Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca amildir

Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca amildir

24.10.2010 [11:22]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Malik Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Malik müəllim, ölkəmizdəki mövcud siyasi, iqtisadi, sosial, ictimai vəziyyəti necə qiymətləndirərdiniz?
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı güclü dövlətçilik ənənələrinin qorunub saxlanması, ictimai-siyasi stabilliyin ilbəil möhkəmlənməsi, makroiqtisadi sabitliyin dərinləşməsi və kompleks islahatların həyata keçirilməsi respublikamızın yüksək inkişafını təmin edib. Müstəqilliyimizin memarı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi irimiqyaslı iqtisadi islahatların reallaşması nəticəsində ölkəmiz qısa müddətdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə endirilib. Bir sözlə, Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində isə qazanılmış uğurlar son 7 ildə daha da möhkəmlənib. ötən dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib və əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. Qeyd olunan müddətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə çoxalıb. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə düşüb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 26 milyard dolları ötüb. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılıb. Əlverişli biznes mühitinin təmin edilməsi nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan artıqdır. 2004-2009-cu illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Qeyd olunan illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb.
Bu inkişaf dünya maliyyə böhranının hələ davam etməsinə baxmayaraq, 2010-cu ildə daha da sürətlənib. Məsələn, 2010-cu ilin ötən 9 ayı ərzində bütün iqtisadi sektorlarda dinamiklik müşahidə olunub. ötən 9 ayda respublikamızın iqtisadiyyatı regionda ən yüksək inkişaf etmiş iqtisadiyyat olub. Bu dövrdə ümumi daxili məhsul (üDM) 4,1 faiz artaraq 29,3 milyard manat, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manat, orta aylıq əməkhaqqı 6,6 faiz artaraq 319 manat, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manat təşkil edib. Həmçinin, ölkəmizin maliyyə imkanları xeyli yaxşılaşıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına əhəmiyyətli zəmin yaradıb. Hazırda ölkəmizin valyuta ehtiyatlarının həcmi 28 milyard dollardan çoxdur. Göründüyü kimi, bu gün ölkəmizdəki mövcud siyasi, iqtisadi, sosial, ictimai vəziyyət həddindən artıq ürəkaçan səviyyədədir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar ölkəmizdə yüksək inkişaf dinamikasının daha da sürətlənməsini təmin etməkdədir. Bu gün beynəlxalq aləmdə nüfuzu daha da artan və regionun lider dövləti olan Azərbaycan strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməkdədir. Respublikamız dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. Bu gün Azərbaycan demokratik şəkildə inkişaf edir, insanların sərbəstliyi, azadlığı ilə bağlı hər cür şərait yaradılıb. Söz və mətbuat azadlığı mövcuddur, hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilir. ölkəmizdə vətəndaşların hüquqlarının qorunması, onların azadlığına dövlət təminatı son illər daha da gücləndirilib. ötən ilin mart ayında ölkəmizdə keçirilən referendumda Konstitusiyamıza olunan əlavə və dəyişikliklərdən sonra vətəndaşların hüquqlarının qorunması sahəsində ciddi irəliləyişlər baş verib. Respublikamızda əmin-amanlıq, hamının rahat yaşaması və fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb.
ölkəmiz inkişaf etdikcə, dövlət insanların qayğısına qalmaq üçün bütün sosial tədbirləri görür.
- Respublikamızın inkişaf etdiyini bildirdiniz. Bu inkişaf, insanların rifah halının yaxşılaşması, onların sosial qayğı ilə əhatə olunması bölgələrdə necə hiss olunur?
- Bu gün ölkəmizin bütün bölgələrində dayanmadan quruculuq işləri aparılır. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayan regional siyasətin müəllifi kimi mühüm uğurlara imza atıb. Onun birbaşa təşəbbüsü və təşkilatçılığı sayəsində respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olan yeni strategiya reallaşıb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapan həmin strateji məqsədlər bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə səbəb olub. Qeyd olunan sənədin uğurla icra edilməsi regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açıb.
Hazırda bütün rayonların yaşayış məntəqələrinin işıq, qaz, su ilə təmin oluması üçün ardıcıl tədbirlər görülməkdədir. Rayonların qazlaşdırılması davam etdirilir, rayonlardakı yollar təmir edilir. Bir sözlə, respublikamız gündən-günə gözəlləşir, abadlaşır, müasir yollar, körpülər binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır. ölkəmizin hər bir guşəsində tikinti işləri sürətlənir, məktəb, xəstəxana, elektrik stansiyası, zavodlar, fabriklər açılır. Hər yerdə, bütün rayonlarda quruculuq-abadlıq işləri gedir. Bakı şəhəri ilə bərabər, hər bir rayonda iqtisadi, sənaye, sosialyönümlü obyektin təməli qoyulur, açılışı edilir. Bütün bunlar onu göstərir ki, rayonlarımız çox sürətlə və hərtərəfli inkişaf edir.
- ölkəmiz hazırda mühüm siyasi hadisə ərəfəsindədir. Noyabrın 7-də Milli Məclisə seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa sizin namizədliyinizi irəli sürüb.
- Namizədliyimi irəli sürdüyünə görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Partiyamızın etimadını doğrultmaq üçün üzərimə düşən böyük məsuliyyəti hiss edirəm. Ona görə də, ölkəmizdə həyata keçirilən islahatların fəal təbliğatçısı və iştirakçısı olmaq üçün fəaliyyətimi daha da artırmağa çalışacağam. Yeni Azərbaycan Partiyası çox güclü və ümumxalq partiyasıdır.
YAP günü-gündən güclənir, sıraları genişlənir. Partiyamızın 520 mindən çox üzvü var, tərkibi keyfiyyət baxımından çox yüksəkdir, partiyamızın strukturlaşması işi yüksək səviyyədədir. ölkəmizin bütün yerlərində bu partiyanın strukturları yüksək səviyyədə fəaliyyət göstərir. Bu gün YAP cəmiyyət tərəfindən qəbul olunur, cəmiyyətdə yüksək nüfuza malikdir. Bunun da başlıca səbəbi, fundamental əsası Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara, yaratdığı yüksək sosial şəraitə ölkə vətəndaşlarının inamı, Ona xalqın dərin məhəbbətidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da dərinləşdirib və Azərbaycanın davamlı iqtisadi inkişafının, uzunmüddətli sabitliyinin, dünya dövlətləri içərisində yüksək nüfuz sahibi və etibarlı tərəfdaş olmasının təminatçısına çevrilib. Cənab İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Onun inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub.
Azərbaycan ötən əsrin əvvəllərindən başlayaraq davamlı şəkildə həyata keçirilən islahatları dərinləşdirməklə bazar iqtisadiyyatına keçidi tam təmin edib və keçid iqtisadiyyatını arxada qoyub. Bu gün respublikamız yeni inkişaf erasına qədəm qoyub və bütün sahələri əhatə edən hərtərəfli islahatlar həyata keçirilməkdədir.
Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş insanlar məhz bu amillərin seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar. Qeyd etdiyim kimi, Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır.
Partiyamızın parlament seçkiləri ilə bağlı əsas şüarı olan “Güclü dövlət, yüksək rifah” tezisi də xatırlatdığım başlıca prinsiplərə söykənir.
YAP-ın qarşıdan gələn parlament seçkiləri ilə bağlı seçki proqramı da çox zəngin və fundamental siyasi, iqtisadi, sosial prinsiplərə əsaslanır. Partiyamızın seçki prosesində apardığı işlər çox çevik, müasir, mütəşəkkildir. Tam qəti əminliklə demək olar ki, YAP bu seçkilərdə yüksək qələbə qazanacaq.
- Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Seçicilərlə görüşlərdən sonra təəssüratlarınızı bilmək maraqlı olardı?
- ölkəmizin bütün bölgələrində olduğu kimi, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin irəli sürüldüyü 67 saylı Cəlilabad şəhər seçki dairəsində də seçki əhval-ruhiyyəsi, fəallıq çox yüksək səviyyədədir. Bütün insanlar ölkəmizdə quruculuq, abadlıq işlərini, sosial proqramları alqışlayır və iqtidara, cənab Prezidentə minnətdarlıq edirlər. Onlarla keçirdiyim görüşlərdə hər dəfə Prezidentə minnətdarlığın şahidi oluram. Hamı Heydər Əliyev siyasətinə, bu siyasətin davamlı olmasına səs vermək niyyətini bəyan edir.
Son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsini təmin edir.
ümumiyyətlə, respublikamızın bütün rayonlarında olduğu kimi, Cəlilabad rayonunda da yüksək inkişaf var. Bu rayonda son illər çox işlər görülüb. İnsanlar bunu çox yüksək səviyyədə dəyərləndirir və hökumətə, iqtidar partiyası olan YAP-a rəğbətlərini bildirirlər. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. Ona görə də, tam əminliklə söyləmək olar ki, indiki parlament seçkilərində də xalq YAP-ın namizədlərinə səs verəcək.

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30