Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir
30.10.2010 [12:03]
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Cənab səfir, öncə icazə verin kollektivimiz, eləcə də, oxucularımız adından sizi Türkiyə Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü münasibəti ilə təbrik edək və işlərinizdə uğurlar arzulayaq. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz qardaş Türkiyə olmuşdur. ötən müddət ərzində ölkələrimiz arasındakı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Türkiyə Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü münasibəti ilə səmimi təbrikləriniz üçün mən də qəzetiniz vasitəsi ilə bütün Azərbaycan xalqına öz minnətdarlığımı çatdırıram. Cümhuriyyət bayramını qardaş Azərbaycanda qeyd etməkdən böyük qürur duyuram. Bilirsiniz ki, Türkiyə Cümhuriyyətinin qurucusu Ulu öndər Mustafa Kamal Atatürk Azərbaycana hər zaman xüsusi münasibət bəsləmişdir. “Azərbaycanın sevinci-sevincimiz, kədəri-kədərimizdir” deməklə Atatürk qardaş Azərbaycanın onun üçün hansı önəm daşıdığını aydın şəkildə ifadə etmişdir.
Atatürkün bu kəlamının Türkiyədə hər zaman uca tutulmasına əyani sübut isə Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etdiyi zaman bir daha öz təsdiqini tapdı-qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə oldu. Digər tərəfdən də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Bir millət, iki dövlət” deməklə, əslində, Türkiyə-Azərbaycan əlaqələrinin mövcud vəziyyətini və gələcəkdə hansı səviyyədə olacağını bildirmişdir.
Hazırda iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq münasibətlərindən də daha üstün bir səviyyəyədək yüksəlmişdir, özünə xas olan, əslində bizə xas olan bir xarakter almışdır. Burada “biz” kəlməsini bilərəkdən işlədirəm. çünki Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq mümkün deyildir.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra ötən dövr ərzində iki ölkə arasındakı münasibətlərə nəzər salsaq, Türkiyənin hər zaman Azərbaycanın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında yardımçı olmasını, onunla birgə hərəkət etdiyini, beynəlxalq miqyasda və beynəlxalq təşkilatlarda haqq etdiyi yerini almaq üçün onun atdığı bütün addımları dəstəklədiyini görə bilərik. Hər iki ölkənin dövlət rəhbərləri arasında hər zaman əməkdaşlıq və qarşılıqlı hörmət olmuş və düşünürəm ki, mövcud münasibətlər bundan sonra da davam etdiriləcəkdir. Bu gün Azərbaycan regionun ən güclü dövləti olmaqla hamımızın qürur mənbəyinə çevrilmişdir. Xəzər dənizinin öz milli sektorundakı iqtisadi potensialı reallığa çevirən, güclü orduya malik, gənc nəsillər üçün keyfiyyətli təhsil müəssisələri yaradan Azərbaycanımızın bu uğurlarına qardaş Türkiyənin də dəstək verməsi ölkələrimizin bir-biri qarşısındakı cavabdehliyinə və məsuliyyətinə əyani sübutdur.
Türkiyə ilə Azərbaycan arasında beynəlxalq miqyasda əməkdaşlıq mövcuddur və iki qardaş ölkə hər zaman biri digərinin mövqeyini dəstəkləməkdədir. Türkiyə xüsusi olaraq Azərbaycanın BMT, Avropa Şurası və ATƏT kimi təşkilatlarda möhkəmlənməsi prosesində ən güclü dəstəkləyicisi olmuşdur. Bundan əlavə, Türkiyə, NATO-nun ən önəmli ölkələrindən biri kimi, Azərbaycanın bu hərbi alyansla əlaqələrinin möhkəmləndirilməsi üçün hər cür köməklik göstərməkdədir. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq təşkilatlarda hər zaman Türkiyənin mövqeyini dəstəkləmişdir.
Yeri gəlmişkən, bir məsələyə də toxunum. Bu il sentyabrın 15-16-da İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü keçirildi. Bu zirvə görüşü iki ölkə arasında münasibətlərin hansı səviyyəyədək inkişaf etdiyini əyani surətdə nümayiş etdirdi. Düşünürəm ki, Türkiyə ilə Azərbaycan bundan sonra da Türk dünyasının bir araya gəlməsi üçün hələ çox işlər görəcəklər. X zirvə görüşünün, həmçinin, iki ölkə arasındakı münasibətlərin yeni müstəviyə yüksəlməsi, təşkilatlanması baxımından tarixi əhəmiyyəti vardır. Zirvə görüşü çərçivəsində Türkiyə ilə Azərbaycan arasında Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair müştərək saziş imzalanmışıdr. Sənəddə iki ölkə arasında uğurla inkişaf edən əlaqələrimizin daha da genişlənməsi hədəf olaraq müəyyən edilmişdir. Bundan əlavə, TüRKSOY ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsinə öz töhfələrini verməkdədir. Həmçinin, 2008-ci ildə İstanbulda imzalanan memoranduma əsasən yaradılan Türkdilli ölkələrin Parlament Assambleyasının Bakı şəhərində yerləşən katibliyi də bu istiqamətdə mühüm işlər görməkdədir. Bu qurumların əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə inanıram.
Türkiyə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi beynəlxalq layihələri reallaşdırmaqla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını dəstəkləmişdir. Bu layihələr Türkiyə və Azərbaycan rəhbərlərinin əzmkarlığı sayəsində mümkün olmuşdur.
Digər mühüm beynəlxalq layihə isə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. Layihənin reallaşması Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməklə yanaşı, bölgə ölkələrinin iqtisadi inkişafında mühüm bir vasitəyə çevriləcəkdir.
İndiyədək iki ölkə arasındakı münasibətlərdə bir çox irəliləyişlər olmuşdur. Hesab edirəm ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə uğurla davam etdiriləcək və daha da genişlənəcəkdir. ümid edirəm ki, Türkiyə və Azərbaycan rəhbərliyinin birgə səyləri nəticəsində bundan daha böyük nailiyyətlərə imza atacağıq.
- Sizcə, Azərbaycanla Türkiyə arasındakı mövcud iqtisadi əlaqələr ölkələrimizin mövcud potensial imkanlarını əks etdirirmi? Bu əlaqələrin daha da genişləndirilməsi üçün hansı zəruri tədbirlər görmək tələb olunur?
- ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyard ABŞ dolları təşkil etmişdir. Məlumat üçün bildirim ki, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 6 milyard dollar təşkil edir. öz növbəsində qardaş Azərbaycan da Türkiyədə sərmayələrə malikdir. “Petkim”də inşa ediləcək yeni emal müəssisəsini də hesaba alsaq, yaxın bir il ərzində iki ölkə arasındakı müştərək sərmayələrin həcmi 10 milyard dollar təşkil etdiyini söyləmək mümkündür. Bu ilin 26-27 iyulunda Türkiyənin dövlət naziri Zəfər çağlayanın başçılıq etdiyi iş adamlarından ibarət böyük bir nümayəndə heyəti Bakıya, üç gün öncə isə Naxçıvana səfər etməsi iki ölkə arasında iqtisadi əlaqələrdə yeni bir dönəmin başlanmasının müjdəsini verir. Türkiyə və Azərbaycan iqtisadi sahədə əldə etdikləri gücü artıq birləşdirməklə daha böyük potensiala sahib olacaqlar və üçüncü ölkələrə birgə sərmayələr yatıracaqlar. Yeri gəlmişkən, qeyd edim ki, iş adamlarımızın gələcək birgə fəaliyyətini tənzimləyəcək yeni bir işçi qrupu yaradılmışdır. Həm Türkiyədə, həm də Azərbaycanda iqtisadi əlaqələrimizin perspektivləri daim diqqət mərkəzindədir. Rabitədən tutmuş nəqliyyatadək, gömrükdən tutmuş sosial müdafiəyə və digər sahələrədək birgə görüləsi çoxlu işlərimiz vardır. Bunların nəticəsi olaraq, ən yaxın illər üçün hədəfimiz Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmini 5 milyard ABŞ dollarına çatdırmaqdır.
Xatırlatmaq yerinə düşərdi ki, hazırda Azərbaycanda 800 türk şirkəti fəaliyyət göstərir və qeyri-neft sektorunun inkişafına 3 milyard dollaradək sərmayə yatırılıb. Bu şirkətlərdə təqribən 50 minədək azəri bacı və qardaşlarımız çalışmaqdadır. Türkiyə şirkətləri Azərbaycanda əldə etdikləri gəlirlərini yenidən burada istehsalatın genişləndirilməsinə sərf edirlər ki, bu da çox önəmli məsələdir.
Hesab edirəm ki, önümüzdəki illərdə Türkiyə ilə Azərbaycanda iş adamları tərəfindən yatırılan qarşılıqlı sərmayələrin həcmi daha da artacaqdır.
- Cənab səfir, bir qədər əvvəl, belə demək mümkünsə, dünya bir ay müddətinə Türkiyəyə əmanət edildi. Qardaş ölkə BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Sizcə Türkiyə ona tapşırılan bu şərəfli vəzifənin öhdəsindən gələ bildimi?
-Türkiyə, 2009-cu ilin əvvəlindən indiyədək, BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) keçici üzvlüyü çərçivəsində, cari ilin sentyabrında TŞ-na sədrlik həyata keçirmişdir. Bu müddət ərzində BMT TŞ 19 rəsmi açıq, 8 qapalı toplantını keçirmişdir. TŞ-na sədrlik etdiyimiz müddətdə BMT Baş Assambleyasının 65-ci sessiyası keçirilmişdir. 140-dan artıq ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi həmin sessiya çərçivəsində, sentyabrın 23-də, TŞ-da “Sülhü qoruma-sülhü inşa etmə” mövzusunda zirvə görüşü təşkil olunmuşdur. Türkiyə prezidenti Abdullah Gülün sədrlik etdiyi BMT TŞ-nın zirvə görüşündə dövlət başçılarının birgə bəyannaməsi qəbul edilmişdir. Sentyabrın 27-də isə xarici işlər nazirlərinin iştirakı ilə “Terrorizmlə mübarizə”yə həsr olunan toplantı keçirilmişdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi həmin toplantıda da nazirlərin birgə bəyannaməsi imzalanmışdır.
2009-cu ilin yanvar ayından başlanan BMT TŞ-na keçici üzvlüyümüz bu ilin dekabrında başa çatır. Hər iki keçici sədrlik müddətində beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin həllinin daim gündəmdə saxlanılması ölkəmin beynəlxalq nüfuzuna müsbət dividendlər gətirmişdir. Türkiyə özünün şəffaf və açıq siyasətini BMT TŞ-na keçici üzvlük müddətinin sonunadək qoruyub saxlayacaqdır.
- Qardaş ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylər bəllidir. Doğrudur, bir il öncə beynəlxalq güclərin təkidi ilə Türkiyə və Ermənistan arasındakı dövlət sərhədinin açılması istiqamətində müəyyən addımlar atılsa da, bu, nəticəsiz qaldı. Bu səylər Azərbaycan-Türkiyə qardaşlığına, strateji tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilmədi. Bəs, qardaş ölkə necə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki missiyasını davam etdirəcəkmi?
- Türkiyənin xarici siyasətinin əsas prioriteti yerləşdiyi bölgədə, eləcə də, dünyada yaranan yeni mübahisə və münaqişələrin böhran həddinə çatmadan həll olunmasıdır. ölkəmiz, keçmiş Sovet İttifaqının dağılması nəticəsində meydana çıxan və münaqişələrin yaşandığı Cənubi Qafqazda sülh və əminamanlığın təmin edilməsinə yönələn aktiv bir siyasət aparmaqdadır. Bölgədə daimi sülh və xalqlar arasında etimadın bərqərar edilməsi Türkiyənin əsas hədəfidir. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin təhlükəsizliyi və inkişafına böyük bir maneə yaratmaqdadır. Bölgədə daimi sülhün təmin olunmasının əsas şərtlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə həll edilməsi və Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından geri çəkilməsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son dövrlərdə aparılan intensiv danışıqlar münaqişənin tezliklə həll ediləcəyinə ümidləri artırmışdır. Türkiyənin də arzusu bu müzakirələrin ən qısa zamanda uğurla nəticələnməsi və münaqişənin sülh yolu ilə həllinə nail olunmasıdır. Türkiyə, ATƏT-in Minsk qrupuna üzv ölkə kimi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesini yaxından izləməkdədir. Eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləyən Türkiyə münaqişənin ən qısa zamanda həllinə tərəfdar olduğunu bəyan edir. Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olacağı təqdirdə indiyədək qapalı saxlanılan dövlət sərhədlərinin açılması Türkiyənin səmimi arzusudur. Bu baxımdan, rəsmi Ankara, 20 ildən artıq bir müddətdə Azərbaycanın “qanayan yarası” olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz səylərini davam etdirəcəkdir.
Son olaraq bir daha vurğulamaq istərdim ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri sarsılmaz və əbədidir. ölkələrimiz arasındakı mövcud olan bu münasibətlər Türkiyə ilə Azərbaycanın daha da qüdrətlənməsinə və çiçəklənməsinə, insanlarımızın rifah halının daha da yaxşılaşmasına öz töhfəsini verəcəkdir.
Bir daha qəzetiniz vasitəsi ilə Azərbaycandakı bütün bacı və qardaşlarımı salamlayır, onlara xoş gələcək və uğurlu illər arzulayıram.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

