Hər bir seçki Yeni Azərbaycan Partiyasının gücünü və möhtəşəmliyini nümayiş etdirir
22.10.2010 [11:46]
YAP-ın 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov www.yap.org.az saytına müsahibə verib:
Hüseynbala Fazil oğlu Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, dosentdir. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür. Rusiya Mədən Akademiyasının üzvüdür.
- Hüseynbala müəllim, parlamentin ötən beşillik fəaliyyətini necə dəyərləndirmək mümkündür?
- 2005-2010-cu illəri əhatə edən üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi olduqca effektiv, çevik, yüksək səviyyəli fəaliyyət nümayiş etdirib. Bu beş il ərzində ölkəmiz üçün qlobal əhəmiyyətə malik qanun layihələri parlament tərəfindən müzakirə olunub və qəbul edilib. Bir faktı diqqətinizə çatdırım ki, bu beş ildə Milli Məclis 1000-dən artıq qanun layihəsi qəbul edib. Bu isə ölkəmizin hüquqi və demokratik istiqamətdə inkişafına xüsusi töhfədir. Bu illər ərzində ən böyük uğurlarımızdan biri “Təhsil haqqında” Qanunun qəbulu idi. İnkişaf, dövlətin qüdrətlənməsi, vətəndaşların, o cümlədən, vətəndaş cəmiyyətinin formalaşaraq inkişaf etməsində bu qanun layihəsinin böyük əhəmiyyəti var. Bu qanun gənclərin daha keyfiyyətli təhsil almasına, ziyalı təbəqəsinin artmasında böyük rol oynayır. O baxımdan, fikrimcə, təhsil haqqında qanunun qəbulu, Azərbaycanda Qərb təhsil sisteminin formalaşdırılması, Boloniya sisteminə keçid məsələlərinin həlli, bu istiqamətdə qazanılan uğurlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin təzahürüdür. üzvü olduğum Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin fəaliyyəti də bu beş ildə çox yüksək oldu. ölkəmiz dünyada öz təbii ehtiyatlarına və enerji resurslarına görə tanınan bir dövlətdir. Bu gün Azərbaycan nəinki yerləşdiyi bölgə üçün, ümumAvropa məkanı üçün böyük əhəmiyyətə malikdir. çünki ölkəmiz Avropanın enerji təhlükəsizliyində vacib önəmli yerlərdən birini tutur. ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan qlobal miqyaslı enerji layihələri Azərbaycanın iqtisadi inkişafında xüsusi rol oynayır. Məhz bu amil Azərbaycanın siyasi çəkisinin də artmasına böyük təkan verib. ümumiyyətlə, Azərbaycanın enerji resursları ölkəmizdə bütün sahələrin inkişafında lokomotiv rolunu oynayır. Xüsusilə, qeyd edərdim ki, Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, biz neft kapitalını insan kapitalına çevirmək istiqamətində fəaliyyət göstəririk...
- Seçki prosesində iştirak edən siyasi qüvvələr balansı haqqında qənaətiniz necədir?
- YAP Ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan, bu böyük Şəxsiyyətin ideyaları əsasında formalaşdırılan bir partiyadır. Bu gün partiyamızın 520 mindən çox üzvü var. Partiyamızın Sədri, cənab İlham Əliyev ölkə Prezidentidir. Xalqımızın YAP-a olan münasibəti isə hər zaman seçkilərin nəticələrində öz əksini tapır. Mən istəməzdim ki, YAP-ı ölkənin hər hansı bir siyasi partiyası ilə müqayisə edim. çünki YAP ümummilli partiyadır, xalqın partiyasıdır. ölkəmizin aparıcı ziyalıları bu partiyanın ətrafında birləşiblər. Mən YAP Xətai rayon təşkilatının sədriyəm, xalqımızın partiyaya olan sevgisinin, inamının canlı şahidiyəm. Demək olar ki, hər gün neçə-neçə insan, xüsusən, gənclər partiyamızın sıralarına qatılmaq üçün müraciətlər edirlər. Bütün bunların əsasında partiyamızın Sədri cənab İlham Əliyevin xidmətləri dayanır. YAP hər zaman dövlətçiliyə, xalqına xidmət edən bir partiya olub və bu hər zaman belə olacaq. Digər tərəfdən, YAP-ın gücü seçki prosesində bir daha sübut olundu. Ən xırda bir nüansı vurğulamaq bəs edir ki, bu gün YAP 112 dairədən irəli sürdüyü namizədlərlə seçkidə iştirak edir. Digər partiyaların isə namizədlərinin sayı isə xeyli dərəcədə aşağıdır. Bunun özü qüvvələr nisbətini, xalqın etimadını, inamını özündə əks etdirir. Xalqımız YAP-ın bütövlüyünü, monolitliyini dəyərləndirir və ölkənin idarəçiliyində oynadığı rolu qiymətləndirir. Təəssüf ki, özünü YAP-a rəqib saymaq istəyən, amma bunu bacarmayan müxalifət isə hələ də 1988-ci il eyforiyasından ayıla bilmir. Onlar hələ də düşünürlər ki, pafosla, yalan vədlərlə insanları aldada bilərlər, insanların hissləri ilə bir daha oynayarlar. Amma səhv edirlər, çünki bu gün Azərbaycan vətəndaşının düşüncə tərzi həmin dövrdəkindən xeyli fərqlənir. Bu gün Azərbaycan vətəndaşı ölkəmizdəki sabitliyi, iqtisadi dinamizmi, inkişafı görür və dəyərləndirir.
- Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyiniz görüşlər sizdə hansı təəssürat yaradır? ümumiyyətlə, siz seçicilərlə iş prinsipini necə qurursunuz?
- Mən istər seçki dövründə, istər millət vəkili olduğum dövrdə həmişə seçicilərimin arasındayam. Bunu bütün seçicilərim də təsdiqləyə bilər. İnsanların problemləri ilə yaxından tanış oluram, əksəriyyəti ilə şəxsən görüşürəm, problemlərini dinləyirəm, onların həllinə çalışıram. Hər bir müraciət edən insana əlimdən gələn köməyi etməyə çalışıram. Mənə yüzlərlə məktublar ünvanlanır, hər kəsə müsbət cavab verməyə çalışırıq, onların dərdi ilə maraqlanırıq. Bəzi problemlər var ki, əlaqədar təşkilatların diqqətinə çatdırırıq. Bir sıra problemlərlə şəxsən məşğul oluram. Məni tanıyan insanlar bilirlər ki, bütün ömrüm boyu istəmişəm ki, insanlara əlimdən gələn yardımları edim. Hələ 2005-il parlament seçkilərində bildirmişdim ki, seçicilərimin sevinci sevincim, kədəri kədərimdir. Seçicilərimin xeyir məclislərində, hüzr mərasimlərində şəxsən iştirak edirəm, onların sevinclərinə də, kədərlərinə də şərik oluram. ümumiyyətlə, əgər seçicilərim bir daha mənə etimad göstərərsə və inanıram ki, bu belə olacaq, öz fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm...
- Bəs opponentləriniz haqqında nə deyə bilərsiniz? ümumiyyətlə, sizinlə rəqabət apara biləcək bir rəqibiniz varmı?
- Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma həqiqətən də, mənimlə mübarizə apara biləcək rəqibim yoxdur. Bunu onların özləri də bilirlər və təsdiq edərlər. Aparılan sorğular da göstərir ki, xalq YAP-ın namizədlərini dəstəkləyir, onlara üstünlük verir. Mən hər zaman demişəm ki, öz təbliğatımı kiminsə tənqidi üzərində qurmuram. YAP-ın seçki proqramı var. Biz xalqa müraciətlə deyirik ki, “Güclü dövlət, yüksək rifah” şüarı ilə seçkiyə qatılırıq. Bu isə o deməkdir ki, YAP hər zaman xalqının mənafeyini daim yüksəkdə tutub, öz siyasi yolunda bu mənafeyə əsaslanıb. Mən seçicilərimlə görüşlərimdə demirəm ki, kimə səs verin. Deyirəm, seçkiyə gəlin və layiqli bildiyiniz, inandığınız, sizin problemlərinizin həlli istiqamətində addımlar atmaq iqtidarında olan namizədə səs verin. Fizikada hər bir maddənin öz xüsusi çəkisi var. İnsanların da xüsusi çəkisi mövcuddur. Ona görə də, seçicilər məhz inandığı və güvəndiyi insanlara səs verəcəklər...
- Yenidən parlament üzvü seçiləcəyiniz təqdirdə, Milli Məclisdə hansı yeni təşəbbüslərlə çıxış etmək fikriniz var?
- Mənim bəzi məsələlərlə bağlı təkliflərim var. Birincisi, ölkəmizdə tibbi sığorta ilə bağlı qanunun tətbiqinə böyük ehtiyac var. Bu gün insanlarımızın sağlamlığı məsələsi istiqamətində ölkəmizdə uğurlu siyasət həyata keçirilir. Yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi buna sübutdur. Bununla yanaşı, düşünürəm ki, tibbi sığorta məsələsi də öz həllini tapmalıdır. çünki beynəlxalq praktika da göstərir ki, tibbi sığorta vətəndaşın sağlamlığının qorunması, tibbi xidmətlərin göstərilməsi istiqamətində insanların maraqlarına xidmət edir...
Digər bir məsələ isə sovet dövründə banklarda qalan əmanətlərlə bağlı məsələdir ki, onun da öz həllini tapmasını arzulayıram. Fikrimcə, bu pulların hissə-hissə qaytarılması ilə bağlı müəyyən addımlar atmaq olar. Bu gün Azərbaycan inkişaf edir. ölkəmizdə quruculuq-abadlıq böyük vüsət alıb. Sizi inandırım ki, xaricdən ölkəmizə gələn qonaqlar təəccüblənirlər. Şəhərimizin, ölkəmizin siması, gözəlliyi günü-gündən dəyişir, yüksəlir. Biz bu inkişafın davamlı olması uğrunda mübarizə aparmalıyıq, bunu dəstəkləməliyik. Bu gün Azərbaycan bölgədə böyük nüfuza malik bir dövlətdir, büdcəsi 15 milyard dollara yaxındır. Neft gəlirlərimiz digər sahələrin inkişafına yönəldilir. Qeyri-neft sektoru inkişaf edir, ümumi daxili məhsulun göstəricisi artır. Bu çox böyük fəaliyyətdir. Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu inkişaf davam edəcək və ölkəmizin bütün problemləri-ən əsası Dağlıq Qarabağ problemi öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

