/ / Ölkədə seçki kampaniyasının uğurla aparılması nöqteyi-nəzərindən YAP-la rəqabət apara biləcək siyasi partiya mövcud deyil
Ölkədə seçki kampaniyasının uğurla aparılması nöqteyi-nəzərindən YAP-la rəqabət apara biləcək siyasi partiya mövcud deyil
04.09.2010 [09:43]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, partiyanın İcra katibi Əli Əhmədovun APA-ya müsahibəsi:
- YAP-ın seçki hazırlıqları ilə bağlı görülən işlər nə yerdədir?
- Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır. Seçkilərə bir neçə gündən sonra start veriləcək. ötən müddətdə görülən işlərin nəticəsi olaraq partiyamız özünü seçkilərə hazır hesab edə bilər. İlk növbədə, biz partiyamızın bütün strukturlarında, üzvlərimiz arasında seçki ab-havası yaratmağa nail ola bilmişik. Hər bir seçki kampaniyasının uğurlu keçirilməsi üçün bütövlükdə partiyanın, partiya üzvlərinin arasında yüksək əhval-ruhiyyənin olması çox vacibdir. Yeni Azərbaycan Partiyası öz sıralarında 500 mindən çox Azərbaycan vətəndaşını, seçicini birləşdirir. Belə böyük kütləni hərəkətə gətirmək, bu qədər şəxs arasında seçki əhval-ruhiyyəsi yaratmaq əhəmiyyətli bir hazırlıq işlərinin həyata keçirilməsi nəticəsində mümkün olur. Digər tərəfdən, biz malik olduğumuz böyük resursların seçkiyə hazırlıq səviyyəsinə çatdırılması üzərində işləmişik. Biz, həmçinin seçki taktikamızı və bütövlükdə kampaniyamızın strategiyasını müəyyənləşdirmək istiqamətində əhəmiyyətli işlər aparmışıq.
- YAP-ın namizədlər siyahısı hazırdırmı?
- Partiyamız bu istiqamətdə də əhəmiyyətli işlər görüb. Biz bütövlükdə namizədlərin müəyyənləşdirilməsinə konseptual baxımdan yanaşırıq. Əlbəttə, bizim namizəd olmağa layiq çoxlu adamımız var. Ancaq biz onlardan elələrini seçib namizədliklərini irəli sürmək niyyətindəyik ki, həmin namizəd seçicilərin dəstəyini qazana bilsin. Biz həmişə belə etmişik. Güman edirəm ki, seçki kampaniyasına start verildikdən sonra bu istiqamətdəki işlərimizi tamamilə yekunlaşdırıb öz siyahımızı ictimaiyyətə açıqlayacağıq.
- YAP-ın konkret olaraq siyahısı varmı?
- Siyahı elan olunanda bilinəcək ki, orada kimlərin adları var. Bunu ən zəruri vaxtda edəcəyik. Təbii ki, siyahı təqdim olunana qədər bu siyahının üzərində iş aparacağıq. Digər partiyalarda da belədir. Bütün bunlar tamamilə normal haldır.
- Bəzi qəzetlərdə hakimiyyətin olduğu iddia edilən müəyyən siyahılar dərc olunur. Həmçinin, yazılır ki, filankəsin bir siyahısı, filan şəxsin başqa bir siyahısı var, mübahisələr gedir. Bunlarla bağlı nə demək istərdiniz?
- Mən sizi əmin edirəm ki, yeganə siyahı olacaq - o da Yeni Azərbaycan Partiyasının siyahısı. Partiyanın, partiyanın Sədrinin rəyini ifadə edən bir siyahı olacaq. O ki qaldı mətbuatda, ayrı-ayrı qəzetlərdə müxtəlif siyahıların dərc olunmasına, bunların həqiqətdən uzaq olduğunu qeyd etməklə yanaşı, onu da bildirim ki, həmin siyahılar onları dərc edən qəzetlərin uydurduğu siyahılardır. Belə demək mümkünsə, onların “siyahısı”dır.
- Bir müddət əvvəl belə bir açıqlama verildi ki, YAP budəfəki parlamentdə xanım və gənc təmsilçilərinin sayını artıracaq. YAP üzvləri olan xanımların və gənclərin parlamentdəki sayını həqiqətən artırmağı nəzərdə tutursunuzmu?
- YAP olaraq biz həmişə gənclərin partiyamızın daxilində, həmçinin partiya vasitəsilə ölkə miqyasında fəallaşmasına çox ciddi önəm veririk. Eyni yanaşmanı qadınlara, xanımlara münasibətdə də edirik. Bu, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində də özünü qabarıq şəkildə göstərdi. YAP-ın təşəbbüsü ilə gənclərin və qadınların bələdiyyə seçkilərinə yaxından qoşulmasına nail ola bildik. Nəticə etibarilə həm gənclər, həm də qadınlar hazırkı bələdiyyələrdə əvvəlkindən qat-qat yüksək səviyyədə təmsil olunublar. Bu, bizim mövqeyimiz, yanaşmamızdır. Bu mövqe parlament seçkilərində də nəzərə alınır. Ancaq təbii ki, parlament və bələdiyyə seçkiləri bir-birindən fərqlidir. Nəzərə alınmalıdır ki, namizədin gənc, yaxud qadın olmasından daha əhəmiyyətlisi onun seçilmə şansıdır. Biz arzu edərdik ki, seçilmə şansı olan namizədlərimizin arasında gənclər və qadınların xüsusi çəkisi artsın. Biz buna çalışırıq. Ancaq buna nə dərəcədə nail olmaq mümkün olacaq, bu, incə bir məsələdir. Bütövlükdə isə belə bir səy, yanaşma var.
- Siz əvvəllər bəyan etmişdiniz ki, YAP üzvlərindən kimsə müstəqil qaydada namizədliyini irəli sürsə cəzalandırılacaq. Yəqin həmin bəyanat indi də qüvvədədir.
- Bəli. Ancaq güman etmirəm ki, partiya üzvlərimiz bu çağırışımızın əleyhinə gedəcəklər. Belə addım atan özünü şüurlu şəkildə partiyadan kənarda qoyacaq.
- AXCP və Müsavat Partiyası birgə seçki bloku yaratmaqdadır. Bu blok YAP-a alternativ ola bilərmi?
- Əlbəttə, mətbuatdan AXCP və Müsavat Partiyası arasında blok yaratmaq istiqamətində diskussiyaların, məsləhətləşmələrin aparılmasından xəbər tutmuşam. Təbii ki, bu, onların seçkiyə hazırlıq istiqamətində atdığı addımlardır. Ancaq qeyd edim ki, Azərbaycanın müxalifət partiyaları arasında YAP-a rəqib ola biləcək nəinki ayrıca bir partiya yoxdur, hətta bu partiyalar birləşsə belə, YAP-a rəqib olmaq potensialına malik deyillər. Bu partiyaların bütün üzvlərini bir yerə yığsan, YAP-ın üzvlərinin çox kiçik bir faizini təşkil edə bilər. Bu, təkcə statistika məsələsi deyil. Həm də çox ciddi siyasi məsələdir, çox ciddi vətəndaş mövqeyinin ifadə olunmasıdır. Əgər YAP-ın sırasında 500 mindən yuxarı insan varsa, bu, 500 mindən yuxarı seçici deməkdir. Təbii ki, bu insanlar gəlib səs verəndə ən azından 500 min səs Yeni Azərbaycan Partiyasının xeyrinə verilmiş olacaq. Digər tərəfdən, YAP-ın hər bir üzvü cəmiyyətdə hörmətli, sözü keçən, sözü digərləri tərəfindən eşidilən insanlardır. Onların böyük hissəsi ailə başçılarıdır. Əgər partiya üzvlərinin hər biri seçki kampaniyası vaxtı ailə üzvləri, dostları, tanışları, qonşularından ən azı iki nəfəri YAP-ın namizədinin ən layiqli olduğuna inandıra bilsə, beləliklə də onları təşviq etsə, bu, 1,5 milyon səs deməkdir. 1,5 milyon səs isə Azərbaycanın seçki mühitində istənilən parlament seçkiləri kampaniyasını uğurla başa çatdırmaq üçün yetərlidir. Bu mənada, ölkədə seçki kampaniyasının uğurla aparılması nöqteyi-nəzərindən YAP-la rəqabət apara biləcək siyasi partiya mövcud deyil.
Bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin ölkədə həyata keçirdiyi siyasət, onun uğurları, bu siyasətin Azərbaycanın inkişafı üçün çox ciddi təməl yaratması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsi deməkdir. Təbii ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri olması, Ona olan ictimai dəstək parlament seçkiləri zamanı Onun rəhbərlik etdiyi partiyaya verilən səslərdə ifadəsini tapacaq. Beləliklə, bütün bunlar YAP-ın resursları hesab edilir ki, bunlarla müqayisədə opponentlərimizin resursları həddən artıq zəif görünür.
Bu və ya digər partiya bloklarının yaranması qarşıdan gələn parlament seçkilərində YAP-ın uğur qazanmasına hər hansı bir təhlükə yaratmaq imkanına malik deyil.
- Bir neçə gün öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatında “qara piar” sayıla biləcək yazıların sayı artıb. Bu məsələyə münasibətiniz necədir?
- Mən ümumiyyətlə, nəinki seçki kampaniyasının gedişində, bütün vaxtlarda ayrı-ayrı insanların ləyaqətinə toxunan yazıların çap olunmasının əleyhinəyəm. Xüsusilə də seçki kampaniyası dövründə belə üsullardan istifadə edilməsini buna əl atanların zəifliyi sayıram. Biz özümüzü zəif hesab etmirik. Bu mənada Yeni Azərbaycan Partiyası olaraq bizim hansısa “qara piar” elementlərindən istifadə etməyə ehtiyacımız yoxdur. Ancaq təəssüf hissi ilə bildirim ki, YAP-a, YAP tərəfindən əvvəllər namizədliyi irəli sürülmüş, yəqin ki, bu il keçiriləcək seçkidə də namizədliyi irəli sürüləcək namizədlərə qarşı “qara piar” kampaniyasından istifadə ediblər. Bunu da bizim opponentlərimiz edib. Bununla da onlar dolayısı ilə özlərinin zəifliyini etiraf etmiş olublar.
Digər tərəfdən, hesab edirəm ki, Mətbuat Şurası “qara piar” kampaniyasının əleyhinə “dişsiz” bəyanatlar vermək əvəzinə, bunun qarşısını almaq üçün təsirli addımlar atmaq barədə düşünməlidir. Şura bu mexanizmləri işləyib hazırlaya bilər. Ancaq istənilən halda “qara piar”a qarşıyam.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

