində, onun tərkib hissəsi olan ekoloji siyasətin reallaşdırılması ilə əlaqədar ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaqdır.
- Azərbaycanda ekoloji vəziyyətin, habelə təbii ehtiyatların qorunub saxlanması və müdafiəsi sahəsinə aid hər hansı yeni qanun layihələri və ya qərarları qüvvəyə minmişdirmi? Həmin qanunlar həm kommersiya, həm də dövlət sektorunda necə həyata keçiriləcək?
- 2009-cu və 2010-cu illər ərzində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, cinayət əməli olaraq, eləcə də inzibati hüquqpozma şəklində törədilən qanunsuz ağac kəsilməsinə görə pul tənbehi şəklində tətbiq edilən cərimələrin miqdarı artırılaraq sərtləşdirilmişdir. Habelə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin dispozisiya hissələrində dəyişikliklər edilməklə qanunsuz ağac kəsilən sahələrin miqyası genişləndirilərək şəhərlərdə və digər məntəqələrdə, magistral avtomobil yollarının və dəmiryolunun, su obyektləri və su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrini də əhatə etmişdir. O cümlədən, İnzibati Xətalar Məcəlləsinin digər maddəsinin dispozisiya hissəsinə edilən dəyişikliklə şəhərdə və digər yaşayış məntəqələrində tikinti işləri başlanan zaman yaşıllığa olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların başqa yerə keçirilməsi, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməsi inzibati hüquqpozma hesab edilmişdir.
Həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında”, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” və “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”, “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri, “Ekoloji ekspertiza haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət qurumuna təqdim edilmişdir. O cümlədən, “Su, elektrik stansiyaları olan su anbarlarında suyun yığılması və çaya buraxılmasının tənzimlənməsi haqqında Qaydalar”ın ilkin layihəsi hazırlanmışdır.
Qeyd edək ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qəbul edilən normativ hüquqi aktlar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyət dairəsinə tətbiq edilir və icrası məcburi xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

