/ / Xalqla partiyamızın sıx birliyi mövcuddur və bu birlik noyabrın 7-də özünün təntənəsini bir daha yaşayacaq
Xalqla partiyamızın sıx birliyi mövcuddur və bu birlik noyabrın 7-də özünün təntənəsini bir daha yaşayacaq
21.10.2010 [09:48]
Ağacan Qulam oğlu Abıyev 1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. Texnika elmləri namizədi, professordur. Əməkdar elm xadimidir. Beynəlxalq Elmlər Akademiyasının üzvüdür. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləyib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışıb. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.
- Ağacan müəllim, məlum olduğu kimi, noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq üçüncü çağırış Milli Məclisin fəaliyyətinə yekun vurulur. İlk olaraq istərdik ki, parlamentin beş il ərzindəki fəaliyyəti haqqında fikirlərinizi bildirəsiniz...
- ötən beş il ərzində Milli Məclis öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bu müddətdə 1000-dən çox qanun və qərar qəbul olunub. Qanunların hamısı xalqın maraqlarına xidmət edir. çünki sosial, iqtisadi, hüquqi və digər məsələləri əhatə edən bu qanunvericilik sənədləri ölkəmizin gücləndirilməsinə, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Şəxsən mən bu müddətdə həm parlamentin İntizam komissiyasının sədri, həm də Elm və təhsil komitəsinin üzvü kimi fəaliyyət göstərmişəm, qanunların müzakirəsində iştirak etmişəm. ümumiyyətlə, hesab edirəm ki, bu gün Azərbaycanın inkişafı və tərəqqisi naminə bir çox mühüm qanunlar qəbul edilib və real həyatda tətbiq olunmaqdadır. Bu gün Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf bütün sahələrdə özünü göstərməkdədir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan artıq bütün dünyada nüfuzlu ölkə kimi qəbul olunur. çox sevinirik ki, millət vəkilləri olaraq uğurların qazanılmasında biz də mükəmməl qanunları qəbul etməklə iştirak edirik. Bu yaxınlarda Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsini müzakirə etdik. Cari ilə nisbətən gələn ilin dövlət büdcəsi artımla müşayiət olunur və burada diqqəti çəkən məqam müdafiə xərclərinin ciddi şəkildə artırılmasıdır. Artıq ölkəmizin təkcə müdafiə xərcləri bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsindən də artıqdır. Bu fakt dövlətimizin gücünün ifadəsidir və bu baxımdan işğalçı Ermənistanın təşviş keçirməsi başadüşüləndir. Nəzərə almaq lazımdır ki, bu inkişaf davamlıdır və qarşıdakı illərdə daha böyük uğurlara imza atılacaq. Azərbaycanın qanunverici orqanı olaraq Milli Məclis də bu prosesdə yaxından iştirak edəcək.
- Sizin namizədliyiniz 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürülüb. üçüncü çağırış Milli Məclisdə də bu ərazini təmsil etmisiniz. Artıq təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Onlar sizin beş illik fəaliyyətinizi necə qiymətləndirirlər?
- Mən seçicilərimlə həmişə görüşürəm. ötən beş il ərzində istər deputat seçildiyim ərazidə, istərsə də, Milli Məclisdə vətəndaşlarla görüşərək onların problemləri ilə tanış olmuşam, qaldırdıqları məsələləri həll etməyə çalışmışam. Əlbəttə, Milli Məclisin üzvünün vəzifəsi yol çəkmək, kommunal məsələlərlə məşğul olmaq yox, qanun yaradıcılığı ilə məşğul olmaqdır. Bununla belə, millət vəkilləri ona etimad göstərən insanların qayğılarına laqeyd qalmamalı, üzləşdikləri problemlərin həlli ilə bağlı müvafiq icra strukturları qarşısında məsələ qaldırmalıdır. Mən seçicilərimin arasında, Bülbülə qəsəbəsində yaşayıram və bəzi məsələlər mənə tanışdır. Ona görə də, həmin məsələlərin həlli ilə əlaqədar icra orqanlarına müraciət etmişəm, onların bəziləri həll edilib, bəziləri ilə bağlı isə tədbirlər görülməkdədir. ümumiyyətlə, hesab edirəm ki, qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gələcək. çünki xalqla partiyamızın sıx birliyi var və bu birlik noyabrın 7-də özünün təntənəsini bir daha yaşayacaq.
Azərbaycanın inkişafı göz önündədir və bunu inkar etmək mümkün deyil. Amma mən çox təəssüf edirəm ki, müxalifəti təmsil edən bəzi namizədlər yalan danışır, hər şeyi yalnız qara rəngdə görürlər.
- Yeri gəlmişkən, dediyiniz müxalifətçilərin iddialarına münasibətiniz necədir? Əhali tərəfindən onların mövqeyi necə qarşılanır?
- Onlar iddia edir ki, guya mən insanların arasında olmamışam. Tamamilə yalandır, çünki mən dediyim kimi məhz millət vəkili seçildiyim ərazidə yaşayıram. Bu ərazidə yaşayan insanların xeyir-şərində, tədbirlərdə, məclislərdə iştirak edirəm. Yəni, insanlar mənim fəaliyyətimi yaxşı bilirlər. Həmin müxalifətçilərin isə Suraxanıya heç bir dəxli yoxdur. Onlar demaqogiya ilə məşğul olurlar və seçki texnologiyaları isə yalnız insanları aldatmaqdır.
- Təşviqat prosesi çərçivəsində seçicilərlə görüşüb, onlara beş illik fəaliyyətin hesabatını verirsiniz. Milli Məclisin İntizam komissiyasının sədri kimi parlamentdə intizam məsələləri haqqında nə demək mümkündür? Bu vəzifənin öhdəsindən necə gəlmisiniz?
- ötən beş ildə Milli Məclis nümunəvi fəaliyyət göstərib. Heç kəsə sirr deyil ki, müstəqilliyimizin ilk illərində, Milli Məclisdə bu orqanın statusuna, imicinə yaraşmayan olaylar yaşanırdı. Amma sonradan bu hadisələrə demək olar ki, son qoyuldu. Milli Məclisdə yaradılan qayda - qanun deputatların daha əlverişli şəraitdə və daha keyfiyyətli şəkildə fəaliyyətinə imkan verdi. Bu çağırışda da Milli Məclisdə nizam-intizam məsələlərində hər hansı problem yaşanmadı. Bəzi xırda məsələlər baş vermiş olsa da, bu ümumi işə mənfi təsir göstərmədi. ötən 5 il ərzində İntizam komissiyasının yalnız bir iclası keçirilib və bir deputat haqqında ciddi ölçü götürülüb. Bu halı istisna etməklə, deputatlar arasında hansısa qanun, intizam pozuntusu halı baş verməyib. Hərdən bəzi KİV nümayəndələri mənə hansısa deputatların tez-tez iclaslarda iştirak etmədikləri ilə bağlı sual verirlər. Amma bu iddiaların heç bir əsası yoxdur. çünki millət vəkillərimiz mütəmadi olaraq ezamiyyətlərdə, xarici səfərlərdə olurlar. Xüsusilə, beynəlxalq təşkilatların tədbirlərində iştirak edən deputatların fəaliyyətini qeyd etmək istəyirəm. Onlar həmin təşkilatlarda müstəqil dövlətimizi təmsil edir, ölkəmizin maraqlarını müdafiə edirlər. Hətta mən özüm də bəzən olur ki, hansısa beynəlxalq səviyyəli tədbirdə iştirak edirəm və parlamentin iclasında iştirak edə bilmirəm. Hesab edirəm ki, bu halları üzrlü saymaq olar və deputatların iclaslarda iştirakı qənaətbəxşdir. Bir sözlə sevindirici haldır ki, İntizam komissiyası işsiz qalıb. Əgər başqa ölkələrin parlamentlərində baş verən olaylara nəzərə salsaq, onda bizim millət vəkillərinin nə qədər nümunəvi fəaliyyət göstərdiyinin, yüksək siyasi mədəniyyətə malik olduğunun şahidi olarıq.
- Parlamentin Elm və təhsil komitəsinin üzvü kimi təhsil sistemində aparılan islahatlar haqqında nə deyə bilərsiniz? Sizcə, ali təhsil müəssisələrində tətbiq olunan yeniliklərin hansı üstünlükləri var?
- Biz XXI əsrdə yaşayırıq və bəzi məsələlərə konservativ yanaşmaq doğru olmazdı. Daha mütərəqqi, bizi daha çox inkişafa aparacaq ideyalara daim açıq olmalıyıq. Eyni zamanda, təhsil elə bir sahədir ki, daim yeniliklər və inkişaf tələb edir. Biz də təhsilimizi necə inkişaf etdirə bilərik, gənclərimizi necə daha peşəkar, daha intellektual səviyyəyə çatdıra bilərik, bu barədə düşünməliyik. Təbii ki, köhnə sovet təhsil sisteminin müəyyən müsbət tərəfləri var idi. Amma bu gün bütün dünya daha mütərəqqi prinsiplər üzərində öz təhsillərini qururlar. Bilirsiniz ki, Azərbaycan hökuməti təhsil siyasətinə, təhsilimizin inkişafına çox böyük əhəmiyyət verir. Bu sahədə böyük dövlət proqramları qəbul edilib və mühüm nailiyyətlər qazanılıb. Yüksək biliyə malik bacarıqlı tələbələr dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrdə təhsil alırlar. Həmçinin, bu tələbələrin ölkə daxilində, öz universitetlərimizdə də yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Bir növ dövlət bu tələbələrin təhsil almasını maliyyələşdirir. Amma nisbətən, zəif hazırlıqlı tələbələr öz hesablarına təhsil alırlar. Bunu da təbii qarşılamaq lazımdır. çünki Azərbaycan dünyaya inteqrasiya edir, eyni zamanda, təhsil sistemimiz də dünya təhsil sisteminə uyğunlaşdırılır. Dünyanın güclü, inkişaf etmiş ölkələrinin tətbiq etdiyi və böyük nailiyyətlər əldə etdiyi bir sistemi Azərbaycanda da gerçəkləşdirmək bizə yalnız uğur gətirə bilər.
- Ağacan müəllim, siz Azərbaycanda idman sahəsində də ən tanınmış mütəxəssislərindən birisiniz. Bir peşəkar idmançı kimi ölkəmizdə idmanın hazırkı vəziyyəti, bu sahənin inkişafı üçün görülən işlər barədə fikirlərinizi də bilmək istərdik?
- Bütün sahələrdə olduğu kimi, Azərbaycanda idmanın da inkişafı, yenidən dirçəlişi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər ilk görüşlərindən birini məhz idmançılarımızla keçirdi. 1994-cü ildə ilk dəfə Əl Oyunları Sarayında bütün idmançıları, idmansevərləri bir araya gətirən Ulu öndər bu gündən sonra idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra idmanda böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya Oyunlarında çıxış etdilər. Həmin yarışlarda iştirak edən idmançılarımızı Ulu öndər özü yola saldı və qayıdarkən onları qəbul etdi. ümummilli liderimiz idmançılarımızın sosial problemlərinin həllinə daim qayğı ilə yanaşırdı, onların əməyini yüksək qiymətləndirirdi. Sevindirici haldır ki, Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev də idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Dövlət başçısı idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi-texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. İlk olimpiya kompleksi 2001-ci ildə Bakıda istifadəyə verildikdən sonra, Maştağada ikinci kompleks tikildi. Getdikcə bu komplekslərin sayı da artdı və regionlarda da böyük komplekslər tikilməyə başlandı. Bu gün ölkəmizin müxtəlif regionlarında 25-dən çox olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində idmançıların orada yaşaması üçün şərait də var. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Bilirsiniz ki, bu ilin aprel ayında Bakıda boks üzrə gənclər arasında Dünya çempionatı keçirildi. Bu yarışda medal alan boksçular ilk dəfə bu il Sinqapurda keçirilən olimpiya oyunlarına medal qazandılar. çempionatda 96 ölkədən 466 boksçu iştirak edirdi ki, bu da rekord göstərici idi. Həmin yarışda Azərbaycan boksçuları 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci oldular. Bu, Azərbaycanda boksun parlaq gələcəyindən xəbər verir. Bu inkişaf təkcə boksa aid deyil. Azərbaycanda idmanın bütün sahələrində böyük inkişaf var. Bu, olimpiadalarda əldə etdiyimiz medalların sayında da özünü göstərir. Hər dəfə olimpiya oyunlarında iştirak etdiyimiz idman növlərinin sayı artır. Biz 1996-cı ildə Atlantada 1, 2000-ci ildə Sidneydə 3, 2004-cü ildə Afinada 5, 2008-ci ildə Pekində isə 7 medal qazandıq. Fikrimcə, qazanılan medalların hər dəfə artması bir qanunauyğunluqdur. Bu mənada hesab edirəm ki, növbəti Olimpiya Oyunlarında ölkəmizin qazandığı medalların sayı daha çox olacaq.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

